Məhkəmə qərarları › İş №2(102)-338/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-338/2019

21.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-338/2019 21.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-338/2019 şəhəri 21 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2018-ci il tarixli 2(103)9223/2018 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Məhkəməs inin (hakim A.Qasımov) 24.04.2018-ci il tarixli, 2(008)-277/2018 nömrəli qətnaməsi ilə iddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh1 və Cavabdeh2 BOKT “xxxx” MMC-nin xeyrinə 5122.64 ABŞ dolları əsas borc, 2014.20 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7136.84 ABŞ dolları borc (ödəmə günü Azərbaycan manatının ABŞ dollarına məzənnəsi ilə) və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər R.Qurbanov, V.Məmmədov, A.İmanov) 21.08.2018-ci il tarixli 2(103)-9223/2018 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2 4.04.2018-ci il tarixli, 2(008)-277/2018 nömrəli qətnaməsi – faiz və cəmi borcun tutulması hissəsində ləğv edilmiş, faiz borcunun tutulması haqqında iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Ramazanov Anar Sabir oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: Kreditor BOKT “xxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair ərizə ilə 10.04.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, borclularla BOKT “xxxx” MMC arasında bağlanmış 18.02.2014-cü il tarixli, L-********* nömrəli “Birgə Borcluluq, Kredit və *********, ********* saylı Zaminlik” müqavilələrinə əs asən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ödənilməmiş 5122.64 ABŞ dolları məbləğində əsas borc və 2014.20 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 7136.84 ABŞ dolları məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq BOKT “xxxx” MMC-nə verilməsi barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim A.Qasımov) 10.04.2017-ci il tarixli, 2(008)-4947/2017 nömrəli məhkəmə əmri ilə kreditor BOKT “xxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit və ona hesablanmış faizlərin qaytarılması” tələbinə dair ərizəsi təmin edilmiş, borclular Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 birgə qaydada BOKT “xxxx” MMC-nin xeyrinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla 51 22.64 ABŞ dolları məbləğində əsas kredit borcu və 2014.20 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 7136.84 ABŞ dolları məbləğində pulun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə göstəriş verilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin (hakim A.Qasımov) 02.05.2017-ci il tarixli, 2(008)-4947/2017 nömrəli qərardadı ilə borclu Cavabdeh1 məhkəmə əmrinə etirazı təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 10.04.2017-ci il tarixli, 2(008)4947/2017 nömrəli məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktik i hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı BOKT “xxxx” MMC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını müm kün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2018-ci il tarixli 2(103)-9223/2018 nömrəli qətnaməsinin ləğv edilərək, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 21.08.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edib, iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 24.04.2018-ci il tarixli, 2(008)-277/2018 nömrəli qətnaməsi – faiz və cəmi borcun tutulması hissəsində ləğv edib, faiz borcunun tutulması haqqında iddianın rədd edilməsi qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında 18 fevral 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. BOKT «xxxx» MMC ilə Cavabdeh1 və Cavabdeh2 arasında üçtərəfli Birgə borcluluq müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 və Cavabdeh2 kreditor Bank olmayan kredit təşkilatı «xxxx» MM C qarşısında ailə üzvünün öhdəliyinin tam icrasında iştirak etməyi öz öhdələrinə götürməklə, 18 fevral 2014-cü il tarixli L-********* saylı kredit müqaviləsi ilə ailə üzvünə verilən 10000 ABŞ dolları məbləğində kreditə təminat olaraq «Kreditor qarşısında ailə üzvlərinin götürdüyü borc məbləğinə birlikdə təminat verən birgə borcluların birgə borcluluq və zaminlik öhdəliklərini üzərilərinə götürmüşlər. Həmçinin kredit müqaviləsinin təminatı kimi BOKT «xxxx» MMC ilə Cavabdeh3 və Cavabdeh4 arasında ayrı-ayrılıqda 18 fevral 2014-cü il tarixli, müvafiq olaraq ********* və ********* saylı zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh4 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət da şıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti et məlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icr ası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kr editorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı kredit müqaviləsindən irəli gələn borcun ödənilməsini tələb etməkdə haqlıdır və əsas kredit borcunun tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Lakin faiz borcun tutulması hissəsində iddia əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 18 fevral 2014-cü il tarixli kredit müqaviləsinə aid ödəniş qrafikindən görünür ki, hər ay ödənilməli olan məbləğ 561 ABŞ dolları, cəmi ödənilən faiz borcu isə 3457,17 ABŞ dolları təşkil edir. Həmçinin müqavilə üzrə sonuncu ödəniş tarixi 18.02.2016-cı il müəyyən edilmişdir. Cavabdeh1 tərəfində n məhkəməyə təqdim edilmiş 06.08.2018-ci il hesabdan çıxarışa əsasən isə müəyyən olunur ki, 2014-cü ilin mart ayından 2015-ci ilin fevral ayına qədər vaxtlı vaxtında ödənişlər aparılmış, sonrakı aylarda da (hər ay) qismən ödənişlər aparılmış və həmin ödənişlərin çox hissəsi faiz borcuna aid edilmişdir. Eyni zamanda faiz borcuna aid edilən məbləğlər ödəniş qrafikində müəyyən edilən faiz məbləğlərindən artıq olmuş və cavabdehin ödədiyi cəmi 9212,96 ABŞ dollarının 4220,91 ABŞ dolları faiz borcuna aid edilmişdir. Qeyd olunanlardan müəyyən olunur ki, faiz borcu tam olaraq ödənilmişdir. “Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında qeyd olunur ki,.. k reditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqedən görünür ki,...kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul və saitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin Plenumu 24 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddiaçı cavabdehdən kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı-faiz tələb edə bilər. Həmin müddətdən sonrakı dövr üçün isə faiz deyil, öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2018-ci il tarixli 2(103)-9223/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar