Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-338/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, Cavabdeh1 və Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)1783/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmi ş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bank, iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, onunla borcalan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 100.LN.2105. 060214.00001 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 139.761,92 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 80.611,40 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 21.932 manat, 1 faiz komissiya haqqının ödənilməsi məqsədi ilə 2.795,24 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və sonuncunun Bank qarşısında üzərinə götürdükləri öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 b irgə qaydada tutulması, tələbin Cavabdeh1 məxsus olan “Mercedes” avtobus markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə (bundan sonra – avtomobil) yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsi, bu vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə borcalan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 22 faiz dərəcəsi ilə 36 ay müddətinə 150.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək m əqsədi ilə özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bu barədə onunla Bank arasında xx.xx.2014-cü il tarixli “İpoteka müqaviləsi” bağlanmışdır. Həmçinin, Cavabdeh1 Bank qarşısındakı öhdəliklərinin icrasının təminatı olaraq iş üzrə digər Cavabdeh2 borcalanın öhdəliklərinin icrasına zamin durmuş və bu barədə onlar ilə Bank arasında xx.xx.2014-cü il tarixdə “Zaminlik müqavilələri” bağlanmışdır. Bunlara baxmayaraq, borcalan Cavabdeh1 və zamin Cavabdeh2, qeyd edilən müqavilələr üzrə Bank qarşısında üzərlərinə götürdükləri öhdəliklərini icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışlar. Nəticədə, onların Banka 139.761,92 manat məbləğində əsas kredit borcu, 80.611,40 manat faiz borcu yaranmışdır. Ödənişin gecikdirilməsinə görə Ba nk tərəfindən cavabdehlərə cərimə tətbiq edilmişdir ki, onun da məbləği 21.932 manat təşkil edir. Bundan başqa, cavabdehlər Bankı 2.795,24 manat 1 faiz komissiya haqqı ödəməlidir. Cavabdehlərə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman dövlət rüsumuna görə 30 manat ödəmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin (sədrlik edən Məmmədov Ayaz) 2(004)8147/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 139.761,92 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 80.6 11,40 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədilə 2.000 manat, 1 faiz komissiya haqqı olaraq 2.795,24 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan Cavabdeh1 və sonuncunun Bank qarşısında üzərinə götürdükləri öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 birgə qaydada tutularaq Banka ödənilməsi, tələbin Cavabdeh1 məxsus avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına borcun ödənilməsi, bu vəsait borcun ödənilməsi üçün yetərli olmadıqda borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada Bankın xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakiml ər Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Elşad Şamayev və Xəyal Sarıyev) xx xxxx 2019-cu il tarixli 2(103)-1783/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2017-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi məhkəməyə təqdim olunan sübutlara düzgün qiymət verməmiş, iş in həqiqi hallarına uyğun olaraq tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməmiş və bununla da Azərbaycan Respublikası MPM-nin 418-ci maddəsində göstərilmiş əsaslara uyğun olaraq qətnamənin ləğvinə əsas yaratmışdır. Belə ki, Cavabdeh1 kredit müqaviləsi bağlayaraq İddiaçı ASC-dən pul götürmüş və vaxtı-vaxtında kredit üzrə borcunu qaytarmışdır. Lakin hal-hazırda maddi durumu ilə bağlı öz öhdəliklərini lazımı qaydada icra edə bilməmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyin icra müddətinin artırılmasını və ya ödənişlərlə bağlı möhlət verilməsini iddiaçıdan xahiş etmiş, lakin bank əməkdaşları onun təklifini rədd etmişdirlər. PROSESSUAL MƏSƏLƏLƏR Cavabdeh1 və vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Dig ər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 kreditdən i stifadəyə görə illik 22 faiz dərəcəsi ilə, 36 ay müddətinə 150.000 manat məbləğində kredit verilmişdır. Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərinin icrasının təminatı olaraq özünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu yüklülük dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, Banka olan borcunu razılaşdırılmış qaydada ödəməmişdir. Bank, borcun ödənilməsini tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bank tərəfindən təqdim edilmiş “Maliyyə arayışından” görünür ki, Cavabdeh1 xx.xx.2017ci il tarixə Banka 139.761,92 manat əsas borcu, 80.611,40 manat faiz borcu, 21.932,90 manat cərimə borcu, 2.795,24 manat 1 faiz komissiya haqqı olaraq borcu vardır. İddia ərizə sinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən Məhkəməyə daxil olmuş xx.xx.2019-cu il tarixli, 33472 nömrəli ekspert rəyində qeyd olunur ki, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli “Kredit müqaviləsinin” şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2017-ci il tarixə (maliyyə arayışında borc hesablanılan tarixə) Banka olan əsas borcu 139.761,92 manat, faiz borcu 80.611,40 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Rayon Məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Rayon Məhkəməsi tərəflər arasında bağlanmış “Kredit müqaviləsi” üzrə ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 139.761,92 manat, faiz borcunun ödənilməsi məqsədi ilə 80.611,40 manat, o cümlədən 1 faiz komissiya haqqının əvəzi olaraq 2.795,24 manat məbləğində pulun cavabdehlərdən bankın xeyrinə tutulması barədə düzgün nəticəyə gəlmişdir. Rayon Məhkəməsi qanunda nəzərdə tutulmuş səlahiyyətindən istifadə etməklə, tələb olunan cərimə borcunun məbləğini azaltmaqda haqlı olmuşdur. Həmçinin, Məhkəmə bu qənaətdədir ki, Rayon Məhkəməsinin müəyyən etdiyi 2.000 manat məbləğində cərimə borcu ilə kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmış, o cümlədən cavabdeh tərəfindən Ba nka olan əsas və faiz borcuna adekvat məbləğ seçilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən öhdəliklər lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra edilmədiyindən müqavilədən yaranan öhdəliyə görə cavabdehlərin məsuliyyəti yaranmışdır. Buna görə də, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqavilələrə görə yaranmış öhdəliklər (əsas kredit borcu, faiz və cərimə borcu) icra edilməlidir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə ye tirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsas ən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən e tdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasə n Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçmə si barədə razılaşma etibarsızdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin yeganə dəlili kassatorun maddi vəziyyətinin pisləşməsi səbəbindən ödənişləri icra edə bilməməsi və bu barədə bankı məlumatlandırması, bankın ona əlavə müddət verməməsi, ödənişlərlə bağlı möhlət verilməsi barədə təkliflərini rədd etməsi barədə dəlilinə qiymət verərək hesab edir ki, borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin maddi vəziyyətinin pisləşməsi ona müqavilə öhdəliklərinin icrasından imtina etməyə əsas vermir. Lakin məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertiza rəyində ekpertin hesablama apardığı xx.xx.2017-ci il tarixdən sonra da, cavabdeh tərəfindən kredit borcu üzrə ödənişlər edildiyi, l akin ekspert borcu xx.xx.2017-ci il tarixə hesabladığından həmin ödənişlərin hesablama zamanı nəzərə alınmadığı göstərilmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, müqavilə müddəti bitdikdən sonra müqavilədə nəzərdə tutulmuş faizlərin hesablanması qanunsuz olduğundan, xx.xx.2017-ci il tarixdən sonra edilmiş ödənişlərin məbləği icra məmuru tərəfindən qətnamə icra edilərkən qət edilmiş məbləğdən çıxılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddət dən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə məhkəmə tərəfindən Azərbaycan Respublikasını n Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edi lmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)-1783/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-338/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-338/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver