Məhkəmə qərarları › İş №2(102)-3382/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3382/2020

21.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3382/2020 21.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətdən istifadəyə yaradılan maneənin aradan qaldırılması və yaşayış sahəsindən istifadə hüququ olmayan şəxsin çıxarılması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xnömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə i clasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Kəlbəcər rayonundan məcburi köçkün olan İddiaçı uzun müddətdir ki, mübahisə predmeti olan, x0 saylı mənzildə yaşayır. Hazırda mənzildə qeydiyyatda olan yoxdur, həmin yaşayış sahəsi Nəsimi RİH-in balansında olmaqla, dövlət mənzil fonduna aiddir.

2. İddiaçı bildirir ki, 1991-ci ildən etibarən o, mənzildə qeydiyyatda olan xa qulluq etməklə özü də orada yaşamış, sonuncunun bütün kommunal xərclərini, maddi tələbatlarını ödəmişdir. Bunun müqabilində M.Abdulrafikov mənzili öz adına sənədləşdirməklə ona verəcəyini bildirmişdir. Hətta bu məqsədlə dayısı tərəfindən X4.000 ABŞ dolları pul da verilmişdir. Buna baxmayaraq, sənədləşmə işləri başa çatmadan M.Abdulrafikov ölmüşdür. Hesab edir ki, onun sözügedən mənzilə istifadə hüququ vardır.

3. Cavabdeh isə bildirir ki, İddiaçı mübahisəli mənzildə məcburi köçkün kimi məskunlaşmışdır. Lakin İddiaçı və onun ailə üzvlərinə Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində 4 saylı binada hər biri 2 otaqdan ibarət olan 10 və 11 nömrəli mənzillər verilmişdir. Bu fakt Azərbaycan Respublikası Qaçqınlar və X13 üzrə Dövlət Komitəsinin xx.xx.2019cu il tarixli məktubu ilə təsdiqlənir. Buna baxmayaraq, İddiaçı mənzili boşaltmır və dövlətin balansına qaytarmır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri x0 saylı mənzilindən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh İdd iaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və onun ailə üzvlərinin (X5, X8, X6 və X7) ünvan 1 ünvanda yerləşən 50 saylı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Bakı şəhəri Nəsimi RİH-ə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim C.Tağıyev) xx xxxxxx 2019-cu il tarixli, 2(006)-3776/2019 nömrəli qətnaməsi ilə İddiaçı ilkin iddiası rədd edilmiş, Bakı şəhəri Cavabdeh qarşılıqlı iddiası təmin edilməklə, İddiaçı və onun ailə üzvlərinin (X1, X4, X2 və X3) ünvan 3 ünvanda yerləşən 50 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Bakı şəhəri Nəsimi RİH-ə təhvil verilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı və onun ailə üzvləri Sabunçu rayonu Kürdəxan ı qəsəbəsi ərazisində yuxarıda qeyd edilən (3-cü bənd) mənzillərlə təmin edilmişlər. Buna baxmayaraq, ilkin iddiaçı dövlət mənzil fonduna aid olan mənzili boşaltmaqdan və müvafiq icra hakimiyyətinə təhvil verməkdən imtina edir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər-E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) xx xxxxxx 2019-cu il tarixli, 2(103)-13183/19 nömrəli qətnaməsi ilə, İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul olunması, İddiaçı Bakı şəhəri Cavabdehnə qarşı “mənzil sahəsindən istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair ilk iddiasının təmin edilməməsi, Bakı şə həri Cavabdeh qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 3 ünvanda yerləşən 50 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılaraq Bakı şəhəri Cavabdehnə təhvil verilməsi, qarşılıqlı iddianın İddiaçı ailə üzvlərinin (X1, X4, X2 və X3) həmin mənzildən çıxarılması hissəsində təmin edilməməsi, apelyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun apelyatora aid edilməsi qət edilmişdir.

9. Apelyasiya instansiyası məhkəməsi də iddianın təmin olunan hissəsində mövqeyini belə əsaslandırmışdır ki, məcburi köçkün olan İddiaçı mənzillə təmin edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddianın təmin, qarş ılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, x saylı mənzili əvvəllər 23 saylı Mənzil İstismar Sahəsinin ərazisində olmuş, 23 saylı Mənzil İstismar Sahəsinin rəisi mənzili kassatorun adına qeydiyyata keçirmək adı ilə xa aid bütün sənədləri və notariat kontorunda təsdiq edilmiş müqaviləni ondan almış, lakin mənzili İcra Hakimiyyətinin balansına keçirmiş və sənədlərini tələb etsələr də geri qaytarmamışdır. xun sağlığında xsaylı mənzilinin qeydiyyatına düşmək istəmiş, 23 saylı Mənzil İstismar Sahəsinin vəzifəli şəxsləri tərəfindən buna şərait yaradılmamış, x vəfat etdikdən sonra isə İddiaçı və bacı qardaşlarını qəsdən məcburi köçkün kimi qeyd etdirmiş, evi zəbt etdiklərini bildirmişlər. Ümumiyyətlə məhkəm ə qətnaməsi formal mülahizələr əsasında tərtib edilmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən faktlar araşdırılmamış, hüquqi qiymət verilməmişdir. Məhkəmə yanlış olaraq hesab etmişdir ki, guya İddiaçı və ailə üzvləri həmin mənzili 1994-cü ildə məcburi köçkün kimi zəbt etmişlər. Əslində məhkəmə bu faktı diqqətlə araşdırmalı idi. İddiaçı həmin mənzildə 1990-cı il tarixdən yaşamağa başlamışdır. Ailə üzvləri isə xx xxxxx 1993-cü il tarixdə Kəlbəcər işğal edildiyi tarixdə rayonu tərk etmiş və ilk olaraq Yevlax rayonunda daha sonra isə Xanlar rayonunun Quşqara kəndində məcburi köçkün kimi məskunlaşaraq qeydiyyata götürülmüşlər. Bu barədə Kəlbəcər rayon İcra Hakimiyyətində bütün qeydlər vardır. Bir müddət həmin rayonda yaşadıqdan sonra ailə üzvləri Şamaxı rayonuna gəlmiş və orada məskunlaşaraq qeydiy yata götürülmüşlər. Ailə üzvləri 1996-cı ilədək Şamaxı rayonunda yaşamış və daha sonra Bakı səhəri, Nəsimi rayonu ərazisində yerləşən uşaq baxçasında məskunlaşmışlar. İşin faktiki hallarından göründüyü kimi x 1995-ci ildə vəfat etmiş və İddiaçı onun vəfatından xeyli sonra əlil olan bacı və qardaşını yaşadığı həmin mənzilə köçürmüşdür. Məhkəmə kollegiyası qətnaməsinin əsaslandırılma hissəsində qeyd etmişdir ki, xsaylı mənzilində 1994-cü ildən məcburi köçkün kimi qeydiyyata alınaraq yaşamışlar. Məhkəmə kollegiyasının gəlmiş olduğu bu nəticə ilə qətiyyən razılaşmaq olmaz, belə ki, Bakı şəhəri Cavabdeh başçısının aparatı tərəfindən Bakı şəhəri 19 saylı Vəkil Bürosunun sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2019-cu il tarixli, 6-922 N° məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mkr. A.Məhərrəmov küçəsində yerləşən 26 saylı evin 50 saylı mənzili Cavabdeh boş mənzil fonduna aiddir və həmin mənzildə Kəlbəcər rayonundan məcburi köçkün İddiaçı ailə üzvləri ilə birlikdə 1993-cü ildən məskunlaşmışdır. Cavabdeh 1992-1995-ci illər üçün həmin mənzilin hüquqi vəziyyətini əks etdirən müvafiq sənədləri məhkəməyə təqdim etmiş olsaydı onların həmin mənzili zəbt edib etmədikləri ortaya çıxmış olardı. Məhkəmə kollegiyası işin bu hallarına qiymət verməmişdir. Məhkəmənin diqqətindən yayınmışdır ki, mənzilə dair xun adına ORDER mövcud olmuşdur. Yəni həmin order xidməti order deyil, daimi order olmuşdur. Belə olduğu halda mərhumun mənzili dərhal dövlət mənzil fonduna necə qaytarıla bilərdi? Mərhumun ailə üzvləri axtarılmamış, onlara order sahibinin ölümü barədə məlumat verilmə mişdir. Həmin mənzilə vaxtilə verilmiş order bu gün də qüvvədədir, yəni həmin mənzilin orderi ləğv edilməmiş, başqa şəxsin adına rəsmiləşdirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə digər tərəflər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesa b etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası:

14. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

16. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

21. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apelyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən mənzilin dövlət mənzil fonduna aid edilməsi mübahisəsiz haldır. Belə olan təqdirdə isə həmin mənzilə istifadə hüququnun yaranması mənzil qanunvericiliyi ilə tənzimlənir.

24. Mübahisəli hüquq münasibətləri yarandığı dövrdə (xx xxxxxxx 2009-cu il tarixədək) qüvvədə olmuş Mənzil Məcəlləsinin 28-ci maddəsinə əsasən, mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunveric iliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir.

25. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

26. Məcəllənin 51-ci maddə sinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla – mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

27. Lakin İddiaçı mübahisələndirilən mənzilə istifadə hüququnun yaranmasını təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş orderi və ya həmin orqanla bağlanmış müqaviləni məhkəməyə təqdim etməmişdir.Əksinə iş üzrə müəyyən olunur ki, iddiaçı mənzildə məcburi köçkün kimi məskunlaşmış və həmin hal iddiaçının özünün təqdim etdiyi 31 saylı MKİS-dən arayışla, məcburi köçkün vəsiqəsi ilə təsdiq olunur. 28. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqın da” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilmişdir ki, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Be lə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. 29. “Qaçqınların və Məcburi Köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə əsasən qaçqın və məcburi köçkünün müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

30. İş materialları ilə isə mübahisəsiz qaydada müəyyən olunur ki, İddiaçı və onun ailə üzvləri (X5, X8, X6 və X7) məcburi köçkünlər üçün salınmış yeni yaşayış kompleksində müstəqil mənzillərlə təmin edilmişlər.

31. Belə olan halda, iddiaçının mübahisələnd irilən mənzili təmir etməsi onun istifadə hüququnun tanınması üçün əsas kimi qəbul olunmamalıdır. İş üzrə mübahisəsizdir ki, iddiaçı, habelə onun ailə üzvləri mənzildə üzun müddət ərzində faktiki yaşamış və mənzilin gigiyenik tələblərə uyğunlaşıdırması, rahatlığını təmin edilməsi üçün mənzili təmir etməsi başa düşüləndir. İlk iddia üzrə iddiaçının dəlilləri əsassızdır və həmin dəlillər iddianın təmin edilməsi üçün qəbul oluna bilməz.

32. Bununla belə apelyasiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbləri qismən təmin olunmalıdır. Çünki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüquq una malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

33. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər.

34. Avropa məhkəməsi həmin qərarda qeyd etmişdir ki, ərizəçinin mənzilin kirayəçisi olduğu tanındığı halda, məcburi köçkünlərə mənzildə yaşamağa davam etməyə icazə verilmişdir, halbuk i, bu cür sahiblik faktını qanunsuz elan edib. Belə olan halda, Məhkəmə hesab edir və tərəflər də buna etiraz etmir ki, ərizəçinin mülkiyyət hüququna müdaxilə baş verib. Ərizəçi yalnız kirayə hüquqlarına malik olduğu üçün bu müdaxilə nə müsadirəni, nə də mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir, lakin 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndinin birinci cümləsinin tətbiq dairəsinə düşür.

35. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, ilkin iddiaçının mübahisəli mənzildə qalması üçün keçərli hüquqi əsas mövcud deyil. Belə olan halda, qarşılıqlı iddiaçının tələbi Mülki Məcəllənin 157.4-cü maddəsinin dispozisiya şərtlərinə uyğun olmaqla əsaslıdır.

36. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar