Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3382/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3382/21 (Açar sözlər: sağlamlığa dəymiş zərərin əvəzinin ödənilməsi) Bakı şəhəri, 16 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı İddiaçı və onun vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “sağlamlığa dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Su mqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 fevral 2021-ci il tarixli, 2(105)-762/2021 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Quba rayonu, Qırız kəndində qonşudurlar.
2. Cavabdehlər iddiaçını və iddiaçının oğlunu döymüşlər.
3. Quba Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 3(027)- 515/2020 saylı qərarına əsasən Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir.
4. Quba Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli, 3 (027) -517/2020 saylı qərarına əsas ən Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Quba rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 29 mart 2020-ci tarixdən hazırki vaxta qədər sol gözünün zədələnməsinə görə müalicəyə çəkilmiş xərcin (ziyan) və bundan sonra gözünün müalicəsi ilə bağlı çəkiləcək xərclərin, həmçinin cavabdehlərin təqsirli əməlləri nəticəsində sol gözünün buynuz qişasının aşınması ilə əlaqədar olaraq görmə qabiliyyətini itirdiyinə görə hər ay 300 manat məbləğində aliment və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və iddia ərizəsinin tərtib edilməsinə görə ödənilmiş 30 ma nat hüquqi yardım xərcinin və ona vurulmuş mənəvi zərərə görə 30000 (otuz min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh2 və onun oğlanları Cavabdeh1 və Rəvan Camiyev 29 mart 2020-ci il tarixdə Quba rayonu, Qırız kəndində təxminən saat 18 radələrində iddiaçının həyətində iddiaçını və iddiaçının oğlu 2005- ci il təvəllüdlü oğlu Rüfət Məmmədovu səbəbsiz yerə təhqir edib döymüşlər.
7. Quba Rayon Polis şöbəsində araşdırma aparılmış, aparılmış araşdırmanın nəticəsində cavabdehlər barəsində 08 aprel 2020-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda cavabdehlərin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 157-ci maddəsi ilə inzib ati tədbir görülməsi üçün məhkəməyə göndərilməsi qeyd edilmişdir.
8. Cinayət içinin başlanmasının rədd edilməsi ilə bağlı qərarda iddiaçıya vurulmuş xəsarətlərlə bağlı ekspertiza keçirilmiş, ekspertiza rəyində iddiaçının sol gözünün buynuz qişasının zədələnməsi qeyd edilmişdir.
9. Quba Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 3(027)-515/2020 saylı və 3(027)-517/2020 saylı qərarları ilə Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, onlatra müvafiq olaraq 400( dörd yüz) manat və 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tətbiq edilmişdir.
10. Cavabdehlər iddiaçıya xəsarət yetirdiklərinə görə məhkəmənin qərarı ilə təqsirli bilinmişlər. Faktiki olaraq iddiaçı hazırda müalicə alır və sol gözü tamamilə görmə qabiliyyətini itirmişdir. Xəstəxana xərclərinin sığorta tərəfindən qarşılanmasına baxmayaraq, yol və müalicə üçün gərəkli olan dərman preparatlarının alınması yetəri qədər vəsait tələb edir. Bu hadisədən sonra iddiaçı 8 dəfə xəstəxanaya “Niva” markalı maşına 120 manat, “Uaz” markalı maşına isə 250 manat gediş-gəliş haqqı ödəmişdir. Müalicə ilə bağlı olaraq iddiaçı hələ də gedib-gəlməlidir. Buna isə iddiaçının yetəri qədər gəliri yoxdur.
11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1 və 1118.1-ci maddələrinə istinad etmişdir.
12. Cavabdehlər iddiya eyni məzmunda etiraz edərək gösətriblər ki, İddiaçı gözü mübahisə zamanı xəsarət almayıb. İddiaçının gözü 10 il bundan qabaq xəsarət alıb və iddiaçının gözü ilə əlaqədar əlilliyi var.
13. Quba Rayon Məhkəməsinin 2(027)-1744/2020 nömrəli, 27 o ktyabr 202-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı müalicəsi ilə bağlı çəkilən xərclərə görə 73,82 manat və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim İlqar Məmmədov)
14. Birinci instansiya məhkəməsi 08 aprel 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edilən Quba rayon MTE və PA şöbəsindən İddiaçı barəsində verilmiş 30.03.2020-ci il tarixli, 320 saylı canlı şəxsin ekspertiza rəyinə əsasən müəyyən etmişdir ki, iddiaçının bədəni üzərində sol gözün buynuz qişasının cüzi zədələnməsi, sol əlin baş barmağının arxa səthində sıyrıq küt əşyanın (əşyaların) təsirindən törənmişlər və yetirilmə müddət ləri 29.03.2020-ci il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlərin təqsiri üzündən baş vermiş inzibati xəta haqqında hadisədə iddiaçının səhhətinə cüzi ziyan dəyməsi iş materialları ilə qismən təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 08 sentyabr 2008-ci il tarixli TƏEK-ə göndəriş vərəqəsinə əsasən İddiaçı sol gözündə görmə qabilyyətinin olmaması səbəbindən əlillik əlamətlərinin olması ilə bağlı vaxtından qabaq yenidən yoxlanma aparılmışdır. Bu isə ona dəlalət edir ki, İddiaçı Pirrnəzər oğlunun sol gözündə görmə qabiliyyəti ilə bağlı problem hələ 2008-ci il tarixdə mövcud olmuşdur.
16. Birinci instansiya məhkəməsi iş materiallarındakı resept lərə istinadən iddiaçının 73,82 manat zərər məruz qalmasını müəyyən edərək, iddiaçının müalicəsi ilə bağlı çəkilən xərclə görə cavabdehlərdən 73,82 manat pulun tutulmasını, iddianın qalan hissədə təmin edilməməli olması qənaətinə gəlmişdir.
17. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilm əmişdir.
20. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-762/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 2(027)-1744/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi) Gülnarə Tağızadə, Lətifə Məmmədova)
21. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübut təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (vəkili Vəkil oğlu) qətnamədən kassasiya şikayəti verib.
23. Kassasiya şikayətində işin faktiki hallarına istinad edilməklə, apellyasiya məhkəməsi tərəfindən MPM-in 88, Müllki Məcəllənin 1197 və 1118-ci maddələrinin pozulmasına istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı tərəin etirazının dəlilləri
24. Kassasiya şikayətlərinə qarşı tərəfin etirazları daxil olmamışdır. c) Kassasiya icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil Ziyəddin oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
26. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş dir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin norma larını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hüququn tətbiqi ilə bağlı ali məhkəmə orqanlarının istinad edilən qərarları “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, şikayətin dəlillərinə əsasən iddianın təmin edilməyən hissəsi mübahisələndirlir. Bu baxımdan, məhkəmə k ollegiyası kollegiyası qətnaməni iddianın təmin edilməyən hissəsində yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
31. İddia tələbi delikt öhdəliyindən yaranan tələbdir. İddiaçı həmin öhdəlikdən irəli gələn maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir və bunun əsası kimi iddiaçıların onun sol gözünə xəsarət yetirməsi və gözünün müalicəsi ilə bağlı maddi zərərə düşməsinə istinad edir.
32. İşin məhkəmələr tərəfindən müəyyən edilən halına görə isə İddiaçı sol gözündə görmə qabiliyyəti ilə bağlı problem hələ 2008-ci il tarixdə mövcud olmuşdur.
33. Yaranma əsaslarından asılı olmayaraq, maddi zərərlə bağlı tələbinin təmin edilməsi bununla bağlı müvafiq sübutların məhkəməyə təqdim edilməsindən, başqa sözlə, həmin tələblərin sübuta yetirilməsindən asılıdır. İddia tələbinin məhkəmələr tərəfindən sübut edilən hissəsi də yalnız iddiaçının müalicəsi ilə bağlı çəkdiyi 73,82 manat xərc olmuş, maddi zərərlə bağlı qalan məbləğ və mənəvi zərər hissəsində iddiaçı mötəbər sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləni n 77.1-ci maddəsinə əsasən bu hissədə öz tələbinin əsası kimi istinad etdiyi halları iddiaçı sübut etməli idi.
34. Apellyasiya məhkəməsi sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirmişdir.
35. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüququ pozuntusuna yol verilməsi barədə iddiaçının kassasiya şikayətinin dəlillərini əsasız sayır.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-762/2021 nömrəli, 03 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.