Məhkəmə qərarları › İş №2(102)-3385/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3385/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3385/2021 16.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 ASC-nin Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “İddiaçı1”ASC-nin nümayəndəsi X6, Cavabdeh1 nümayəndəsi X1 və vəkili Vəkil Ağalar oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 06 noyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı1 ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşa ğıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında “VAZ21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi barədə 26 avqust 2014-cü il tarixli AL-1558 saylı “X11” bağlanmışdır.

2. İddiaçı həmin müqaviləyə istinad edərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı1 ASC Cavabdeh1 qarşı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 26 avqust 2014-cü il tarixli AL-1558 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 22 avqust 2016-cı il tarixə 4500 (dörd min beş yüz) manat əsas, 1045.38 (bir min qırx beş manat otuz səkkiz qəpik ) manat mükafat və həmin günə hesablanmış 4464.75 (dörd min dörd yüz altmış dörd manat yetmiş beş qəpik) manat dəbbə pulu, ümumilikdə 10010.13 (on min on manat on üç qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı1 ASC-nin xeyrinə tutulmasına dair qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 avqust 2014-cü il tarixli AL-1558 saylı “X11”xxxxİddiaçı1 ASC-nin mülkiyyətində olan 2010-cu il buraxılışlı, “VAZ21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XTA210740A2974045 ban, ******* mühərrik nömrəli, boz metallik rəngli avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Sözügedən avtomobil lizinq şirkəti tərəfindən Cavabdeh1 təhvil verilmişd ir. Cavabdehin xahişi ilə həmin avtomobili idarə etmək üçün digər bir şəxs X7 etibarnamə verilmişdir. “X11”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə№) əsasən Cavabdeh1 illik 21 faiz hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləği olmaqla 231.23 manat, ümumilikdə 5549.43 manat məbləğində pulu İddiaçı1 ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 5549.43 manatın 4500 manatı əsas məbləğ təşkil etmişdir. Hal-hazırda cavabdeh tərəfindən İddiaçı1 ASC-yə 4500 manat əsas, 1045.68 manat mükafat və 4464.75 manat dəbbə pulu, ümumilikdə 10010.13 manat ödənilməlidir. Sözügedən avtomobil lizinq şirkəti tərəfindən təhvil alındıqdan sonra İddiaçı1 ASC-nin hesabına heç bir pul köçürülməmişdir. İddiaçı1 ASC iş yükünün çoxluğu ilə əlaqədar pul tələbi nə dair məhkəmədə iddia qaldıra bilməmişdir. Cavabdeh1 müvəqqəti istifadəsinə verilmiş İddiaçı1 ASC-nin mülkiyyətində olan “Vaz-21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil 22 avqust 2016-cı il tarixdə tam yararsız vəziyyətdə şirkətin duracağına yerləşdirilmişdir. Avtomobilin kimin tərəfindən lizinq şirkətinin duracağına gətirilməsi məlum deyildir.

5. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı1 ASC ilə onun arasında bağlanmış 26 avqust 2014-cü il tarixli AL-1558 saylı “X11”xxxx“İddiaçı1”ASC-nin mülkiyyətində olan 2010-cı il buraxılışlı, “VAZ 21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XTA210740A2974045 ban, ******* mühərrik nömrəli, boz metallik rəngli avtomobil heç vaxt onun müvəqqəti sahiblik və istifadəsinə verilməmişdir. Həmin vaxt o, Xırdalan şəhərində mebel mağazasında işləyərkən mağazada onun ilə birlikdə fəhlə kimi işləyən Oğuz rayon Qumlaq kənd sakini X8 İddiaçı1 ASC-də tanışları olduğundan sürücülük vəsiqəsi olmadığına görə həmin avtomobilə görə müqavilə bağlanmasını ondan xahiş etmişdir. Avtomobil şirkətdən götürülərkən xun xahişi ilə onun həmkəndlisi X4 adına da İddiaçı1 ASC tərəfindən 26 sentyabr 2014-cü il tarixə qədər etibarnamə verilmişdir. x həmin vaxt ona bildirmişdir ki, İddiaçı1 ASC tərəfindən avtomobil üçün tələb olunan məbləğ onun tərəfindən 2 ay müddətində tam ödəniləcəkdir və heç kəs səni bu avtomobilə görə narahat etməyəcəkdir. 26 avqust 2014-cü il tarixdə onunla İddiaçı1 ASC arasında həmin avtomobilə görə müqavilə bağlandıqdan sonra iddiaçı avtomobili X təh vil vermiş və X həmin avtomobil sürüb getmişdir. Bundan sonra o, xu görməmişdir. O, hesab etmişdir ki, x tərəfindən pul ödənilmişdir. Belə ki, keçən uzun müddət ərzində İddiaçı1 ASC tərəfindən ona həmin avtomobil ilə əlaqədar heç bir pretenziya və bildiriş məktubları gəlməmişdir. 2018-ci ilin oktyabr ayında məhkəməyə çağırılarkən ona məlum olmuşdur ki, x tərəfindən avtomobilin pulu ödənilməmişdir və avtomobil nasaz vəziyyətdə İddiaçı1 ASC-nin dayanacağına qoyulmuşdur. Özü heç vaxt həmin avtomobili idarə etməmişdir. Məhkəməyə çağırıldıqdan sonra onun tərəfindən araşdırmalar aparılarkən məlum olmuşdur ki, İddiaçı1 ASC-yə məxsus olan həmin avtomobil x tərəfindən idarə olunmuş və bir neçə dəfə də onun tərəfindən yol hərəkəti qaydaları pozulmuşdur. Hesab edir ki, həmin avtomobil x tərəfindən, ya da Vasif İsrafilov tərəfindən yararsız vəziyyətə salınmışdır.

6. Qusar Rayon Məhkəməsinin (hakim R.Kazımov) 05 dekabr 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı1 ASC öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, İddiaçı1 ASC Cavabdeh1 ilə X11 bağlasa da, həmin müqavilənin predmeti olan “VAZ 21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini həmin şəxsə deyil, başqa bir şəxsə vermiş, cavabdeh həmin nəqliyyat vasitəsindən ümumiyyətlə istifadə etməmiş, müqavilənin bağlanması onun mənafeyinin pozulmasına, onun haqsız maliyyə sanksiyasına məruz qalmasına və üzərinə digər haqsı z öhdəliklərin qoyulmasına səbəb olmuşdur. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və E.Rəhimov) 08 aprel 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsi, Qusar rayon məhkəməsinin iş üzrə 05 dekabr 2018-ci il tarixli X saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 4500 (dörd min beş yüz) manat əsas borc, 1045 (bir min qırx beş) manat 38 (otuz səkkiz qəpik) manat mükafat, cəmi 5545 (beş min beş yüz qırx beş) manat 38 (otuz səkkiz) qəpik və ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

9. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 748-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, ”Daxili Lizinq” müqaviləsinin 11.1-ci bəndinə əsasən qəbul protokolu imzalandığından lizinq obyektinin təsadüfən məhv olması və zədələnməsi riskləri lizinq alana keçir. Lizinq obyektin olan “VAZ 21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin başqa şəxs və ya şəxslər tərəfindən idarə olunaraq zədələnməsi Cavabdeh1 məsuliyyətdən azad etmir. c) Kassasiya instansiyası məhkəməsindəki icraat

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər S.Hacıyev (sədrlik edən və məruzəçi), Q.Əsgərov və T.Qoldman) X/ nömrəli iş üzrə 04 oktyabr 2019-cu il tarixli qərarı ilə Cavabdeh1 ka ssasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08.04.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

11. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırkı işə səlahiyyəti çərçivəsində baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin lizinq predmeti olan avtomobilin yararsız hala düşməsi ilə bağlı halları müxtəlif hüquqi nəticə yarada biləcək təfərrüatlarına, yəni yarasız hala düşmənin yol-nəqliyyat hadisəsi nəticəsində baş veribverməməsi, vermişdirsə icbari sığortadan irəli gələn sığorta ödənişinin edilib-edilməməsi, lizinq ödənişlərinin hesablanması baxımından əhəmiyyət kəsb edən yarasız hala düşmə və avtomobilin iddiaçıya verilmə tarixini aydınlaşdırmadan sad əcə olaraq tərəflərin izahatları əsasında MPM-in 76.1 və 81-ci maddələrinin tələbləri ilə uzlaşmayan qətnamə qəbul etmişdir. Eyni zamanda, məhkəmə tərəflər arasında bağlanmış X9 11.4.1-ci bəndinin tətbiqini də nəzərdən keçirməmişdir. Həmin bənddən göründüyü kimi, Lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə bu Müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə Lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi Lizinq Verənə ödəmək. Lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu Müqavilə öz qüvvəsini itirir, Lizinq Obyekti isə Lizinq Alanın mülkiyyətinə keçir. İstinad edilən müddəanın məzmunundan göründüyü kimi, lizinq obyekti olan avtomobilin məhvi və yaxud onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdüyü halla bağlı xüsusi prosedur nəzərdə tutulmuşdur. Hazırkı halda isə iddiaçı tərəf müqaviləyə əlavə edilmiş cədvəldə əks olunmuş bütün lizinq ödənişlərini tələb etməklə yanaşı avtomobili də mülkiyyətində saxlayır ki, bu da istinad edilən bəndin tələblərinə ziddir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iş üçün bu mühüm əhəmiyyət kəsb edən hala diqqət yetirməmişdir. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) 06 noyabr 2020-ci il tarixli, X/ nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qusar rayon məhkəməsinin 05 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişd irilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, lizinq obyekti yararsız vəziyyətdə lizinq verənin ”İddiaçı1” ASC-nin müvəqqəti saxlama dayanacağına qoyulmuş və bu məqsədlə də sonuncu cavabdehdən lizinq obyektini deyil, lizinq ödənişlərini tələb etmişdir. Lakin iddiaçı lizinq obyekti olan avtomobilin məhvi və yaxud onun zədələnməsi nəticəsində bərpasının mümkün olmayan vəziyyət düşdüyü halla bağlı xüsusi prosedur nəzərdə tutulduğunu nəzərə almamışdır. Tərəflər arasında bağlanmış X9 11.4.1-ci bəndinə görə lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə bu müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasın dakı fərqi lizinq verənə ödəmək. Lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu müqavilə öz qüvvəsini itirir, lizinq obyekti və lizinq alanın mülkiyyətinə keçir. Lakin iddiaçı lizinq obyekti olan avtomobilin ona təhvil verilmə tarixini təsdiq edən (təhvil aktı) sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbuki, bu lizinq ödənişlərinin hesablanması baxımından mühüm əhəmiyyət kəsb edir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı1 ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Lizinq predmeti olan avtomobilin yararsız hala düşməsi yol-nəqliyyat hadisəsi nəticəsində baş verilib-verilməməs inin aydınlaşdırılması;

2. Əgər yol nəqliyyat hadisəsi baş vermişdirsə icbari sığortadan irəli gələn sığorta ödənişinin edilibedilməməsinin aydınlaşdırılması;

3. Lizinq ödənişlərinin hesablanması baxımından əhəmiyyət kəsb edən yararsız hala düşmə və avtomobilin iddiaçıya qaytarılma tarixinin müəyyən edilməsi. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsinin mülki kollegiyası kassasiya instansiya məhkəməsinin göstərdiyi həmin halları araşdırmışdır. Müəyyən edilmişdir ki; 1-ci hal üzrə məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nə sorğu göndərmiş və müəyyən olunmuşdur ki, 26.08.2014-cü il tarixdən 22.08.2016-cı il tarixədək olan müddət ərzində “VAZ-21074” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə heç bir yol-nəqliyyat hadisəsi qeydə alınmamış dır. Bununla yanaşı məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və müəyyən olunmuşdur ki, həqiqətən avtomobil tam yararsız vəziyyətdədir. 2-ci hal üzrə avtomobilin geri qaytarılması ilə bağlı təhvil-təslim aktı olmadığından həmin tarixi dəqiq müəyyən etmək mümkün olmamışdır. 3-cü hal üzrə iddiaçı tərəfindən təqdim olunmuş sığorta müqaviləsindən aydın olmuşdur ki, avtomobil “xxxx” Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Məhkəmə tərəfindən sığorta şirkətinə sorğu göndərilmiş və müəyyən olunmuşdur ki, sığorta şirkətində heç bir hadisə qeydə alınmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyası tərəflər arasında X11 bağlandığını, cavabdehin müvəqqəti sahiblik və istifadəsinə lizinq obyektinin verildiyi və cavabdehin ümumilikdə 5549.43 manat məbləğində pulu iddiaçının hesabına ödəm əyi öhdəsinə götürdüyünü, heç bir sığorta şirkəti və cavabdeh tərəfində İddiaçı1 ASC-yə pul ödənilmədiyini, avtomobilin tam yararsız vəziyyətə düşdüyünü, lizinq alanın X9 11.4.1-ci bəndinə əsasən lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə müqaviləyə əsasən Ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anma ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli olduğunu müəyyən etmişdir. Lakin, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası lizinq obyekti olan avtomobilin geri qaytarılması ilə bağlı təhvil-təslim aktının olmamasını əsas gətirərək iddiaçının apellyasiya şikayətini təmin etməmiş və bununla da yanlış nəticəyə gəlmişdir. Belə ki, Mülki Kollegiya avtomobilin geri qaytarıldı ğı tarixin müəyyən edilməməsi halında müqavilə üzrə mükafat məbləğini təmin etməyə bilərdi. Ancaq məhkəmə müqavilənin 11.4.1-ci bəndinin tələblərini və avtomobilin tam yararsız vəziyyətdə olmasını müəyyən etdiyindən iddia tələbindəki əsas məbləğin yəni lizinq obyektinin dəyərinin cavabdehdən tutulması hissəsini təmin etməli idi. Lakin, Mülki Kollegiya yuxarıda qeyd olunan hallan müəyyən etməsinə baxmayaraq sonda Mülki Məcəllənin tələblərini və X9 şərtlərini nəzərə almadan qətnamə qəbul etmişdir. Lizinq obyektinin qaytarılması ilə bağlı təhvil-təslim aktının olmaması cavabdehin ödəniş cədvəli üzrə götürdüyü öhdəlikdən, yəni şirkətə ödəməli olduğu məbləğin ondan tutulmamasına əsas ola bilməz. Həmçinin cavabdeh birinci instansiya məhkəməsində izahat verərək bildirmişdir ki, Xırdalan şəhərində mebel mağazasında işləyərkən mağazada onunla birlikdə fəhlə kimi işləyən Oğuz rayonu Qumlar kənd sakini X8 İddiaçı1 ASCdə tanışları olduğundan sürücülük vəsiqəsi olmadığına görə müqavilə bağlanmasını ondan xahiş etmişdir. Avtomobil şirkətdən götürülərkən xun xahişi ilə onun həmkəndlisi X3 adına da İddiaçı1 ASC tərəfindən 26 sentyabr 2014-cü il tarixə qədər etibarnamə verilmişdir. x həmin vaxt ona bildirmişdir ki, İddiaçı1 ASC tərəfindən avtomobil üçün tələb olunan məbləğ onun tərəfindən 2 ay müddətində tam ödəniləcəkdir və heç kəs səni bu avtomobilə görə narahat etməyəcəkdir. Bundan sonra o, xu görməmişdir. Cavabdehin izahatı olduğu kimi Qusar rayon Məhkəməsinin qətnaməsində qeyd olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdeh xun sürücülük hüququ olmadığını və lizinq obyek tini həmin şəxsin idarə edəcəyini bitdiyi halda avtomobili onun istifadəsinə vermişdir. Bu hal isə Cavabdeh1 X11 üzrə İddiaçı1 ASC qarşısında götürdüyü öhdəliklərdən azad etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər.

18. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

19. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müə yyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

20. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

23. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüqu qi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublik ası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarına əsasən, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır.

27. İşdən görünür ki, İddiaçı1 ASC ilə cavabdeh arasında iddiaçının mülkiyyətində olan 2010-cı il buraxılışlı, “VAZ21074” minik markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı, XTA210740A2974045 ban, ******* mühərrik nömrəli, boz metallik rəngli avtomobilin cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsi barədə 26 avqust 2014-cü il tarixli AL-1558 saylı “X11” bağlanmış, müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlə ri cədvəlinə əsasən cavabdeh illik 21 faiz hesablanmaqla 24 aylıq müddətə hər ay sabit məbləği olmaqla 231,23 manat, ümumilikdə 5549,43 manat məbləğində pulu İddiaçı1 ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, lizinq müqaviləsi üzrə cavabdehin öhdəliyinin icrasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmiş, iddiaçı bu nəticədən narazı qalaraq mübahisələndirmişdir.

28. Həmin müqavilənin 6.4.3-cü və 7.1.1-ci bəndlərinə əsasən lizinq Alan lizinq Obyektini saz və işlək vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aparmalı, həmçinin onun saxlanması üzrə xərcləri ödəməlidir.

29. İş üzrə X5 fərdi s ahibkarlıq etdiyi Serviz Mərkəzi tərəfindən 08 noyabr 2017-ci il tarixdə tərtib edilmiş Aktdan görünür ki, “VAZ 21074” minik markalı, dövlət nömrəsi 99AE359 olan avtomobilə servis mərkəzində ümumi texniki baxış zamanı aşkar olunmuşdur ki, avtomobil tam yararsızdır.

30. Məhkəməsi kollegiyası qeyd etmişdir ki, lizinq obyekti yararsız vəziyyətdə lizinq verənin İddiaçı1 ASC-nin müvəqqəti saxlama dayanacağına qoyulmuş və bu məqsədlə də sonuncu cavabdehdən lizinq obyektini deyil, lizinq ödənişlərini tələb etmişdir. Lakin iddiaçı lizinq obyekti olan avtomobilin məhvi və yaxud onun zədələnməsi nəticəsində bərpasının mümkün olmayan vəziyyət düşdüyü halla bağlı xüsusi prosedur nəzərdə tutulduğunu nəzərə almamışdır. Həmçinin qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış X9 11.4.1-ci bəndinə görə li zinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə bu müqaviləyə əsasən ödənilməli olan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəmək. Lizinq ödənişlərinin tam məbləği ödənildiyi andan bu müqavilə öz qüvvəsini itirir, lizinq obyekti və lizinq alanın mülkiyyətinə keçir. Lakin iddiaçı lizinq obyekti olan avtomobilin ona təhvil verilmə tarixini təsdiq edən (təhvil aktı) sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Halbuki, bu lizinq ödənişlərinin hesablanması baxımından mühüm əhəmiyyət kəsb edir.

31. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli” həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).”””

32. Bu baxımdan iddiaçının lizinq ödənişlərinin mübahisələndirməsini nəzərə alaraq tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü müvafiq sorğular verilmiş və “xxxx” 03/392 №li 12.02.2020-ci il tarixli məktubundan aydın olmuşdur ki, “VAZ 21074” minik markalı, **-AE-*** dövlət qeydiyy at nişanlı avtomobilin iştirakı ilə şirkətdə heç bir hadisə qeydiyyata alınmamışdır.

33. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin 016-60315.1220 №, 10 iyul 2020-ci il tarixli məktubundan görünür ki, “VAZ 21074” minik markalı, 99-AE359 dövlət qeydiyyat nişanlı, XTA210740A2974045 ban, ******* mühərrik nömrəli avtomobilin 26.08.2014-cü il tarixdən 22.08.2016-cı il tarixədək olan müddətdə yol nəqliyyat hadisəsi törətməsi qeydə alınmamışdır.

34. X9 12.1-ci bəndinə əsasən lizinq obyekti aşağıdakı risklərdən sığortalanmalıdır: itirilmə, zədələnmə (korlanma), məhv edilmə (məhv olma), talanma, oğurluq, ətraf mühitə ziyan vurma, üçüncü şəxslərə ziyan vurma. Həmin Müqavilənin 12.6-cı bəndinə əsasən sığorta hadisəsinin baş verməsi nəticəsində ödənilən bütün ödənişləri Lizinq Verən alır.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən tutarlı sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, iddian ı təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

36. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

38. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşk il etmir.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 ASC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-586/2020 nömrəli iş üzrə 06 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar