Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3385/2024 16.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi (real zərər), ümumi iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “pulun ödənilməsi” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli, 2(103)-2677/2024 saylı qətn aməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 16 noyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2549/2021 saylı, 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar X5 və İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “sorğuya cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmiş, Cavabdeh 14 yanvar 2021-ci il tarixli, 21 nömrəli sorğuya cavab verməməsinin qanunsuz hesab edilməklə, cavabdehin üzərinə sorğuda tələb olunan sənədləri təqdim etməklə, cavab verilməsi öhdəliyi qoyulmuşdur. Qətnamə qanuni qüvvəyə minmişdir.
2. Rəsulova (Əhmədova) X14 və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti rekt orunun xx.xx.2014-cü il tarixli 65 saylı əmrinə əsasən ixtisaslar üzrə fərq imtahanı və məqbullarına uyğun olaraq kredit sisteminə əsasən dərslərdə iştirak etmək və təhsil haqqını vermək şərti ilə həmin universitetin Filologiya və biologiya fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasının əyani şöbəsinin İİ kursuna köçürülmüş, orada üç il təhsil almışdır.
3. Tərəflər arasında “Ödənişli əsaslarla tələbələrin Elm və Təhsil Mərkəz “Təfəkkür” Universitetində təhsil alması haqqında” 290 nömrəli, xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır.
4. X6 müdirinin imzası və universitetin möhürü ilə təsdiq edilmiş arayışa əsasən X1 və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin “Filologiya” fakültəsi 413 ibt qrupunda təhsil aldığı müddətdə 2014/2015-ci tədris ili, İİ kurs - 2800 manat, 2015/2016-cı tə dris ili, İİİ kurs - 2800 manat, 2016/2017-ci tədris ili, İV kurs - 2800 manat məbləğində təhsil haqları ödəmişdir.
5. X9 ilə X4 nikahları xx.xx.2019-cu il tarixində bağlanmış, nikahdan sonra arvada “Rəsulova” soyadı verilmişdir.
6. Elm və Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsindən X11 Rəsulovaya ünvanladığı elektron poçtun (mail) surətindən görünür ki, X7 “Tələbə-məzun” elektron məlumat sistemində və Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin Təhsil Nazirliyinə təqdim etdiyi tələblərin siyahısında adı aşkar edilməmişdir. Bununla bağlı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə müraciət etməyi tövsiyə olunur
7. Elm və Təhsil Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X12 tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Unive rsitetinə qəbul olunan və ya bu ali təhsil müəssisəsinə Nazirliyin razılığı ilə köçürülən tələblərin siyahısında adı aşkar edilməmişdir.
8. Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X12 tərəfindən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qəbul olunmuş, eləcə də Nazirliyin razılığı ilə bu ali təhsil müəssisəsinə köçürülən tələbələrin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Eyni zamanda mövcud elektron məlumat sistemlərində (Ali və Orta İxtisas Təhsili alt sistemi, X2 Məlumat Sistemi) də İddiaçı ilə bağlı məlumata rast gəlinməmişdir.
9. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən İddiaçı “təhsil aldığı RF ərazisində yerləşən Universitetdən “Təfəkkür” Universitetinin əyani şöbəsinin filologiya və ibtid ai sinif müəllimliyi fakültəsinə köçürülməsi üçün 2014-cü il tarixdə Rahim Hüseynov və İlham Musayevə 15.000 manat pul verməsi, orada təhsil aldığı 3 il müddətində bütün təhsil haqlarını ödəməsinə baxmayaraq diplom ala bilməməsi” barədə şikayət ərizəsi əsasında toplanmış HK-1-2367 saylı material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Universitetə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Universitet tərəfindən ondan əsassız alınmış 28.650 manat məbləğində pulun Universitetdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı işin yuxa rıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, İddiaçı 2014-cü ildə Rusiya Federasiyasında təhsil aldığı universitetdən Azərbaycanda fəaliyyət göstərən Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin əyani şöbəsinin filologiya və ibtidai sinif müəllimliyi fakültəsinə köçürülmüşdür. Köçürülmə zamanı Universitetin rektoru Müşviq Atakişiyev və köməkçi Əlövsət ondan 15.000 manat məbləğində pul almışdılar. O, onlardan həmin 15.000 manatın qəbzini tələb etdikdə onlar bir aydan sonra ona qiymət kitabçası və tələbə biletini təqdim edib və bildiriblər ki, o universitetə qəbul olub, həmin məbləğ qanuni yol ilə köçürülmə üçün alınıb və qəbz tez bir zamanda təqdim ediləcək. O, həmin Universitetdə üç il təhsil alıb və hər il təhsil haqqı kimi 2800 manat pulu Univ ersitetin mühasibatlığına əlbəəl ödəmişdir, lakin ödəniş ilə bağlı qəbz verilməyib. Ümumilikdə təhsil haqqı olaraq üç il ərzində Universitetin mühasibatlığına 8400 manat pul ödəmişdir. Bundan əlavə hər qış və yay semestrinin kəsirlərinə görə üç il ərzində ümumilikdə 5250 manat Universitetin "xxxx" ASC-dəki hesabına pul köçürmüşdür. Beləliklə, ümumilikdə Universitet tərəfindən ondan 28650 manat pul alınmışdır. O, 2017-ci ildə universitetdə təhsilini bitirməsinə baxmayaraq, bu günə kimi diplomunu ala bilməmişdir. Keçən müddət ərzində çoxsaylı müraciətləri, tələbləri Universitet rəhbərliyi tərəfindən müxtəlif bəhanələrlə təmin olunmamışdır. O, nəhayət aldadıldığından şübhələnərək vəkil vasitəsilə sorğu ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə müraciət edərək, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin əyani şöbəsinin filologiya və ibtidai sinif müəlliməliyi fakültəsində təhsil almasını və həmin fakültədən məzun olmasını təsdiq edən sənədlərin (tələbələr sırasına daxil olmaq barədə rektorun əmrindən çıxarışın, tələbənin kursdan növbəti kurslara keçirilməsi haqqında əmrlərdən çıxarışların, X3 buraxılma haqqında əmrdən çıxarışın, diplom verilməsi haqqında əmrdən çıxarışın, köçürülməyə, təhsil haqqına, semestr kəsirlərinə və diplom işinə görə alınan pul vəsaitinin qəbzlərinin surətlərinin) təqdim olunmasını xahiş edib. Lakin Universitetdən sorğuya cavab verilməmişdir. Bundan sonra o və vəkili birgə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 14 yanvar 2021-ci il tarixli vəkil sorğusuna cavab verməməsinin qanunsuz hesab edilməsi və Universitetin üzərinə həmin sorğuda tələb olunan sənədləri təqdim etmək öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-2549/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuşdur. Hazırda məhkəmə qərarı icra olunması üçün Nərimanov rayon İcra İdarəsinin icraatındadır. “Təfəkkür” Universitetinin rəhbərliyi bu vaxta kimi məhkəmə qətnaməsini icra etməkdən yayınır. Ona görə yayınır ki, onun universitetdə təhsil almasına dair tələb etdiyi sənədlər mövcud deyildir. Başqa sözlə “Təfəkkür” Universitetinin rəhbərliyi onu uzun illər ərzində aldatmış, guya onun həmin universitetdə təhsil alması görüntüsü yaratmışlar. Hər bir tələbənin universitetdə təhsil almasını təsdiq edən adi sənədlərin verilməsindən yayınan, həmin sənədlərin verilməsinə dair çıxarılmış məhkəmə qərarından Ali Məhkəməyə kimi şikayət edən, hazırda isə məhkəmə qərarını icra etməyən universitet rəhbərliyinin ona qarşı dələduzluq etdikləri tamamilə aşkar faktdır. Göstərilən faktla bağlı şikayət ərizəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir və hazırda Bakı şəhəri Baş Polis İdarəsində şikayəti ilə əlaqədar araşdırma aparılır. Hazırkı ərizə ilə cavabdehin ondan əsassız olaraq aldığı pulun qaytarılmasını tələb edir. Belə ki, yuxarıda qeyd etdiyi son məhkəmə qərarının (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-2404/2022 nömrəli qərarı) qəbul edilməsindən sonra cavabdehin yenə də qanuni qüvvəsini almış məhkəmə qərarının ic rasından yayınmasından sonra cavabdehin heç bir hüquqi əsas olmadan ondan xeyli miqdarda pul aldığını müəyyən etmişdir. Buna görə də cavabdeh əsassız olaraq ondan aldığı pulu geri qaytarmalıdır.
12. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, 2001-ci ilə qədər tələbələrin köçürülməsi rektor tərəfindən icra edilmiş, 2002-ci ildən sonra isə Təhsil Nazirliyinin razılığı əsasında aparılmağa başlanılmışdır. Bu barədə Nazirin əmri mövcuddur və bütün təhsil müəssisələrinə göndərilmişdir. Lakin buna baxmayaraq cavabdeh müvafiq əmrə tabe olmadan, Təhsil Nazirliyinin razılığı alınmadan tələbələri köçürmüşdür, bu səbəbdən də onlara diplom verilə bil mir. Sonradan məlum olmuşdur ki, universitet özbaşına köçürmələr icra edib, 87 tələbini razılıq olmadan köçürmüşdür. Hətta inzibati məhkəmədə bu məsələyə dair iş olmuş, lakin həmin iddia cavabdehin düzgün qoyulmaması səbəbindən rədd edilmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Nərgiz Tağıyeva) 2(005)2518/2023 nömrəli iş üzrə 6 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Universitetdən 13.650 manat məbləğində pulun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 175 manat pulun 85 manatının, cəmi isə 13.735 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı həmin vaxt qüvvədə olan qanunve riciliyin tələblərinə müvafiq qaydada cavabdeh Universitetə qəbul olunmamış və ya köçürülməmişdir. Başqa sözlə, iddiaçı ilə cavabdeh Universitet arasında qanuna uyğun qaydada “təhsilalan” – “təhsilverən” münasibətləri yaranmamışdır. Belə olan halda qəbul edilməlidir ki, cavabdeh Universitet heç bir qanuni və ya müqavilə əsası olmadan iddiaçının hesabına pul vəsaiti əldə edərək, iddiaçıya münasibətdə əsassız olaraq varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış münasibətlərə əsassız varlanmaya dair münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Belə ki, cavabdeh Universitet iddiaçını qanunvericiliyə zidd qaydada təhsil müəssisəsinə keçirmiş və onunla bağlanmış təhsil müqaviləsinin yekun nəticəsini, yəni diplom almasını öz təqsiri səbəbindən təmin edə bilməmişdir. Təhsil müqaviləsi qanunvericiliyin tələblərinə zidd qaydada bağlandığından, yəni cavabdehin tələbəni Təhsil Nazirliyinin razılığı alınmadan köçürmək hüququ olmadığından tərəflər arasında bağlanmış müqavilə qanuna uyğun qaydada bağlanmış müqavilə kimi nəzərdən keçirilə bilməz.
15. Cavabdeh Universitetdən iddiaçının xeyrinə tutulmalı pul vəsaitinin məbləği ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdeh Universitetə köçürülməsi üçün 15.000 manat, təhsil haqqı olaraq 8.400 manat, qış və yay semestrinin kəsirlərinə görə ümumilikdə 5.250 manat olmaqla, cəmi 28.650 manat pulu Universitetə ödədiyini iddia edir. İş materiallarında olan sənədlərlə əsasən isə müəyyən olunmuşdur ki, iddiaçı İİ kursdan etibarən Universitetə köçürülməklə orada üç il təhsil almış, hər il təhsil haqqı olaraq 2.800 manat məbləğində pulu Universitetə ödəmişdir. Bundan başqa, iddiaçının təqdim etdiyi xx.xx.2015-ci il tarixli (700 manat), xx.xx.2015-ci il tarixli (400 manat), xx.xx.2015-ci il tarixli (400 manat), xx.xx.2016-cı il tarixli (1.000 manat), xx.xx.2016-cı il tarixli (1.000 manat), xx.xx.2016-cı il tarixli (100 manat), xx.xx.2017-ci il tarixli (1.000 manat) və xx.xx.2016-cı il tarixli (650 manat) ödəniş qəbzlərindən görünmüşdür ki, iddiaçı tərəfindən Universitetə cəmi 5.250 manat məbləğində ödəniş həyata keçirilmişdir. İddiaçı həmin ödənişlərin onlardan kəsir haqqı adı ilə alındığını bildirir. Cavabdeh Universitet isə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu halları təkzib edən hər hansı bir sü butu məhkəməyə təqdim etməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1, 26.2, 40.4-cü maddələrinə, Mülki Məcəllənin 1091, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə baxışı iclaslarının yeri və vaxtı barədə cavabdeh Universitetə məlumat vermədən işə baxmış və tam əsassı z olan iddianı qismən də olsa təmin etmişdir. İddia tələbinin mahiyyəti üzrə isə qeyd edilməlidir ki, iddia əsassızıdır. Belə ki, tərəflər arasında “Ödənişli əsaslarla tələbələrin Elm və Təhsil Mərkəz “Təfəkkür” Universitetində təhsil alması haqqında” 290 nömrəli, xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Qətnamədə istinad olunan "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixli çekindən görünür ki, iddiaçı tərəfindən Universitetin hesabına əyani 4-cü kurs təhsil haqqı təyinatı ilə 1.000 manat məbləğində pul köçürülmüşdür. Göründüyü kimi, həmin müqavilə üzrə sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə həyata keçirilmişdir. Həmin müddətdən sonra heç bir ödəniş olunmamışdır. Bununla da, iddiaçı öz hüququnun pozulduğunu həmin vaxtdan, xx.xx.2017-ci il tarixdən bilirdi və ya bilməli idi. Lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə yalnız 2023-cü il tarixdə, yəni 3 illik müqavilə tələbləri və vaxtaşırı icra edilməli olan öhdəliklər üzrə iddia müddətini ötürməklə müraciət etmişdir. Beləliklə, hazırkı iddia tələbi iddia müddətinin axımı başlandıqdan 3 ildən artıq müddət keçməsi səbəbindən, yəni iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən hüquqi əsaslandırma olaraq əsassız varlanmaya istinad olunmuşdur. Mülki Məcəllənin 1095-ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Nəzərə alınsa ki, sonuncu ödəniş xx.xx.2017-ci il tarixdə həyata keçirilmiş, onda müəyyən edilir ki, iddiaçı əsassız varlanma obyektini qaytarmaq ö hdəliyi üzrə iddia müddətini ötürməklə müraciət etmişdir. Bundan əlavə, iddiaçı tərəfindən şikayət ərizəsi ilə müxtəlif vaxtlarda 18-ci Polis Bölməsinə müraciət olunmuş, xx.xx.2021-i il tarixli və xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlar qəbul edilmişdir. Qərarlarda göstərilir ki, iddiaçı iddia etdiyi pulun bir hissəsini 2014-cü ildən oxuduğu Universitetdə təhsil haqqı və digər kredit ödənişləri kimi verdiyi üçün, eyni zamanda oxuduğu müddətdə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada növbəti kurslara keçdiyindən, həmçinin buraxılış dövlət imtahanını Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş komissiyanın iştirakı ilə verdiyindən cinayət tərkibinin mövcudluğu istisna edilir. İddiaçı ilə cavabdeh Universitet arasında müqavilə münasib ətləri mövcuddur. Məhkəmə isə həmin müqaviləni nəzərə almadan əsassız olaraq əsassız varlanmaya istinad etmişdir. Tərəflər arasında bağlanmış və yuxarıda qeyd edilən xx.xx.2014-cü il tarixli müqavilənin 8-ci bəndinə görə, tələbə hər hansı üzrlü və üzrsüz səbəbə görə təhsilini davam etdirə bilmədiyi və ya istəmədiyi halda, yaxud universitetdən xaric olunduqda ödənilmiş təhsil haqqı geri qaytarılmır. Lakin göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad İmanov) 14 may 2024-cü il tarixli, 2(103)-2677/2024 saylı qətnaməsi ilə cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhə ri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 6 noyabr 2023-cü il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetindən 13.650 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
20. Apellyasiya şikayətində cavabdeh Universitet bildirmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə ona məlumat verməmiş, işə onun iştirakı olmadan baxmış, bununla da onun prosessual hüquqlarını pozmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi MPM-in 185-ci maddəsinə əsaslanaraq işə Universitetin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və işə mahiyyəti üzrə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Amma birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişlərinin cavabdeh Universitet tərəfindən alınması iş materialları ilə təsdiq olunmur. Belə ki, cavabdeh Universitetin hüquqi ünvanı ünvan 1əsi məhkəmə bildirişlərini həmin ünvan üzrə göndərmiş, lakin Universitet fəaliyyətini dayandırdığı üçün hüquqi ünvan üzrə bildirişlərin ona çatdırılması mümkün olmamışdır. Halbuki, iddia ərizəsində Universitetin faktiki ünvanı kimi ünvan 2 instansiya məhkəməsi cavabdeh Universitetin faktiki ünvanı üzrə məhkəmə bildirişləri göndərməmiş, Universitetin məhkəmə iclası barədə məlumatlı olması üçün bütün mümkün vasitələrdən istifadə etməmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlar əsasında işə mahiyyəti üzrə baxaraq hesab etmişdir ki, iddiaçının iddia tələbi qismən təmin edilməlidir. Belə ki, istər cavabdeh Universitetin, istərsə də iddiaçının bildirdiklərindən məlum olur ki, onların arasında “Ödənişli əsaslarla tələbələrin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində təhsil alması haqqında” 290 nömrəli, xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. İddiaçı 2017-ci ilin tədris ilinin sonuna kimi həmin Universitetdə təhsil almışdır. İşin bu halı mübahisəsiz hal kimi qəbul edilməlidir.
23. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı, cavabdeh Universitetin rektorunun xx.xx.2014-cü il tarixli 65 saylı əmrinə əsasən ixtisaslar üzrə f ərq imtahanı və məqbullarına uyğun olaraq kredit sisteminə əsasən dərslərdə iştirak etmək və təhsil haqqını vermək şərti ilə həmin universitetin Filologiya və biologiya fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasının əyani şöbəsinin İİ kursuna köçürülmüş, orada üç il təhsil almış, hər il təhsil haqqı olaraq 2.800 manat məbləğində pulu Universitetə ödəmiş, bundan əlavə kredit haqqı adı ilə ödənişlər həyata keçirmiş, 2017-ci ildə təhsilini bitirməsinə baxmayaraq Universitet iddiaçıya ali təhsil alması barədə diplom verməmişdir. İddiaçı, cavabdeh Universitet tərəfindən onun orada təhsil aldığı görüntüsü yaradılaraq aldadıldığını, buna görə də təhsil üçün ödədiyi pul vəsaitlərinin ondan əsassız olaraq qəbul edildiyini iddia etməklə hazırkı iddia tələbini irəli sürmüş, iddiasının hüquqi əsas ı kimi isə Mülki Məcəllənin “əsassız varlanma”ya dair 1091-ci və 1092-ci maddələrinə istinad etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinin əvvəlki redaksiyasında göstərilirdi ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.
25. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.x x.2001-ci il tarixli 96 saylı əmri ilə bütün təhsil ali təhsil müəssisələrində tələblərin bir ixtisasdan və ya bir tədris müəssisəsindən digərinə köçürülmələri müvəqqəti olaraq dayandırılmış, nazirliyin xx.xx.2002-ci il tarixli 80 saylı əmri ilə isə xx.xx.2001-ci il tarixli 96 saylı əmrdə dəyişiklik edilməklə köçürülmələrin bu təhsil müəssisələrinin tabe olduqları Nazirlik və təşkilatların müvafiq razılığı əsasında həyata keçiriləcəyi nəzərdə tutulmuşdur. İddiaçının cavabdeh Universitet rektorunun əmri (başqa sözlə razılığı) ilə cavabdeh Universitetin Filologiya və biologiya fakültəsinin ibtidai sinif müəllimliyi ixtisasının əyani şöbəsinə köçürüldüyü tərəflər arasında mübahisə doğurmur. Lakin həmin köçürülmə həyata keçirilən zaman buna dair Təhsil Nazirliyinin razılığının alınması iş mate rialları ilə müəyyən edilmir.
26. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iddiaçı həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada cavabdeh Universitetə qəbul olunmamış və ya köçürülməmişdir.
27. Lakin məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları tətbiq edilə bilməz. Çünki tərəflər arasında müqavilə bağlanmış və cavabdeh Universitet həmin müqavilə əsasında üzərinə götürdüyü öhdəlikləri pozaraq nəticədə iddiaçıya maddi ziyanın vurulmasına səbəb olmuşdur.
28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı cavabdeh Universitetə köçürülməsi üçün 15.000 manat, təhsil haqqı olaraq 8.400 manat, qış və yay semestrinin kəsirlərinə görə ümumilikdə 5.25 0 manat olmaqla, cəmi 28.650 manat pulu cavabdeh ali təhsil müəssisəsinə ödədiyini iddia edir. İş materiallarında olan sənədlərlə isə müəyyən olunur ki, iddiaçı İİ kursdan etibarən cavabdeh ali təhsil müəssisəsinə köçürülməklə orada üç il təhsil almış, hər il təhsil haqqı olaraq 2.800 manat məbləğində pulu universitetə ödəmişdir. Bundan başqa, "xxxx" ASC tərəfindən iddiaçıya təqdim edilmiş “kassa mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən Universitetə təhsil haqqı olaraq hissə-hissə cəmi 5.250 manat məbləğində ödəniş edilmişdir.
29. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı cavabdeh Universitetə köçürülməsi üçün 15.000 manat ödəniş etməsini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsas lı hesab edilə bilməz.
30. Cavabdehin “İddia müddətinin tətbiq edilməsi barədə” ərizəyə qiymət verən apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb edilən pul məbləği cavabdeh Universitet tərəfindən ona vurulmuş ziyanın əvəzidir. Ziyanın əvəzinin ödənilməsi tələbi ilə bağlı mülki qanunvericilikdə xüsusi iddia müddəti nəzərdə tutulmadığı üçün hazırkı tələbin irəli sürülməsi üçün 10 illik ümumi iddia müddəti müəyyən edilmişdir. Cavabdeh iddia müddətinin başlanğıcının sonuncu ödənişin tarixi hesab edilən xx.xx.2017-ci il tarixdən hesablanmalı olduğunu bildirir. Həmin tarixdən, hətta tərəflər arasında münasibətlərin yaranmasına əsas olmuş müqavilənin tarixindən – xx.xx.2014-cü il tarixdən hesablanmış olsa belə 10 illik iddia müddətinin buraxılmadığı müəyyən edili r.
31. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən tələb edilən pul məbləği cavabdeh Universitet tərəfindən ona vurulmuş ziyanın əvəzidir. Ziyanın əvəzinin ödənilməsi tələbi ilə bağlı mülki qanunvericilikdə xüsusi iddia müddəti nəzərdə tutulmadığı üçün hazırki tələbin irəli sürülməsi üçün 10 illik ümumi iddia müddəti müəyyən edilmişdir. Cavabdeh iddia müddətinin başlanğıcının sonuncu ödənişin tarixi hesab edilən xx.xx.2017-ci il tarixdən hesablanmalı olduğunu bildirir. Həmin tarixdən, hətta tərəflər arasında münasibətlərin yaranmasına əsas olmuş müqavilənin tarixindən – xx.xx.2014-cü il tarixdən hesablanmış olsa belə 10 illik iddia müddətinin buraxılmadığı müəyyən edilir.
32. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisəyə iddia müddətinin tətbiqi üçün əsas yoxdur. Bununla b ağlı cavabdeh Universitetin ərizəsi əsassızdır.
33. Məhkəmə gəldiyi nəticəni “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1, 26.2, 40.4-cü maddələrinə, Mülki Məcəllənin 21, 372.1, 372.2, 373.1, 373.2, 373.4, 375.1, 375.2, 377.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
34. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin qismən, “İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetindən 13.650 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməsi və İddiaçı cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə qarşı “pulun ödənilməsi” tələbinə dair iddiasının tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq hazırkı iş üzrə ümumi iddia müddəti olan 10 illik müddətin tətbiq edilməli olmasına dair səhv nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəflər arasında müqavilə münasibətlərinin olmasını etiraf etsə də, iddia müddətinin tətbiqinə gəlincə isə, müqavilə tələbləri üzrə iddia müddətini deyil, ümumi iddia müddətinin tətbiq edilməli olmasına dair yanlış qərara gəlmişdir. Belə ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin 41 nömrəli, xx.xx.2023-cü il tarixli əmri ilə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinə tələbə qəbulu verilmədiyinə görə, maliyyə vəziyyətində ya ranmış çətinlikləri nəzərə alaraq Universitetin fəaliyyəti müvəqqəti xx.xx.2023-cü il tarixdən dayandırılmışdır. İddiaçı ilə cavabdeh arasında müqavilə münasibətləri mövcuddur. Tərəflər arasında “Ödənişli əsaslarla tələbələrin Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində təhsil alması haqqında” 290 nömrəli, xx.xx.2014-cü il tarixli müqavilə bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, iş hərtərəfli, tam və obyektiv araşdırılmamış, işdə heç bir sübut olmadığı halda əsassız olaraq iddia qismən təmin edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
37. Maddə 372.1. Başqa şəxsdən hər hans ı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 38.Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 39.Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
40. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
41. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdiri lmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür
42. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflər in qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
49. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və də lillərindən asılı olmayaraq yoxlanılmalıdır.
51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən “cavabdeh Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetindən 13.650 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi” hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin tərəflər arasında müqavilə münasibətləri olduğundan müqavilə tələbləri üzrə iddia müddəti tətbiq edilməli olduğu halda, ümumi iddia müddətinin tətbiq edilməsinin düzgün olmaması barədə dəlili əsassızdır.
56. Belə ki, tərəflər arasında ödənişli təhsillə bağlı müqavilə bağlansa da, irəli sürülmüş tələb müqavilə üzrə öhdəliklərin icra edilməsi barədə olmadığından həmin tələb üzrə 3 illik iddia müddətinin tətbiqi yolverilməzdir.
57. Kassasiya şikayətinin digər dəlilləri mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
58. Cavabd ehin kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
59. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qə tnamənin ləğvinə əsas vermir.
60. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2677/2024 nömrəli iş üzrə 14 may 2024-cü il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.