Məhkəmə qərarları › İş №2(102)-3388/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3388/2019

04.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3388/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, İddiaçı və Cavabdeh2 vəkili Baloğlanov Eltən Təbriz oğlunun iştirakı ilə, İddiaçı və Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı və Cavabdeh2 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il ta rixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdilər. İşin halları: İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı kredit müqaviləsinin və ona əlavə olunmuş razılaşmalanın ləğv edilməsi, ödədiyi məbləğin əsas borcdan silinməsi və hesablanmış faizlərin 06.01.2016-cı il tarixdən dayandırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. ”Cavabdeh1” Qapalı Səhmdar Cəmiyyəti cavabdeh İddiaçı və digər cavabdehlər Cavabdeh2, X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri N ərimanov rayon məhkəməsinin 22.08.2017-ci il tarixli qərardadı ilə sözügedən mülki işin bir icraatda birləşdirilməsi qərara alınmış və iş baxılması üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov, iş № 2(004)-227/2018) İddiaçı iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 27.02.2014-cü il tarixli 10L000006111 saylı kredit xətti müqaviləsinin, kredit xətti müqaviləsi üzrə bağlanmış 11.04.2014-cü il tarixli 10R000013696 saylı, 08.05.2014-cü il tarixli 10R000014007 saylı və 29.12.2014-cü il tarixli 010R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 11.04.2014-cü il tarixli 10R000013696 saylı, 08.05.2 014-cü il tarixli 10R000014007 saylı və 29.12.2014-cü il tarixli 010R********** saylı kredit razılaşmaları üzrə 02.09.2016-cı il tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun silinməsi, ilkin iddia tələbinin qalan hissəyə münasibətdə təmin edilməməsi, ilkin iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya verilməsi qalan 20 manatın iddiaçının özünə aid edilməsi, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər İddiaçı, X1 və Cavabdeh2 müştərək qaydada iddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə, 10R000013696 saylı kredit razılaşması üzrə 245440.67 ABŞ Dolları məbləğində kredit borcunun, 2577,20 ABŞ Dolları məbləğində faiz borcunun və 10 ABŞ Dolları məbləğin də cərimə olmaqla, cəmi 248027,87 (iki yüz qırx səkkiz min iyirmi yeddi dollar 87 sent) ABŞ Dollarının; 10R000014007 saylı kredit razılaşması üzrə 83336.78 ABŞ Dolları məbləğində kredit borcunun, 875,06 ABŞ Dolları məbləğində faiz borcunun və 40 ABŞ Dolları məbləğində cərimə olmaqla, cəmi 84251,84 (səksən dörd min iki yüz əlli bir dollar 84 sent) ABŞ Dollarının; 010R********** saylı kredit razılaşması üzrə 79 326.55 ABŞ Dolları məbləğində kredit borcunun, 832,95 ABŞ Dolları məbləğində faiz borcunun və 40 ABŞ Dolları məbləğində cərimə olmaqla, cəmi 80199,50 (səksən min yüz doxsan doqquz dollar 50 sent) ABŞ Dolları olmaqla, hər üç müqavilə üzrə ümumilikdə, 412.479,21 ABŞ Dolları (dörd yüz on iki min dörd yüz yetmiş doqquz ABŞ dolları 21 sent) məbləğində pulun (ödəniş günü Azərbaycan Respubli kası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 84 manat xidmət haqqının tutulması, tutmanın, İddiaçı məxsus Bakı şəhəri ünvan 1 ünvanında mənzilinə (ilkin satış qiyməti 120 000 manat dəyərində qiymətləndirilsin), Bakı şəhəri ünvan 2 ünvanında mənzilinə (ilkin satış qiyməti 95 000 manat dəyərində qiymətləndirilsin), Bakı şəhəri ünvan 3 ünvanında mənzilinə (100 000 manat dəyərində qiymətləndirilsin); Cavabdeh2 məxsus Bakı şəhəri ünvan 1 ünvanında mənzilinə (ilkin satış qiyməti 220 000 manat qiymətləndirilsin) yönəldilərək, müvafiq ipoteka predmetlərinin açıq hərracda satılması, ipoteka obyektləri satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılaraq, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi, əldə olunan vəsait hesabına Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə olan borcun ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predtmetinin satışından əldə edilmiş vəsaitin borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğin ümumi qaydada cavabdehlər İddiaçı, X1 və Cavabdeh2 müştərək şəkildə tutulması, bankın iddia tələbinin qalan hissəyə münasibətdə təmin edilməməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və İ.Vəliyev, iş № 2(103)-8526/2018) Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin apelyasiya şik ayəti qismən təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 aprel 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 11.04.2014-cü il tarixli 10R000013696 saylı, 08.05.2014-cü il tarixli 10R000014007 saylı və 29.12.2014cü il tarixli 010R********** saylı kredit razılaşmaları üzrə 02.09.2016-cı il tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun silinməsi, İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun bankdan tutularaq ona verilməsi, İddiaçı, X1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə 10R000013696 saylı kredit razılaşması üzrə 2577,20 ABŞ dolları məbləğində faiz borcunun; 10R000014007 saylı kredit razılaşması üzrə 875,06 ABŞ dolları məbləğində faiz borcunun; 010R********** saylı kredit razılaşması üzrə 832,95 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissələrində ləğv edilmiş, İddiaçı Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia tələbi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 11.04.2014-cü il tarixli 10R00Q013696 saylı, 08.05.2014-cü il tarixli 10R000014007 saylı və 29.12.2014-cü il tarixli 010R********** saylı kredit razılaşmaları üzrə 02.09.2016-cı il tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun silinməsi” hissəsində təmin olunmamış, Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı, X2 və Cavabdeh2 qarşı “10R000013696 saylı kredit razılaşması üzrə 74622,31 ABŞ dolları, 10R000014007 saylı kredit razılaşması üzrə 25471,07 ABŞ dolları, 010R********** saylı kredit razılaşması üzrə 25238,53 ABŞ dolları məbləğində faiz borcunun adı çəkilən şəxslərdən müştərək qaydada tutulması” tələbi təmin edilmiş, İddiaçı, X1 və Cavab deh2 müştərək qaydada “Cavabdeh1" QSC-nin xeyrinə 11.04.2014-cü il tarixli 10R000013696 saylı kredit razılaşması üzrə 74 622,31 ABŞ dolları, 08.05.2014-cü il tarixli 10R000014007 saylı kredit razılaşması üzrə 25 471,07 ABŞ dolları, 29.12.2014-cü İİ tarixli 010R********** saylı kredit razılaşması üzrə 25 238,53 ABŞ dolları faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulması, qətnamənin İddiaçı, X1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə 10R000013696 saylı kredit razılaşması üzrə 10 ABŞ dolları məbləğində cərimənin; 10R000014007 saylı kredit razılaşması üzrə 40 ABŞ dolları məbləğində cərimənin; 010R********** saylı kredit razılaşması üzrə 40 ABŞ dolları məbləğində cərimənin tutulması hissələrində dəyişdirilməsi, İddiaçı, X1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə 10R000013696 saylı kredit razılaşması üzrə 3000 (üç min) ABŞ dolları məbləğində cərimə; 10R000014007 saylı kredit razılaşması üzrə 2000 (iki min) ABŞ dolları məbləğində cərimə; 010R********** saylı kredit razılaşması üzrə 2000 (iki min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində cərimə tutulması, İddiaçı və Cavabdeh2 apellasiya şikayətlərinin təmin olunmaması və qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması, İddiaçı iddia ərizəsi verərkən, eləcə də tərəflərin apelyasiya şikayətləri verərkən ödəmiş olduqları rüsum məbləğlərinin onların özlərinə aid olunması, məh kəməmühasibatşünaslıq ekspertizasının xərci qismində 50 (əlli) manatın İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və Cavabdeh2 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını d üzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı və Cavabdeh2 vəkili Baloğlanov Eltən Təbriz oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edi lmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, 27.02.2014-cü il tarixdə bağlanmış 10L000006111 saylı kredit xətti müqaviləsinəəsasən Cavabdeh1 tərəfindən İddiaçı 120 (yüz iyirmi) ay müddətinə 10 000 000 (on milyon) ABŞ dolları məbləğində kredit xətti açılmış, müqavilədə ona veriləcək məbləğin və müddətin ayrıc a bağlanacaq kredit razılaşmaları ilə müəyyən olunacağı təsbit edilmiş, kredit xətti müqaviləsi çərçivəsində İddiaçıla bağlanmış 11.04.2014-cü il tarixli 10R000013696 saylı kredit razılaşmasıəsasında ona 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərtilə 300 000 (üç yüz min) ABŞ dolları məbləğində kredit verilmiş, 29.05.2015-ci il tarixli 10R000013696S saylı, 06.08.2015-ci il tarixli 10R000013696SA saylı, 07.12.2015-ci il tarixli 10R000013696SC saylı, 09.02.2016-cı il tarixli 10R000013696SD saylı, 05.08.2016-cı il tarixli 10R000013696SE saylı sazişlərlə razılaşmaya vəödəniş planına dəyişiklik edilmiş; 08.05.2014-cü il tarixli 10R000014007 saylı kredit razılaşmasıəsasında ona 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş pla nıüzrə hissə-hissə qaytarmaq şərtilə 100 000 (yüz min) ABŞ dolları məbləğində kredit verilmiş, 29.05.2015-ci il tarixli 10R000014007S saylı, 06.08.2015-ci il tarixli 10R000014007SA saylı, 07.12.2015-ci il tarixli 10R000014007SC saylı, 09.02.2016-cı il tarixli 10R000014007SD saylı, 05.08.2016-cı il tarixli 10R000014007SE saylı sazişlərlə razılaşmaya vəödəniş planına dəyişiklik edilmiş; 29.12.2014-cü il tarixli 010R********** saylı kredit razılaşmasıəsasında ona 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, ödəniş planıüzrə hissə-hissə qaytarmaq şərtilə 100 000 (yüz min) ABŞ dolları məbləğində kredit götürmüş, 29.05.2015-ci il tarixli 010R**********S saylı, 06.08.2015-ci il tarixli 010R**********SA saylı, 07.12.2015-ci il tarixli 010R**********SC saylı, 09.02.2016-cı il tarixli 010R* *********SD saylı, 05.08.2016-cı il tarixli 010R**********SE saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ona məxsus Bakı şəhəri, ünvan1 ünvanında, Bakı şəhəri, ünvan 2 ünvanında, Bakı şəhəri, ünvan 3 ünvanında mənzilləri, habelə Cavabdeh2 məxsus Bakı şəhəri, ünvan 4 ünvanında mənzili bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka yüklülükləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İddiaçı 11.04.2014-cü il tarixli 10R000013696 saylı kredit razılaşması əsasında götürdüyü 300 000 (üç yüz min) ABŞ dolları kreditdən 05.09.2016-cı il tarixinədək 54559,33 ABŞ dolları ödəniş həyata keçirmiş və 245440,67 ABŞ dolları məbləğində kredit borcu qalmış, iddiaçı bank həmin razılaşma üzrə ona 09.04.2018-ci il tarixinə 74 622,31 ABŞ dolları faiz, habelə 142,094,88 ABŞ dolları cərimə hesablamışdır. İddiaçı 08.05.2014-cü il tarixli 10R000014007 saylı kredit razılaşması əsasında götürdüyü 100 000 (yüz min) ABŞ dolları məbləğində kreditdən 05.09.2016-cı il tarixinədək 16663,22 ABŞ dolları ödəniş həyata keçirmiş və 83336,78 ABŞ dolları məbləğində kredit borcu qalmış, bank 09.04.2018-ci il tarixinə ona 25 471,07 ABŞ dolları faiz, 48 238,67 ABŞ dolları cərimə hesablamışdır. İddiaçı 29.12.2014-cü il tarixli 010R********** saylı kredit razılaşması əsasında götürdüyü 100 000 (yüz min) ABŞ dolları məbləğində kreditdən 05.09.2016-cı il tarixinədək 20 673,45 ABŞ dolları ödəniş həyata keçirmiş və 79326,55 ABŞ dolları məbləğində kredit borcu qalmış, bank 09.04.2018-ci il tarixinə ona 25 238,53 ABŞ dolları faiz, 45 916,65 ABŞ dolları cərimə hesablamışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən ipoteka predmetlərinin qiymətlərinin müəyyənləşdirilməsi ilə bağlı qiymətləndirici rəyi alınmış, Bakı şəhəri, ünvan 4 ünvanında mənzilin bazar qiymətinin 220 000 manat, Bakı şəhəri, ünvan 2 ünvanında mənzilinin bazar qiymətinin 95 000 manat, Bakı şəhəri, ünvan 3 ünvanında mənzilinin bazar qiymətinin 100 000 manat, Bakı şəhəri, ünvan 1 ünvanında mənzilinin bazar qiymətinin 120 000 manat təşkil etdiyi müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslə r azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 560-cı maddəsinə görə isə, hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; bir və ya daha çox kommersiya hüquqi şəxslərinin bazarda və ya istehsal sektorunda özünün əlverişli vəziyyətindən sui-istifadə etməsi, əgər bu, mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə; kommersiya hüquqi şəxslərinin razı laşmaları, öz aralarında razılaşdırdıqları hərəkət metodları, əgər bunlar mal dövriyyəsi və ya istehsal xidmətləri üçün bazar şəraitinin xeyli pozulması ilə nəticələnə bilərsə və rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və ya təhrif edilməsi məqsədi daşıyarsa və ya buna kömək edərsə. Mülki Məcəllənin 427.1-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 428.1-ci maddəsinə görə isə, əgər kreditor icranı almaqdan üzrlü səbəbə görə imtina etməzsə, borclu öhdəliyi vaxtından əvvəl icra edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin sat ış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İddiaçı və Cavabdeh2 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi faktiki halların sadalanması ilə kifayətlənmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən ed ilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Kassasiya şikayətində həmçinin birinci instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasında cavabdehlərin iştirakının təmin edilməməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan bildirişlərə əsasən müəyyən edilir ki, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Həmçinin birinci instansiyası məhkəməsinin məhkəmə iclas protokollarından görünür ki, cavabdehin səlahiyyətli nümayəndəsi birinci instansiyası m əhkəməsinin iclaslarında iştirak etmiş, onun izahatı dinlənilmiş və məhkəmə qətnaməsində qeyd olunmuşdur. Ona görə də məhkəmə kollegiyası kassatorun birinci instansiyası məhkəməsində məhkəmə baxışının cavabdehin iştirakı olmadan keçirilməsi barədə dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sent yabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar