Məhkəmə qərarları › İş №2(102)-3388/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3388/2020

21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3388/2020 21.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçının vəkili X1 və Cavabdeh1, onun vəkili Vəkil1 X5nın və Cavabdeh2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsindən iddiaçı “xxxx“ KB ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi id dia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı «xxxx» KB ASC-nin xeyrinə 13.12.2013-cü il tarixli 57 MFB/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, 13.12.2013-çü il tarixli 57 MFB/13-A saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52663,22 ABŞ dolları, faiz borcu üzrə 7330,43 ABŞ dolları, cərimə borcu üzrə 953,47 ABŞ dolları olmaqla, cəmi 60947,12 ABŞ dollarının, 07.04.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 1204,19 manat, faiz borcuna görə 278,56 manat, cərimə borcu üzrə 267,87 manat olmaqla, cəmi 1750,62 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması na dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutulmasına, tələbin ipoteka predmeti olan, Cavabdeh1 mülkiyyətindəki Mingəçevir şəhəri, Mehmandarov küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 13.12.2013-cü il tarixli 57MF/13-A saylı əlavə kredit müqaviləsi üzrə 60947,12 ABŞ dollarının, 07.04.2014-cü il tarixli 4msp MNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 1750,62 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 65000 (altmış beş m in) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Mingəçevir şəhəri, Mehmandarov küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 03.04.2019-cu il tarixdə iddia tələbinin artırılması barədə ərizə verərək, cavabdehlərdən 13.12.2013-cü il tarixli 57MFB/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: 13.12.2013-cü il tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52.663,22 ABŞ dolları, faiz borcu üzrə 26.308,15 ABŞ dolları, faiz borcu üzrə 88.801,27 ABŞ dolları, cəmi 167.772,64 ABŞ dolları; a 07.04.2014-cü il tarixli 4ms pMNG/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 1.204,19 AZN, faiz borcuna görə 278,56 AZN, cərimə borcu üzrə 267,87 AZN, cəmi 1.750,62 AZN məbləğində pulun tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini, ipoteka predmetinin ilkin satış qiymətinin 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Mingəçevir şəhəri, Mehmandarov küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onunla “xxxx” KB ASC arasında bağlanmış 13.12.2013-cü il tarixli, 57MFB/13 saylı kredit, 13.12.2013-cü il tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsinin və həmin tarixli 57 MFBİ/ 13 saylı ipoteka müqaviləsinin etibarsız sayılması, həmin müqavilə üzrə ona hesablanmış borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddiasını onunla əsaslandırmışdır ki, məxaric orderindəki imza ona məxsus deyil, oğlunun yalnız 10.000 ABŞ dolları kredit aldığını bilmiş və bunun müqabilində ipoteka qoyulmasına razılıq vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) 29 aprel 2019-cu il tаrixli, X5 saylı qətnaməsi ilə «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Cava bdeh1 və Cavabdeh2 13.12.2013-cü il tarixli, 57MFB/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 57MFB/13-A saylı əlavə kredit müqaviləsinə görə 45981,19 ABŞ dolları məbləğdə əsas kredit borcu, 12.837 ABŞ dolları məbləğdə faiz borcu və 100 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 58918.88 ABŞ dolları məbləğdə pul qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanaraq «xxxx» KB ASC-nə ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 07.04.2014-cü il tarixli, 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən 922.05 manat məbləğdə əsas kredit borcu, 210.84 manat məbləğdə faiz borcu və 30 manat məbləğdə cərimə borcu olmaqla, cəmi 1162.89 manat məbləğdə pulun alınıb «xxxx» KB ASC-nə ödənilməsi, həmin borcların ödənilməsi ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan, Mingəçevir şəhərinin Mehmandarov küçəsindəki 266.9 kv.metr ümumi, 100.6 kv.metr yaşayış, 166.3 kv.metr yardımçı sahəsindən ibarət 4 otaqlı, 6 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0.0383 ha torpaq sahəsinə yönəldilməsi, Mingəçevir şəhəri, Mehmandarov küçəsində yerləşən 6 saylı fərdi yaşayış evinin və onun yerləşdiyi 0.0383 ha torpaq sahəsinin ilkin satış qiymətinin 120.000 (bir yüz iyirmi min) manat müəyyən edilməsi, fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh1 və Cavabdeh2 banka olan borclarının ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 «xxxx» KB Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit və ipoteka müqavilələrinin etibarsız sayılması» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Həmçinin qətnamə ilə məhkəmə xərcləri məsələsidə həll edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Mahir Əsədli - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Ayaz Mahmudov) 30 yanvar 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməmiş, iddiaçı “xxxx” KB ASC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 29 aprel 2019cu il tаrixli, X5 saylı qətnaməsi, ilk iddianın Mingəçevir şəhəri, Mehmandarov küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları hissəsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək ilk iddianın həmin hissədə də təmin edilməsi, Mingəçevir şəhəri, Mehmandarov küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması qət edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı “xxxx” KB ASC və vəkili Vəkil2 tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh1 və vəkili Vəkil1 X5 tərəfindən kassasiya şikayəti verilərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın 30 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” KB ASC-nin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində iddiaçı “xxxx” KB ASC-nin apelyasiya şikayətinin borc məbləği ilə bağlı hissəsi üzrə heç bir əsaslandırma aparılmamış, həmin məsələyə ümumiyyətlə toxunulmamış, sadəcə qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət etməklə kifayətlənmişdir. Halbuki, apellyasiya məhkəməsi tərəfindən bankın apellyasiya şikayəti üzrə araşdırma aparılarkən, məhkəmə kollegiyası öz təşəbbüsü ilə 10.10.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq eksp ertizası təyin etmiş, ekspert qarşısında qoyulan suallardan biri də məhz bankın iddia tələbini artırılması barədə 03.04.2019-cu il tarixli ərizəsinə əsasən "03.04.2019-cu il tarixədək cavabdehlərin iddiaçıya olan borcu nə qədər təşkil edir” sualı olmuş və Məhkəmə Ekspertiza Mərkəzinin 10.01.2020-ci il tarixli 27754 saylı ekspertiza rəyində Cavabdeh1 03.04.2019-cu il tarixə: 13.12.2013-cü il tarixli 57MFB/13-A saylı kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 45.981,19 ABŞ dolları, faiz borcu üzrə 32.203,01 ABŞ dolları, 07.04.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsinə görə isə əsas kredit borcu üzrə 1166.96 manat, faiz borcu üzrə 1077,22 manat olduğu müəyyən olunmuşdur. İddiaçı apelyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 29.04.2019-cu il tarixli, X5 say lı qətnaməsi ilə bankın iddia ərizəsində olan tələb üzrə yəni, 11.10.2016-cı il tarixli maliyyə arayışlarına əsasən yaranmış borcun təmin edilməsinin qət olunması hissəsi ilə qətiyyən razı olmadığını qeyd edərək, hesab etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən adı çəkilən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları ciddi şəkildə pozulmuşdur və aşağıdakı səbəblərə görə həmin qətnamə qismən ləğv edilərək. “xxxx" KB ASC-nin həmin mülki iş üzrə 03.04.2019-cu il tarixli maliyyə arayışlarına əsasən iddia tələbində (sonuncu artırma ərizəsi üzrə (MPM, maddə 53)) qeyd olunan 13.12.2013cü il tarixli 57MFB/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: 13.12.2013-cü il tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52.663,22 ABŞ dollar ı, faiz borcu üzrə 26.308,15 ABŞ dolları, faiz borcu üzrə 88.801,27 ABŞ dolları, cəmi 167.772,64 ABŞ dolları; a 07.04.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 1.204,19 AZN, faiz borcuna görə 278,56 AZN, cərimə borcu üzrə 267,87 AZN, cəmi 1.750,62 AZN məbləğində pulun tutulması hissəsində təmin edilməlidir. Burada pozuntu ondan ibarətdir ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən iddiaçı “xxxx'5 KB ASC-nin iddia tələbinin artırılmasına dair sonuncu məhkəməyə rəsmi qaydada təqdim olunan 03.04.2019-cu il tarixli iddia tələbinin dəyişdirilməsi (artırılması) barədə ərizəsi üzrə cavabdehlərdən tələb olunan əsas, faiz və cərimə borcu əsassız olaraq təmin edilməmiş və məhkəmə bunu ilkin məhkəməyə verilmiş iddia tələbi üzrə mühasibatlıq eksper tizasının rəyləri ilə əsaslandırmağa çalışaraq, 11.10.2016-cı il tarixədək hesablanmış əsas, faiz və cərimə borcunu əsaslı hesab etməklə səhvə yol vermişdir. Halbuki, MPM-nin 53-maddəsinə əsasən “iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.” Şəki Apellyasiya Məhkəməsinin 30.01.2020-ci il tarixli, X5 saylı qətnaməsi ilə bankın apellyasiya şikayətinin qismən yəni, iddia tələbinin ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və onlar satıldıqdan sonra cavabdehlərin həmin yaşayış sahəsindən çıxarılması hissəsində təmin edilməsinə baxmayaraq, bankın 03.04.2019-cu il tarixli iddia tələbinin dəyişdirilməsi (artırılması) barədə ərizəsi məhkəmə kollegiyasının iclaslarında araşdırıla raq yenidən mühasibatlıq ekspertizası təyin olunsa da, nəticədə məhkəmə kollegiyası ekspertizanın verdiyi rəyə əhəmiyyət verməyərək, həmin rəyi nəzərə almamış, yəni, kredit borcu hissəsində sonuncu ekspertiza rəyi sanki olmamış kimi davranaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək, iddiaçı bankın dəlillərini bu hissədə heç bir əsaslandırma aparmadan, əsassız hesab etmişdir. Göründüyü kimi, məhkəmə mülki iş üzrə tərəflər arasında olan münasibətlərə lazımi hüquqi qiymət verməmiş, Azərbaycan Respublikası MPM-nin 53-maddəsi ilə bağlı bankın iddia tələbinin artırılması barədə ərizəsini heç bir əsas olmadan nəzərə almayan Mingəçevir Şəhər Məhkəməsinin yol verdiyi səhvi təkrarlayaraq, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir və bununla da səhv nətic əyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, AR MPM-nin 53-maddəsi ilə bağlı bankın iddia tələbinin artırılması barədə ərizəsini heç bir əsas olmadan nəzərə almayan Mingəçevir Səhər Məhkəməsinin yol verdiyi səhvi təkrarlayaraq, borc tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaəti müdafiə etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Cavabdeh1 kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0.0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər, yəni mənim və Cavabdeh2 çıxarılmaları hissəsini təmin edərkən səhv və qanunsuz nəticəyə gəlmişdir. Belə ki, «İpoteka haqqında» Qanunun 59.3 və 59.4-cü maddələrinin mənasına görə ipotekaya qoyulmuş yaşayış sahəsi satıldıqdan sonra məhz bir ay ərzində ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarıla bilərlər. İpoteka qoyulmuş fərdi yaşayış evi hərracda satıldıqdan sonra mülkiyyət hüququ yeni mülkiyyətçiyə keçdiyinə görə həmin evlə bağlı hər hansı tələblə məhkəməyə müraciət etmək hüququ yeni mülkiyyətçiyə məxsusdur. Məhkəmə ona qarşı qərəzli mövqe tutmuş, qanunvericiliyin tələblərinə düzgün riayət etməmiş, qətnamə qəbul edərkən təqdim olunmuş yazılı sübutlara düzgün qiymət verməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və «İpoteka haqqında» Qanunun müddəalarını kobud şəkildə pozmuşdur. Məhkəmə (sədrlik edən və məruzəçi Mahir Əsədli) qətnamə qəbul edərkən həm maddi, həm də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, 13 dekabr 2013-cü il tarixli 57MFB/13 saylı kredit müqaviləsinə əsasən ona 65000 ABŞ dolları və 2000 manat kredit verilmişdir. 04 aprel 2019-cu il tarixədək məhkəmə iclasına xəstə olduğu üçün gələ bilməmişdir. İşdə iştirak edərkən kredit məbləğindən xəbərdar olub, məxaric orderinin təqdim olunması barədə vəsatət vermiş, 15 aprel 2019-cu ildə “xxxx” KB ASC-nin nümayəndəsi məxaric orderinin kser osurətini məhkəməyə təqdim etmiş, məxaric orderinin surətindən görünür ki, orderdəki imza ona məxsus deyildir. Oğlunun 10000 ABŞ dolları məbləğində kredit almasını bilib və mənzili də həmin məbləğ müqabilində ipoteka qoyulmasına razılıq vermişdir. Həmin kredit məbləği ona ödənilmədiyindən ipoteka müqaviləsi də etibarsızdır. Eyni zamanda ipoteka müqaviləsi 13 dekabr 2013-cü il tarixdə bağlandığı zaman fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin həmin evin ipotekaya qoyulmasına dair razılıq ərizələri alınmalı idi. Lakin, iddiaçı qanunvericiliyin bu tələblərinə əməl etməmiş, məhkəmə isə bu xüsusata qiymət verməmişdir. Prosessual məsələlər Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun vəkili Vəkil1 X5 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onun izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, Cavabdeh1 «xxxx» KB ASC ilə müqavilə bağlayaraq, 65000 (altmış beş min) ABŞ dolları məbləğində kredit almaq barədə razılığa gəlmiş, aldığı borc məbləğini illik 21 faiz olmaqla 36 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. 07 aprel 2014-cü il tarixli, əlavə kredit müq aviləsindən görünür ki, Cavabdeh1 «xxxx» KB ASC ilə müqavilə bağlayaraq, 2000 (manat) məbləğdə kredit almaq barədə razılığa gəlmiş, aldığı borc məbləğini illik 28 faiz olmaqla 12 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehləri öhdəliyi yerinə yetirməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 avqust 2017-ci il tarixdə verilmiş 1154 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 13.12.2013-cü il tarixli 57MFB/13 saylı kredit müqaviləsinə əsasən 57MFB/13-A saylı əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 11.10.2016-cı il tarixə Cavabdeh1 48.560,95 ABŞ dolları əsas, 15.155,06 ABŞ dolları faiz olmaqla ümumilikdə banka olan borcu 63.716,01 ABŞ dolları müəyyən olunmuşdur. 07.04.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 11.10.2016-cı il tarixə Cavabdeh1 922.05 manat əsas, 210,84 manat faiz borcu olmaqla ümumilikdə banka olan borcu 1.132,89 manat müəyyən olunmuşdur. Hər iki müqavilə üzrə cərimənin hansı faiz dərəcəsi ilə hesablanması dəqiq göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 yanvar 2018-ci il tarixdə verilmiş 30222 saylı təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 13.12.2013-cü il tarixli 57MFB/13 saylı kredit müqaviləsinə əsasən 57MFB/13- A saylı əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 11.10.2016-cı il tarixə Cavabdeh1 45.981,19 ABŞ dolları əsas, 12.837,69 ABŞ dolları faiz olmaqla ümumilikdə banka olan borcu 58.818,88 ABŞ dolları müəyyən olunmuşdur. 07.04.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 11.10.2016-cı il tarixə Cavabdeh1 1.166,96 manat əsas, 267,61 manat faiz borcu olmaqla ümumilikdə banka olan borcu 1.434,57 manat müəyyən olunmuşdur. Hər iki müqavilə üzrə cərimənin hansı faiz dərəcəsi ilə hesablanması dəqiq göstərilmədiyindən Cavabdeh1 cərimə borcu hesablanmamışdır. İşdən görünür ki, apelyasiya instansiya məhkəməsi iş üzrə yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və 03.04.2019-cu il tarixədək cavabdehin iddiaçıya borcunun nə qədər təşkil etməsi barədə də ekspert qarşısında sual qoymuşdur. Azə rbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2020-ci il tarixli 27754 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 13.12.2013-cü il tarixli 57MFB/13 saylı kredit müqaviləsinə əsasən 57MFB/13-A saylı əlavə kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla 11.10.2016-cı il tarixə Cavabdeh1 45.981,19 ABŞ dolları əsas, 12.837,69 ABŞ dolları faiz olmaqla ümumilikdə banka olan borcu 58.818,88 ABŞ dolları müəyyən olunur. Müqavilə müddətinin bitdiyi 13.12.2018-ci il tarixə Cavabdeh1 45.981,19 ABŞ dolları əsas, 29.814,91 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə banka olan borcu 75.796,1 ABŞ dolları məbləğində müəyyən olunur. 03.04.2019-cu il tarixə Cavabdeh1 45.981.19 ABŞ dolları əsas, 32.203,01 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə banka ola n borcu 78.184,2 ABŞ dolları məbləğində müəyyən olunur. Ekspert rəyinin tərtib edildiyi, 09.01.2020-ci il tarixə Cavabdeh1 45.981,19 ABŞ dolları əsas, 38.194,97 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə banka olan borcu 84.176,16 ABŞ dolları məbləğində müəyyən olunur. Müqavilə üzrə cərimənin hansı faiz dərəcəsi ilə hesablanması dəqiq göstərilmədiyindən ekspertiza zamanı Cavabdeh1 cərimə borcu hesablanmamışdır. 07 aprel 2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti və bank hesabı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 11.10.2016-cı il tarixə Cavabdeh1 1.166,96 ABŞ dolları əsas, 267,61 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə banka olan borcu 1.434,57 manat məbləğində müəyyən olunur. 03.04.2019-cu il tarixə Cavabdeh1 1.166,96 manat əsas, 1.077,22 manat faiz borcu olmaq la ümumilikdə banka olan borcu 2.244,18 manat məbləğində müəyyən olunur. 09.01.2020-ci il tarixə Cavabdeh1 1.166,96 manat əsas, 1.327,73 manat faiz borcu olmaqla ümumilikdə banka olan borcu 2.494,69 manat məbləğində müəyyən olunur. Müqavilə üzrə cərimənin hansı faiz dərəcəsi ilə hesablanması dəqiq göstərilmədiyindən ekspertiza zamanı Cavabdeh1 cərimə borcu hesablanmamışdır. Apelyasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayətinə münasibətdə birinci instansiya məhkəməsinin ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları hissəsinin iddianın rədd edilməsi ilə razılaşmayaraq, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə əsasən həmin tələbi təmin etmiş, lakin iddiaçının apelyasiya şik ayətini iddia tələbinin artırılması barədə ərizədə göstərilən borcun tutulması hissəsində təmin etməmiş və bu nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilk iddianın həcminin dəyişdirilməsinə dair maliyyə arayışı təqdim etsə də dəyişdirilmiş hissəni əsaslandıra bilməmişdir. Həmçinin iş üzrə keçirilmiş 10 yanvar 2020-ci il tarixli ekspertiza rəyinin müəyyən etdiyi məbləğlərlə birinci instansiya məhkəməsinin müəyyən etdiyi borc məbləği üst-üstə düşür. Apelyasiya instansiyası məhkəməsi cavabdehlərin apelyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, şikayət əsaslı deyildir. Belə ki, cavabdehlər müxtəlif vaxtlarda kredit müqavilələri imzaladıqlarını, lakin vəsaitin onlara ödənilmədiyini, borc məbləğinin şişirdildiyini, ipoteka predmetinin ilkin satış qiymətinin aşağı olduğunu bildirsələr də, həmin halları təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişlər. Qətnamədən hər iki tərəf kassasiya şikayəti verdiyindən, iddiaçı kredit borcunun düzgün müəyyən edilməməsi və iddia tələbinin artırılması barədə ərizəyə münasibət bildirilməməsini, cavabdeh isə qarşılıqlı iddianın təmin edilməməsindən və iddianın evin boşaldılması hissəsinin təmin edilməsindən şikayət etdiyindən və bu şikayətin mahiyyəti ümumilikdə ilkin iddianın təmin edilməməsinə yönəldiyindən, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri əsasında qətnamənin qanuniliyini tam yoxlayır. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) ke çirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Cavabdeh1 qarşılıqlı iddiasında ipoteka və kredit müqavilələrinin onun tərəfindən imzalanmamasını mübahisələndirməmiş, lakin müqavilə üzrə 10.000 ABŞ dolları kredit almasına görə razılıq verdiyini və məxaric orderindəki imzanın ona məxsus olmadığı əsası ilə həmin müqavilələrin etibarsızlığını mübahisələndirir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kredit müqaviləsi üzrə verilməsi nəzərdə tutulmuş məbləğin tam olaraq borcalana verilməməsi kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyil və qarşılıqlı iddiaçı hansı əsasla kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməsini iddiasında əsaslandırmamışdır. Digər tərəfdən iş üzrə müəyyən edilmişdir ki, borclu 1-ci kredit müqaviləsi üzrə 2013-2015ci illərdə 34.099 ABŞ dolları, 2-ci kredit müqaviləsi üzrə isə 1674 ABŞ dolları ödəniş etmişdir. Bu fakt isə sübut edir ki, borclu kredit müqaviləsi üzrə qeyd edilən məbləğdə kreditin ona verilməməsi barədə bildirdiklərində qeyri-səmimidir və iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi ba rədə vəsatət də işin yubadılmasına xidmət etmişdir. Buna görə də, məhkəmə kollegiyası Cavabdeh1 qarşılqlı iddianın təmin edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. İlkin iddia üzrə tutulmalı olan kredit məbləğinin müəyyən edilməsinə gəldikdə isə məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı 03.11.2016-cı il tarixdə iddia ərizəsi verərkən hər iki müqavilə üzrə 11.10.2016-cı il tarixə yaranmış borcu tələb etmiş və birinci instansiya məhkəməsində işə baxılarkən alınmış ekspert rəyləri ilə kredit müqavilələri üzrə məhz 11.10.2016-cı il tarixə olan borc müəyyən edilmişdir. Lakin iş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılması uzandığndan 03.04.2019 -cu il tarixdə iddiaçı iddia tələbinin artırılması barədə ərizə və yeni maliyyə arayışları təqdim edərək cavabdehlərdən 13.12.2013-cü il tarixli 57MFB/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: 13.12.2013-cü il tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsinə görə 03.04.2019-cu il tarixə yaranmış əsas kredit borcu üzrə 52.663,22 ABŞ dolları, faiz borcu üzrə 26.308,15 ABŞ dolları, faiz borcu üzrə 88.801,27 ABŞ dolları, cəmi 167.772,64 ABŞ dolları, 07.04.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 06.03.2019-cu il tarixə yaranmış 1.204,19 AZN, faiz borcuna görə 278,56 AZN, cərimə borcu üzrə 267,87 AZN, cəmi 1.750,62 AZN məbləğində pulun tutulmasını xahiş etmişdir. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə yeni ekspertiz a təyin edilərək, ekspert qarşısında 03.04.2019-cu il tarixə yaranmış borcun müəyyən edilməsi barədə sual qoyulsa da və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2020-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyində hər iki müqavilə üzrə həm müqavilə müddətinin bitdiyi 13.12.2018-ci il tarixə, həm iddia tələbinin həcminin artırıldığı 03.04.2019-cu il tarixə, həm də ekspert rəyinin tərtib edildiyi tarixə əsas və faiz borclarının məbləği müəyyən edilsə də, məhkəmə iddianın həcminin artırılması barədə tələbə və bu barədə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət vermədən, 11.10.2016-cı il tarixə yaranmış əsas borc və faiz hissəsində iddianın təmin edilməsini düzgün hesab etmişdir. Halbuki “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 3 99.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hər iki kredit müqaviləsi üzrə müqavilələrin müddətinin bitdiyi tarixə əsas borc və müqavilə ilə nəzərdə tutulan faiz dərəcəsi ilə faiz məbləğini tələb etmək hüququ olduğundan, apellyasiya məhkəməsi tərəfindən isə iddianın bu hissəsi üzrə maddi və prossesual hüquq normalarının tələbləri pozulduğundan, qətnamə ilkin iddia üzrə hər iki kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində ləğv edilərək, yuxarıda qeyd edilən göstərişlərə uyğun müvafiq araşdırma aparılması üçün həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. Dəbbə pulunun azaldılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, qanuna nəzərdə tutulmuş hüquqdan i stifadə edilməklə, dəbbə pulunun azaldılması zamanı məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən görünür ki, ipoteka predmetinin satış qiyməti müvafiq qiymətləndirmə rəyinə əsasən 120.000 manat müəyyən edilmiş, hər iki kassasiya şikayətində ipotekanın satış qiyməti ilə bağlı hər hansı dəlil irəli sürülməmişdir. Məhkəmə kollegiyası tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərrac yolu ilə satılması, ipoteka predmeti satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mingəçevir şəhəri, Mehmandarov küçəsi 6 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsindən çıxarılmaları hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinin tələblərinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə ) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Cavabdehin kassasiya şikayətinin bu hissəyə dair dəlili ilə məhkəmə kollegiyası razılaşmayaraq qeyd edir ki, qətnamə ilə ipoteka qoyanın dərhal deyil, qanunun tələbinə əsasən ipoteka predmeti satıldıqdan sonra ipoteka qoyan ən geci bir ay ərzində yaşayış sahəsini tərk etmədikdə mənzildən çıxarılması qət edilmişdir və bu iddia tələbinin təmin edilməsi ipotekaqoyan kimi kassatorun hüquqlarını məhdudlaşdırmır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının qətnaməsi qismən 13.12.2013-cü il tarixli 57 MFB/13 saylı əsas kredit müqaviləsi, 13.12.2013-çü il tarixli 57 MFB/13-A saylı əlavə kredit müqaviləsi və 07.04.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsində ləğv edilsin və iş ləğv olunmuş hissə üzrə yenidən baxılması üçün həmin m əhkəməyə göndərilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Cavabdeh1 kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2020-ci il tarixli, X5 nömrəli qətnaməsi qismən, 13.12.2013-cü il tarixli 57 MFB/13 saylı əsas kredit müqaviləsi, 13.12.2013-çü il tarixli 57 MFB/13-A saylı əlavə kredit müqaviləsi və 07.04.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsində ləğv edilsin və iş ləğv olunmuş hissə üzrə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar