Məhkəmə qərarları › İş №2(102)-3389/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3389/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3389/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: LPOİddiaçı ASC-nin ləğvedicisi XXX Cavabdehlər: Cavabdeh1, X2 İddia tələbi: kredit müqaviləsinin ləğvi, kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2, Cavabdeh1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 ya nvar 2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 25.08.2017-ci il tarixli 250817/192563 saylı kredit müqaviləsinə əsasən, bank borcluya illik 6% olmaqla, 60 ay müddətinə 11.000 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 1, mənzil 51; yeni qaydalarla AZ5022, ünvan 1 ünvanında yerləşən 103,77 kv.metr ümumi sahədən, 77,36 kv.metr yaşayış sahəsindən, 26,41 kv.metr yardımçı sahədən ibarət, 5 otaqlı mənzil b ankın xeyrinə ipoteka qoyulmuş, qarşılıqlı razılığa əsasən, mənzil 40.000 manat qiymətləndirilmişdir. 20 noyabr 2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 10869 ABŞ dolları əsas borc, 1900 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 13269 ABŞ dolları kredit borcu vardır. Birinci instansiya məhkəməsində icraat 18 dekabr 2019-cu il tarixdə İddiaçı ASC Cavabdeh1 və X1 qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 25.08.2017-ci il tarixli, 250817/192563 saylı kredit müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 10869 ABŞ dolları, faiz borcu üzrə 1900 ABŞ dolları və cərimə üzrə 500 ABŞ dolları olmaqla, cəmi 13269 ABŞ dolları məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyəti ndə olan ipoteka ilə yüklü edilmiş, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 1, mənzil 51, yeni qaydalarla AZ5022, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmış, 103,77 kv.metr ümumi sahədən, 77,36 kv.metr yaşayış sahəsindən, 26,41 kv.metr yardımçı sahədən ibarət, 5 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 40.000 manat müəyyən edilməsi, satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə, o satıldı qdan 1 ay sonra cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilərək mənzilin boşaldılması və təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-814/2020 saylı iş üzrə 05 mart 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia qismən təmin edilmiş, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 25.08.2017-ci il tarixli, 250817/192563 saylı kredit müqaviləsinin ləğv edilməsi, əsas borc üzrə 10869 ABŞ dolları, faiz borcu üzrə 1900 ABŞ dolları və cərimə üzrə 100 ABŞ dolları olmaqla, cəmi 12869 ABŞ dolları məbləğində pulun Cavabdeh1 tutularaq iddiaçıya ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 1, mənzil 51, yeni qaydalarla AZ5022, ünvan 2 ünvanında yerləşən 103,77 kv.metr ümumi sahədən, 77,36 kv.metr yaşayış sahəsindən, 26,41 kv.metr yardımçı sahədən ibarət, 5 otaqlı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, mənzilin satışından əldə olunan vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1 ümumi qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC-yə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 1, mənzil 51, yeni qaydalarla AZ5022, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin 40000 manat məbləğində müəyy ən edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, iş materiallarında olan maliyyə arayışını, Mülki Məcəllənin 739.1, 739.2, 385.1, 442, 445.2.1, 467, 421, 269, 319cu maddələri və “İpoteka haqqında” Qanunun 39.3.3, 59.1, 59.3, 59.4-cü maddələrinin tələblərini rəhbər tutaraq, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, əsas borc üzrə 10.869 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, faiz və cərimə məbləği ilə razı deyil, əgər möhlət verilərsə, əsas borcunu öd əyər, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi onun mülkiyyət hüquqlarını pozur, çünki həmin mənzil onun yeganə yaşayış yeridir, həmçinin, ipoteka ilə yüklü edilmiş əmlakı həddindən artıq aşağı qiymətləndirildiyi və faiz borcunun dəqiq müəyyən olunması üçün ekspertizalar keçirilməlidir. Apellyasiya məhkəməsi tərəfindən alınmış məhkəmə-mühasibatlıq ekspertizasının 06 noyabr 2020-ci il tarixli rəyinə əsasən, Cavabdeh1 18.12.2019-cı il tarixədək əsas borcu 11000 ABŞ dolları, faiz borcu 1331.80 ABŞ dolları təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən alınmış “xxxx” MMC-nin 28 sentyabr 2020-ci il tarixli qiymətləndirmə rəyinə əsasən, ipoteka predmeti olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 1, mənzil 51, yeni qaydalarla AZ5022, Sumqayıt şəhəri, H acı Zeynalabdin qəsəbəsi, Səməd Vurğun küçəsi, 1351 M3 ünvanında yerləşən 2 saylı mənzilin bazar dəyəri 55.000 manat, likvid dəyəri isə 45.000 manat təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-195/2021 nömrəli iş üzrə 27 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.O.Quliyev, G.F.Tağızadə, L.M.Məmmədova) qətnamə İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 25.08.2017-ci il tarixli, 250817/192563 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 1900 ABŞ dolları məbləğində faiz borcunun İddiaçı ASC-nin xeyrinə tutulması və Cavabdeh1 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, ev 1, mənzil 51, yeni qaydalarla AZ5022, ünvan 2 ünvanında yerləşən 103,77 kvadratmetr ümumi sahədən, 77,36 kvadratmetr yaşa yış sahəsindən, 26,41 kvadratmetr yardımçı sahədən ibarət, 5 otaqlı mənzilin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilsin» hissələrində dəyişdirilmiş, İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 25.08.2017-ci il tarixli, 250817/192563 saylı kredit müqaviləsi üzrə faiz borcu 1331,80 ABŞ dolları (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və ipoteka predmeti olan mənzilin likvid dəyəri 45.000 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə istinad edərək göstərmişdir ki, faiz borcunun məbləği ekspert rəyində göstərildiyi məbləğdə müəyyən olunmalıdır. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, kredit müqaviləsi üzrə dəbbə pulunun 100 ABŞ dolları müəyyə n edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Apellyasiya instansiyası məhkəməsi “xxxx” MMC-nin qiymətləndirmə rəyi ilə təyin olunan likvid dəyəri əsas götürərək, ipoteka predmetinin ilkin satış qiymətini 45.000 manat müəyyən etmişdir. Kassasiya şikayətlərinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcu və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, eskpert rəyi ilə faiz borcu əsassız olaraq azaldılmış, qi ymətləndirmə rəyi ilə əmlakın likvid qiyməti həddindən artıq baha müəyyən olunmuşdur. Cavabdeh1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, əmlakın qiyməti əsassız olaraq real bazar qiymətindən aşağı müəyyən olunduğu üçün təkrar ekspertiza keçirilməlidir. Məhkəmə kollegiyası iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə hesab edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında Cavabdeh1 vəkilsiz iştirak etmişdir. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəti cələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı və Cavabdeh1 kassasiya şikayətləri əsasında tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Qanunun mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin yönəldilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 39.3.2-ci və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə tutmanın ipoteka predmətinə yönəldilməsi barədə qərar qəbul edərkən, qərarda ipoteka predmetinin təsviri və ilkin satış qiyməti göstərilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tər əfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya d əyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətlərinin dəlilləri iş üzrə alınmış ekspert rəyinin və qiymətləndirici rəyin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamal ı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 yanvar 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar