Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-339/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-339/2019 16 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.09.2018-ci il tarixli 2(103)5879/2018 saylı qətnaməsindən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim R.T.Əhmədov, iş № 2(007)-412 /2016) iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada bankın xeyrinə 27 fevral 2014-cü il tarixli baş kredit razılaşması əsasında bağlanmış 28 fevral 2014-cü il tarixli kommersiya kredit müqaviləsi üzrə 26 may 2016-cı il tarixə yaranmış əsas kredit borcuna, faizlərə, cəriməyə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına və dövlət rüsumuna görə 170.114,32 manat məbləğin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 300.000 manat məbləğində müəyyən edilməsi, evin açıq hərracdan satılması, əldə edilən vəsait hesabına banka olan borcun ödənilməsi, ev satıldıqdan sonra 1 ay müddətində boşaldılması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.M.Əliyev, T.Cavabdeh4 və İ.S.Şirinov, iş № 2(103)-3885/2017) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin 300.000 manat müəyyən olunmasına dair hissədə, Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.İ.İmanov, iş № 2(103)5879/2018) Cavabdeh4 ape llyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinin 11 oktyabr 2016-cı il tarixli qətnaməsi Cavabdeh4 aid hissədə ləğv edilmiş, iddia ona münasibətdə təmin edilməmişdir. İşin halları: 27 fevral 2014-cü il tarixdə bankla Cavabdeh1 arasında bağlanmış Baş Kredit Razılaşmasına əsasən 27 fevral 2024-cü il tarixədək Cavabdeh1 1.000.000 (bir milyon) manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilədə kreditin razılaşma əsasında kredit alana verilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında 28 fevral 2014-cü il tarixdə “Kommersiya krediti müqaviləsi” bağlanmış və həmin müqavilə əsasında bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik istifadə dərəcəsi 16 faiz olmaqla 200.000 manat məbləğində kredit verilmişdir. 27 fevral 2014-cü il tarixdə Baş kredit razılaşması üzrə bor clunun öhdəliklərinin təminatı kimi bank tərəfindən Cavabdeh1 ilə ipoteka müqaviləsi, Cavabdeh4 və Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmışdır. 2015-cı ilin noyabr ayında bank borcluya, ipoteka qoyana və zaminlərə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırmış, iddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 sentyabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh3 kassasiya şikayəti vermişlər. Bankın kassasiya şikayətində Cavabdeh4 zamin kimi Baş kredit razılaşması əsasında veriləcək kreditin borclu tərəfindən qaytarılmaması halı üçün maddi məsuliyyəti öz üzərinə götürməsi, apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgü n qiymət vermədən, maddi və prosessual hüquq normalarının pozulması ilə işə baxaraq iddianı rədd etməsi əsas göstərilməklə qətnamənin ləğv edilməsi və bankın iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. İş üzrə Cavabdeh3 kassasiya şikayətində işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılması əsas göstərilməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi xahiş olunmuşdur. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişd ir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi iddianı Cavabdeh4 aid hissədə rədd edərkən bankla Cavabdeh1 arasında bağlanmış 27 fevral 2014-cü il tarixli Baş Kredit Razılaşmasında faiz dərəcəsinin göstərilməməsini, həmin müqavilə çərçivəsində bağlanmış 28 fevral 2014-cü il tarixli ko mmersiya krediti müqaviləsində isə kreditdən istifadə dərəcəsinin 16 faiz müəyyənləşdirilərkən buna zaminin razılığının alınmamasını və bunun zaminin məsuliyyətinin artmasına səbəb olmasını əsas göstərmişdir. Kollegiya həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərarında kredit xətti müqaviləsində faiz dərəcəsinin göstərilməməsinin zaminin məsuliyyətinin artmasına səbəb olmasına dair göstərişinə istinad etmişdir. Kollegiya aşağıdakı səbəblərdən zaminə qarşı yönəldilmiş iddianın rədd olunması ilə razılaşmır. Bankla borclu Cavabdeh1 arasında bağlanmış 27 fevral 2014-cü il tarixli Baş Kredit Razılaşmasının 2.3-cü bəndinə görə verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu Razılaşmanın ayrılmaz hissəsi olan kredit müqavilələri ilə müəyyən edilir. İşdən görünür ki, cavabdehlərlə zaminlik müqavilələri məhz Baş Kredit Razılaşmasının təminatı kimi bağlanmış və zaminlik müqavilələrini bağlamaqla zaminlər Baş Kredit xətti Razılaşmasının şərtlərini, o cümlədən Razılaşmanın 3-cü bəndinin (zaminin məsuliyyətinə dair) şərtlərini qəbul etmişlər. Zaminlik müqaviləsini bağlayarkən zamin bilmiş və razılaşmışdır ki, kreditə görə faiz dərəcələri Baş Kredit Razılaşması çərçivəsində bağlanmış kredit müqavilələrində müəyyən olunacaq və borclu krediti həmin faizlərlə banka qaytarmalıdır. Göründüyü kimi zamin, təminat vasitəsi kimi bankla zaminlik müqaviləsi bağlayarkən kredit müqaviləsində müəyyən ediləcək hər hansı faiz dərəcəsinə görə məsuliyyəti əvvəl cədən üzərinə götürmüşdür. Zaminlik müqaviləsində isə bunu inkar edən başqa heç bir şərt nəzərdə tutulmamışdır. İşdən görünür ki, kredit müqaviləsi Baş kredit xətti razılaşmasının şərtlərinə tam uyğun bağlanmış və nəticə etibarı ilə kredit müqaviləsində respublika bankları tərəfindən müəyyən olunmuş faiz dərəcələrini aşmayan faiz (16 faiz) müəyyən olunmuşdur. Zaminlik müqaviləsini bağlayarkən zaminə məlum idi ki, banklar tərəfindən verilən bütün kreditlər onlara hesablanmış faizlərlə borclu tərəfindən banka qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə ya ranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Cavabdehlər bankla zaminlik müqaviləsini bağlamaqla əslində gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi barədə üzərlərinə öhdəlik götürmüşlər. Mülki Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borcl u ilə eyni həcmdə məsuliyyət daşıyır(472.2.). Zaminlik müqaviləsini bağlamaqla zamin həm əsas borcun, həm faiz borcunun, cərimənin və digər borcların ödənilməməsi halı üçün üzərinə məsuliyyət götürmüşdür. İşdən görünür ki, Cavabdeh1 əsas kreditə görə borcun qaytarılması üzrə də öhdəliyini lazımınca icra etməmişdir. Belə olduqda apellyasiya instansiyası məhkəməsinin yalnız faiz dərəcəsinin müəyyən olunmamasına əsaslanıb zamini Mülki Məcəllənin 470, 472-ci maddələrində müəyyən olunmuş məsuliyyətdən tam azad etməsi zaminliklə təmin edilmiş öhdəlik münasibətlərini tənzimləyən maddi hüquq normalarının tələblərinə ziddir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara düzgün qiymət verilməmiş, qanunun qüvvəsi düzgün tətbiq edilməmiş və qətnamə tərəflər in qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-339/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-339/2019
16.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver