Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-339/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan «X4» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun, Cavabdeh vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9082/2019 nömrəli qətnaməsindən iddiaçı «X4» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassas iya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «X4» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 77.790 manat əsas borc, 8.142,02 manat faiz borcu, müqavilə müddəti bitdiyi tarixdən hal-hazıradək hesablanmış 23.172 manat beş faizlik borcu olmaqla, cəmi 109.104,02 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan «X4» ASC- nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-159/2019 saylı qətnaməsi ilə (hakim V.M.Hacıyev)iddia tələbi rədd edilmişdir. İddiaçı «X4» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması F ondu qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9082/2019 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova, E.M.Həsənov və V.N.Sadıqov) iddiaçı «X4» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9082/2019 nömrəli qətnaməsindən iddiaçı «X4» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı «X4» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili M əmmədov Azər Məhəbbət oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9082/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə al dıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.399.3-cü maddəsində qeyd olunur ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. xx.xx.2010-cu il tarixli 14-36010 saylı kredit müqaviləsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və Borcalanın öz üzərinə götürdüyü öhdəliklərinin Borcalan və ya üçüncü şəxs tərəfindən vaxtında və ya vaxtından əvvəl tam həcmdə yerinə yetirilməsi bu müqavilənin qüvvədə olma müddətinin bitməsi hesab olunur. “Azərbaycan Respublikası Mülki Məcəll əsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbyacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “MM-in 390-cı maddəsində müəyyən edilmiş müqavilə azadlığı Konstitusiyanın 29-cu və MM-in 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Sözügedən müddəa ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavil ənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. Müqavilə azadlığı prinsipi yalnız mülki hüquq prinsipi kimi deyil, eyni zamanda, konstitusiya prinsipi kimi də qəbul olunur. Bu prinsipə təkcə hüquqi baxımdan deyil, həmçinin iqtisadi və etik normalar baxımından da yanaşmaq lazımdır.MM-in “Müqavilə hüququ” adlı 20-ci Fəslində yer alan və bütün müqavilələrə şamil olunan 399 və 399.3-cü maddələri baxımından müqavilə azadlığı prinsipinə formal bərabərlik kimi baxıla bilər. Lakin konstitusiya prinsipi olan müqavilə azadlığı prinsipinə əsaslanaraq kredit müqavilələrini tənzimləyərkən, qanunverici elə bir tənzimləmə şəraiti yaratmalıdır ki, müqavilədə iqtisadi cəhətdən zəif olan tərəfə müəyyən üstünlüklər təqdim etməklə, sahibkarlıq fəaliyyətinin həyata keçi rilməsi zamanı bərabərlik prinsipinin gözlənilməsini real təmin etmiş olsun.” Bundan başqa, MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş müddət borc müqaviləsinə şamil edilmir. Tərəflər arasında bağlanmış müqavilədə borcun və faizlərin ödənilməsi şərtləri göstərilmiş, cavabdeh müqavilə öhdəliyinə əməl etməmiş, icranı gecikdirmiş, bununla bağlı xəbərdarlıq göndərilsə də, cavabdeh borc öhdəliyinin icrasından yayınmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı «X4» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2 məhkəmə iclasında iştirak edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiya sı Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli qətnamə ilə iddiaçı «X4» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətini təmin etməyib, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-159/2019 saylı qətnaməsini dəyişdirmədən qüvvədə saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnam ə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bank - «X4» ASC ilə borcalan - Cavabdeh adından bağlanmış xx.xx.2010-cu il tarixli 14-36010 nömrəli kredit müqaviləsi ilə «X4» ASC borcalan Cavabdeh illik 12 faiz olmaqla 12 ay müddətinə Bakı şəhəri Binəqədi rayonu Ə.Nəvai 33/Naxçıvani 3068-ci məhəllədə inşa edilən mənzilin alınması üçün 77.790 manat kredit vermişdir. Bundan başqa Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli 2(004)-4121/2018 nömrəli qərardadları ilə xx.xx.2010-cu il tarixli 14- 360-10 nömrəli kredit müqaviləsinin “borcalan” qrafasındakı və xx.xx.2010-cu il tarixli 02 nömrəli kassa məxric orderində “orderdə göstərilən məbləği aldım” qrafasındakı imzaların Cavabdeh məxsus olub -olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2018-ci il tarixli 15217 nömrəli və xx.xx.2018-ci il tarixli 24513 nömrəli ekspert rəylərindən görünür ki, ekspertizaya təqdim edilmiş, “X4” ASC ilə Cavabdeh adlarından bağlanmış xx.xx.2010-cu il tarixli 14-360-10 nömrəli kredit müqaviləsinin 2-5-ci vərəqələrində “Borc alan” qrafasındakı imzaların Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Ekspertlər bu qənaətə gələrkən qeyd etmişlər ki, tədqiq olunan imzaları Cavabdeh imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan imzalardakı qrafik materialın azlığı, cizg ilərinsadəliyi, imzaların hərfi tərkibinin olmaması, Cavabdeh 2005-2010-cu illərdə sərbəst imza nümunələrinin təqdim olunmaması, təqdim olunan nümunələrin isə öz aralarında bir-birindən fərqlənməsi müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunub-olunmaması haqqında qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların Cavabdeh tərəfindən icra olunubolunmamasını müəyyən etmək mümkün olmadı. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-4121/2018 nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 4294 nömrəli ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, “X4” ASC ilə Cavabdeh adlarından bağlanmış xx.xx.2010-cu il tarixli 14-360-10 nömrəli kredit müqaviləsinin 2-5-ci vərəqələrində “Borc alan” qarafalarındakı imzalar və xx.xx.2010-cu il tarixli 02 nömrəli kassa məxric orderində “orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifad əsi (çoxtərəfli əqd) zəruridir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinin tələbinə görə əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların h esablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbayca n Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyatakeçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Yuxarıda sadalanan hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, "X4” ASC ilə Cavabdeh adlarından bağlanmış xx.xx.2010-cu il tarixli 14-360-10 nömrəli kredit müqaviləsinin 2-5-ci vərəqələrində "Borc alan” qarafalarındakı imzalar və xx.xx.2010cu il tarixli 0 2 nömrəli kassa məxric orderində “orderdə göstərilən məbləği aldım” qrafasındakı imza - Cavabdeh məxsus olmadığına görə, Cavabdeh ilə "X4” ASC arasında qeyd olunan müqavilə üzrə öhdəliklər yaranmamışdır. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli 14-360-10 nömrəli kredit müqaviləsidən görünür ki, cavabdeh aldığı borcu xx.xx.2011-ci il tarixdək qaytarmağı öhdəsinə götürmüşdür, yəni tərəflər arasında müqavilə müddəti xx.xx.2011-ci il tarixində bitmişdir. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2018-ci il tarixdə müraciət etmiş, bununla da iddia müddətini ötürmü şdür. Beləliklə, hazırki mübahisə ilə bağlı birinci instansiya məhkəməsinin cavabdehin ərizəsini nəzərə alaraq, iddia müddətinin tətbiqi ilə bağlı mövqeyi düzgün olmuş, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatora aid hissədə ləğvi üçü n qanuni əsas deyildir. Belə ki, həqiqətən də kredit müqaviləsi ilə müqavilənin tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədə olması göstərilsə də bu şərt hazırkı tələb üzrə iddia müddətinin ötürülməsini istisna edən şərt kimi qiymətləndirilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilədə müəyyən olunmuşdur ki, kredit məbləği 12 ay müddətinə verilir və bu müddət xx xxxx 2011-ci il tarixində bitmişdir. Odur ki, iddia müddətinin axımı da elə həmin müddətdən başlanmışdır. Həmin müqavilədə göstərilənlər isə müqavilənin qüvvədə olma müddəti kimi qəbul edilə bilməz. Belə ki, həmin bəndə əsasən kredit müqaviləsi tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirdikdən sonra qüvvədən düşür. Kollegiya hesab edir ki, müqavilənin bu bəndi mülki qanunvericiliyin tə ləblərinə ziddir. Belə ki, müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və həmin Məcəllənin 550-554-cü maddələrində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitamının tətbiqini qeyri-mümkün edir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur. Mülki Məcəllənin 554.1-ci maddəsinin tələblərinə görə müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.4-cü maddəsində isə təsbit olunmuşdur ki, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sad ələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Qeyd olunan halları və Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 11.1-ci bəndi Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün etibarsızdır. Müqavilənin bu müddəası müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üçün də etibarsızdır. Bu baxımdan iddiaçının müqavilənin bu bəndinə istinad etməklə iddia müddətinin ötürülməməsinə istinad etməsi də əsassızdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «X4» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)9082/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-339/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-339/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver