Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3390/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3390/2023 Açar söz: işin kassasiya baxışından çıxarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3064/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış ********* saylı, 3 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank 36 ay müddətinə illik 24% dərəcəsi ilə 9800 ABŞ dolları məbləğində kredit verməyi, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış kredit müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdeh üçün kredit versə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən 997 ABŞ dolları əsas borc, 1652,14 ABŞ dolları faiz borcu, 3832,56 ABŞ dolları və gecikdirilmiş vaxt üçün 142,94 ABŞ dolları hesablanan faiz borcu, cəmi 6625,57 ABŞ dolları borcu yaranmışdır.
2. Cavabdeh LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2021-ci tarixdə ərizə ünvanlayaraq kredit müqaviləsi üzrə hesablanmış cərimə borcunun tam, faizlərin isə 50 faizinə güzəşt edərək qalıq məbləğin 2 ay müddətinə bərabər hissələrlə ödənilməsi məsələlərinə yenidən baxılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra –LPO İddiaçı ASC) ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 997,93 ABŞ dolları əsas, 1652,14 ABŞ dolları faiz, 3832,56 ABŞ dolları cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 142,94 ABŞ dolları borc olmaqla, cəmi 6625,57 ABŞ dolları məbləğində borcun və 123,8 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Cavabdeh X2 xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək, iddiaçı ilə kredit müqaviləsinin 2015-ci ilin mart ayında bağlandığını, bununla da 3 illik iddia müddətinin ötürüldüyünü bildirib məhkəmədən iddianın həmin əsasla rədd edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3127/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 997,93 ABŞ dolları əsas, 1652,14 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə və xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 142,94 ABŞ dolları olmaqla, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 2893,01 ABŞ dolları məbləğində borcun və 69,15 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
6. Cavabdeh X2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-282/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məh kəməsinin Mülki Kollegiyasının (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Günay Axundova) 2(103)3064/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3127/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3064/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b)
9. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
10. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
11. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnam ə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
12. Maddə 417.1.7 kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddiaçı LPO Dəmirbank ASC tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilərək məhkəmə baxışına təyin edilmişdir.
14. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, cavabdehin kassasiya şikayəti MPM-nin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.
15. Belə ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
16. Çünki Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3127/2022 nömrəli, 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 2893,01 ABŞ dolları məbləğində borc (4918 manat 11 qəpik) hissəsində təmin edilmiş, həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Qətnamə cavabdehin apelyasiya şikayəti əsasında ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş və İddiaçı Açıq Sə hmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir.
17. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verilmədiyindən, hazırda onun həmin hissədən kassasiya şikayəti vermək hüququ yoxdur. Cavabdeh tərəfindən mübahisələndirilə bilən hissə 2893,01 ABŞ dolları məbləğində borcun rədd edilməsi hissəsi olduğundan, həmin məbləğ isə manatla 4918 manat 11 qəpik təşkil etdiyindən mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatı keçmədiyindən hazıki işə kassasiya icraatı mümkün deyildir.
18. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə mübahisələndirilən hissədə iddianın qiymətinin beş min manatdan az olan əmlak xar akterli iddialar üzrə qətnamələrdən kassasiya şikayətinin verilməsi istisna edilmişdir.
19. Həmin Məcəllənin 403.1-ci maddəsinə əsasən Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
20. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-3390/2023 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 402.1,403.1, 417.1.7-ci maddələrini rəhbər t utaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3064/2023 nömrəli iş üzrə 18 may 2023-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10 avqust 2023-cü il tarixli 2(102)-3390/2023 nömrəli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.