Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3391/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, iddiaçı “İddiaçı” QSC-nin nümayəndəsi X2 və vəkili ***nuniştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli, 2(103)-181/2018 nömrəli qətnaməsindən iddiaçı “İddiaçı” QSC-nin kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim X.A.Mərdanova) 01 may 2017-ci il tarixli, 2(006)-17/2017 saylı qətnaməsi ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 01 may 2013-cü il tarixli, 78344-042013 saylı kredit müqaviləsi üzrə 103623 (yüz üç min altı yüz on üç) ABŞ dolları 76 (yetmiş altı) sent əsas kredit borcunun, 10114 (on min yüz on dörd) ABŞ dolları 83 (səksən üç) sent əsas məbləğə hesablanmış faiz borcunun, 3000 (üç min) ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 116738 (yüz on altı min yeddi yüz otuz səkkiz) ABŞ dolları 59 (əlli doqquz) sent məbləğində borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə, 27 dekabr 2012-ci il tarixli 78344 saylı kredit müqaviləsi üzrə 44350 (qırx dörd min üç yüz əlli) manat 31 (otuz bir) qəpik məbləğində əsas kredit borcunun, 2190 (iki min yüz dox san) manat 14 (on dörd) qəpik məbləğində əsas məbləğə hesablanmış faiz borcunun, 3000 (üç min) manat məbləğində hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 49540 (qırx doqquz min beş yüz qırx) manat 45 (qırx beş) qəpik borc, 20 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehlərə bildirişin (pretenziyanın) göndərilməsi üzrə poçt xərcləri 7,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin əmlak sahiblərinə göndərilməsi üzrə poçt xərci 05 manat və 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi «İddiaçı» QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh3 məxsus olan “Power Poc” T-35 -12 markalı, Az 1Q-X-636 qeydiyyat nişanlı yerqazan maşına, HOWO 3317N3867W yük markalı **-JD-***, **-JD-***, **-JD-***, **-JD-***, **-JD-***, **-JD-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərə və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahələri, yük və yerqazan maşınları açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit bo rcunun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 120000 (yüz iyirmi min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilməsi, kredit borcu tam ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh3-yə və Cavabdeh1 qaytarılması, girov qoyulmuş əmlakların satışından əldə olunacaq vəsait qətnamənin icrasına yetərli olmadı ğı halda, qalan məbləğ Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «İddiaçı» QSC-yə ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə və Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqda, qeyri-yaşayış sahələri 1 ay müddətində boşaldılması, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 50 manat ekspertiza xərci tutularaq, dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.C.Kazı mov, T.S.Səmədov və İ.S.Şirinov) 21.12.2018-ci il tarixli, 2(103)-181/2018 nömrəli qətnaməsi ilə Cavabdeh3-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli qətnaməsi qismən, yəni “tələb “xxxx” MMC məxsus olan “Power Poc” T-35-12 markalı, Az 10-X-636 qeydiyyat nişanlı yerqazan maşına, HOWO 3317N3867W yük markalı **-JD-***, **-JD-***, **-JD-***, **-JD-***, **-JD-***, **-JD*** dövlət qeydiyyat nişanlı yük avtomobillərə və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömr əli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, ipoteka predmeti olan qeyri-yaşayış sahələri, yük və yerqazan maşınları açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 120000 (yüz iyirmi min) manat müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 60000 (altmış min) manat müəyyən edilməsi, kredit borcu tam ödənildikdən sonra satışdan qalan məbləğ Cavabdeh3-yə və Cavabdeh1 qaytarılması, girov qoyulmuş əmlakların satışından əldə olunacaq vəsait qətnamənin icrasına yetərli olmadığı halda, qalan məbləğ Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «İddiaçı» QSC-yə ödənilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə və Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşay ış sahəsinə tutma yönəldildikdə və o satıldıqda, qeyri-yaşayış sahələri 1 ay müddətində boşaldılsın"hissəsində ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmiş, 27 dekabr 2012-ci il tarixli 78344 saylı kedit müqaviləsi üzrə tələb 27 dekabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətə məxsus 2012-ci il buraxılış tarixli, “Power Poc” T-35-12 markalı və Az 10-X-636 qeydiyyat nişanlı yerqazan maşına yönəldilmiş və yerqazan maşın açıq hərrac vasitəsi ilə satılsın, satışdan əldə olunan vəsait hesabına borc ödənilsin, artıq məbləğ qalarsa ipoteka qoyana qaytarılması, Satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə, qalan borc Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətindən, Cavabdeh1 və Cavabdeh2 müştər ək qaydada alınaraq “İddiaçı” qapalı səhmdar cəmiyyətinə ödənilməsi, 01 may 2013-cü il tarixli 78344-042013 saylı kredit müqaviləsi üzrə tələb 01 may 2013- cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətə məxsus 2012-ci il buraxılışlı, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W (cəmi 6 ədəd) yük markalı özüboşaldan avtomobillərə yönəldilməsi və həmin avtomobillərin açıq hərrac vasitəsi ilə satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, artıq məbləğ qalarsa, ipoteka qoyana qaytarılması, satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə, qalan borc Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətindən, Cavabdeh1 və Cavabdeh2 müştərə k qaydada alınaraq “İddiaçı” qapalı səhmdar cəmiyyətinə ödənilməsi, qətnamənin, Cavabdeh3 məhdud məsuliyyətli cəmiyyətin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə, dəyişdirilmədən saxlanılması, iddiaçı “İddiaçı” qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamə, iddiaçı “İddiaçı” qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayətinə münasibətdə, mübahisələndirdiyi qalan hissədə, dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza xərci – 150 (yüz əlli) manat, iddiaçı “İddiaçı” qapalı səhmdar cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE**********0020885 01 hesabına ödənilməsi qət edilmişdir. İddiaçı “İddi açı” QSC və onun vəkili Mirzəliyev Rüfət Əsəd oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “İddiaçı” QSC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, yekun olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3-dən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 101991,58 ABŞ dolları əsas kredit borcunun, 37204,25 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 55246,71 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 194442,54 ABŞ dolları məbləğində borcunun və 124710,09 manat əsas kredit borcunun, 41525,20 manat məbləğində əsas məbləğə hesablanmış faiz borcunun, 73449,01 manat məbləğində hər gecik dirilmiş günə görə cərimə borcunun, 20 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehlərə bildirişin göndərilməsi üzrə poçt xərcləri 7,50 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin əmlak sahiblərinə göndərilməsi üzrə poçt xərci 05 manat və 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun, cəmi 239746,80 manat borcun “İddiaçı” QSC-nin xeyrinə tutulması habelə, cavabdehlərdən həmin məbləğlərin tutulması ilə eyni zamanda ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın y arımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin (ipoteka predmetinin) ilkin satış qiyməti 27.02.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən 08.05.2013-cü il tarixli ipoteka müqaviləsi ilə tərəflər arasında razılaşdırılmış 120000 manat olmaqla və ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin (ipoteka predmetinin) ilkin satış qiyməti 27.02.2013-cü il tarixli qiymətləndirmə rəyinə əsasən 08.05.2013-cü il tarixli ipoteka müqaviləsi ilə tərəflər arasında razılaşdırılmış 60000 olmaqla açıq hərracdan satılmasına, habelə, ipo teka qoyulmuş mülkiyyət hüququ ilə “xxxx” MMC-yə məxsus olan 2012-ci il buraxılış tarixli, “Power Poc” T-35-12 markalı, zavod nömrəsi X013152DE olan, qeydi almaq üçün əsas YGBB577740, 23.10.2012-ci il tarixli, qaimə N:471738, 03.12.2012-ci il tarixli, qeydiyyat şəhadətnaməsi TH N:021895 olan və Az 10-X-636 qeydiyyat nişanlı yerqazan maşının hərracdan satılmasına, habelə, ipoteka qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh3-yə məxsus olan 2012-ci il buraxılış tarixli, şassi/ban nömrəsi LZZ5EXSD5CN659795 olan, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli HOWO ZZ3317N3867W yük markalı nəqliyyat vasitəsi, 2012-ci il buraxılış tarixli, şassi/ban nömrəsi LZZ5EXSD6CN659790 olan, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli HOWO ZZ3317N3867W yük markalı nəqliyyat vasitəsi, 2012-ci il buraxılış tarixl i, şassi/ban nömrəsi LZZ5EXSD3CN659794 olan, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli HOWO ZZ3317N3867W yük markalı nəqliyyat vasitəsi, 2012-ci il buraxılış tarixli, şassi/ban nömrəsi LZZ5EXSD8CN659791 olan, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli HOWO ZZ3317N3867W yük markalı nəqliyyat vasitəsi, 2012-ci il buraxıhş tarixli, şassi/ban nömrəsi LZZ5EXSDXCN659792 olan, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli HOWO ZZ3317N3867W yük markalı nəqliyyat vasitəsi və 2012-ci il buraxılış tarixli, şassi/ban nömrəsi LZZ5EXSD1CN659793 olan, **-JD-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli HOWO ZZ3317N3867W yük markalı nəqliyyat vasitəsinin hərracdan satılmasına və açıq hərracdan satılmasından əldə edilən məbləğlərdən tələb olunan məbləğ həcmində tutularaq, “İddiaçı” QSC-nin xeyrinə ödəni lməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsini cavabdehlərin digər vəsaitləri va əmlakları hesabına ödənilməsi, ipoteka müqavilələrinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m asas, 4.9 kv.m köməkçi sahədan ibarat qeyri yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Səfərəliyeva küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarat qeyri yaşayış sahəsinin 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yux arıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı “İddiaçı” QSC və onun vəkili Mirzəliyev Rüfət Əsəd oğlu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi həmin qətnamə ilə açıq-aşkar qərəzli və ziddiyyətli ekspert rəyində yazılanları təkrarlamaqla“...27.12.2013-cü il tarixli, 2 №-li saziş üzrə. Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2013-cü il tarixli, 2 №-li sazişin şərtlərini əsas götürülməklə Cavabdeh3nin sualda göstərilən tarixlərə banka ol an borcu müəyyən edilmir, o cümlədən: 27.04.2014-cü il tarixə əsas və faiz borcu 0,00 manat”olduğunu qeyd etmiş, guya, 27.12.2013-cü il tarixli, 2 №-li saziş üzrə cavabdeh tərəfindən bütün məbləğ ödənildiyindən iddianı həmin hissədə təmin etməmiş, bu sazişdən irəli gələn öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahələrinin ipotekasına xitam vermişdir. Yəni, məhkəmə açıq-aşkar qərəzli və əsassız ekspert rəyinə istinad etməklə, cavabdehi külli miqdar kredit məbləğinin ödənilməsindən “azad etmiş”, onun təminatı olan ipotekaya isə xitam vermişdir. Halbuki, tərəflərindən ekspertizaya borcun mövcudluğunu təsdiq edənlazımı sənədlər təqdim edilmişdi (maliyyə arayışı, ödəniş qəbzləri və s.) və həmin sənədlər borcun məbləğini birmənalı təsdiq edirdi. Lakin həmin sənədlərdək i məlumatlar ekspert tərəfindən qərəzli səkildə nəzərə alınmamışdır. Hesablaşmalar cari hesab üzərindən aparıldığından borcluya ayrıca 80.000 manat məbləğində verilmiş kredit vəsaitini ekspert kredit ödənişi kimi qəbul etmişdir. Lakin, ekspert nəzərə almamışdır ki, kredit tam bağlanıbsa bunu təsdiq edən ödəniş qəbzləri olmalıdır. Yəni, 80.000 manat ödəniş qəbzinin olmaması eksperti narahat etməmişdir. O, yalnız hesab çıxarışı üzrə öz rəyini vermişdir.Məhkəmə isə açıq-aşkar qərəzli və əsassız ekspert rəyini yeganə mötəbər sübut kimi qəbul etmiş, iddiaçının təqdim etdiyi və borcun mövcudluğunu birmənalı təsdiq edən sənədlərə əhəmiyyət verməmişdir. Belə olan halda, ekspert, onun qarşısında qoyulmuş suallara cavab vermək əvəzinə, yəni, təqdim olunmuş müqavilə üzrə cavabdehin müqavilə üzrə əsas, faiz və cərimə borcunu hesablamaq əvəzinə, məhkəmənin səlahiyyətlərini özü üzərinə götürərək, cərimə faizlərinin hesablanmalı olmadığı nəticəsinə gəlmiş,məhkəmə isə ekspertin belə açıq-aşkar əsassız dəlillərə istinad edən rəyinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada qiymət vermək əvəzinə, ona yeganə “mötəbər” sübut kimi istinad edərək, həmin hissədə iddianın təmin olunmamasına dair açıq-aşkar əsassız və qanunsuz qətnamə çıxarmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı” QSC-nin vəkili *** kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı “İddiaçı” QSC-nin nümayəndəsi X3 vəkilin ded iklərinə uyğun izahat vermişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, “İddiaçı” QSC 27 dekabr 2012-ci il tarixli, 78344 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3yə 24 ay müddətinə illik 14% ödəmək şərti ilə 180000 manat məbləğində kredit vermişdir. “xxxx” QSC 01 may 2013-cü il tarixli, 78344-042013 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3-yə 24 ay müddətinə illik 14% ödəmək şərti ilə 205800 ABŞ dolları kredit vermişdir. “xxxx” QSC 08 may 2013-cü il tarixli, 78344-052013 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3-yə kredit xətti açır, kredit xəttinin məbləği 120000 manat təkşil edir, kredit xətti üzrə borcalana kredit 08 may 2013-cü il tarixindən 08 may 2016-cı il tarixinədək verilir. “İddiaçı” QSC “Cavabdeh3" MMC arasında bağlanmış 08 may 2013-cü il tarixli, 78344052013 saylı kredit müqaviləsinə dair 27 dekabr 2013-cü il tarxili, 2 saylı kredit Sazişə əsasən Cavabdeh3-yə, 120000 manat məbləğində 06 ay müddətinə kredit vermişdir. Bu sazişə əsasən verilmiş kreditin qaytarılması 08 may 2013-cü il tarixli, 78344-052013 saylı kredit xəttinin açılması barədə müqavilə ilə müəyyən edilmiş qaydada təmin edilir. 27 dekabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3-yə verilmiş 78344 saylı kreditin təminatı olaraq 2012-ci il buraxılış tarixli, “Power Poc” T-35-12 markalı, zavod nömrəsi X013152DE olan, qeydi almaq üçün əsas YGBB577740, 23.10.2012-ci il tarixli, qaimə N:471738, 03.12.2012-ci il tarixli, qeydiyyat şəhadətnaməsi TH N:021895 olan və Az 10-X-636 qeydiyyat nişanlı yerqazan maşın “xxxx” QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. 01 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3-yə verilmiş 78344-042013 saylı kreditin təminatı olaraq 2012-ci il buraxılış tarixli, 2012-ci il HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W yük markalı nəqliyyat maşınları “xxxx” QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. 08 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsas ən Cavabdeh3 verilmiş 78344-052013 saylı kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin dəyəri 120000 manat məbləğində qiymətləndirilmişdir. 08 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 verilmiş 78344-052013 saylı kreditin təminatı olaraq Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmiş v ə ipoteka predmetinin dəyəri 60000 manat məbləğində qiymətləndirilmişdir. 27 dekabr 2012-ci il, 01 may 2013-cü il, 08 may 2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh1 və Cavabdeh2 borcalan Cavabdeh3nin 78344-052013, 78344-042013 və 78344 kredit müqavilələri üzrə bank qarşısında olan bütün öhdəliklərinin yerinə yetirilməsinə zamin durmuşlar. Maliyyə arayışına əsasən borclu Cavabdeh3-nin kredit müqavilələri üzrə banka 28 dekabr 2016-cı il tarixinə 101991,58 ABŞ dolları əsas, 37204,25 ABŞ dolları faiz, 55246,71 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 194442,54 ABŞ dolları borcu və 124710,09 manat əsas, 41525,20 manat faiz, 73449,01 manat cərimə borcu olmaqla, cəmi 239684,30 manat borcu yaranmışdır. RX seriyalı ******* və ******* saylı çıxarışlara əsasən, müvafiq olaraq Bakı şəh əri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzəmisində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi 78344-052013 saylı kredit müqaviləsi üzrə “xxxx” QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. **-JD-***, **-JD-***, **-JD-***, **-JD-***, **-JD-*** və **-JD-*** dövlət qeydiyyat nişanlı HOWO 3317N3867W yük markalı nəqliyyat vasitəsi Cavabdeh3-nin mülkiyyətindədir. 01 may 2013-cü il tarixli, 082977 saylı ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestr indən çıxarışın surətinə əsasən, Cavabdeh3-nin mülkiyyətində olan HOWO 3317N3867W yük markalı **-JD-***, **-JD-***, **-JD-***, **-JD-***, **- JD-***, **-JD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri “İddiaçı” QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. 21 dekabr 2012-ci il tarixli, 021895 saylı qeydiyyat şəhadətnaməsinin surətinə əsasən, Az 10X-636 qeydiyyat nişanlı yerqazan nəqliyyat vasitəsi Cavabdeh3-nin mülkiyyətindədir. 09 yanvar 2013-cü il tarixli, 000243 saylı ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətinə əsasən, Cavabdeh3-nin mülkiyyətində olan 10-X-636 qeydiyyat nişanlı yerqazan nəqliyyat vasitəsi 27 dekabr 2012-ci il tarixli 78344 nömrəli kredit müqaviləsi üzrə “xxxx” QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının 05 dekabr 2016-cı il tarixli, 13561 saylı rəyində qeyd edilmişdir ki, Cavabdeh3” MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2012-ci il tarixli, 7834 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2012-ci il tarixli, 78344 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh3-nin banka olan borcu 46540,72 manat məbləğində müəyyən olunur, o cümlədən: 27.12.2014-cü il tarixə əsas borc üzrə 44.350, 31 manat, faiz borcu üzrə 2.190,41 manat. Kredit müqaviləsinin 5.1. bəndinə əsasən Borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılm ası müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir nəzərdə tutulmuş lakin bank tərəfindən təqdim edilmiş sənədlərdə bu müqavilə üzrə bank müştərisinə cərimə tətbiq edilməmişdir. Buna görədə hazırki tədqiqatla cərimə hesablanmadı. 01.05.2013-cü il tarixli, 78324042013 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 01.05.2013-cü il tarixli, 78344-042013 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh3-nin banka olan borcu 113.738,59 ABŞ dolları kimi müəyyən olunur, o cümlədən: 01.05.2015-cü il tarixə əsas borc üzrə-103.623,76 ABŞ dolları, faiz borcu üzrə-10.114,83 ABŞ dolları. Kredit müqaviləsinin 5.1. bəndinə əsasən Borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir nəzərdə tutulmuş lakin bank tərəfindən təqdim edilmiş sənədlərdə bu müqavilə üzrə bank müştərisinə cərimə tətbiq edilməmişdir. Buna görədə hazırki tədqiqatla cərimə hesablanmadı. 27.12.2013-cü il tarixli, 2 №-li saziş üzrə Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2013-cü il tarixli, 2 №-li sazişin şərtlərini əsas götürülməklə Cavabdeh3-nin sualda göstərilən tarixlərə banka olan borcu müəyyən edilmir, o cümlədən: 27.04.2014-cü il tarixə əsas və faiz borcu 0,00 manat. Apellyasiya instansiyası məhkəməsi tər əfindən keçirilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizasının 05 noyabr 2018-ci il tarixli, 26224 saylı rəyində qeyd edilmişdir ki, Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2012-ci il tarixli, 7834 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2012-ci il tarixli, 78344 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh3-nin banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: 27.12.2014-cü il tarixə əsas borc üzrə 44.350, 31 manat, faiz borcu üzrə 2.190,41 manat, 28.12.2016-cı il tarixə 44.350,31 manat, faiz borcu üzrə 14.625,75 manat, Kredit müqaviləsinin 5.1. bəndinə əsasən Borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir nəzərdə tutulmuş lakin bank tərəfindən təqdim edilmiş sənədlərdə bu müqavilə üzrə bank müştərisinə cərimə tətbiq edilməmişdir. Buna görədə hazırki tədqiqatla cərimə hesablanmadı. 01.05.2013-cü il tarixli, 78324-042013 saylı kredit müqaviləsi üzrə. “xxxx” MMC tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 01.05.2013-cü il tarixli, 78344-042013 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh3-nin banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: 01.05.2015-cü il tarixə əsas borc üzrə-103.623,76 ABŞ dolları, faiz borcu üzrə-10. 114,83 ABŞ dolları, 28 dekabr 2016-cı il tarixə əsas borc üzrə-103.623,76 ABŞ dolları faiz borcu üzrə- 34.172, 81 ABŞ dolları. Kredit müqaviləsinin 5.1. bəndinə əsasən Borcalan aldığı kreditin və ona hesablanmış faizlərin bu müqavilə ilə müəyyən edilmiş qaytarılması müddətlərini və/və ya şərtlərini pozduqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş məbləğ üzrə illik 40% miqdarında cərimə ödəyir nəzərdə tutulmuş lakin bank tərəfindən təqdim edilmiş sənədlərdə bu müqavilə üzrə bank müştərisinə cərimə tətbiq edilməmişdir. Buna görədə hazırki tədqiqatla cərimə hesablanmadı. 27.12.2013-cü il tarixli, 2 №-li saziş üzrə. Cavabdeh3 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, maliyyə arayışı və 27.12.2013-cü il tarixli, 2 №-li sazişin şərtlərini əsas götürülməklə Cavabdeh3-nin sualda göstərilən tarixlərə banka olan borcu müəyyən edilmir, o cümlədən: 27.04.2014-cü il tarixə əsas və faiz borcu 0,00 manat, 28.12.2016-cı il tarixə əsas və faiz borcu 0,00 manatdır. Apellyasiya instansiyası məhkəməsi iddianın qanuni əsaslarını aşağıdakı kimi müəyyən etmişdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 307.6-cı və 307.7-ci maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 309.1.-cı madd əsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1 -ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. "İpoteka haqqında" Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1 -ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əml akın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Q anunun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının təl əbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər onun mübahisələndirdiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsas olmasa da, cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər tələbin ipoteka predmetlərinə yönəldilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın qismən təmin edilməsi üçün əsasdır. Əvvəla, iddiaçı cavabdehlərdən 27 dekabr 2012-ci il tarixli, 78344 saylı, 01 may 2013-cü il tarixli, 78344042013 saylı kredit müqavilələrinə və 08 may 2013-cü il tarixli, 78344-052013 saylı kredit xətti müqaviləsinə dair 27 dekabr 2013-cü il tarxli, 2 saylı kredit Sazişi üzrə kredit borcunu tələb edərək, tələbin həmdə Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, X4 küçəsi 0.063 ha torpaq sahəsində yerləşən 25 nömrəli binanın yarımzirzəmisində 128.5 kv.m ümumi, 119.3 kv.m əsas, 9.2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi və Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 0.247 ha torpaq sahəsində yerləşən 191 nömrəli binanın yarımzirzə misində 97.3 kv.m ümumi, 92.4 kv.m əsas, 4.9 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsini və o satıldıqda, qeyri-yaşayış sahələri 1 ay müddətində boşaldılmasını tələb etsə də, qeyd olunan qeyri yaşayış sahələrinin 27 dekabr 2012-ci il tarixli, 78344 saylı, 01 may 2013-cü il tarixli, 78344042013 saylı kredit müqavilələri üzrə ipoteka müqaviləsinə əsasən yüklü edilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə, iş materialları həmin qeyri yaşayış sahələrinin yalnız 08 may 2013-cü il tarixli, 78344-052013 saylı kredit xətti müqaviləsi üzrə verilmiş kreditin təminatı kimi ipoteka müqaviləsi əsasında yüklü edildiyi və ipoteka müqaviləsinin də yalınz həmin kredit müqaviləsi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı təsdiq olunur. Birinci instansiya məhkəməsi isə 08 may 2013-cü il tarixli, 78344-052013 saylı kredit xətti müqaviləsi üzrə 27 dekabr 2013-cü il tarxli, 2 saylı kredit Sazişi üzrə verilmiş kredit üzrə borcalanın iddiaçıya hər hansı bir məbləğdə borcu qalmadığı qənaətinə gəlsə də, borcalanın digər kredit müqavilələri üzrə qalan borcuna görə tələbin həmdə Cavabdeh1 mülkiyyətində olan, başqa kredit müqaviləsi üzrə yüklü edilən qeyri-yaşayış sahələrinə yönəldilməsi barədə əsassız qənaətə gəlmişdir. İkincisi, işdən görünür ki, 27 dekabr 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh3-yə verilmiş 78344 saylı kreditin təminatı olaraq 2012-ci il buraxılış tarixli, “Power Poc” T-35-12 markalı, Az 10-X-636 qeydiyyat nişanlı yerqazan maşın, 01 may 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən isə “xxxx” MMC-yə ver ilmiş 78344-042013 saylı kreditin təminatı olaraq 2012ci il buraxılış tarixli, 2012-ci il HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W, HOWO ZZ3317N3867W yük markalı özüboşaldan avtomobillər “xxxx” QSC qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin, birinci instansiya məhkəməsi hər iki kredit müqaviləsi üzrə olan kredit borcuna görə, tələbin ipoteka predmetlərinə yönəldilməsini, yüklü edildiyi kredit müqaviləsi üzrə deyil, ümumi şəkildə, yəni hər iki kredit müqaviləsi üzrə olan borca görə, həmin kredit müqavilələri üzrə ipoteka müqaviləsi ilə yüklü edilməyən ipoteka predmetlərinə yönəldilməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir. Çünki, birinci kredit müqaviləsi üzrə yalnız yerqazan maşın, ikinci kredit müqaviləsi üzrə yalnız 6 ədəd yük markalı özüboşaldan avtomobil, üçüncü kredit müqaviləsi üzrə isə yalnız 2 qeyri yaşayış sahəsi ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Üçüncüsü, iddiaçı birinci instansiya məhkəməsinin kredit müqavilələri üzrə tələb edilən əsas və faiz borcu məbləğinin məhkəmə mühasibatlıq ekspertizasının rəyində müəyyən edilən məbləğləri əsas götürməsini mübahisələndirmiş və əlavə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi bu vəsatəti təmin etməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsinin təkrar vəsatəti əsasında əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəyi də ilkin rəylə eyni olmuşdur. İddiaçı yenə də narazı qalaraq təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini istəyi r, lakin bunun zəruriliyini hər hansı bir formada əsaslandırmır. Belə ki, ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya, əlavə və ya təkrar ekspertiza təyin edə bilər. Lakin nə ilkin, nədə əlavə məhkəmə mühasibatlıq ekspertizasının rəylərində bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. İddiaçının nümayəndəsi də ekspert rəyi ilə müəyyən edilən əsas və faiz borcun məbləğinin düzgün olmadığına dair hansısa ciddi dəlil irəli sürmədi. Ona görə də, ekspert rəylərinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq təna sübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı əsas və faiz borcu ilə yanaşı cərimə də tələb etmişdir. Cərimə məbləği birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan məbləğdə azaldılmış, iddiaçı azaldılmasını, cavabdeh isə çox olmasını apellyasiya şikayətlərində mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alaraq hesab etmişdir ki, dəbbə pulu azaldıla bilər və bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Belə ki, tələb edilən cərimənin məbləğinin nə qədər olması barədə ekspert qarşısında sual qoyulsa da, ekspert bununla bağlı rəy verə bilməmiş yaxud bunun üçün xüsusi biliyi kifayət qəd ər olmamışdır. Bu hal özü də cərimənin azaldılmalı olmasını zəruri və əsaslı edir. Çünki, qeyd olunan məbləğdə, o cümlədən manatla olan kredit müqaviləsi üzrə əsas və faiz borcun məbləğindən artıq məbləğdə cərimənin tələb edilməsi açıq-aşkar işin hallarına uyğun olmamışdır. İddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən cərimənin qeyd olunan məbləğdə azaldılması işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğundur. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya kollegiyası kassasiya şikayətinin d əlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, göründüyü kimi iş üzrə ilkin və əlavə məhkəmə-mühasibatlıq ekspertizaları keçirilərək rəylər alınmışdır. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi açıqaşkar qərəzli və əsassız ekspert rəyinə istinad etməklə, cavabdehi külli miqdar kredit məbləğinin ödənilməsindən “azad etmiş”, onun təminatı olan ipotekaya isə xitam vermişdir. Halbuki, tərəflərindən ekspertizaya borcun mövcudluğunu təsdiq edənlazımı sənədlər təqdim edilmişdi (maliyyə arayışı, ödəniş qəbzləri və s.) və həmin sənədlər borcun məbləğini birmənalı təsdiq edirdi. Lakin həmin sənədlərdəki məlumatlar ek spert tərəfindən qərəzli səkildə nəzərə alınmamışdır. Hesablaşmalar cari hesab üzərindən aparıldığından borcluya ayrıca 80.000 manat məbləğində verilmiş kredit vəsaitini ekspert kredit ödənişi kimi qəbul etmişdir. Lakin, ekspert nəzərə almamışdır ki, kredit tam bağlanıbsa bunu təsdiq edən ödəniş qəbzləri olmalıdır. Yəni, 80.000 manat ödəniş qəbzinin olmaması eksperti narahat etməmişdir. O, yalnız hesab çıxarışı üzrə öz rəyini vermişdir.Məhkəmə isə açıq-aşkar qərəzli və əsassız ekspert rəyini yeganə mötəbər sübut kimi qəbul etmiş, iddiaçının təqdim etdiyi və borcun mövcudluğunu birmənalı təsdiq edən sənədlərə əhəmiyyət verməmişdir. Belə olan halda, ekspert, onun qarşısında qoyulmuş suallara cavab vermək əvəzinə, yəni, təqdim olunmuş müqavilə üzrə cavabdehin müqavilə üzrə əsas, faiz və cərim ə borcunu hesablamaq əvəzinə, məhkəmənin səlahiyyətlərini özü üzərinə götürərək, cərimə faizlərinin hesablanmalı olmadığı nəticəsinə gəlmiş,məhkəmə isə ekspertin belə açıq-aşkar əsassız dəlillərə istinad edən rəyinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada qiymət vermək əvəzinə, ona yeganə “mötəbər” sübut kimi istinad edərək, həmin hissədə iddianın təmin olunmamasına dair açıq-aşkar əsassız və qanunsuz qətnamə çıxarmışdır. Göründüyü kimi, iddiaçı iş üzrə keçirilmiş ekspertiza rəylərinin nəticələrindən narazı qalmış, habelə ekspertizanın keçirilməsi zamanı ilkin ekspertizanın əsassızlığı ilə bağlı qeyd etdiyi dəlillərin əlavə ekspertizanın keçirilməsi zamanı nəzərə alınmadığını, habelə əlavə ekspertizanın keçirilməsi zamanı təklif etdiyi sualların qərardadda əks olunmadığını və nəticədə əl avə ekspertiza rəyi ilə mühüm məqamların qeyri-müəyyən şəkildə qalmasını qeyd etmişdir. Kassasiya kollegiyası istinad edilən dəlillərin əsaslı olması qənaətinə gələrək hesab edir ki, həqiqətən də həm birinci instansiyası məhkəməsində işə baxılarkən iddiaçının ilkin məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı təqdim etdiyi vəsatətdə qeyd edilən əsaslar, həm apellyasiya şikayətində əks olunmuş dəlillər, həmçinin də apellyasiya instansiyası məhkəməsində təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətdəki suallar məhkəmələr tərəfindən hər hansı əsaslandırma təqdim etmədən nəzərə alınmayaraq müvafiq ekspertizalar keçirilmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək ü çün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; 97.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspertiza keçirilən zaman baxılmalı olan sualları məhkəməyə təqdim etməyə haqlıdırlar; 97.4-cü maddəsinə əsasən ekspert rəyinin alınmasına dair sualların yekun məzmununu məhkəmə müəyyən edir. İşdə iştirak edən şəxslərin təqdim etdiyi sualların rədd edilməsini məhkəmə əsaslandırmağa borcludur. 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər; 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparı lmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Göründüyü kimi, iddiaçı tərəf ekspertizanın keçirilməsi zamanı aydınlaşdırılmalı məsələlər dair suallarını təqdim etsə də, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericiliyin tələbləri zidd olaraq ekspertizanın keçirilməsi zamanı nə sulları nəzərə almış, nədəki sulların rədd edilməsini əsaslandırmamışdır. Halbuki, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən əda lətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Kassasiya kollegiyası hesab edir ki, iddia tələbinin borcun ipotekaya yönıldilməsi, ipoteka premdetinin satışı və boşaldılması tələbi borcun tutulması tələbindən irəli gəldiyindən və hazırda iddianın borcun tutulması tələbi hissəsi üzrə yekun nəticəyə gəlinməsi mümkünsüz olduğundan qətnamə tam şəkildə ləğv edilməlidir. İş üzrə yekun qərarın qəbul edilməsi üçün işin faktiki halları ilə bağlı qanunvericiliyin tələb etdiyi yuxarıda qeyd edilən halların araşdrılması zərurəti olduğundan, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420- ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən: apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “İddiaçı” QSC-nin kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.12.2018-ci il tarixli, 2(103)181/2018 nömrəli qətnaməsi ləğv edilsin iş yenidən baxılması üçün həmin m əhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3391/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3391/2019
20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver