Məhkəmə qərarları › İş №2(102)-3391/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3391/2024

04.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3391/2024 04.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisələr, real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" Açıq Səhmdar Cəmiyyəti cəlb edilməklə) qarşı maddi zərərin ödən ilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 may 2024-cü il tarixli 2(103)-622/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən: İşin halları 1. xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz ML350” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində hərəkətdə olan zaman “Caspian Shopping” Ticarət Mərkəzinin qarşısında düzgün ara məsafəsi seçməməsi səbəbindən idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin zaman qarşısında dayanmış vəziyyətdə olan X3 idarə etdiyi “Toyota Pri us” minik markalı, **-FY*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı yaranmış zərbənin təsirindən “Toyota Prius” minik markalı avtomobilin ön hissəsi qarşısında dayanmış vəziyyətdə olan İddiaçı məxsus, X2 tərəfindən idarə edilən “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə, “Mazda CX-5”minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi isə qarşısında perpendikulyar vəziyyətdə dayanmış X1 idarə etdiyi “Volksvagen Passat” minik markalı **-KK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsi ilə toqquşmuşdur.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri BPİ-nin Nərimanov Rayon Polis İdarəsi tərəfindən hadisə ilə əlaqədar olaraq araşdırılma aparılmış, əməldə cinayət tərkibi olmadığı müəyyən edildiyindən “cinayət işi başlanmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. Toplanmış materiallar əsasında Cavabdeh barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. 3. "xxxx" ASC-nin sığorta aktında “Mazda CX-5” modelli, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği olaraq 3870 manat olduğu və ümumi zərərdə payı 46,43 faiz olmaqla 2321,50 manat ödəniş edilməli olduğu qeyd olunmuşdur. “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın düzgün qiymətləndirilmədiyindən iddiaçı tərəfindən “hesablama aktı”-nı imzalanmamış, yenidən ekspertiza həyata keçirilməsi barədə "xxxx"ASC-yə məktub ünvanlasa da, müsbət nəticə əldə edə bilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 14500,75 manat məbləğində ziyanın Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 işin yuxarıda qeyd edilən hallarına istinadən izahat verərək, iddiaçının mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini gözləmədən nəqliyyat vasitəsini iddiaçı tərəfin təmir etdirdiyini, avtomobilin son dövlərdə istehsal edilməsi səbəbindən detallarının baha olmasını və ödəniş qəbzlərindən təmir nəticəsində iddiaçının ödəməli olduğu pul məbləğinin 13000 manat olduğunun göründüyünü əsas gətirərək həmin məbləğdə pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

6. Mə hkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin saxta olduğunu, qəbzlərə qoyulmuş tələblərə cavab vermədiyini bildirərək iddia tələbinin qismən təmin edilməsini xahiş etmişlər.

7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "Atasığorta” ASC-nin xx.xx.2022-ci il tarixli və “Rotary Motors" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara istinadən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı "Mazda CX-5” markalı, **- CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12841,0 manat müə yyən edilmişdir.

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli və "Rotary Motors” MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara istinadən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2017-ci il buraxılışlı “Mazda CX-5” markalı, **CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12841 manat müəyyən edilmişdir.

9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinin məzmunundan aydın olmuşdur ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2017-ci il buraxılışlı “Mazda CX 5 markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(005)-288/2023 №-li mülki iş materiallarında olan (cild i.v 21-27) 28.07.202-ci il tarixli, “Hesabat” və “Atəşgah" ASC-nin xx.xx.2022-ci il tarixli “Hesabat aktı” əsasında hesablanır. İş materialında olan "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə “Hesabat”a əsasən 2017-ci il buraxılışlı “Maz da CX 5” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinə aşınma tətbiq etməklə təmir-bərpa xərci təxminən 12871,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 10070,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 2771,00 manat. Beləliklə, nəzəri hesablama yolu ilə, iş materialında olan "xxxx" ASC-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə “Hesabat"a əsasən 2017-ci il buraxılışlı “Mazda CX 5” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinə aşınma tətbiq etməklə təmir-bərpa xərci təxminən 3785,00 manat müəyyən edilmişdir ki, bundan dəyişilməli hissələrinin qiyməti 3115 manat, təmir-bərpa işlərinin qiyməti 670 manat təşkil etmişdir.

10. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə qeyd olunan “Mazda CX-5” markalı, **-CC-*** dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş müddətdə texniki baxışdan keçirmədən etibarnamə əsasında idarə etdiyinə görə vətəndaş X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə EQ 13309761 nömrəli elektron qərar qəbul edilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə həmin Qanunun 42-ci maddəsinin tələbinə riayət etməyərək əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə etibarnamə əsasında idarə edən vətəndaş X5 barəsində Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir.

11. İddiaçı şəxsi vəsaiti hesabına "xxxx" MMC-də həyata keçirtdiyi texniki baxış zamanı “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14500,75 manat ziyan vurulduğu müəyyən edilmişdir.

12. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(005)-288/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehdən “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq, 10549,50 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması və hadisədə cavabde hin təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər Cavabdeh tərəfindən ödənilməlidir.

14. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd etmişdir ki, nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləğini müəyyən etmək üçün mülki iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyində qeyri-dəqiqliklər olduğundan mülki iş rəy verilməsi üçün yenidən ekspertizaya göndərilmişdir və alınmış son ekspert rəyindən avomobilə vurulmuş zərərin 12871 manat təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh idarə etdiyi “Mercedes Benz ML350” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olduğundan sığortaçı "xxxx" ASC tərəfindən 2321,50 manat pul faydalanan şəxs İddiaçı ödənilməlidir.

15. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ödənilməli olan zərərin məbləği müəyyənləşdirilərkən avtomobilə dəymiş zərərin məbləği olan 12871 manat puldan ödənilməli sığortalı ödənişinin məbləği, yəni 2321,50 manat pul çıxılmalıdır.

16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1, 1099.1, 1099.2 və 1108.1-ci maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobilin təmir olunmadığı barədə iddiaçı tərəf məhkəməyə yanlış məlumat versə də, cavabdeh “Мazda CХ-5” markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi tərəfindən çoxdan təmir edilərək istifadə edildiyi barədə məlumat aldığından, həmin avtomobilin hadisənin baş verdiyi tarixdən hazırkı vaxta kimi Bakı şəhəri ərazisində hərəkətdə olub-olmaması, həmin avtomobili idarə edən sürücünün yol hərəkəti qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib-edilməməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinə və Baş Dövlət Yol Polisi İdarəsinə sorğularla müraciət etmişdir. Həmin sorğu məktublarına vaxtında cavab verilmədiyi üçün sübutların tələb edilməsi barədə xx.xx.2023-cü il tarixdə məhkəməyə qeyd olunan halların aydınlaşdırılması barədə vəsatətlə müraciət etsələr də, birinci instansiya məhkəməsi vəsatətlə bağlı hər hansı qərar qəbul etməmişdir. Bundan başqa, cavabdeh tərəfindən dəfələrlə iddiaçıya və onun nümayəndəsinə bildirilmişdir ki, avtomobil artıq təmir olunmuşdursa, təmirə çəkilmiş xərcləri təsdiq edən müvafiq maliyyə sənədlərini təqdim etsin. Əgər avtomobil hələ təmir olunmayıbsa, avtomobilə dəymiş ziyanın dəqiq və qərəzsiz müəyyənləşdirilməsi üçün avtomobili cavabdehin iştirakı ilə ixtisaslı mütəxəssisin baxışına təqdim etsin. Həmçinin bildirmişdir ki, avtomobili cavabdehin iştirakı ilə ixtisaslaşmış müvafiq müəssisədə təmir etdirməyə və təmirlə bağlı bütün xərcləri çəkməyə hazırdır. Lakin iddiaçı tərəf məhkəmə iclaslarında dəfələrlə inadla bildirmişdir ki, avtomobil hadisədən sonra olduğu vəziyyətdə saxlanılır, təmir olunmayıb. Avtomobil yalnız "xxxx" MMC-də təmir oluna bilər. Başqa heç bir yerdə təmirinə razı deyillər. Buna baxmayaraq, sonradan onların sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə qeyd olunan “Mazda CX-5” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş müddətdə texniki baxışdan keçirmədən etibarnamə əsasında idarə etdiyinə görə vətəndaş X8 barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsilə EQ13309761 nömrəli elektron qərar qəbul edilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə həmin Qanunun 42-ci maddəsinin tələbinə riayət etməyərək əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə avt omobili etibarnamə əsasında idarə edən vətəndaş X5 barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. Bu, onu göstərmişdir ki, iddiaçı avtomobili artıq təmir etmiş və avtomobili idarə edən iki müxtəlif şəxs nəqliyyat vasitəsinin istismarı və yol hərəkəti qaydalarını pozduğuna görə inzibati tənbehə məruz qaldığı halda, iddiaçı məhkəmə iclasında düzgün olmayan məlumat verərək, avtomobilin guya təmir olunmadığını iddia etmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 təkrarən müraciət edərək, avtomobili iddiaçı tərəfin iştirakı ilə təmir etdirməyə hazır olduqlarını bildirdilər. Lakin Vəkil1 buna razı olmadığını bildirdi. Daha sonra avtomobilin təmir olunub-olunmaması barədə soruşulduqda, Vəkil1 “Mazda CX-5” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunmasını və idarə edilməsini təkrarən gizlədərək, həmin avtomobilin təmir olunmasına çəkilmiş xərclərlə bağlı hər hansı sübut təqdim etməmişdir. Onlar avtomobilin artıq təmir olduğunu və idarə edildiyini təsdiq edən DİN-nin BDYPİ-nin xx.xx.2023-cü il tarixli məktubunu məhkəməyə təqdim ediblər. Bundan sonra hakim işi kifayət qədər hazırlanmış hesab edərək, işin məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarmışdır. Növbəti prosesdə, yəni xx.xx.2023-cü il tarixdə məhkəmənin baxış iclasında iddiaçının nümayəndəsi avtomobilin təmir olunduğunu bildirərək, guya avtomobilin Məmmədov Sərxan adlı şəxs tərəfindən təmir edildiyini, təmirin ümumi dəyərinin 13300 manat olduğunu, həmin puldan 300 manat endirim məbləği çıxarıldıqdan sonra 13000 manat ödəniş edilməsi barədə xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərini təqdim etmişdir. Cavabdeh tərəf olaraq, onlar iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin saxta olmasını və qoyulmuş tələblərə cavab vermədiyini, habelə, Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinin tələbinə əsasən, işdə iştirak edən şəxslər tərəfindən sübutların birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşanadək təqdim edilməli olduğunu məhkəmənin diqqətinə çatdıraraq, həmin qəbzlərin sübut kimi qəbul edilməməsini məhkəmədən xahiş etsələr də, məhkəmə heç bir əsas gətirmədən qanunsuz olaraq, onların xahişini nəzərə almamışdır.

19. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayə tinin dəlillərini müdafiə edərək bildirmişdir ki, bu hadisə xx.xx.2022-ci il saat 22:30-da baş verib. Orada zərərçəkmişin 3 nəqliyyat vasitəsi olub, 2 nəqliyyat vasitəsi heç bir problem olmadan həll edilib. İcbari sığortadan 5000 manat ayrılıb və orada heç bir narazıçılıq olmayıb. Bu hadisədən bir ay keçdikdən sonra iddiaçının nümayəndəsi ona zəng edərək onlara 1314.000 manat pul verməli olmağını demişdir. Ondan kim olduğunu soruşduqda "xxxx" MMC-nin departamenti direktorunun dostu olduğunu, avtomobili təmir etmək istədiyi halda onun avtomobili təmir edə biləcəyini, avtomobil Yaponiyanın istehsal etdiyi nəqliyyat vasitəsi olduğu üçün "Mazda Servis"-də təmir edilməli və rənglənməli olduğunu demişdir. Halbuki, avtomobilin buraxılışı 2017-ci ildir. Nəqliyyat vasitəsinin özü tərəfindən təmir e dilməməsinin səbəbi qarşı tərəfdir. İşdə olan qəbzlər 16 fevralda qüsur aktı ilə eyni xəttlə yazılmış qəbzlərdir. 3870 manat ziyan hesablanmışdır, o, onun 2000 manatdan çox hissəsini ödəməyə hazır olduğunu bildirdi və ya nəqliyyat vasitəsini təmir etmək üçün ona verməsini ilk gündən demişdir. İddiaçı demişdir ki, avtomobil yalnız "Mazda Servis"də təmir edilib, rənglənməlidir. Amma məlum olmuşdur ki, yük avtomobillərinin təmir edildiyi yerdə təmir edilib. Qəbz də "xxxx" MMC Servisi tərəfindən təqdim edilib. Bununla bağlı sorğunun cavabı var. Sərxan Məmmədov orada avtomobillərin təmiri ilə məşğuldur. Həmin avtomobili idarə edən xanım da "xxxx" MMC departament müdirinin xanımıdır. İddiaçının vəkilinin bildirdikləri yalandır. Vəkil ona zəng vurdu ki, şirkətin rəhbəri onun dostudur, 10000-14000 manat ondan alacaqlar. Ekspertiza keçiriləndə guya nəqliyyat vasitəsinin təmirdə olduğunu bildiriblər. Nəqliyyat vasitəsinin rəngli şəkilləri göz qabağındadır. 2321 manatı sığorta ödəyib. Sığorta şirkətinin verdiyi qüsur aktına görə qalıq məbləğdən əlavə 1000 manat ödəyə bilər.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, avtomobilin təmir edilməsinə çəkilmiş xərclər barəsində sənədlər məhkəmənin hazırlıq iclasında yox, baxış iclasında, yəni 19 sentyabrda təqdim edilmişdir. Hakim 20 sentyabrda onların iştirakı olmadan qətnaməni elan etmişdir. Ümumiyyətlə, həmin qəbzlər sübut kimi məhkəmədə qəbul edilməməli idi. Mülki Prosessual Məcəllənin tələbinə əsasən iddiaçının hazırlıq iclasında sübutları təqdim etmək üçün kifayət qədər vaxtı var idi. Bundan başqa onlar vergi orqanlarına sorğu vermis, sorğunun cavabından məlum olmudur ki, qəbzləri verən şəxs X6 fəaliyyət göstərmir. Fəaliyyət göstərmədiyi halda onun verdiyi qəbzlərin saxta və qeyri-mötəbər olduğu ortaya çıxır. Sərxanın özünün o maşını təmir etmədiyini dediyi səs yazıları da var. Cavabdeh ehtiyat hissələrini aldığı halda Sərxan o qiymətləri necə yaza bilər. Yəni, qəbzi xahiş edərək yazdırıblar. "xxxx" MMC-yə də sorğu göndərmişdilər, sorğunun cavabında belə bir avtomobilin sökülmədiyini qeyd edib. O sənədi təmir ediləndən 6 ay sonra saxta şəkildə tərtib ediblər. Sərxan bu qiymətləri yazıb, o detalları özü satıb. O, əvvəl məhkum edilmiş, hazırda ustalıqla məşğul olan şəxsdir. Söhbət nəqliyyat vasitəsinin detallarının alğı-satqısından gedi r. O adam ustalıqla məşğuldur və alqı-satqı ilə məşğul ola bilməz. Ola bilsin ki, bununla bağlı ona cərimə tətbiq edilib, çünki biz vergi orqanlarına sorğu yazanda bu məsələlər aydınlaşdı. Həmin qəbzlər müəyyənləşmiş standartlara uyğun deyil. Ekspert onların təqdim etdiyi sənədlərə əsasən dəymiş ziyanın 3000-dən çox olduğunu və "Mazda Servis"-in təqdim etdiyi sənədlərə əsasən isə bu qədər olduğunu bildirib, yəni ekspert heç bir araşdırma aparmayıb. Hər bir tərəf öz tələblərində istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfin vəkili sözlərə istinad edir. İddiaçı dəfələrlə bildirib ki, avtomobil yanlız "Mazda Servis"də təmir edilə bilər. Onlar məhkəmə prosesində yenidən avtomobilin onlara təmir edilmək üçün verilməsini təklif etdilər, razılaşmadılar. Avtomobilin işləyib-işləmədiyini, təmir edilib-edilmədiyini soruşduqda işləmədiyini və təmir edilmədiyini bildirdilər. Onlar yanlız Nazirliyə sorğu verdikdən sonra avtomobilin işlədiyini və istifadədə olduğunu öyrəndilər. Hətta, inzibati xəta törətdiyinə görə protokol da tərtib edilmişdir. Məlum olmuşdur ki, avtomobil "Mazda Servis"də yox, başqa yerdə təmir edilib. Həmin qəbzlərlə bağlı ekspertiza təyin edilə bilməsə də, məlum olur ki, bu heç də həqiqəti əks etdirməyən qəbzlərdir. Avtomobil Mazdada təmir edilməli olduğu halda üçüncü yerdə təmir edilib. Məhkəmənin qərardadında ekspertizanın avtomobilə baxış keçirilməklə keçirilməsi yazıldığı halda, avtomobilə baxış keçirilməmişdir. Ekspert rəyi yalnız hesablama aktına əsasən verilib. Onlar niyə "Mazda Servis"in düzgün qiymətləndirdiyini, lakin, "xxxx" ASCnin yanlış qiymətl əndirdiyini desinlər. Halbuki, "xxxx" ASC hadisədən dərhal sonra maşına baxaraq qiymətləndirməni edib. Ekspertiza keçirilməsindən ekspert imtina edib, bunun səbəbi zərərçəkənin avtomobili ekspertizaya təqdim etməməsidir. Hesab etmişdir ki, avtomobili iddiaçı tərəf qəsdən, şüurlu şəkildə ekspertizaya təqdim etməyib. Mötəbər olmayan sübutları məhkəməyə sübut kimi təqdim etməyə çalışıb. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İlkin ekspertiza rəyini sübut kimi qiymətləndirmək olmaz. Ona görə də onlar hesab etmişdir ki, ekspertizanın imtinası barədə ekspertin məktubu əsaslıdır. İddiaçı tərəf borclu idi ki, avtomob il ekspertizaya təqdim edilsin və ekspert avtomobilə baxış keçirib rəy versin. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır, iddia tələbi də rədd edilməlidir. Cavabdeh tərəfin iddiaçıya ödəməli olduğu məbləğ "xxxx" ASC-nin təqdim etdiyi aktda nə qədər zərər vurduğu dəqiq göstərilib, həmin zərər hissəsində onlar cavabdehdirlər. Onun da "xxxx" ASC əsas hissəsini ödəyib. "xxxx" ASC-nin müəyyən etdiyi 3870 manat məbləğdən 2321 manatını ödənilib. Cavabdeh 1000 manat da əlavə ödəyəcəyini bildirmişdir.

21. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, o vətəndaşla danışanda ona sığortadan pulu almağını və ona heç bir pul verməyəcəyini deyib. İkinci dəfə zəng edəndə isə ən çoxu 1000 manat qoyub verəcəyini dedi. Ona o stop i şığının birinin qiymətinin 2750 manat olduğunu və gedib istədiyi yerdən araşdırmasını bildirmişdir. Maşın hər iki tərəfdən əzildiyinə görə orada detalların sayı çox olub. Onlar vətəndaşla dəfələrlə razılığa gəlməyə çalışıblar, hətta qətnamə çıxandan sonra belə cavabdehin vəkili və nümayəndəsi ilə əlaqə saxlayıb razılığa gəlməyi təklif ediblər. Ona 9000 manat verdiyi halda məsələnin həll olunacağını bildirib, amma onunla razılaşmadı. "xxxx" MMC-nin maşınları da həmin servisdə Avtovağzal tərəfdə yerləşən servisdə təmir edilib. Onun iş yoldaşı olmasına baxmayaraq onunla arasında soyuq münasibət yaranmışdı. Hadisə iyun ayının 25-da baş vermişdi, sentyabrın 23-də iclas təyin edilmişdi. 3 dəfə ekspertiza təyin edilib. Onun işin ekspertizadan qayıtmasından xəbəri olmurdu. O maşının təmir edilib-e dilməməsi barədə heç maraqlanmırdı. Hakim soruşanda ondan maşını düzəldib-düzəltməməyini soruşub, ona maşını başqa servisdə düzəltməsini dedi. Ondan hansı səbəblə başqa servisdə düzətdirdiyini soruşduqda o, iş yeri olduğundan bəlkə qiymətləri ucuz olacağını fikirləşdiyinə görə orada etdiyini bildirdi. Maşının təmirini ucuz qiymətə ediblər. "Mazda Servis" maşını elə-belə təmir edib, sonra maşının altında nə qədər problemlər çıxdı. Bundan sonra həmin o problemlərə görə əlavə xərclər çıxıb. Ekspert rəyində 12900 manat qeyd edilib, amma onların oraya 14500 manat xərci çıxıb. Onların işlədiyi yerdə olan Sərxan qəbzlərdə detalların qiymətini daha ucuz qiymətə yazdığını bildirirdi. Maşının görünməyən təmir olunmalı yerləri var, hansı ki, bunu nə "Mazda Servis" nə də digər yerdə görməyiblər. 3 d əfə ekspertiza keçirilib "Mazda Servis"-in rəyi var. O qarşı tərəfi məhkəməyə verəcəyini bildirib, nəyisə alacağını deməyib. Sığorta məbləği cəmi beş min olduğuna görə pulu bölüblər. Ekspert rəyində "Mazda Servis" dəyən ziyanı 14500 manatla dəyərləndirib, amma ziyan 12900 manatdır. Qarşı tərəfin ekspert qarşısında qoyduğu suallar birinci ekspertizada qoyulmuş suallardır, yəni bu suallara ekspert cavab verib. Ekspert rəyində 12941 manat özü, 14500 manat Mazda Servisin ziyanı müəyyən etməsini bildirmişdir. Sığorta onlara 2150 manat ödəyib, amma məhkəmə onu 2500 manat qeyd edib. Maşını həmin yerdə təmir ediblər, onlar gedib Sərxanın orada işlədiyini görüblər və qəbzləri onlara Sərxan verib. Maşın hal-hazırda istifadə edilir. Amma onlar maşını ekspertizaya təqdim edə bilərlər. Sərxanı çağıra b ilərlər. O ekspertə zəng edib. Ekspert ondan maşının harada olduğunu, sürülüb-sürülmədiyini və təmir olunub-olunmadığını soruşdu. Ona maşının onlarda olduğunu, hazırda sürüldüyünü və təmir olunduğunu deyib. Ekspert dedi ki, onda baxış üçün zərurət yoxdur. O da ekspertdən bu məsələnin sonradan problem olub-olmayacağını soruşub. Özü dedi ki, maşın təmir edildikdən sonra baxışın mənası yoxdur. "xxxx" ASC özü də etiraf etmişdi ki, çox məbləğ təyin edə bilməz. Onlara 2500 manat təyin etmişdilər. Birinə 1500, digərinə 1000 manat təyin etmişdilər. Maşının bir arxa işığı 2750 manatdır, maşının ziyanını da 3800 manat qiymətləndirmişdilər. Bu məntiqsizdir, orada təkər də əzilmişdi. Onlar məhkəmə qətnaməsindən 5-6 ay əvvəl maşını təmir etdirmişdilər. Nərimanov Rayon Məhkəməsində ekspertiza olub, Bakı Apellyasiya Məhkəməsində ekspertiza olub. Heç birində təhvil verilmə olmayıb. 3 dəfə ekspertiza keçirilib. Onlar maşını təqdim etmədiyi halda bu ekspertiza rəyində göstərilməli idi. İddiaçı birinci instansiya məhkəməsində barışmaq istədiyini bildirmişdir, amma indi heç nəyə razı deyil.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 13 may 2024-cü il tarixli, 2(103)-622/2024 saylı qətnaməsi ilə (hakimlər G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, Cavabdeh “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 2548,50 manat ödənilməsi qət edilmişdir.

23. Məhkəmə keçirilmiş ekspertiza rəylərinə, iş materiallarına və tərəflərin izahatlarına istinadən qeyd etmişdir ki, nə qədər ki, iddiaçının avtomobili birinci instansiya məhkəməsinin əsaslandığı ekspert rəyində istinad olunan Hesabatı verən mərkəzdə təmir edilməmişdir, həmin məbləğ mütəbər sübut kimi nəzərə alınmamalıdır. Digər tərəfdən iddiaçı avtomobili rəsmi servis mərkəzində deyil, başqa tanış bir servisdə təmir etdirdiyini bildirir. Məhkəmə isə həmin servisin verdiyi qəbzlərdə qeyd olunan təmir işlərinin həqiqətən də görülməsini və məbləğin müəyyən edilməsi üçün avtomobilə baxış keçirməklə ekspertizanın keçirilməsi barədə qərar qəbul etsə də, iddiaçı tərəf avtomobili ekspertə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iş materiallarında olan “Atəşgah" AS C-nin xx.xx.2022-ci il tarixli “Hesabat aktı” mötəbər sübut kimi əsas götürülməlidir.

24. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı cavabdeh tərəf əlavə 1000 manat ödəniş edə biləcəyini bildirmişdir. Yəni 3870-2321,5=1548,5 Cavabdehin tərəfin əlavə olaraq 1000 manat da ödəniş etmək istəyini nəzərə alaraq, cəmi 2548,5 manat məbləğində pulun iddiaçının xeyrinə tutulmasını məhkəmə kollegiyası ədalətli və işin hallarına uyğun hesab etmişdir.

25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1 və 1108.1-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunma sını və iddianın bütövlükdə təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsinin və iddia tərəfinin aşağı məhkəmə instansiyalarında verdiyi izahatlara istinadən əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın

30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasın a gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsin də mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Ma ddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının həd ləri

38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi tələb olunsa da, mübahisəli qətnamə ilə iddia tələbi qismən təmin edildiyindən hazırda qətnamə iddia tələbinin təmin olunmayan hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 6

5. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

66. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində və məhkəmə iclaslarında irəli sürdüyü dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azə rbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

67. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci m addəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

68. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tət biqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-622/2024 nömrəli iş üzrə may 2024-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar