Məhkəmə qərarları › İş №2(102)-3392/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3392/2021

16.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3392/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3392/21 (Açar sözlər: alqı-satqı müqavilələrinin etibarsızlığı, avtomoblin qaytarılması, maddi və mənəvi zərərin tutulması, tələbin sübuta yetməməsi, vicdanlı əldə edənin hüquqları) Bakı şəhəri, 16 avqust 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, mübahisə predmeti barəsində müstə qil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “avtomobilin qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1845/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan VAZ-21723 markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1 alınaraq ona qaytarılması, 3.000 manat maddi ziyan (əldən çıxmış fayda), 10.000 manat mənəvi ziyanın cavabdehdən tutulub, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi üzrə X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.

3. İddia tələbi onunla əsaslandırılıb ki, VAZ-21723 markalı **-VH-*** qeydiyyat nişanlı avtomobil 2013-cü ildən iddiaçının mülkiyyətində olmuşdur. Həmin avtomobil "xxxx" Bankda girovda olmaqla yanaşı sonuncu dəfə 2018-ci ilin fevral ayından X1 faktiki sahibliyində olmuş və Xəyyam Qasımov tərəfindən etibarnamə əsasında idarə edilmişdir.

4. VAZ-21723 markalı **-VH-*** qeydiyyat nişanlı avtomobil 2018-ci ildə Xəyyam Qasımovun faktiki sahibliyində olmaqla yanaşı, Xəyyam Qasımov həmin avtomobili razılıq əsasında iddiaçıdan satın almaq istəmişdir.

5. Xəyyam Qasımov "xxxx" Banka yaxınlaşmış və razılıq əsasında avtomobilin bütün borcunu ödəyərək a vtomobili satın almaq istədiyini bildirmişdir. "xxxx" Bankın Badamdar qəsəbəsi ərazisində maşın bazarının içində yerləşən 6 saylı Filialının Ramin adlı əməkdaşı Xəyyamı qəbul etmiş, maşını ona satmaq üçün mülkiyyətçinin razılığının olmasını və maşına görə cəmi 800 manat banka borcu qaldığı halda Xəyyamdan 3910 manat borc olduğunu bildirərək həmin məbləğdə pul tələb etməklə maşını ona verəcəklərini bildirmişdir. Daha sonra iddiaçı "xxxx" Bankın Badamdar qəsəbəsi ərazisində maşın bazarının içində yerləşən 6 saylı Filialına filiala dəvət edilərək avtomobilin sənədləşməsi işində onun iştirakının lazım olduğu bildirilmişdir.

6. İddiaçı filialda olan zaman Xəyyam Qasımovla orada söhbət etmiş və avtomobilin sonuncunun adına rəsmiləşdirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. İddiaçı i şlədiyinə və tez-tez işdən çıxa bilmədiyinə görə Ramin məsləhət görüb ki, kiməsə etibarnamə versin ki, daha sonra maşının sənədləşmə isi onun tərəfindən aparılsın. Ramin həmin məsələdə heç bir problemin olmadığını, bu işlə özünün köməkçisi Cavabdeh1 adlı şəxsin məşğul olacağını, ona etibarnamə verdikdən sonra Vüqarın avtomobili Xəyyam Qasımovun adına sənədləşdirəcəyini bildirmiş və iddiaçını narahat etməyəcəklərini qeyd etmişdir.

7. İddiaçı razılaşaraq 06 avqust 2018-ci il tarixdə Vüqara etibarnamə vermişdir.

8. Xəyyam Qasımov iddiaçıya zəng edib, avtomobilin onun adına rəsmiləşdirilməməsi ilə bağlı məlumat vermişdir. Belə olan halda iddiaçı Xəyyamla birlikdə 16 avqust 2018-ci il tarixdə Bakı şəhəri 5 saylı Notariusa gedərək orada 06 avqust 2018-ci il tarixdə Cavabdeh1 adlı şəxsə verdiyi e tibarnaməni ləğv etdirərək maşını ondan tələb etmişdir.

9. O vaxt iddiaçıya məlum olmuşdur ki, Vüqar iddiaçının ona etibarından suiistifadə edərək maşını Xəyyamın adına rəsmiləşdirməmiş, başqa şəxsə verərək pulunu mənimsəmişdir. Uzun sürən söhbətlərdən sonra Vüqar ya iddiaçıya, ya Xəyyama maşının özünü qaytaracağını, ya da pulunu verəcəyini bildirsə də, bu günə qədər nə maşını, nə də pulu qaytarmamışdır.

10. Baş Dövlət Yol Polisi İdarəsinə verilmiş sorğu əsasında məlum olmuşdur ki, mübahisəli avtomobil VAZ-21723 markalı **-VH-*** qeydiyyat nişanlı avtomobil qanusuz olaraq alqı-satqı yolu ilə Cavabdeh1 dostu və yaxın qohumu olan Cavabdeh2 adına və 3 gün sonra isə Cavabdeh3 adına qeydiyyatdan keçirilərək qanunsuz olaraq mənimsənilmişdir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəll ənin 152, 157.2 və 158-ci maddələrinə istinad etmişdir.

12. İşə baxılarkən iddiaçının tələbində qeyd edilən avtomobilin Cavabdeh2 və Cavabdeh3 adına qeydə alınması barədə arayış təqdim edilmişdir.

13. İddiaçı tələbin həcminin artırılması barədə ərizə verərək, qanuni mülkiyyətində olmuş VAZ-21723 markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər Cavabdeh2 və onun adından isə Cavabdeh3 oğlunun adlarına keçirilməsi barədə alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi, avtomobilin alınaraq ona qaytarılması, 3000 manat maddi ziyanın (əldən çıxmış fayda), 10.000 manat mənəvi ziyanın Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

14. Cavabdeh1 iddiaya etiraz olaraq göstərib ki, avtomobil alverçisidir. Qeyd edilən avtomobilin pulunu ödəyərək Ceyhun adlı şəxsdən almışdır. Avtomobili alan zaman həmin avtomobilin banka borcu qaldığından, banka olan borcu ödəyərək bütün borcu bağlamışdır. Maşını şəriki olan Rəhmanın adına qeydiyyata salmışdır. Sonra maşını satmışlar. Sonradan məlum olmuşdur ki, satdıqları maşın Xəyyam adlı şəxsin adınadır. Maşının satılmasına dair etibarnaməni ona Ceyhunun özü vermişdir və etibarnamə verildiyi zaman Ceyhun maşını Xəyyam adı şəxsə verilməsini ona deməmişdir. Ceyhun maşını Xəyyama vermək istəsəydi, etibarnaməni birbaşa sonuncuya verə bilərdi.

15. Cavabdeh2 iddiaya etirazında göstərib ki, maşını Ceyhun adlı şəxsdən almışlar. Maşının iki gün ərzində bütün borclarını ödəmişlər.

16. Cavabdeh3 iddiaya etiraz edərək göstərib ki, qeyd edilən avtomobili “Turbo az.” saytında görmüş, zəng edib almışdır. Qeyd edilən məsələdə onun heç bir təqsiri yoxdur. Maşını alan zaman avtomobilin mübahisəli olduğunu bilməmişdir. Bir müddət sonra ona zəng olunmuş və iki nəfər şəxslə görüşdükdən sonra məlum olmuşdur ki, onu aldatmışlar. Maşının pulunu ödəyib satıcıdan almışdır. VAZ-21723 markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuş, sonra nəqliyyat vasitəsi müxtəlif vaxtlarda müxtəlif adamlara etibar edilmişdir.10 avqust 2018-ci il tarixdə VAZ-21723 markalı nəqliyyat vasitəsi ** RA *** qeydiyyat nişanlı AD313312 nömrəli şəhadətnamə ilə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına rəsimləşdirilmişdir. Bundan sonra 13 avqust 2018ci il tarixdə VAZ-21723 markalı nəqliyyat vasitəsi ** RA *** qeydiyyat nişanlı AD 293876 nömrəli şəhadətnamə və alqı-satqı müqaviləsinə əsasən onun adına rəsimləşmişdirilmişdir. Mübahisəli avtomobili Cavabdeh2 ona 9600 manata satmışdır. İddiaçı ilə onun arasında həmin avtomobilə dair alqı-satqı mqaviləsi bağlanmamış və müqavilədə iştirakçı olmamışdır. Belə olan halda o, yalnız satıcı Cavabdeh2 qarşısında öhdəlik daşıyır, iddiaçı qarşısında deyil. Bu məsələdə onun cavabdeh kimi qoyulması tamamilə əsassızdır.

17. Zəngilan Rayon Məhkəməsinin 2(034)-52/2019 nömrəli, 12 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Gülsarə İmanova)

18. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, mübahisə predmeti olan VAZ-21723 markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil 2013-cü ildən kredit və ipoteka müqavilələri əsasında İddiaçı mülkiyyətində olmuşdur. Avtomobil kredit müqaviləsi əsasında sat ın alındıqdan sonra İddiaçı adına rəsmiləşdırilməsinə baxmayaraq, ayrı-ayrı vaxtlarda müxtəlif şəxslərin istəfadəsində olmuşdir. Avtomobilin sonuncu istifadəçisi iş üzrə üçüncü şəxs X2 olmuşdur. 2018-ci ilin avqust ayında "xxxx" ASC-yə olan borc tam ödənildikdən sonra avtomobil 08.08.2018-ci il tarixdə iddiaçıya təhvil verilmiş, 06.08.2018-ci il tarixdə İddiaçı Cavabdeh1 bütün daşınar əmlakının idarə edilməsi, sərəncam verilməsi və ona dair əqdlər bağlaması və sair barədə 06.08.2018-ci il tarixli AR-İ 646512 nömrəli etibarnamə vermiş, avtomobil ipotekadan 10.08.2018-ci il tarixdə azad olunduqdan sonra və avtomobilin üzərində hər hansı bir həbs olmadığından Cavabdeh1 etibarnamə əsasında həmin atomobili alqı-satqı müqaviləsi ilə 10.08.2018-ci il tarixdə Cavabdeh2 satmışdır. AR DİN BDYPİ-nin 07.11.2018-ci il tarixli 118208-1218 saylı arayışına əsasən 10 avqust 2018-ci il tarixdə VAZ-21723 markalı nəqliyyat vasitəsi ** RA *** qeydiyyat nişanı ilə Cavabdeh2 adına keçmişdir. 13.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli avtomobil Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmış və 13.08.2018-ci il tarixdə qeydiyyatdan çıxmış və hazırda Cavabdeh3 mülkiyyətindədir. İddiaçı Cavabdeh1 verdiyi 06.08.2018-ci il tarixli AR-İ 646512 nömrəli etibarnaməni 16.08.2018-ci il tarixdə, yəni alqı-satqı müqaviləri həyata keçirildikdən sonra ləğv etdirmişdir.

19. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına görə iddia tələbinin müqavilələrin etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməməsi nəticəsinə gəlmişdir.

20. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəf cavabdehlərin hərəkətləri ilə ona dəymiş 3000 manat maddi ziyanla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

21. Birinci instansiya məhkəməsi mənəvi zərər hissəsində də iddianı əsaslı saymayaraq göstərib ki, cavabdehin təqsiri nəticəsində iddiaçının hansı mənəvi sarsıntı və iztirablar keçirməsinə, vurulan mənəvi ziyana görə maddi təzminatın 10000 manat miqdarında hesablanmasının əsaslandırmasına dair heç bir sübut istər məhkəməyə ünvanlanan sənədlərdə, istərsə də məhkəmə tədqiqatı müddətində təqdim edilməmişdir.

22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1097.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

23. İddiaçı və üçüncü şəxs X.Qasımov ayrı-ayrılıqd a qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın tam olunmasını xahiş etmişlər.

24. İddiaçı apellyasiya şikayətinin dəlilləri: - birinci instansiya məhkəməsi borcun kim tərəfindən ödənilməsinə qətnamədə aydınlıq gətirməyib; - iddiaçının izahatları təhrif edilib, qətnamə bütövlükdə cavabdehlərin mənafeyinə uyğun çıxarılıb; - avtomobilin üzərinə həbs qoyulması barədə qərardad olmasına baxmayaraq, avtomobil qanunsuz olaraq özgəninkiləşdirilib; - Cavabdeh1 ziddiyyətli izahatlatına hüquqi qiymət verilməyib. 25. üçüncü şəxs X.Qasımovun apellyasiya şikayətinin dəlilləri: - yanvar ayında 8 min manat ödəniş edib alıb,, avqust ayına qədər 8 ay ərzində 800 manat banka ödəniş edib. Lakin nə məhkəmə iclas protokolunda, nə də qətnamədə bu barədə hər hansı qeyd yoxdur.

26. Sumqayıt Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2825/2019 nömrəli, 14 avqust 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-52/2019 nömrəli, 12 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Elman Rəhimov)

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, apellyatorlar hər biri ayrı-ayrılıqda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün heç bir sübut təqdim etməmiş və apellyasiya şikayətlərinin dəlillərini sübuta yetirə bilməmişlər.

28. Apellyasiya məhkəməsi əlavə olaraq Mülki Məcəllənin 152.1, 157.2, 181.4, 324.1, 337, 331.1, 359.1 və 362.1-ci maddələrinə istinad etmişdir. c) Kassaisya instansiyası məhkəməsindəki birinci icraat

29. İddiaçı İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayətinin dəlilləri: - İddiaçı Cavabdeh1 etibarnamə verərkən məhz özünü iradəsinin həyata keçirilməsini istəmişdir. İddiaçının iradəsi də ondan ibarət olub ki, avtomobil Xəyyam Qasımova satılsın; - avtomobil üzərinə həbs qoyulmuş, Xəzər Rayon Məhkəməsinin qərardadı ilə 10 avqust 2018-ci il tarixli qərardadı ilə həbs götürülmüş, həbsin götürlüməsi barədə qərardad BDYP-yə 27 avqust 2018-ci ildə göndərilmişdir. Bu fakt da təsdiq edir ki, avtomobil üzərində həbs 27 avqust 2018-ci ilə qədər götürülə bilməzdi. Amma 10 avqusy 2 018-ci ildə avtomobil satılıb. - Cavabdeh2 mübahisəli olduğunu bilə-bilə avtomobili almışdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1120/2020 nömrəli, 02 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2825/2019 saylı, 14 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmışdır.

32. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: - apellyasiya instansiyası məhkəməsinin qətnaməsində 2018-ci ilin avqust ayında "xxxx" ASC-yə olan borc tam ödənildikdən sonra avtomobilin 08.08.2018-ci il tarixdə iddiaçıya aktla təhvil verilməsi, avtomobilin ipotekadan 10.08.2018-ci il tarixdə azad olunması göstərilsə də, bu hallar baş verməmişdən əvvəl, y əni avtomaşının 06.08.2018-ci il tarixdə İddiaçı Cavabdeh1 bütün daşınar əmlakının idarə edilməsi, sərəncam verilməsi və ona dair əqdlər bağlaması və sair barədə 06.08.2018-ci il tarixli, AR-İ 646512 nömrəli etibarnamə verməsinin, həmin etibarnamənin 16.08.2018-ci il tarixdə, yəni alqı-satqı müqaviləri həyata keçirildikdən sonra ləğv etdirməsinin əsil səbəbləri araşdırılmamış, avtomobilin kredit borcuna görə kimin tərəfindən Banka ödəniş edilməklə borcun tam bağlanması müəyyən edilməmişdir; - apellyasiya məhkəməsi Cavabdeh1 avtomobilin pulun ödəyərək Ceyhun adlı şəxsdən almasına dair izahat verməsinə baxmayaraq, onların arasında bu əmlakla bağlı satış pulunu məbləğini müəyyən etməmişdir; - avtomobil üzərində həbsin olması araşdırımamışdır; - apellyasiya instansiyası məhkəməsinin hazırki mü bahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəlləsinin 157.2-ci maddəsinin təşkil etməsinə baxmayaraq, həmin normanın dispozitiv şərtlərinin tələb edilən birgə mövcudluğunun hazırki iş üzrə mövcud olub-olmamasına tam və hərtərəfli qiymət verməyərək, bu şərtlərin mövcud olmadığı təqdirdə iddiaçının subyektiv hüququnun olub-olmamasına da hüquqi qiymət verməmişdir.

33. Kassasiya instansiyasının qərarında işə yenidən baxan məhkəmə üçün avtomobil satılarkən onun faktiki olaraq kimin sahibliyində olması, avtomobil üzərindən həbsin götürülməsi barədə qərardadın icra üçün nə vaxt göndərilməsi və icra edilməsi, mübahisəli avtomobilin iddiaçı tərəfindən cavabdehə faktiki olaraq satılması halının olubolmaması, iddiaçının avtomobilə münasibətdə üçüncü şəxslə hansı münasibə tdə olması, avtomobilə dair banka olan borcun kim tərəfindən, nə vaxt ödənilərək borcun bağlanması kimi diqqətəlayiq halların araşdırılması, Cavabdeh3 vicdanlı əldə edən olub-olmamasına qiymət verilməsi kimi göstərişlər olmuşdur. d) Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

34. İşə təkrar apellyasiya qaydasında baxılarkən apellyasiya instansiyası avtomobilin ipotekadan nə vaxt azad edilməsi, avtomobil üzərinə qoyulmuş həbsin götürülməsi və ödəniş barədə (qəbzlərin təsdiq edilmiş surəti tələb edilməklə) məlumat verilməsi ilə bağlə "xxxx" ASC-yə sorğu vermiş və sorğuya cavab almışdır.

35. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1845/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Zəngilan Rayon Məhkəməsinin 12 ma rt 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov və Telman Məmmədov)

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia predmeti alqı-satqı müqavilələrinin etibarsızlığı, avtomobilin iddiaçıya qaytarılması, 3000 manat maddi və 10000 manat mənəvi ziyanın ödənilməsindən ibarətdir. İddianın bir neçə tələbdən ibarət olduğu nəzərə alınarsa, alqı-satqı müqavilələrinin etibarsızlığı tələbi digər tələbləri (avtomobilin ona qaytarılması, 3000 manat maddi və 10000 manat mənəvi ziyanın tutulması) özündən asılı etdiyindən, ilkin olaraq bu tələb üzrə hüquqi dəyərləndirilmə aparılmaqla mübahisəyə qiymət verilməlidir.

37. Apellyasiya instansiyası məhkəməsi sorğu əsasında "xxxx" ASC tərəfindən göndərilmiş mək tuba əsasən müəyyən edib ki, İddiaçı 09 avqust 2018-ci il tarixdə müvafiq məhkəmə aktına əsasən banka olan borcunu ödəmiş və iş üzrə icraat xitam verilməsi, avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi üçün aidiyyəti orqanlara ünvanlanmış ərizələr təqdim olunması üçün İddiaçı verilmişdir. İpoteka predmeti olan “VAZ-21723” markalı, **-VH-*** dövlət nişanlı avtomobil isə 10 avqust 2018-ci il tarixdə girovdan azad edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, 2014-cü ilin sonuna qədər olan arxiv sənədləri məhv olunduğundan yalnız 2015-ci ilin əvvəlindən olan qəbzlərin surəti təqdim olunmuşdur. 19.04.2018-ci il tarixdə ödənilmiş 200 manat və 08.08.2018-ci il tarixdə ödənilmiş 900 manat “MilliÖn” terminalı vasitəsilə aparıldığından həmin ödənişlərin kim tərəfindən aparıldığı haqqında onlar da heç bir məlumat yoxdur.

38. Apellyasiya instansiyası müəyyən edib ki, borc məbləği iddiaçı tərəfindən ödənildikdən sonra iş üzrə icraata xitam verilməsi, avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi üçün aidiyyəti orqanlara ünvanlanmış ərizələr təqdim olunması üçün məhz İddiaçı verilmiş, mübahisəli avtomobil ipotekadan 10.08.2018-ci il tarixdə azad olunmuş elə həmin tarixdə də məhkəmə aktına əsasən avtomobilin üzərindən həbs götürülmüş və avtomobilin üzərində hər hansı bir həbs olmadığından, Cavabdeh1 iddiaçının adından etibarnamə əsasında hərəkət edərək həmin avtomobili alqı-satqı müqaviləsi ilə 10.08.2018-ci il tarixdə Cavabdeh2 8000 min manata satmışdır. Avtomobilin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin 07.11.2018-ci il tarixli 1182081218 saylı arayışı na əsasən mülkiyyətçisi 10 avqust 2018-ci il tarixdə VAZ-21723 markalı nəqliyyat vasitəsi **-RA-*** qeydiyyat nişanlı AD313312 nömrəli şəhadətnamə ilə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 olmuşdur. Daha sonra 13.08.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli avtomobil sonuncu tərəfindən Cavabdeh3 9000 min manata satılmış və 13.08.2018-ci il tarixdə qeydiyyatdan çıxarılaraq hazırda Cavabdeh3 mülkiyyətindədir.

39. Apellyasiya instansiyası həmçinin qeyd etmişdir ki, iddiaçı əvvəlcə Cavabdeh1 mübahisə predmeti təşkil edən avtomobil üzərində sərəncam verilməsi barədə 06.08.2018-ci il tarixdə etibarnamə vermiş, elə həmin ilin avqust ayında "xxxx" ASC-yə olan borc tam ödənildikdən sonra mübahisəli avtomobil 08 avqust 2018-ci il tarixli təhviltəslim aktı ilə iddiaçıya təhvil v erilmişdir.

40. Apellyasiya instansiyası vurğalamışdır ki, alqı-satqı müqaviləsi (İddiaçı ilə Cavabdeh2 arasında) bağlanarkən mübahisəli avtomobilin mülkiyyətçisi kimi iddiaçı müstəsna səlahiyyəti olan sərəncam vermək səlahiyyətindən istifadə edərək, təmsilçi (Cavabdeh1) vasitəsilə avtomobili özgəninkiləşdirilməsinə dair müqaviləni bağlamış və həmin müqavilə ilə avtomobilin qiyməti müəyyən edilmişdir. Bu müqavilə ilə Cavabdeh2 həmin avtomobil üzərində mülkiyyət hüququ yaranmış, iddiaçının isə mülkiyyət hüququna xitam verilmişdir. Bundan sonra həmin avtomobil alqı-satqı müqaviləsinə əsasən digər şəxs Cavabdeh3 satılmış və sonuncu da öz növbəsində mübahisəli avtomobil üzərində mülkiyyət hüququ əldə etmiş, Cavabdeh2 isə həmin avtomobil üzərində mülkiyyət hüququna xitam verilmişdir.

41. Apelly asiya instansiyası iddiaçının avtomobili Xəyyam Qasımova satması və bu məqsədlə Cavabdeh1 etibarnamə verməsi, avtomobilin X.Qasımova satılmadığını bildikdən sonra etibarnaməni ləğv etdirməsi barədə dəlillərinə münasibətdə qeyd edib ki, bu dəlillər iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, iddiaçı Şamaxı rayon 1-ci Çaylı kəndində yaşayan Xəyyam Qasımov və onun atası Seyidxan Qasımova ümumi etibarnamə vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin avtomobili X.Qasımova satılmasını həyata keçirməsi üçün heç bir maneə olmamış, başqa sözlə, avtomobilin X.Qasımovun adına rəsmiləşdirilməsi üçün digər Cavabdeh1 etbarnamə vermək zərurəti olmamışdır. Mülkiyyətçi olaraq iddiaçı özü X.Qasımovla birbaşa alqı-satqı müqaviləsi bağlaya bilərdi.

42. Apellyasiya instansiyası qeyd ed ilənlərə əsasən hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi tərəflərin iradə ifadəsi ilə bağlandığından və mövcud əqdin etibarsızlığı üçün əsaslar müəyyən edilmədiyindən, müqavilələrin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilə bilməz. Çünki ilkin olaraq Cavabdeh2 mübahisəli avtomobili alarkən İddiaçı öz iradə ifadəsini nümayiş etdirib, bunun üçün iddiaçı adından hərəkət etmək üçün Cavabdeh1 etibarnamə verib və həmin etibarnamədə məhz sərəncam vermə səlahiyyəti göstərib, bunun müqabilində də Cavabdeh1 avtomobili Cavabdeh2 satıb. Cavabdeh2 də öz növbəsində avtomobili Cavabdeh3 satıb. Avtomobilin qeydiyyatdan çıxarılaraq Cavabdeh3 mülkiyyətində olması, eləcə də iddiaçının Cavabdeh1 verdiyi 06.08.2018-ci il tarixli AR-İ 646512 nömrəli etibarnaməni 16.08.2018-ci i l tarixdə, yəni alqı-satqı müqavilələri həyata keçirildikdən sonra ləğv etdirməsi nəzərə alınarsa, Cavabdeh3 vicdanlı alıcı kimi qəbul edilməlidir. Bu baxımdan da vicdanlı alıcı kimi Cavabdeh3 qeyd olunan əmlak üzərində mülkiyyət hüququ müdafiə olunmalıdır.

43. İddia tələbinin avtomobilin iddiaçıya qaytarılması hissəsinə gəldikdə, apellyasiya instansiyası hesab edib ki, mübahisələndirilən avtomobil alqı-satqı müqaviləsi əsasında əldə edildiyindən və həmin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə tələb təmin edilmədiyindən, o cümlədən də başqa şəxs Cavabdeh3 mülkiyyətində olduğundan, iddia tələbi qeyd edilən hissədə də təmin edilə bilməz.

44. Həmçinin apellyasiya instansiyası iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edib ki, iddiaçı maddi və mənəvi zərərə məruz qalmasını, yəni tərəflərdən birinin digərinə qarşı əməli törətməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olmasını sübut etməlidir. Lakin hazırkı işdə tərəflərdən birinin digərinə təqsirli hərəkəti nəticəsində mənəvi zərər dəyməsi müəyyən edilməmişdir.

45. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324, 359.1, 362.1, 362.2-ci, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004cü il və 15 sentyabr 2014-cü il tarixli qərarları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

46. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnam əsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir.

47. Kassasiya şikayəti əvvəlki kassasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla, işin faktiki hallarına və əlavə olaraq apellyasiya məhkəməsi tərəfindən hazırki üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl edilməməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı

48. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

49. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdilər.

50. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəm əyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

51. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxs ə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçü n kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

53. Kassasiya şikayətində iddiaçı apelyasiya məhkəmə sinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.

56. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi a pellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, iş üzrə kassasiya məhkəməsinin qərarında verdiyi göstərişlərə əməl etməklə işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

57. İddia tələbi alqı-satqı müqavilələrinin etibarsızlığı, avtomobilin iddiaçıya qaytarılması, 3000 manat maddi və 10000 manat mənəvi ziyanın ödənilməsindən ibarətdir.

58. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı isə ondan ibarətdir ki, iddiaçı istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər və tutarlı sübut təqdim edə bilməmişdir.

59. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tətbiq edilən maddi hüquq normasının dispozitiv şərtləri iddianın təmin edilməsini istisna etdiyi üçün iddianı rədd edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.

60. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və iddiaçının apellyasiya şikayəti üzrə dəyərləndirməsini və gəldiyi nəticəni əsaslı hesab edir və hazırki qərarın 36-44-cü bəndlərində qeyd edilənləri təkrar etməyə zərurət görmür.

61. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda kollegiyanın qiymət verməli olduğu məsələ kassasiya şikayəti üzrə irəli sürülən dəlillərdir.

62. Məhkəmə kollegiyası hazırki iş üzrə Ali Məhkəmənin qərarında şərh edilən göstərişlərə apellyasiya məhkəməsi tərəfindən əməl edilməməsi barədə kassasiya şikayətinin dəlill ərini əsasız sayır. Belə ki, işdən görünür ki, apellyasiya məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin qərarında şərh edilən göstərişlər üzrə araşdırma aparmış və gəldiyi nəticəni də həmin araşdrımaya uyğun əsaslandırmışdır.

63. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır. İşin faktiki halları isə kassasiya instansiyasında araşdırılmır.

64. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-184 5/2020 nömrəli, 27 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar