Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3392/2022 04.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququ, mülkiyyətə qanuni və mütənasib müdaxilə, mülkiyyət hüququnun məhdudlaşdırılması, qəzalı vəziyyətdə olan mənzilin sökülməsinə görə kompensasiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayılov Kamil oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdehlər "xxxx" MTK-ya, Bakı şəhəri Səbail Rayon İcra Haki miyyətinə və Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “hüququn pozulmasının tanınması, dəymiş ziyana görə kompensasiya” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2(103)-338/2022 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayətlərinə 4 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48,7 m2 olan 25 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) xx.xx.1995-ci il tarixdə xüsusi mülkiyyət kimi X5 adına qeydiyyatdan keçmiş, sonuncu xx.xx.2006-cı il tarixli bağışlama müqaviləsinə əsasən mənzili arvadı X2 (bundan sonra - iddiaçı) bağışlamış və xx.xx.2016-cı il tari xdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyat aparılmışdır.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə (bundan sonra – Səbail RİH) 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə 1819 nəfərin yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin istismarına icazənin verilməsi, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edilməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti ol araq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır.
3. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi (bundan sonra – FHN TTNDA) “Azərdövlətlayihə” DBLİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli mübahisəli mənzilin də yerləşdiyi yaşayış binasında keçirilən vizual texniki baxışın nəticəsi haqqında rəydə qeyd olunmuşdur ki, bina mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar üçün təhlükəlidir. Binada təmir, bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cə hətdən məqsədəuyğun hesab edilmir. Qeyd olunanları nəzərə alaraq aşağıdakı tədbirlər yerinə yetirilməlidir: 1) Binanın istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması; 2) Sakinlərin təcili olaraq binadan çıxarılması; 3) Binadakı bütün kommunikasiya xəttlərinin kəsilməsi; 4) Binaya girişin qadağan edilməsi; 5) Binanın təcili olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması.
4. Qeyd olunan rəyi və "xxxx" MTK-nın (bundan sonra – MTK) xx.xx.2016-cı il tarixli müraciətini nəzərə alaraq Səbail RİH Başçısının xx.xx.2016-cı il tarixli, 42 nömrəli Sərəncamı ilə sözügedən yaşayış binasının söküntüsünün həmin MTK tərəfindən yerinə yetirilməsinə və çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış v ə qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasının MTK-nın vəsaiti hesabına həyata keçirilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona məxsus mübahisəli mənzil yerləşən binanın elektrik enerjisi, qaz, su və başqa təchizatının dayandırılması, mənzilə zorla daxil olunması, əşyalarının daşınması və mənzi lin məhv edilməsinin onun pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, cavabdehlərdən müştərək qaydada onun xeyrinə maddi zərərə görə 250.000 manat, mənəvi zərərə görə isə 50.000 manat kompensasiya, həmçinin 2016-cı ilin avqust ayından etibarən iş üzrə yekun məhkəmə qərarı tam icra edilədək hər aya görə 500 manat icarə haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər MTK və Səbail RİH müxtəlif üsullarla köçürməyə nail olduqları sakinlərin mənzillərinə daxil olaraq, onları sökmüş, bu zaman qonşu mənzillərin divarlarını, damını, hətta yükdaşıyan divar və konstruksiyaları zədələyərək, elektrik enerjisi, qaz və su təchi zatını pozaraq onun və başqalarının mənzillərində yaşayışı dözülməz səviyyəyə çatdırmışlar. Qonşunun mənzili dağıdılarkən dam örtüyü onun mənzili olan hissədə də zədələnmiş, yağıntılar zamanı mənzili su basmış, eyni zamanda qonşu mənzilin sökülməsi nəticəsində onun mənzilini küçədən ayıran daş və kərpiç divar qalmamışdır. Beləliklə, ona məxsus mənzil cavabdehlərin qanunsuz əməllərinin nəticəsi olaraq süni səkildə qəza vəziyyətinə salınmış, MTK, Səbail RİH və Səbail RPİ-nin dəstəyi ilə ona və binanın digər sakinlərinə müxtəlif təzyiqlər göstərmiş, onları əlverişsiz şərtlərlə müqavilələr bağlamağa vadar etmişlər. Hansı ki, həmin müqavilələrə əsasən mənzil mülkiyyətçiləri öz daşınmaz əmlakından imtina etməli, sonra isə hər ay MTK-nın ödəməli olacağı son dərəcə aşağı kirayə haqqı ilə kifayətlə nməli idilər. Lakin bu zaman nəzərə alınmamışdır ki, 1) binanın sökülməsi üçün heç bir dövlət ehtiyacı mövcud olmamış, bu hərəkətlər aşkar qanunsuz olmuşdur; 2) əmlakından məhrum edilən mənzil mülkiyyətçiləri üçün heç bir seçim qoyulmamış, onlara mənzillərin dəyərinə görə ödəniş təklif olunmamış, alternativsiz olaraq yalnız gələcəkdə onların binasının yerində tikiləcək yeni binada uyğun sahəli mənzillər, yeni bina inşa ediləcəyi müddətdə isə cüzi kirayə haqqı təklif edilmişdir; 3) təklif olunan müqavilədə yeni bina inşa edilməsi üçün öz vəsaiti olmayan MTK-nın öhdəliklərinin icrasının dövlət təminatı olmamış, müqavilədə heç bir dövlət orqanı iştirak etməmişdir. Bu hal isə ona gətirib çıxara bilər ki, maliyyə mənbələri şəffaf olmayan MTK bu sahədə problemləri yaranacağı halda mənzilini itir miş mülkiyyətçilərin nə kirayə haqqını ödəyə, nə də ki, yeni binanı inşa edə bilər, RİH isə bu kimi hallarda mülkiyyətçilər qarşısında heç bir öhdəlik daşımaz. Cavabdehlər xx.xx.2016-cı il tarixdə hədə-qorxu və zor hesabına iddiaçı və ailə üzvlərini (övladlarını) mənzildən çıxarmış, bu zaman onlara mənzili boşaltmağa belə imkan verməmiş, binaya faktiki hücum etmişlər. İddiaçının ailəsinin və binada qalmış digər sakinlərin mənzillərdən çıxarılması cavabdehlərin birgə fəaliyyəti nəticəsində kobud və qeyri-insani rəftar şəraitində həyata keçirilmiş, iddiaçı və həyat yoldaşı köçürülməyə dair müvafiq məhkəmə qətnaməsini tələb etdikdə isə onlar əvəzində mənzilin bahalı taxta qapısını balta ilə sındırmağa başlamışlar. Cavabdehlərin qeyd olunan fəaliyyəti nəticəsində iddiaçının səhhətində probleml ər yaranmış, hətta onun üçün təcili yardım çağırılmışdır. Göründüyü kimi, RİH səlahiyyətlərindən sui-istifadə edərək Konstitusiyanı və digər qanunları kobudcasına pozmuş və MTK-ya belə pozuntuları davam etdirməyə rəvac vermişdir. Hazırda cavabdehlər, hətta əmlakın dövlət ehtiyacları üçün alındığı zaman mülkiyyətçiyə ödənilməli olan kompensasiya qaydaları ilə nəzərdə tutulan minimum tələblərə belə əməl etmək istəmirlər. İddiaçı isə 1 il 4 aydır ki, evsiz qalmışdır. Hesab edir ki, ona dəymiş maddi zərərə görə ödəniləcək məbləğ əmlakın dövlət ehtiyacları üçün alınacağı halda tətbiq edilən qaydalar ilə müəyyən edilən məbləğdən az ola bilməz. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 66.4-cü mədəsində 10 ildən artıq müddətdə yaşayan şəxsin alınan yaşayış sahəsi üçün ödənil əcək ümumi məbləğinin 10 faizi miqdarında çətinliklə bağlı kompensasiya müəyyən edilmişdir. İddiaçı 22 ildən çoxdur ki, ailəsi ilə həmin mənzildə yaşadığından qanunla nəzərdə tutulmuş 10% miqdarında kompensasiya ona verilməlidir. Bundan başqa, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü maddəsinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Beləliklə, təkcə məhv edilmiş mənzilə görə iddiaçıya mənzilin bazar qiyməti (146.000 manat), onun 20%-i (29.200 manat) və 10%-i (14.600 manat) olmaqla 189.600 manat maddi kompensasiya ödənilməlidir. Buraya iddiaçının payına düşən torpağın dəyəri və s. hallar nəzərə alınsa, ona cəmi 250.000 manat ödənilməlidir. Bundan başqa, iddiaçı ona məxsus mənzil dağıdıldıqdan sonra kirayədə qalmaq məcburiyyətində qalmışdır və məlum olduğu kimi hazırda onun məhrum olduğu yaşayış sahəsinin şərtlərinə bərabər olan kirayə mənzillər 400 manat civarındadır. Həmçinin, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları kobudcasına pozulmuşdur ki, bunun nəticəsində o, mənəvi sarsıntı keçirmişdir.
7. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MMC-nin 28 iyul 2016-cı il tarixli, ƏEM/İ 55-256/16 saylı qiymətləndirmə rəyinə əsasən, mübahisəli mən zilin həmin tarixə bazar dəyəri 146.000 manat, MMC-nin 17 fevral 2017-ci il tarixli arayışına əsasən isə mənzilin yerləşdiyi bina və yaxın ərazidə yerləşən köhnə tikili binalarda 3 otaqlı yaşayış üçün tam şəraitli mənzillərin orta aylıq kirayə haqqı 400 manat məbləğində müəyyən olunmuşdur.
8. Cavabdeh MTK iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçının maddi zərərə görə cavabdehlərdən müştərək qaydada 250.000 manat kompensasiya tələbinin heç bir hüquqi əsası yoxdur. Belə ki, sözügedən binanın sökülməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmiş və bunun nəticəsində iddiaçıya heç bir zərər vurulmamışdır. Binanın sökülməsi sırf qəzalı vəziyyətdə olması, ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərsalma tələblərinə cavab verməməsi və istismar üçün təhlükəli olması səbəbindən həyata keçirilmiş və həmin ərazidə tikiləcək yeni binada mülkiyyətçilərə təmirli mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Buna görə də, iddiaçının istinad etdiyi kimi torpaqların dövlət ehtiyacları üçün alınmasından söhbət gedə bilməz. Eyni zamanda, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun analogiya üzrə tətbiq edilməsi də hüquqi cəhətdən yanlışdır. Çünki, tərəflər arasındakı mübahəli məsələni birbaşa tənzim edən hüquqi aktlar (Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı və Səbail RİH Başçısının Sərəncamı) mövcuddur və həmin aktlarda isə MTK tərəfindən sakinlərə hər hansı bir kompensasiya ödənilməsi deyil, binadan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək binada müvafiq qaydada mənzillərin ayrılması nəzərdə tutulmuşdur. MTK tərəfindən qeyd olunan təkliflə iddiaçıya dəfələrlə müraciət edilməsinə baxmayaraq, heç bir müsbət nəticə verilməmişdir. Bundan başqa, iddiaçı mənəvi sarsıntı və iztiraba məruz qalmasını, bunun nədə ifadə olunmasını, hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, hansı əsas(lar)la ona dəymiş mənəvi ziyanı 50.000 manat məbləğində qiymətləndirilməsini və mənəvi zərərin bilavasitə cavabdehin hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim etməmişdir. İcarə haqqının ödənilməsi tələbinə münasibətdə isə bildirilmişdir ki, MTK tərəfindən köçürülmüş sakinlərin böyük bir hissəsi ilə müqavilələr (müvəqqəti olaraq kirayə edilmiş mən zillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin (300 manat) ödənilməsinə və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasına dair) bağlanmış, iddiaçıya da həmin şərtlərlə müqavilənin bağlanması dəfələrlə təklif edilmiş, lakin həmin təkliflərə heç bir məhəl qoyulmamış və müqavilənin bağlanması istiqamətində heç bir addım atılmamışdır. Kirayə haqqının məbləği iddiaçı tərəfindən müəyyən edilərkən obyektivlik prinsipi pozulmuş, həmin ərazidə yerləşən anoloji mənzillər üçün kirayə haqqının tələb edilən məbləğdən dəfələrlə az olması nəzərə alınmamışdır. Heç bir müqavilə mövcud olmadan icarə haqqının ödənilməsi öhdəliyinin qoyulması isə cavabdehin huquqlarının pozulması deməkdir.
9. İş üzrə təyin edilmiş məhkəmə qiymətləndi rmə ekspertizası üzrə daxil olmuş "xxxx" MMC-nin 16 mart 2018-ci il tarixli, QMX 135/M saylı rəyinə əsasən, aparılan təhlil və hesablamalar nəticəsində mübahisəli mənzilin həmin tarixə bazar dəyəri 72.150 manat, eləcə də, qeyd olunan ünvanda yerləşən mənzillərin aylıq kirayə haqqı 300 manat məbləğində müəyyən edilmişdir.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 21 may 2021-ci il tarixli, 2(009)-653/2018 nömrəli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin edilərək, cavabdeh MTK-dan dəymiş maddi ziyana görə 146.000 manat, 2016-cı ilin avqust ayından 2018-ci ilin may ayınadək aylıq icarə haqqı 400 manat olmaqla, cəmi 8.400 manat, mənəvi ziyanın əvəzi olaraq 1000 manat olmaqla, ümumilikdə 155.400 manatın iddiaçının xeyrinə tutulması, 2018-ci ilin may ayından hazırkı qətnamə icra olunanadək aylıq 400 manat icarə haqqı ödənilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması, iddianın qalan hissədə rədd olunması, ekspertiza xərcinin həmin cavabdehə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus mübahisəli mənzil onun razılığı və ya digər qanuni əsas olmadan xx.xx.2016-cı il tarixdə gecə saatlarında sökülmüş və mənzilin, eləcə də həmin binada yerləşən digər mənzillərin söküntüsü cavabdeh MTK tərəfındən həyata keçirilmişdir. Bu xüsusat iddiaçının izahatı ilə yanaşı, iş materiallarında olan FHN TTNDA “Azərdövlətlayihə” DBLİ tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli rəy, Səbail RİH Başçısının xx.xx.2016-cı il tarixli, 42 saylı sərəncamı, eyni za manda işdə olan digər sübutlarla təsdiq olunur.
12. Cavabdehlər tərəfindən iddiaçının mənzilinin yerləşdiyi binanın sökülməsi əsası kimi həmin binanın qəzalı vəziyyətdə olması göstərilsə də, bununla bağlı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 28.3 və 28.4-cü maddəsində qeyd olunan hallar hazırkı işə baxılarkən müəyyən olunmamışdır.
13. Cavabdeh MTK-nın təqsirlə əhatə olunan yuxarıda qeyd olunan əməli hüquqa zidd olmaqla, iddiaçının mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilə təşkil etməklə onun maddi ziyan çəkməsi ilə nəticələndiyindən, iddiaçı qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır. Belə ki, MTK tərəfindən həyata keçirilmiş söküntü işləri nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuş, öz mənzili barəsində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam imkanı tam aradan qaldırılmış, bununla yanaşı, bu pozuntunun qanunçuluğun tələbinə cavab verməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməsi, eləcə də, mütənasib olması məhkəmə tərəfindən müəyyən edilməmişdir.
14. Məhkəmə iş materiallarında olan əmlakın qiymətləndirilməsinə dair "xxxx" MMC-nin və "xxxx" MMC-nin rəylərinə münasibət bildirərək qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi əraziyə uyğun bazar qiymətləri və qiymətləndirmələrin aparıldığı vaxtlar nəzərə alınarsa, "xxxx" MMC-nin ekspert rəyindəki qiymət daha inandırıcı və real bazar qiymətlərinə uyğun görünür. Belə ki, həmin MMC tərəfindən mənzilin qiymətləndirilməsi aparılarkən bina sökülmədiyindən mənzilə baxış keçirmiş mütəxəssis binanı həm xaricdən, həm də ot aqların daxilindəki təmir vəziyyətini görmüş və buna uyğun olaraq mənzilə qiymət müəyyən etmişdir. Lakin digər MMC-nin mütəxəssisi tərəfindən ekspertiza keçirilərkən mübahisəli mənzil artıq sökülmüş olduğundan, mütəxəssis mənzilə baxış keçirmədən qiymət müəyyən etmişdir. Ona görə də, iddiaçıya dəyən maddi ziyanın məbləği müəyyənləşdirilərkən birinci ekspert rəyindəki qiymətin (146.000 manat) əsas götürülməsi daha ədalətli olar. Həmçinin, yuxarıda sadalanan hallar nəzərə alınaraq mübahisəli ünvan üzrə mənzillərin kirayə haqqı kimi də həmin ekspertin müəyyən etdiyi qiymət (400 manat) əsas götürülməlidir.
15. Bununla belə, məhkəmə hesab etmişdir ki, iddia cavabdehlərdən mənzilin bazar qiymətinin 20%-i və 10%-i miqdarında çətinliklə bağlı kompensasiyaların iddiaçının xeyrinə alınması hissəsind ə əsassızdır. Ona görə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Beləliklə,qeyd olunan normativ hüquqi akta əsasən 20% satınalma dəyəri o şəxslərə tətbiq olunur ki, onların evlərinin yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınır. Hazırkı iş üzrə belə hal müəyyən olunmadığından qeyd olunan Fərmanının qüvvəsi bu mübahisəy ə tətbiq oluna bilməz. Eləcə də, qeyd olunan əsasla iddiaçıya 10% miqdarında çətinliklə bağlı kompensasiya ödənilməsi tələbi də təmin edilməməlidir.
16. Məhkəmə, həmçinin hesab etmişdir ki, Səbail RİH və Səbail RPİ tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törədilməsi faktı aşkar edilmədiyindən, iddia tələbi vurulmuş zərərin həmin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində təmin edilməməlidir.
17. Mənəvi zərər tələbinə münasibətdə isə Məhkəmə vurğulamışdır ki, cavabdeh MTK tərəfındən aparılmış söküntü işləri nəticəsində iddiaçının mülkiyyətində olan mənzildən məhrum olması və bu məhrumiyyətin kompensasiya edilməsi üçün müvafiq qurumlara müraciət etməyə məcbur qalması, eləcə də, vurulmuş zərərin uzun müddət ərzində cavabdeh tərəfindən aradan qaldırılmaması faktları özü-özlüyündə iddiaçının psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktların əlavə sübutlarla təsdiqinə ehtiyac yoxdur. Məhkəmə qeyd olunanları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, cavabdeh MTK-dan iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1.000 manat tutulmasını məqsədəmüvafiq hesab etmişdir.
18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 152.1, 211, 1096,.1, 1097.1, 1115-ci, Mənzil Məcəlləsinin 28.3, 28.4-cü maddələrinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" 03 noyabr 2008-c i il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır.
20. Cavabdeh MTK da apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini iddiaya qarşı etirazla eyni məzmunda əsaslandırmışdır.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 17 sentyabr 2018-ci il tarixli, 2(103)-9085/2018 nömrəli qətnaməsi ilə (hakimlər – A.İmanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov) iddiaçının apellyasiya şikayəti rədd, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, MTK-nın üzərinə mübahisəli mənzilin sökülməsi müqabilində iddiaçıya 2016-cı ilin avqust ayından sökülmüş tikililərin yerində MTK tərəfindən yeni tikiləcək yaşayış binasında yeni mənzil təhvil verilənədək 300 manat məbləğində mənzil kirayəsinin ödənilməsi və yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mübahisəli mənzilin ümumi sahəsindən 20 faiz artıq olmaqla yeni mənzil verilməsi öhdəliyi qoyulmuş, iddia qalan hissədə rədd olunmuş, ekspertiza xərci MTK-ya aid edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdi yi ünvanda istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək, yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən MTK-nın istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi MTK-ya həvalə olunmuşdur. Mübahisəli mənzilin yerləşdiyi binanın istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması da işin mübahisəsiz halıdır.
23. Hazırkı işdə iddiaçıya sökülən mənzilin əvəzində kompensasiya ödəni lməsi qənaətinə gəlmək üçün hər hansı əsas yoxdur. Əksinə, işin müəyyən edilmiş hallarına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli Qərarı ilə Səbail RİH-yə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən 41 yaşayış binasının...sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə ra zılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması tapşırılmışdır.
24. Şəhərsalmanın planlaşdırılması, eləcə də digər şəxslərin hüquq və azadlıqlarını müəyyən etmək baxımından dövlətin geniş qiymətləndirmə səlahiyyətini nəzərə alaraq məhkəmə kollegiya hesab etmişdir ki, sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması şərti ilə iddiaçının mülkiyyətinə həyata keçiriləcək müdaxilə mütənasib hesab olunmalıdır (Papachelas Yunanıstana qarşı iş).
25. Kollegiya, həmçinin qeyd etmişdir ki, MTK tərəfindən sökülmüş yaşayış binasında yerləşən mənzillərdən köçürülmüş sakinlərin böyük bir hissəsi ilə (müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin (300 manat) ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin ayrılmasına dair) müqavilələr bağlamış, lakin cavabdeh tərəfindən məhkəmə iclasında iddiaçıya məxsus sökülmüş mənzilin sahəsindən 20 faiz artıq sahəsi olan mənzilin verilməsi təklif edilməsinə baxmayaraq, iddiaçı müvafiq müqavilənin bağlanması istiqamətində heç bir addım atmamışdır. İddiaçının kompensasiya tələb edərək cavabdeh şirkətlə razılaşmaması hüquqdan sui-istifadə qadağasına zidd olduğundan əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı davranışları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarından irəli gələn öhdəliklərin cavabdeh tərəfindən icrasına mane olmaqla yanaşı, onun həmin qərardan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almış, mübahisəli mənzilin sökülməsi əvəzində ona kompensasiya ödəməyə məcbur etməyə çalışmaqla hüquqlarından sui-istifadə etmişdir. İstismar müddəti bitmiş, həyat və sağlamlıq üçün təhlükə yaradan mənzildə yaşamaqda və ya ondan istifadə etməkdə iddiaçının heç bir qanuni mənafeyi mövcud deyildir.
26. Kollegiyanın qənaətinə görə, cavabdehlərdən mənzilin bazar qiymətini 20% miqdarında və 10% miqdarında çətinliklə bağlı kompensasiya alınması barədə iddia tələbi əsassızdır, ona görə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Beləliklə, qeyd olunan normativ hüquqi akta əsasən 20% satınalma dəyəri o şəxslərə tətbiq olunur ki, onların evlərinin yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınır. Hazırki iş üzrə belə hal müəyyən olunmadığından qeyd olunan Fərmanının qüvvəsi bu mübahisəyə tətbiq oluna bilməz, eləcə də, qeyd olunan əsasla iddiaçıya 10% miqdarında çətinliklə bağlı kompensasiya ödənilməsi barədə tələb də təmin edilməməlidir.
27. Eyni zamanda, Səbail RİH və Səbail RPİ tərəfindən iddiaçıya qarşı mülki hüquq pozuntusu (delikt) törədilməsi faktı aşkar edilmədiyindən, iddia tələbi vurulmuş zərərin həmin cavabdehlərdən müştərək qaydada tutulması hissəsində də təmin edilməməlidir.
28. Məhkəmə kollegiyası sökülmüş tikililərin yerində MTK tərəfindən tikiləcək yaşayış binasında yeni mənzil təhvil verilənədək iddiaçıya ödəniləcək mənzil kirayəsinin məbləğinə münasibətdə isə qeyd etmişdir ki, məhkəmə tərəfindən təyin olunmuş qiymətləndirilmə üzrə "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli, 135 sayl ı qiymətləndirmə rəyindən görünür ki, həmin ünvanda yerləşən mənzillərin aylıq kirayə haqqı 300 manat müəyyən edilmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğu nəzərə alınaraq onunla razılaşmamaq üçün əsas olmamış, buna görə də, ödəniləcək kirayə haqqının həmin rəyə əsasən 300 manat məbləğində müəyyən edilməsi ağlabatandır.
29. Bundan başqa, Kollegiya MTK tərəfındən aparılmış söküntü işlərinin qanuni olduğunu və söküntü işlərinin aparılması nəticəsində iddiaçının mənəvi zərərə məruz qaldığı qənatinə gəlmək üçün heç bir əsas olmadığını nəzərə alaraq hesab etmişdir ki, iddia həmin hissədə təmin olunmamalıdır.
30. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Avropa İnsan Hüquqları Konensiyasının 1 saylı Protokolunun 1-ci, Mülki Məcəllənin 5. 3, 16.1, 560-cı maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında" 03 noyabr 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 102.2, 206.1-ci maddərlərinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
31. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunması, iddianın həmin hissədə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Cavabdeh MTK da kassasiya şikayəti verərək, apellyas iya instansiyası məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsinin iddianın təmin olunan hissələrində ləğv edilməsini, iddianın rədd olunması, ekspertiza xərcinin iddiaçıya aid edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-804/2019 nömrəli iş üzrə 07 mart 2019-cu il tarixli qərarı ilə (hakimlər – T.Qoldman (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və G.Quliyev) cavabdehin kassasiya şikayəti rədd, iddiaçının kassasiya şikayəti isə qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
34. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiy ası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iddia tələbindən kənara çıxmış, bununla da, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
35. Belə ki, iddiaçı tələbində cavabdehlər tərəfindən ona məxsus mübahisəli mənzil yerləşən binanın elektrik enerjisi, qaz, su və başqa təchizatının dayandırılması, mənzilinə zorla daxil olunması, əşyalarının daşınması və mənzilinin məhv edilməsinin onun pis rəftara məruz qalmamaq, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, cavabdehlərdən müştərək qaydada onun xeyrinə maddi zərərə görə 250.000 manat, mənəvi zərərə görə 50.000 manat kompensasiya, həmçinin 2016-cı ilin avqust ayından etibarən iş üzrə yekun məhkəmə qərarı tam icra edilədək hər aya görə 500 manat icarə haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya məhkəməsi isə iddia tələbindən kənara çıxaraq belə qənaətə gəlmişdir ki, sözügedən mənzilin sökülməsi müqabilində iddiaçıya 2016-cı ilin avqust ayından sökülmüş tikililərin yerində MTK tərəfindən tikiləcək yaşayış binasında yeni mənzil təhvil verilənədək 300 manat məbləğində mənzil kirayəsi ödənilməli, mənzilin sökülməsi müqabilində MTK-nın üzərinə yeni tikiləcək yaşayış binasında müvafiq qaydada həmin mənzilin ümumi sahəsindən 20 faiz artıq olmaqla yeni mənzil verilməsi öhdəliyi qoyulmalıdır. Halbuki, iddiaçı nə iddia tələbində, nə də apellyasiya şikayətində məhkəmədən belə bir xahiş etməmiş, həmçinin iş materiallarında cavabdehin də belə qarşılıqlı iddia tələbi yoxdur. Qeyd edilən hallar isə, məhkəmə tərəfindən MPM-in 218.3-cü maddəsinin tələblərinin pozulmasına və nət icədə işə qeyri-obyektiv baxılmasına dəlalət edir.
36. Digər tərəfdən, iddia tələbindən kənara çıxan apellyasiya məhkəməsi gəldiyi qənaət üzrə hansı maddi hüquq normasını rəhbər tutduğunu göstərməmiş, yalnız bir sıra prosessual hüquq normalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir neçə presedentlərinə istinad etməklə kifayətlənmişdir. Mübahisənin belə həlli zamanı maddi hüquq normasına istinad olunmaması isə kassasiya instansiyası məhkəməsinə apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yoxlamağa imkan vermir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
37. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-6431/2019 nömrəli iş üzrə 15 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Şamayev və Ş.Məhərrəmova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. e) Kassasiya instansiyası məhkəməsinə ikinci icraat
39. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv olunması, iddianın həmin hissədə təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
40. Cavabdeh MTK da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsinin iddianın təmin olunan hissələrində ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
41. Kassasiya instansiyası məhkəməsinin 2(102)-6080/2019 nömrəli iş üzrə 11 oktyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və Ə.Əhmədov) kassasiya şikayətləri təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin 15 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
42. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərindən və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanuna uyğun və əsaslı nəticəyə gəlinmişdir. f) Konstitusiya məhkəməsindəki icraat
43. Cavabdeh MTK kassasiya instansiyası məhkəməsinin 11 oktyab r 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra - Konstitusiya Məhkəməsi) müraciət etmişdir.
44. Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarı ilə kassasiya instansiyası məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, MPM-in 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilərək, işə bu qərarda göstərilən hüquqi müvqələrə uyğun olaraq yenidən baxılması qərara alınmışdır.
45. Plenum qeyd etmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli, 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli, 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam v ə təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuş, apellyasiya instansiyası məhkəməsi isə hazırkı mübahisəyə baxarkən Mənzil Məcəlləsinin 28.3 və 28.4-cü maddələrini tətbiq etmişdir.
46. Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına, əmlakına təhlük ə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi qəbul edilə bilməz.
47. Plenum, həmçinin qeyd etmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-m ümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. g) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumundakı icraat
48. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli, 13(102)-1(k)/2021 saylı qərarı ilə kassasiya instansiyası məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarı və ona bağlı apellyasiya instansiyası məhkəməsinin 15 may 2019cu il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır.
49. Plenum qeyd etmişdir ki, konstitusiya məhkəmə icraatında hüquq və azadlıqların pozulmasının müəyyən olunması və Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və qanunl ara uyğun olmayan hesab edilməsindən sonra pozulmuş hüquq və azadlıqlar ümumi yurisdiksiyalı məhkəmələrdə bərpa olunmalıdır.
50. İşə yenidən baxan məhkəmə qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, bu qərarda və Konstitusiya Məhkəməsi Plenumunun qərarında şərh olunan göstərişləri nəzərə almalı və yerinə yetirməlidir. h) Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
51. İş üzrə təyin edilmiş təkrar məhkəmə-qiymətləndirmə ekspertizası üzrə daxil olmuş “X10” MMC-nin 20 dekabr 2021-ci il tarixli, H/01-PLS saylı hesabatına əsasən, mübahisəli mənzilin bazar dəyəri 80.355 manat, aylıq kirayə haqqı isə 400 manat müəyyən edilmişdir.
52. Cavabdeh MTK apellyasiya şikayətinə əlavə təqdim edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin MTK-dan dəymiş maddi ziyana görə 146.000 manat tutulması hissəsində ləğv edilməklə, MTK-dan dəymiş maddi ziyana görə tutulan məbləğin 80.355 manat müəyyən edilməsi və iddiaçıya artıq ödənilmiş 65.645 manat vəsait üzrə icraada dönüş edilərək, həmin vəsaitin iddiaçıdan tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 53. 09 fevral 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı, MTK-dan mənzil deyil, ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini və iş konstitusiya icraatında olarkən MTK tərəfindən ümumilikdə 164.000 manat ödənildiyini bildirmiş, cavabdeh MTKnın nümayəndəsi isə, tərəflərindən verilmiş ap ellyasiya şikayətinin və ona əlavənin təmin edilməsini xahiş etmişdir.
54. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-338/2022 nömrəli iş üzrə 09 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov) apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
55. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2020-ci il tarixli qərarındakı hüquqi mövqeləri təkrarlamaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
56. İddiaçı (vəkil X11) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 09 fevral 2022-ci il tarixli q ətnaməsinin onun apellyasiya şikayətinin və iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın həmin hissədə də təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
57. Şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı əmlakından zorakılıqla məhrum edilmiş, razı olmadığı müqaviləni bağlamağa məcbur edilməsi üçün 4 il ərzində heç bir kompensasiya ödənilməmiş, bu müddət ərzində insan şəxsiyyətini alçaldan münasibətlə üzləşmiş və öz hesabına mənzil kirayələmişdir. Hesab edir ki, onun mülkiyyət, mənzil və başqa hüquqları daşınmaz əmlakı dövlət ehtiyacları üçün alınan şəxslərin hüquqlarından aşağı səviyyədə qorunmamalıdır. Çətinliklə bağlı ona ödəniş edilməlidir. Belə ki, qanunla alınmanın təsirinə məruz qalmış və 10 ildən artıq müddətdə yaşayan şəxsin alınan yaşayış sahəsi ü çün ödəniləcək ümumi məbləğin 10%-i miqdarında kompensasiya müəyyən edilmişdir ki, o da alınmanın təsrinə məruz qalmış və mübahisəli mənzildə 21 ildən artıq müddət yaşamışdır. Bundan başqa, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin əmlakın qanunvericiliyə uyğun hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İddiaçı hüquqlarından məcburi qaydada məhum edilə bilən şəxs olmadığından onun mülkiyyət hüququ dövlət ehtiyacı üçün alınan şəxslərdən yüksək səviyyədə müdafiə olunmalıdır.
58. Cavabdeh MTK (Vəkil) da kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 09 fevral 2022-ci il tarixli qətnaməsinin MTK-dan dəymiş ziyana görə 146.000 manat tutulması hissəsində ləğv edilməsini, dəymiş maddi ziyana görə ondan tutu lmalı olan məbləğin 80.335 manat müəyyən edilməsi, iddiaçıya artıq ödənilmiş 65.645 manat vəsait üzrə icrada dönüş edilərək, həmin vəsaitin iddiaçıdan tutularaq ona qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
59. Şikayət onunla əsaslandırılmışdır ki, işin son apellyasiya baxışında keçirilmiş qiymətləndirmə rəyindən (“X10” MMC-nin xx.xx.2021-ci il tarixli rəyi), həmçinin MTK tərəfindən iddiaçıya ödənilmiş vəsaitlərdən göründüyü kimi, iddiaçıya 65.645 manat artıq vəsait ödənilmişdir. Həmin vəsait üzrə icraada dönüş edilməklə, MTK-ya geri qaytarılmalıdır. Məhkəmə isə qeyd olunanları nəzərə almadan MPM-in 236-1-ci maddəsinin tələblərini pozmuşdur. b)
60. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
61. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
62. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
63. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən ta nınan və qorunan hüququdur.
64. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
65. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
66. Maddə
211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndiril ir.
67. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
68. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
69. Maddə 3.0.20. Tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar ke yfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.
70. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir.
71. Maddə 4.2. Azərbayca n Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir.
72. Maddə
17. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ət raf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
73. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
74. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
75. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sü but olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
78. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
79. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya i nstansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
80. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
81. Hazırkı kassasiya şikayətlərinin dəlillərinə görə iddiaçı qətnaməni yalnız mübahisəli mənzilin bazar qiymətinin 20%-i və 10%-i miqdarında kompensasiya tələblərinin təmin olunmadığı, cavabdeh isə mənzilin bazar qiymətinin müəyyən olunması hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissələrdə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, həmin hissələrdə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
83. Kollegiya bildirir ki, sübutları araşd ırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
84. Belə ki, baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya məxsus mübahisəli mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarı və Səbail RİH Başçısının xx.xx.2016-cı il tarixli, 42 nömrəli Sərəncamı əsasında cavabdeh MTK tərəfindən sökülmüşdür. Mənzilin sökülməsindən əvvəl keçirilmiş qiymətləndirmə üzrə "xxxx" MMCnin 28 iyul 2016-cı il tarixli, ƏEM/İ 55-256/16 saylı rəyinə əsasən, həmin tarixə bazar dəyəri 146.000 manat məbləğində müəyyən olunmuşdur. Hazırkı məhkəmə icraatı çərçivəsində məhkələr tərəfindən təyin edilmiş ekspertizalar isə mənzilin sökülməsindən sonra keçirilmişdir.
85. Cavabdeh MTK kassasiya şikayətində mübahisəli mənzilin bazar dəyərinin müəyyən edilməsi ilə bağlı sonuncu apelyasiya icraatında keçrilmiş ekspertizanın rəyinə (“X10” MMC-nin xx.xx.2021-ci il tarixli rəyi) istinad etsə də, apelyasiya instansiya məhkəməsi həmin dəlilə münasibətdə düzgün olaraq qeyd etmişdir ki, mübahisəli mənzilin yerləşdiyi əraziyə uyğun bazar qiymətləri və qiymətləndirmələrin aparıldığı vaxtlar nəzərə alınarsa, "xxxx" MMC-nin ekspert rəyindəki qiymət daha inand ırıcı və real bazar qiymətlərinə uyğun görünür. Belə ki, həmin MMC tərəfindən mənzilin qiymətləndirilməsi aparılarkən bina sökülmədiyindən mənzilə baxış keçirmiş mütəxəssis binanı həm xaricdən, həm də otaqların daxilindəki təmir vəziyyətini görmüş və buna uyğun olaraq mənzilə qiymət müəyyən etmişdir. Lakin digər mütəxəssislər tərəfindən ekspertiza keçirilərkən mübahisəli mənzil artıq sökülmüş olduğundan, mənzilə baxış keçirilmədən qiymət müəyyən edilmişdir. Ona görə də, iddiaçıya dəyən maddi ziyanın məbləği müəyyənləşdirilərkən birinci ekspert rəyindəki qiymətin (146.000 manat) əsas götürülməsi daha ədalətldir.
86. Kollegiya, iddiaçının kassasiya şikayətində mübahisələndirdiyi hissəsdə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, ona görə ki, iddiaç ının həmin tələbin əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20%-i miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Göründüyü kimi, 20% satınalma dəyəri o şəxslərə tətbiq olunur ki, onların evlərinin yerləşdiyi torpaq sahəsi dövlət ehtiyacları üçün alınır.
87. Hazırkı iş üzrə isə iddiaçıya məxsus mübahisəli mənzilin sökülməsinə əsas olmuş Nazirlər Kabinetinin Qər arı qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır (§ 45). Odur ki, mübahisəli mənzil dövlət ehtiyacları üçün alınmadığından yuxarıda qeyd olunan Fərmanının qüvvəsi bu mübahisəyə tətbiq oluna bilməz. Eləcə də, qeyd olunan əsasla iddiaçı çətinliklə bağlı 10% miqdarında kompensasiya da tələ edə bilməz.
88. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
89. G östərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X3 və cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 fevral 2022-ci il tarixli, 2(103)338/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.