Məhkəmə qərarları › İş №2(102)-3393/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3393/2024

24.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3393/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: borcun gecikdirilməsinə görə əlavə faiz formasında ziyan tələbi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(105)865/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin i nzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Quba Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 100.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

2. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh 30.000 manat və cavabdeh X2 70.000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.

3. Həmin qətnamələrlə müəyyən olunmuşdur ki, Cavabdeh və X1 zavodunun özəlləşdirilməsi məqsədi ilə İddiaçı həmin ərazidə torpaq sahəsi verəcəklərini vəd edərək, iddiaçıdan müxtəlif tarixlərdə ümumilikdə 105.000 ABŞ dolları məbləğində borc almış, daha sonra iddiaçıya torpaq sahəsi verə bilmədikləri üçün Cavabdeh verilən vəsaitin əvəzinə 250.000 manat qaytarılmasına razılaşmış, sonuncu 12 dekabr 2021-ci il tarixli qəbzlə 150.000 manat pulu iddiaçıya ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 89.250 ABŞ dolları məbləğində pulun və dövlət rüsumu olaraq ödədiyi 436 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, 2006-cı ilin yay ayında qohumu X3 və keçmiş süd zavodunun müdirinin oğlu X5 iddiaçının yanına gəlmiş, zavodun özəlləşdirilməsi üçün pul lazım olduğunu, ondan pul köməkliyi etməyini, bunu n əvəzində isə həmin ərazidən torpaq sahəsi verəcəklərini bildirmişlər. İddiaçı ilkin olaraq 20.000 ABŞ dolları məbləğində pulu Məhəmməd və Azərə vermişdir. Təqribən 1-2 həftə sonra sonuncular pulun çatmadığını, orada payı olan keçmiş işçilərdən paylarını almaq lazım olduğunu bildirərək 3 ay ərzində bu məsələnin həll olunacağını bildirmiş və ondan əlavə 20.000 ABŞ dolları məbləğində pul almışlar. Daha sonra onlar, payçılardan Rza adlı bir şəxsin payını vermədiyini, məsələnin həllinin bir azda qeyri-müəyyən vaxta qədər təxirə salındığını bildirmişlər. Lakin sonra eşitmişdir ki, payçılardan olan Rzaya 50.000 manat verib onun payını alıblar. Yenə də bir müddət sonra ona torpaq vermək vədlərini yerinə yetirmədən müəssisəni özəlləşdirmək üçün pul lazım olduğundan onun yanına gəlmişlər. Bu ərəfə də də, o, 65.000 ABŞ dolları məbləğində pul vermişdir. Müəssisədə yerləşən tikililəri özəlləşdirilmiş və torpağı özəlləşdirmək üçün ondan pul istənilmiş və iddiaçı Bakıdan başqa bir adamdan 30.000 ABŞ dolları alıb verməklə, onu 30 faizlik payçı etmişlər. Pay olaraq ona özəlləşdirilən ərazinin Heydər Əliyev prospektindən 40 metrin 25 metrə olan hissəsini verməklərini razılaşmışlar. Lakin illər keçmiş, ABŞ dolları bahalaşmış və iddiaçı Azərlə görüşdükdə, sonuncu bildirmişdir ki, “Sən narahat olma, söz vermişik sənə borclu olduqları pulu yaxın zamanda qaytaracaqlar”. Bundan başqa, Azər ona əmlakın qohumu Cavabdeh adına özəlləşdirdiyini bildirmişdir. Müəyyən vaxtdan sonra eşitmişdir ki, cavabdeh zavodun yarısını 420.000 manata satmışdır. O, məsələni araşdırmaq üçün cavabdehlə görüşmüş və ona b ildirilmişdir ki, 270.000 manat özəlləşməyə xərcləri çıxıb, yerdə qalan pulu da 3 yerə bölüblər. İddiaçı əsəbləşib, səs-küy salandan sonra xahiş etmişlər ki, onların pula ehtiyacı çox olduğu üçün bölmüşlər, ona zavodun ikinci yarısı satılanda borcunu tamamilə geri qaytaracaqlar. Bir müddət vaxt keçdikdən sonra zavodu baha qiymətə sata bilmədiklərini, buna görə də, borcun 250.000 manatla razılaşmağını istədilər. İddiaçı güzəşt edərək, ümumi məbləğ 250.000 manat borcun ona verilməsinə razılıq vermişdir. Bu məbləği onunla razlaşdıqdan sonra yenidən qohumunu Məhəmməd razılaşdırılmış 250.000 manat məbləği video çəkilişlə ona təqdim etmişdir. O, qeyd olunan pul tələbi ilə əlaqədar məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, Quba Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə cav abdehlər Cavabdeh və X2 müştərək qaydada 100.000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qeyd olunan iddia ərizəsindən Cavabdeh apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmiş, Cavabdeh 30.000 manat və cavabdeh X2 70.000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Tərəflər apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verməmiş, qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Hazırda isə iddiaçı əldən çıxmış faydanın qanunvericiliyin tələbinə əsasən cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Belə ki, cavabdeh qeyd olunan pul və saiti əsasında özünə iş qurmuş və gəlir götürmüşdür. Cavabdehin dediyinə görə o, pendir sexi işlətmiş, həmin ərazidə müxtəlif obyektləri icarəyə verərək uzun illərlə gəlir əldə etmişdir. Həmçinin, həmin ərazinin alğı-satqısı zamanı iddiaçı aldadaraq çoxlu gəlir əldə etmişdir. Bundan başqa, cavabdeh həmin ərazini satarkən özünə 300 kv.m-dən ibarət obyekt saxlamış və oradan gəlir götürməkdədir. Hazırkı bazar qiyməti ilə cavabdehin mülkiyyətində olan 300 kv.m ərazinin 500.000 manat dəyəri vardır. Cavabdeh ona həmin ərazidən yer verəcəyini öz üzərinə öhdəlik götürsə də, alğı-satqı zamanı ərazini tam olaraq digər şəxslərə satdığını qeyd etmiş, lakin özünə həmin ərazidən pay ayırmışdır. Cavabdeh iddiaçının qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, həmin ərazidən ona pay verməmi ş, ərazinin özəlləşdirilməsi üçün ondan aldığı borc pulu geri qaytarmamışdır. Cavabdeh həmin ərazidən gəlir götürərək onun qanunvericiliklə qorunun hüquqlarını kobud sürətdə pozmaqdadır. İddiaçı cavabdehə verdiyi borc əsasında böyük ziyana uğramışdır. İddiaçı cavabdehə 105.000 ABŞ dolları məbləğində pul vermişdir. Mülki qanunvericiliyin tələblərinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Belə olan halda, 105.000 ABŞ dollarının illik 5% 5250 ABŞ dolları etmişdir. Cavabdeh ondan 105.000 ABŞ dolları məbləğin də pulu 2006-cı ildə almışdır. Belə olan halda 17 ildir ki, cavabdeh ondan aldığı puldan gəlir götürməkdədir. 17 ilin əldən çıxmış faydası 89.250 ABŞ dolları etmişdir. Ona görə də, qeyd olunan məbləğ cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o və Azər iddiaçıdan Məhəmməd vasitəsi ilə müxtəlif tarixlərdə ümumilikdə 105.000 ABŞ dolları pul almışlar. Pulu şəxsən ona gətirib vermişlər. Onun pulu almaqda məqsədi Quba şəhərində yerləşən böyük əmlak kompleksini özəlləşdirmək olmuşdur. O, həmin pulla qeyd edilən əmlakı özəlləşdirmişdir. Lakin iddiaçıya mübahisəli ərazidən yer verə bilmədiyi üçün ona həmin verdiyi pul əvəzində 250.000 manat pul qaytaracağına söz vermiş və aralarında müqavilə bağlamışla r. 2021-ci il tarixdə qeyd olunan pulun əvəzi olaraq 150.000 manat məbləğində pul qaytarmışdır.

7. Quba Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(027)-288/2024 nömrəli qətnaməsi ilə (hakim R.Həsənov) iddia qismən təmin edilmiş, Cavabdeh 78.500 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manata uyğun məzənnə nəzərə alınmaqla alınaraq, İddiaçı verilməsi və dövlət rüsumunun əvəzi olan 436 manat məbləğində pulun Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh süd zavodunun özəlləşdirilməsi məqsədi ilə, iddiaçıya həmin ərazidə torpaq sahəsi verəcəyini vəd edərək, iddiaçıdan müxtəlif tarixlərdə ümumilikdə 105.000 ABŞ dolları məbləğində pul almışdır. Daha son ra qeyd olunan ərazidə iddiaçıya torpaq sahəsi verə bilməmiş, lakin ona borclu olduğu 105.000 ABŞ dolları məbləğində pulun əvəzini iki qat şəkildə ödəyəcəyini vəd etmişdir. İş materiallarında olan iddiaçının əlyazması ilə yazılmış iltizamdan görünür ki, Cavabdeh tərəfindən iddiaçıya 150.000 manat məbləğində pul qaytarılmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iş üzrə iddia tələbinin əsaslılığı Quba Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qətnaməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə təsdiqini tapmışdır. Belə ki, cavabdeh iddiaçıya mübahisəli ərazidən torpaq sahəsi verəcəyinə dair öz üzərinə öhdəlik götürsə də, alğı-satqı zamanı ərazini digər şəxslərə satmışdır. Cavabdeh özünə həmin ərazidən pay ayırmışdır. Bununla da bir da ha sübuta yetirilmişdir ki, cavabdeh iddiaçı qarşısında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, həmin ərazidən iddiaçıya pay verməmişdir. Ərazinin özəlləşdirilməsi üçün iddiaçıdan aldığı borc pulu 15 il sonra geri qaytarmışdır.

10. Rayon məhkəməsi hesab etmişdir ki, 15 il ərzində cavabdeh iddiaçıdan aldığı pulu özündə saxlamaqla ondan faydalanmışdır. Cavabdeh 15 il ərzində 105.000 ABŞ dolları məbləğində puldan faydalandığı üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, Cavabdeh 78500 ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 443.1-443.4, 439.1439.4, 445.7-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddə sinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(105)-865/2024 nömrəli qətnaməsi ilə (hakim F.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər L.Rəhimlidən və İ.Dəmirovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(027)-288/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh gecikdirilmiş vaxt üçün illik beş faiz – 2.858,31 manat və ödənilmiş dövlət rüsumuna görə 436 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisənin düzgün həlli üçün ilk olaraq əsas öhdəlik üzrə borc məbləğinin hansı tarixdə ödənilməli olması müəyyən edilməlidir. Bundan sonra, həmin öhdəlik tam icra olunduğu halda, borcun hesablandığı tarixdən icra olunduğu tarixədək, öhdəlik müddəti bitdiyi tarixdən sonra icra edildiyi halda isə - öhdəlik üzrə müəyyən olunmuş müddətin sonunad ək qətnamə ilə müəyyən edilən əsas borca pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi üçün faizin məbləği Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən əsas borca illik beş faiz dərəcəsi ilə zərərin məbləği müəyyən edilməli və müvafiq maddi hüquq normaları tətbiq edilməklə, cavabdehə qarşı iddia tələbinin dəlillərinə hüquqi qiymət verilməlidir.

15. Məhkəmə hesab etmişdir ki, birinci instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, iddia tələbinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

16. Qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 19 yanvar 2 023-cü il tarixli qətnaməsinə istinad edən apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdehdən 30.000 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir.

17. Apellyasiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı 02 aprel 2018-ci il tarixli razılaşmada öhdəlik üçün müddət müəyyən edilmədiyindən, işdəki 12 dekabr 2021- ci il tarixli iltizama əsasən cavabdeh tərəfindən iddiaçıya sonuncu ödəniş həmin vaxt icra edildiyindən və həmin vaxtdan 30.000 manat məbləğində pul öhdəliyi icra edilməmiş qaldığından, iddia ərizəsi ilə məhkəməyə müraciət edilən 07 noyabr 2023-cü il tarixədək olan müddət üçün ödənilmədən qalmış həmin borca illik beş faiz dərəcəsi ilə zərərin məbləği müəyyən edilməlidir.

18. Belə ki, qeyd olunan müddət, 12 dekabr 2021-ci il tarixindən 07 noyabr 2023-cü il tar ixədək 1 il 10 ay 26 gün təşkil etdiyi üçün, ödənilməmiş 30.000 manata görə illik beş faiz dərəcəsi ilə 2.858,31 manat (1 il üçün 1.500 manat + 10 ay üçün 1.250 manat + 26 gün üçün 108,316 manat) Cavabdeh alınaraq İddiaçı verilməlidir.

19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin, Mülki Məcəllənin 375.2-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmiş, lakin işə baxılan ərəfədə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etməmişdir. Ərizə işə baxıldıqdan sonra məhkəməyə təqdim edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, gecikdirilmiş vaxt üçün illik beş faiz 12 dekabr 2021-ci il tarixindən hesablanmalı olduğundan iddiaçı tərəfində n mövcud iddianın irəli sürülməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. Həmçinin, tərəflər arasında əvvəllər mövcud olmuş yuxarıda adı çəkilən işlə hazırkı iş eyni predmet barəsində və eyni əsaslar üzrə olmadığından, iş üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur.

21. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 375.2, 385.1, 427.3, 442, 445.1, 445.7, 448.1, 448.2, 739.1, 739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövq eyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

22. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(105)-865/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən (birinci instansiya məhkəməsinin qətnaməsinə uyğun) təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnaməni Mülki Məcəllənin 385.1, 442.1, 445.7-ci, Mülki Prosessual Məcəllənin 88, 217.3-cü maddələrinin pozulması ilə qəbul etmişdir.

24. Belə ki, apellyasiya məhkəməsi cavabdehin iddiaçıdan 105.000 ABŞ dolları pulu almasını etiraf etdiyini, həmin pulla böyük əmlakı özəlləşdirməsini, pulunu borc əvəzi kimi 15 i ldən çox vaxt keçdikdən sonra tam qaytarılmamasını nəzərə almamışdır. Halbuki, iddiaçı və cavabdehin razılaşmasına əsasən pulu verərkən onu geri qaytarmaq yox, əvəzində özəlləşdirilən şirkətdən pay almaq olmuşdur. Həmçinin həmin vaxtı ödənilən 105.000 ABŞ dollarının qaytarılan vaxtı dolların manata olan məzənnəsi ilə hesablansa da, həmin vaxtı 105.000 ABŞ dollarına əldə ediləcək əmlak bu gün onun iki və ya üç dəfə artığına əldə etmək olmamışdır. İddiaçı həm pul itirmiş, həm də pulun əldən çıxmış faydasını itirmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarını iddiaçının ziyanına şərh edərək əldən çıxmış faydanın 2006-cı ildən deyil, 2021-ci ildən hesablanması qənaətinə gəlmişdir. Cavabdehin iddiaçı ilə razılaşdığı şərtə əməl etmə məsi, sonradan isə gecikdirilmiş vaxtdan sonra təxminən 15 ildən sonra pulunun qaytarmasına söz verməsini, bu zaman iddiaçının icranı gecikdirilməsinə görə əldə çıxmış faydanı nəzərə almamışdır. Halbuki, cavabdeh iddiaçıdan pulu alarkən onun 15 ildən vaxt keçdikdən sonra dəyər dəyməzinə qaytaracağını yox, özəlləşdirilən əmlakdan pay verəcəyini bildirmişdir.

25. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

26. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

28. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini mübahisələndirmədiyindən, hazırkı kassasiya baxışının hədlərini iddiaçının kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın həmin məhkəmə tərəfindən təmin olunmayan hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdiri lmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məh kəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət vermiş və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

33. Kassasiya şikayətinin dəlilləri ilə b ağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 447.5-ci maddəsi (mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olan redaksiyada) təşkil edir.

34. Həmin maddəyə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

35. İddiaçı məhz bu normaya istinad etməklə cavabdehə verilən məbləğin 5%-ni tələb edir.

36. Mübahisəli məsələ bu ödəncin hansı tarixdən və hansı məbləğə münasibətdə, 105.000 ABŞ dollarına münasibətdə verilən 2006-cı ildən, yoxsa borcdan sonuncu ödəniş edildiyi 12 dekabr 2021-ci il tarixindən qalan 30.000 manata münasibətdə hesablanmalı olmasıdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi bu hissədə işin faktiki hallarını səlahiyyətləri çərçivəsində düzgün qiymətləndirmişdir.

38. Belə ki, iddiaçının cavabdehə 2006-cı ildə 105.000 ABŞ dolları verilməsi mübahisə doğurmasa da, eyni zamanda qanuni qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, tərəflər həmin məbləğin əvəzinə cavabdehin iddiaçıya 250.000 manat qaytaracağına razılaşmışlar.

39. Beləliklə, iddiaçının 105.000 ABŞ dolları vəsaiti 2006-cı ildə verməsinə istinad etməklə, 5% ödəncin həmin tarixdən hesablanmasına dair dəlili əsassızdır.

40. Həmçinin tərəflər arasındakı razılıqda 250.000 manat vəsaitin ödəmə tarixi müəyyən olunmadığından, apellyasiya məhkəməsi əsaslı olaraq 5% ödəncin cavabdehin etdiyi son ödəniş tarixindən - 12 dekabr 2021-ci il tarixdən, qalan borc olan 30.000 manata münasibətdə hesablanmalı olması qənaətinə gəlmişdir.

41. İddiaçının kassasiya şikayətinin digər dəlilləri, yəni pulu verərkən cavabdehin özəlləşdirilən əmlakdan ona pay vermək öhdəliyini üzərinə götürməsi, sonuncunun uzun müddət bu əmlakdan istifadə edərək gəlir əldə etməsi apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Belə ki, bu tələblər işin hallarının düzgün müəyyən edilməməsi ilə bağlıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 20 04-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

43. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(105)-865/2024 nömrəli qətnaməsi iddianın həmin məhkəmə tərəfindən təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar