Məhkəmə qərarları › İş №2(102)-3394/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3394/2019

01.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3394/2019 01.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.08.2018-ci il tarixli, 2(103)8890/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin (hakim R.Mürsəlov) 10.05.2018-ci il tarixli, 2(002)-1374/2018 nömrəli qətnaməsi ilə iddiaçı “Bank VTB (Azərbayc an)” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası təmin edilərək, 17.03.2015-ci il tarixli, *********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh 3289.06 ABŞ dolları məbləğində əsas borcun, 365.04 ABŞ dolları məbləğində faiz borcunun, 35.11 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 3689.21 ABŞ dollarının (ödənildiyi zaman manata məzənnəsi ilə) və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq iddiaçı “Bank VTB (Azərbaycan)” ASCnin xeyrinə ödənilməsi, ödənilməmiş 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Məmmədov, X.Sarıyev, H.Həmidov) 24.08.2018-ci il tarixli, 2(103)-8890/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə B akı şəhəri Qaradağ rayon Məhkəməsinin 10.05.2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10.05.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti icraata qəbul edilmiş və baxılması üçün 01.11.2019-cu il tarixə saat 11:15-ə təyin edilmişdir. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC məhkəməyə iddiadan imtina barədə ərizə ünvanlayaraq, iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtinaetmə yazılı formada ifadə edilməli dir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icr aata xitam verə bilər. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtina etməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.08.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52.1, 52.4, 261.0.4, 262.4, 416, 417.1.5, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin iddiadan imtinası qəbul edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.08.2018-ci il tarixli, 2(103)8890/2018 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “borc” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar