Məhkəmə qərarları › İş №2(102)-3394/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3394/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3394/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3394/2023 (Açar sözlər: əsassız varlanma üzrə pul tələbi) Bakı şəhəri 11 oktyabr 2023-cü il 11.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), X5 və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-707/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 11 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxar aq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) oğlu İsayev İsrail ilə Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.

2. İddiaçı ilə "xxxx" MTK arasında 02 iyun 2018-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi, ev 17, mənzil 64-də yerləşən, ümumi sahəsi 49 kv.m olan mənzilin (bundan sonra – mübahisəli mənzil) alınmasına dair müqavilə bağlanmış, mübahisəli mənzilə görə "xxxx" MTK-nın kassasına 02 iyun 2018-ci il tarixdə 20000 manat, 04 iyul 2018-ci ildə 20000 manat və 31 iyul 2018-ci il tarixdə 7000 manat pul ödənilmiş, qəbzlərdə ödəyici qismində iddiaçının adı qeyd edilmişdir. 3. xx.xx.2018-ci il tarixli maliy yə arayışına əsasən mübahisəli mənzilin dəyəri cavabdeh tərəfindən tam olaraq "xxxx" MTK-ya ödənilmişdir. Həmin tarixdə də cavabdehin mübahisəli mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 47000 məbləğində pulun və 230 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu İsrail İsayev cavabdehlə nikahlarını 09 sentyabr 2019-cu il tarixdə rəsmi qeyd etdirməklə ailə həyatı qurmuşlar. Onlar hələ nişanlı olan dövrdə ünvan 1 ünvanında "xxxx" MTX tərəfindən inşa edilmiş 2 girişli yaşayış binas ının 2-ci blok, 6-cı mərtəbə 64 №-li mənzilini alğı-satqı yolu ilə almışdır. Həmin vaxt cavabdeh oğluna nişanlı olmaqla ailə quraraq ailələrinin bir üzvü olacağından mənzilin xx.xx.2018-ci il tarixdə cavabdehin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Bununla bağlı mənzilin dəyəri kimi 47000 manat pulu da özü ödəmişdir. Lakin sonradan cavabdehlə oğlu arasında narazılıqlar yaranmış və ayrılmalı olmuşlar. Onların nikahı Masallı Rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Ayrıldıqdan sonra isə cavabdeh qeyd olunan mənzilə dair mülkiyyət hüquqlarını qeydiyyata aldırmış və mənzili ona qaytarmamış, nə də mənzilə görə ödədiyi vəsaiti ona qaytarmamışdır. Nəticədə isə cavabdeh onun hesabına əsassız varlanmış, o isə qeyd olunan vəsaitindən mərhum olmuşdur.

6. İddi açı məhkəmə iclaslarındakı izahatında bildirmişdir ki, cavabdehin atası Nizami ilə əvvəllər yaxın dost olmuşlar. Həmin dostluq münasibətinə görə də övladlarını evləndirmişlər. 2018-ci ilin may ayında uşaqların nişan mərasimi olmuşdur. Həmin dövrdə oğlu və gəlini üçün Bakı şəhərində ev almaq istəmişdir. Həmin vaxt qızı tələbə olmuş və ona görə də arvadı Bakı şəhərində qızı ilə birlikdə yaşamışdır. Oğlu İsrail də “Ştutqart” mağazasında kassada işləmişdir. Mənzili alarkən fikirləşmişdir ki, ailəsi kirayədə qalmasın. Bədəlan kəndindən olan tanışı Əhmədin bacısı oğlu vasitəsi ilə "xxxx" MTX tərəfindən inşa edilmiş mənzillərə baxmış və bəyənmişdir. Bu səbəblə "xxxx" MTK-nın kassasına 02 iyun 2018-ci il tarixdə 20000 manat, 04 iyul 2018-ci ildə 20000 manat və 31 iyul 2018-ci il tarixdə 7000 manat pul ödəmişdir. 01 avqust 2018-ci il tarixdə isə mənzili gəlinin adına keçirmişdir. Bundan sonra evin digər işlərini görmək üçün etibarnamə almışdır. Mənzili gəlinin adına qeydiyyata aldırmağına məqsədi, oğlunun həmin vaxt “Ştutqart” mağazalar şəbəkəsində kassada işləməsini, əskiyi gələrsə mənzilin satılmasından ehtiyat etməsi olmuşdur. Həmin mənzildə onlar heç vaxt yaşamamışdır, hal-hazırda Cavabdeh əşyaları orada yerləşir və o, yaşayır. Oğlundan boşandığına görə mənzildən və puldan məhrum olmuşdur.

7. Cavabdeh iddianı qəbul etməyərək, iddiaya etirazında bildirmişdir ki, iddiaçı atasının dostu olsa da, nişanlandıqdan sonra onlarla birlikdə yaşamağın çətin olacağını deyirdi. Həmin vaxt nişanlısı İsrail İsayev Bakı şəhərində işlədiyinə görə, Bakı şəhərində atası cavabdehə hədiyyə mənzil a lacağını bildirmişdir. Atası komissarlıqda işlədiyinə görə işdən icazə alıb tez-tez Bakı şəhərinə gedə bilmirdi. Mənzili tapdıqdan sonra sənədləşmə məsələlərinə özü, anası Dilarə və İddiaçı getmişlər. Pul anasının çantasında olmuş və anası mənzil alınarkən Eldənizə 30000 manat vermişdir ki, pulu ödəsin. Qalan 17000 manat pulu da sonradan ödəmişlər. Eldəniz mənzili əvvəl öz adına almış, lakin atası buna razı olmadığına görə, Eldəniz mənzili onun adına keçirmişdir. Əgər mənzili İddiaçı almışdısa, niyə qızı və ailəsi Bakı şəhərində kirayədə yaşayırdı. Həmin mənzildə onlara dair heç bir əşya yoxdur. 2021-ci ilin 26 fevral tarixində Eldəniz onu və oğlu İsraili evdən qovmuşdur, həmin vaxta qədər də mübahisəli mənzildə heç kim yaşamamış, açarları isə özündə olmuşdur.

8. Məhkəmə iclasında şahid qi smində ifadə verən X3 (cavabdehin atası) bildirmişdir ki, Eldənizlə 2013-cü ildə dostluq münasibətləri vardır. Uşaqları nişanlı olarkən qızına ev hədiyyə almaq istədiyini bildirmişdir. Eldəniz də onu ev satan Kənan adlı şəxslə tanış etmişdir. 2018-ci ilin iyul ayında gedib mənzilə baxmış və bəyənmiş, 47000 manata razılaşmışlar. Özü işlədiyinə görə işdən çıxa bilmədiyi üçün, pulu yoldaşı Dilarəyə vermiş, Dilarə və Nərmin Eldənizlə birlikdə gedərək ödənişləri etmişlər. əvvəlcə 30000 manat, sonra isə 17000 manat pul ödəmişdir. Eldəniz mənzili əvvəlcə öz adına almışdı, lakin sonradan tələbi ilə Nərminin adına keçirmişdir. Bu faktı dostları da təsdiq etmişlər.

9. Həmçinin, məhkəmə iclasında şahid qismində ifadə verən X1 (cavabdehin anası) bildirmişdir ki, Nərmin nişanlandıqdan sonra atası ona B akıda ev hədiyyə almaq istəmişdir. Evin pulunu o, Bakı şəhərində çantasından çıxarıb 30000 manat Eldənizə vermiş, qalan 17000 manatı da sonradan vermilər. Birinci dəfə gedəndə Eldəniz onları aparmış, hətta həmin gün Eldəniz anasını “Qarayev”dən götürmüş, “28 Mall”da çay içmişlər. Eldəniz doğru danışmır, onun ev almağa pulu olsaydı, uşaqları Bakı şəhərində kirayədə yaşamazdılar.

10. Bundan başqa məhkəmə iclasında X2, X6 və X4 şahid qismində ifadə verərək, mənzilin cavabdehin atası Nizami tərəfindən alındığını təsdiq etmişlər.

11. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(050)-2909/2022 nömrəli iş üzrə 30 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia rədd edilmişdir.

12. Birinci instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı onun məhz cavabdehin qanunazidd təqsirli hərəkəti nəticəsində maddi ziyana uğramasını və yaxud mənzili əldə etməyə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmamasını sübuta yetirməlidir. Lakin, iddiaçı həmin əsasları təsdiq edən mötəbər və təkzibolunmaz sübut məhkəməyə təqdim etməmişdir. İddia tələbinin təmin olunması üçün məhkəmə araşdırması ilə digər hüquqi əsas da müəyyən edilməmişdir.

13. Məhkəmə tərəflərin mənzilin dəyərinin ödənilməsi ilə bağlı mübahisələrinə münasibətdə qeyd etmişdir ki, iddianın rədd olunması qənaətinə gəlinməsi mənzilin pulunun iddiaçı və ya cavabdehin atası tərəfindən ödənilməsi ilə bağlı deyil, prosessual qənaət prinsipinə əsasən bu halı araşdırmağa və ya hüquqi qiymət verməyə də zərurət yoxdur. Çünki iddiaçı tərəfindən mənzilin dəyərinin ödən ilməsi öz təsdiqini tapmış olsaydı belə, o, özünün mülkiyyət və ya pay hüququnu Cavabdeh adına əvəzsiz olaraq keçirməklə bir növ hədiyyə etmiş hesab ediləcəkdi.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21.1, 21.2, 21.3, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096.1, 1097.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 4.1, 14.2, 77.1, 77.3, 78.1, 80, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandır ılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübаhisəli mənzilə dаir аlqı-sаtqı müqаviləsi iddiaçı ilə bаğlаnılmış, mənzilin dəyərini də o ödəmişdir. Yаlnız mənzilə dаir hüquqlаr qеydiyyаtа аlınаrkən iddiaçı ilə həyаt yоldаşı аrаsındа bоşаnmа işi оlduğundаn, оğlu isə kаssir işlədiyindən mənzilin cаvаbdеhin аdınа rəsmiləşdirilməsinə rаzılıq vеrmişdir. Bu iş mаtеriallarındа оlаn müqаvilə və ödəniş qəbzləri ilə də təsdiq оlunur. Lakin birinci instansiya məhkəməsi bu sübutların heç birinə hüquqi qiymət verməmiş, nəticədə düzgün оlmayan qətnamə qəbul etmişdir.

17. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-707/2023 nömrəli iş üzrə 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədo v və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli mənzilin alınması üçün pulun kim tərəfindən ödənilməsi ilə bağlı tərəflər fərqli izahatlar vermişdirlər. Belə ki, iddiaçı mübahisəli mənzil üçün 47000 manat məbləğində pulun onun özü tərəfindən öz vəsaiti hesabına ödənildiyini bildirsə də, cavabdeh həmin pulun öz atasının vəsaiti hesabına ödənildiyini qeyd etmişdir. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, mənzilin cavabdehin adına rəsmiləşdirilməsi iddiaçının öz iradəsi əsasında həyata keçirilmişdir. Belə ki, 02 iyun 2018-ci il tarixli müqavilə "xxxx" MTK ilə iddiaçı arasında bağ lanmış olsa da, iddiaçı sonradan həmin mənzilə dair MTK tərəfindən cavabdehin adına protokolun və maliyyə arayışının tərtib olunmasına, eləcə də, həmin sənədlər əsasında mübahisəli mənzilin RX ******* seriya nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Lakin cavabdeh bunun müqabilində öz üzərinə hər hansı öhdəlik götürməmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh mübahisəli mənzil üzərində mülkiyyət hüququnu məhz iddiaçının öz iradəsi əsasında əldə etmişdir.

19. Bundan başqa məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin mənzilin pulunun iddiaçı tərəfindən ödənilmiş olması halında belə özlü yündə cavabdeh iddiaçının vəsaiti hesabına əsassız varlanmış şəxs hesab edilə bilməz. Çünki onun mübahisəli mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması əsassız olmamışdır.

20. Məhkəmə kollegiyası gəldiyi nəticələri Mülki Məcəllənin 21.1, 21.2, 1091.1, 1091.2, 1092.1-ci və MPM-in 14.2, 77.1, 88, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayətinin dəlilləri iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya ş ikayətinə qarşı cavabdeh yazılı etiraz verərək, qətnamənin dayişdirilmədən saxlanılmasını xahiş etmişdir.

24. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tə ləbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya (1092.1.1); əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə (1092.1.2). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

32. Maddə 2 17.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesa b edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlar a istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

41. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kass asiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 may 2023-cü il tarixli 2(106)707/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar