Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3395/2023 03.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(106)-466/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binas ında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(050)-2161/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 17045,40 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 87,43 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir
2. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(106)-466/2023 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2(050)-2161/2022 nömrəli qətnaməsi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti nə əsasən dəyişdirilmədən saxlanılmışdır.
3. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyun 2023-cü il tarixli, 2(106)466/2023 nömrəli qərardadı ilə apellyasiya instansiyası məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(106)-466/2023 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlər qaytarılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh təkrarən kassasiya şikayəti vermiş və kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektr on məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
6. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olmuşdur ki, cavabdeh kassasiya şikayətini prosessual müddətin ötürülməsi ilə vermiş və şikayətə qanunla müəyyən olunmuş qaydada dövlət r üsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır.
7. İlk olaraq qeyd olunmalıdır ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(106)-466/2023 nömrəli qərardadı ilə cavabdehin kassasiya şikayəti bu əsasla qaytarılmışdır ki, cavabdeh şikayəti qanunla müəyyən olunmuş prosessual müddətin buraxılması ilə vermiş, dövlət rüsumunu tam ödəməmiş, kassasiya şikayətini “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə verməmişdir.
8. Cavabdeh apellyasiya məhkəməsinin həmin qərardadında göstərilən nöqsanları tam aradan qaldırmadan təkrar kassasiya şikayəti vermişdir.
9. Belə ki, cavabdeh hazırki kassasiya şikayətini prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə versə və şikayətinə əlavə 66 ma nat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etsə də, hazırki kassasiya şikayəti prosessual müddətin buraxılması ilə verilmiş və bu müddətin bərpasına dair ərizə apellyasiya məhkəməsinə təqdim olunmamışdır.
10. Halbuki, iş materiallarına əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 19 aprel 2023-cü il tarixdə cavabdehə rəsmi təqdim olunmuş, cavabdehin hazırki kassasiya şikayəti isə 13 iyul 2023-cü il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yerləşdirilmişdir.
11. Məhkəmə kollegiyası izah edir ki, cavabdehin ilk kassasiya şikayəti qanunla müəyyən olunan prosessual müddət daxilində, yəni 16 iyun 2023-cü il tarixdə apellyasiya instansiyası məhkəməsinə poçt vasitəsi ilə göndərilsə də, həmin şikayət yuxarıda qeyd olunan əsaslara əsasən geri qaytarıldığından, müddətin axı mı ümumi qaydada davam etmişdir.
12. Beləliklə, müəyyən olunur ki, cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 19 aprel 2023-cü il tarixdə aldığı halda, kassasiya şikayətini MPM-in 405.0.1ci maddəsi ilə müəyyən olunmuş müddəti pozmaqla 13 iyul 2023-cü il tarixdə vermiş, buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etməmişdir.
13. Qeyd olunanlara əsasən, kassasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyi və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tuta raq, məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 aprel 2023-cü il tarixli, 2(106)466/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın.