Məhkəmə qərarları › İş №2(102)-3395/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3395/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3395/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi, əmək münasibətləri, maddi hüquq normasının tətbiqində səhv) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı1 MMC-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-781/2024 nömrəli iş üzrə 31 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 MMC tərəfindən verilmiş kassas iya şikayətinə 15 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 MMC-nin təsisçisinin xx.xx.2018-ci il tarixli qərarına və əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən İddiaçı1 MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir.

2. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişinə əsasən Cavabdeh ilə bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə xitam verilmişdir.

3. Cavabdeh direktor olduğu zaman “İddiaçı1" MMC-nin adından "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli borc müqaviləsi bağlamış, müqaviləyə əsasən borc verən 1 il müddət ərzində qaytarmaq və ayda 1.500 manat faiz ödəmək şərti ilə borc alana iş görmək məqsədi ilə 20.000 manat məbləğində borc vermişdir.

4. Həmçinin Cavabdeh direktor olduğu zaman “İddiaçı1" MMC-nin adından "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli borc müqaviləsi bağlamış, müqaviləyə əsasən borc verən 1 il müddət ərzində qaytarmaq və ayda 1.700 manat faiz ödəmək şərti ilə borc alana iş görmək məqsədi ilə 23.000 manat məbləğində borc vermişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il 18 tarixli e-2-2(113)-868/2023 saylı qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı1 MMC-yə qarşı “pul tələbinə dair” iddiası təmin edilmiş, cavabdeh İddiaçı1 MMC-dən 76.700 manat məbləğində pul, həmçinin mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 320 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 2(103)-648/2023 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(102)-599/2023 saylı qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəyişdirilmədən saxlanmışdır.

7. İddiaçı1 MMC-nin sabiq icraçı direktoru X2 rayon prokurorluğunda verdiyi izahatda "xxxx" MMC-dən aldığı borc pulu İddiaçı1 MMC-nin hesabına mədaxil etmədiyini, borcun şəxsən ona aid olduğunu, İddiaçı1 MMC-yə aid olmadığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı2 iddia ə rizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh “İddiaçı1' MMC-yə vurduğu 77020 manat məbləğində zərər, 1300 manat məbləğində vəkilə ödənilən pul və 325 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 78645 manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Daha sonra İddiaçı2 əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə verərək onun “İddiaçı1" MMC ilə əvəz olunmasını xahiş etmişdir. Eyni zamanda, “İddiaçı1" MMC də məhkəməyə əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə ilə müraciət edərək, İddiaçı2 iddiaçı ”İddiaçı1" MMC ilə əvəz olunmasını xahiş etmişdir. Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən ərizələr təmin edilərək, məhkəmə tərəfindən əsl olmayan tərəf əsl iddiaçı ”İddiaçı1" MMC ilə əvəz olunmuşdur.

10. İddia tələbi o nunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC təsis edilərək xx.xx.2014-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin Kommersiya X3 Qeydiyyatı İdarəsi tərəfindən ********** nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2018-ci il tarixli 1 saylı qərarı ilə Cavabdeh "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Cavabdeh direktor kimi MMC-nin adından "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixdə bir il müddətinə qaytarmaq şərti ilə aylıq 1500 manat xeyir verməklə 20000 manat, xx.xx.2020-ci il tarixdə yenə bir il müddətinə qaytarmaq şərtilə aylıq 1700 manat xeyir verməklə 23000 manat məbləğinə boc müqaviləsi bağlamış, həmin pulları borc verəndən qəbul edərək, şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin pul vəsaitləri MMC-nin kassasına mədaxil olunmamışdır. Ümumiyyətlə, cavabdeh belə bir müqavilə bağlaması barədə hər hansı məlumat verməmişdir. Cavabdehin bu hərəkətlərindən yalnız tələbkar "xxxx" MMC-nin “İddiaçı1" MMC-yə qarşı məhkəməyə iddia tələbi ilə müraciət edəndən sonra məlumatı olmuşdur. Belə ki, "xxxx" MMC pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 76700 manat pulun və və 320 manat ödənilmiş dövlət rüsumunun “İddiaçı1" MMC-dən tutularaq ona ödənilməsini xahiş etmiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Həmin qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Həmçinin, qeyd olunan qətnamədən verilmiş kassasiya şikayəti Azərb aycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişiklik edilmədən saxlanılmışdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında “İddiaçı1" MMC-nin Cavabdeh bağladığı müqavilələrlə bağlı vurduğu ziyanı tam həcmdə tələb etmək hüququnun olması müəyyən edilmişdir. Qüvvədə olan məhkəmə aktları ilə Cavabdeh MMC-yə 77020 manat məbləğində maddi zərər vurduğu müəyyən edilmişdir. Həmçinin, cavabdeh bu hərəkətləri ilə MMC-ni əlavə olaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək, dövlət rüsumu ödəmək, vəkillə müqavilə bağlamaq və digər xərclər çəkmək məcburiyyətində qoymuşdur. Buna görə də MMC-yə dəymiş ziyan Cavabdeh tutularaq MMC-yə ödənilməlidir.

12. Cavabdeh n ümayəndəsi və vəkili iddia ərizəsinə etiraz verərək, göstərmişdr ki, "xxxx" MMC-nin fəaliyyət göstərdiyi obyektdə cavabdeh diş həkimi işlədiyi müddətdə, XXX ilə tanış olmuş, sonuncu özünün və həyat yoldaşının dişlərini müalicə etdirmək isdədiklərini bildirmişdir. Cavabdeh onların hər ikisinin dişlərini müayinə və müalicə etmiş və implant dişlər qoymuşdur. Həmin zaman işlədiyi obyektin texiki təminatı köhnə olmuş və polikilinikanın texniki avadanlıqlarının müasir şəraitə uyğun təşkil edilməsi zərurəti olmuşdur. Lakin maddi vəsait olmamışdır. XXX “iş yerinizi yüksək səviyyədə təşkil etmirsiniz” deyə soruşduqda, cavabdeh müəssisənin maddi vəziyyətinin aşağı olduğunu, maddi vəsaitə ehtiyacı olmasını ona bildirmişdir. XXX cavabdeh bildirmişdir ki, işlədiyi sahə gəlir gətirərsə, o, həmin obyektə vəsait qoya bilər. Belə olan halda cavabdeh ona diş poliklinikasına vəsait qoyarsa, o zaman ona tədricən işləyərək sərf edilən pulu qaytara biləcəyini bildirmişdir. Buna görə 2020-ci ilin avqust ayında “obyektə vəsait qoyulması barədə” aralarında razılığa gəlmişlər. Lakin bir neçə gündən sonra XXX pulu rəsmiləşdirməklə verə biləcəyini bildirmişdir. Cavabdeh onun təklifinə etiraz etməmişdir. Bir neçə gündən sonra XXX hazırladığı borc müqaviləsi blankını cavabdehə təqdim etmişdir. Müqavilənin 1.2-ci bəndində “Borc Verən” bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləğ hər ay 1500 manat manat xeyir vermək şərti və 1 ildən sonra 20000 manatı tam qaytarmaq şərtilə verir“ sözləri qeyd edilməsinə baxmayaraq, o zaman bildirmişdir ki, polkilinika işlədiyi təqdirdə götürülən vəsait qaytara b ilər. İlk vaxtı müqavilənin bu formada yazılmasına zərurət olmadığını bildirmiş və qeyd etmişdir ki, “xeyir” vermək anlayışını müqavilədən silmək lazımdır. Belə ki, işlədiyi obyektdə hər ay göstərilən məbləğdə qazanc götürmür və həmin məbləğdə “xeyir ” ödəyə bilməyəcək. O zaman XXX bildirmişdir ki, “əgər obyektin gəliri olmasa, ona gəlir verməz”, əgər gəlir olarsa o zaman gəlir verilər.” Belə olan halda, XXXin təklifini qəbul etmişdir. Həmin müqaviləni xx.xx.2020-ci il tarixində imzalamışlar və hər iki tərəf özündə olan möhürlə müqaviləni təsdiqləmişdir. Pul vəsaiti bəzi avadanlığın və diş düzəltmək üçün vəsaitlər və komponentlərin alınmasına sərf edilsə də, obyektin yenidən qurulmasına bəs etmədiyi üçün, cavabdeh ikinci dəfə XXXdən əlavə vəsait istəmiş, o da, razılıq vermiş və xx.xx.2020- ci ildə eyni şərtlərlə sadə müqavilə imza edib təsdiq etmişlər. İkinci dəfə alınan vəsait obyektə avadanlıq alınması üçün başqa şəxslərə verilmiş, lakin həmin vəsait geri qaytarılmadığından obyektdə iş görülməsi mümkün olmamışdır. Cavabdeh bu barədə XXXə bildirmiş və qeyd etmişdir ki, əsas məbləği mütləq qaytaracaq. Buna görə də gecə-gündüz işləyərək bir neçə ay ödənişləri etmiş və ümumilikdə 14300 manat pulu XXXin tapşırığı ilə onun həyat yoldası XXX xxinin hesabına köçürmüşdür. Pulun ödəniməsi barədə bank çıxarışları da vardır. Digər ödənişlər “milliön” aparatları vasitəsi ilə ödənilmişdir. Lakin sonradan işdə yaranmış çətinliklər nəticəsində ödənişi dayandırmışdır. Belə ki, 2020-ci və 2021-ci ilin birinci yarısına kimi Respublikada COVİD19 pandemiyasının yayılması nəticəsində bir çox iş yerləri, o cümlədən diş poliklinikalarında işlər dayandırılmış və həmin vaxtlarda maddi çətinliklər üzündən cavabdeh aldığı borcu ödəyə bilməmişdir. Bu barədə XXXə həm üzbəüz danışıqlarında, həm də telefon danışıqlarında bildirmiş və qeyd etmişdir ki, obyektiv səbəbdən borcunu ödəyə bilməmişdir. 2021-ci ilin ikinci yarısından sonra fəaliyyətə başladığını və əsas borcunu ödəyəcəyini bildirmişdir. Lakin bununla əlaqədar bir az vaxt lazım olacaq. Eyni zamanda İddiaçı1 poliklinikasının 2020- 2021-ci ilin birinci yarısına kimi heç bir gəliri olmamışdır. Bunu vergi hesabatlarında olan faktlarla müəyyən etmək olar. Hər iki razılaşmaya əsasən XXXə 31000 borcu qalmışdır. Buna görə reqress qaydası ilə məsuliyyəti 31.000 manat həddində olmalıdır. Həmçinin, artıq bir müddətdir ki, İddiaçı1 poliklin ikasından işdən çıxmışdır”. XXXdən götürdüyü əsas borcun qalıq məbləğini qaytarmaqdan cavabdeh imtina etməmiş, lakin onun hər ay üçün böyük məbləğdə “xeyir” tələb etməsini qəbul etməmişdir. X1 dolayı yolla məhkəməyə müraciət etməsi və cavabdeh kimi MMC-nin qoyulması yol verilməz olmuşdur. Eyni zamanda cavabdehin həmin məhkəmə proseslərinə cəlb edilməməsi qanunsuz olmuşdur. İddiaçı1 MMC 2020 və 2021-ci illərdə gəlirlə işləmədiyindən, məhkəmə qətnaməsi iddiaçının gəlir ödəmək hissədə tələbi qüvvədə olan maddi hüquq normalarına zidd olmasına baxmyaraq, həmin hissədə heç bir cavabdehlik daşımır. Yuxarıda qeyd olunalara əsasən iddiaçının ona qarşı iddia tələbinin 31000 manat hissəsində qaytarılmasına etiraz etmir, lakin “gəlir” tələbini, iddiaçının və onun arvadının dişləri ilə əlaqədar iddia t ələbini qəbul etmir. Cavabdeh borc müqavilələri üzrə cəmi 14300 manat məbləğində pulu iddiaçının icazəsi ilə onun arvadının bank hesabına köçürdüyünü bildirsə də, bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şuşa Rayon Məhkəməsində araşdırılarkən cavabdehdən xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 20000 manat və xx.xx.2020-ci il tarixli borc müqaviləsi üzrə 23000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməsi göstərilmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Bağlanmış müqavilələr üzrə əsas borc məbləğinin 5%-dən artıq ziyan tələb edilməsi əsasızdır. Belə ki, xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 20000 manata görə bir il üçün iddiaçıya 5% hesabı ilə 10 ay üçün 833,30 manat və xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən 23000 manata görə 11 ay üçün 1191,30 manat olmaqla,cəmi 2024,60 manat məbləğində pul ziyanından artıq ola bilməz. Cavabdeh bağladığı müqavilələr üzrə İddiaçı1 MMC-yə vurulmuş ziyan 43000 manat məbləğində olmuşdur. Cavabdeh həmin məbləği İddiaçı1 MMC-yə ödəməyə etiraz etmir. Digər məbləğləri isə qəbul etmir.

13. Şuşa Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 77020 (yetmiş yeddi min iyirmi) manat məbləğində maddi zərər, 1100 (bir min bir yüz) manat hüquqi xidmət haqqı və dövlət rüsumunun 322 (üç yüz iyirmi iki) m anat hissəsi olmaqla, cəmi 78442 (yetmiş səkkiz min dörd yüz qırx iki) manat məbləğində pul vəsaitin alınıb İddiaçı1 MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Sərdar Mehrəliyev)

14. Birinci instansiya məhkəməsi işin mübahisəsiz halları kimi onu müəyyən etmişdir ki, İddiaçı1 MMC-nin direktoru vəzifəsində işlədiyi dövrdə Cavabdeh həmin MMC-nin adından və möhüründən istifadə etməklə "xxxx" MMC ilə bağladığı xx.xx.2020ci il tarixli və xx.xx.2020-ci il tarixli borc müqavilələri ilə cəmi 43000 manat pul vəsaitini borc götürmüş, həmin pul vəsaitini MMC-nin hesabına mədaxil etməmiş və öz ehtiyaclarına sərf etmişdir. Qanunu qüvvəyə minmiş məhkəmə aktları ilə "xxxx" MMC-nin İddiaçı1 MMC-yə qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, İddiaçı1 MMC-d ən 76.700 manat məbləğində pul, həmçinin mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 320 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

15. Qəbul edilmiş məhkəmə aktları ilə hüquqi şəxsin qanuni təmsilçisi olmuş şəxsin hüquqi şəxsin adından nağd olaraq aldığı pul vəsaitini hüquqi şəxsin kassasına və ya hesabına mədaxil etməməsinin MM-nin 49-cu maddəsinə əsasən MMC-yə əvvəlki direktora qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı iddia qaldırmaq hüququ verdiyi ayrıca qeyd edilmişdir.

16. Birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin iddia ərizəsinə etirazında və məhkəmə çıxışı zamanı istinad etdiyi dəlillərə tənqidi yanaşaraq hesab etmişdir ki, həmin mülahizələr məhkəmə araşdırılması nəticəsində təkzib olunmaqla, özünü müdafiə xarakteri daşıyır. Belə ki, cav abdeh borc aldığı pulun 14300 manatını qaytardığını göstərməsinə baxmayaraq, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, iddia tələbi dəymiş maddi ziyanın tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 77020 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir.

17. Həmçinin birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən İddiaçı1 MMC tərəfindən hüquqi yardımın göstərilməsi üçün 33 saylı vəkil bürosunun hesabına cəmi 1100 manat pul ödənilməsini müəyyən etdiyi üçün belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə hü ququ yardıma görə tələb olunan məbləğin tutulması hissəsində də iddia tələbi qismən təmin edilməli və 1100 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 5.3, 21.149.1, 49.3, 49.5, 385.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3, 119 və 121.1-ci maddələri ilə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 152.1.maddəsinin tələbini pozmuş və iddiaçıya ödədiyi pul vəsaitini nəzərə almamış, cavabdehin mülkiyyət hüququnu pozmuşdur. Mülki Məcəllənin 1114.1-ci maddəsinin mənasından da görünür ki, cavabd ehdən pulun tələb edilməsi yalnız mübahisəli iş üzrə məhkəmə qətnaməsi qəbul edildiyi andan sonra ola bilər. Lakin məhkəmə qanunu düzgün tətbiq etməmiş və cavabdehdən ödənilməyən məbləğdə pulun tutulması təmin edilmişdir. Cavabdehin təqdim etdiyi bank sənədləri nəzərə alınmamışdır. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 152.1, 739.1, 739.2, 1114.1-ci maddələrinin tələblərini pozmuşdur. Qətnamə Mülki Məcəllənin 1114.1-ci maddəsinin tələblərinə zidd olduğundan ləğv edilməlidir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-781/2024 nömrəli iş üzrə 31 may 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. (hakimlə r Səyyad Qafari (sədrliyi və məruzəsi ilə), Ayaz Mahmudov, Afiq Hüseynzadə)

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşamayaraq göstərmişdir ki, “xxxxx" MMC ilə cavabdehin direktoru olduğu İddiaçı1 MMC arasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrin bağlanması, qüvvədə olan məhkəmə aktları ilə "xxxx" MMC-nin xeyrinə İddiaçı1 MMC-dən 76.700 manat məbləğində pulun tutulmasının qərara alınması işin mübahisəsiz halıdır.

23. Apellyasiya instansiya məhkəməsi qeyd edib ki, baxılan iş üzrə iddia tələbi dəymiş zərərin əvəzinin ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 21, 49.3 və 1114-cü maddələri təşkil edir.

24. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəa ları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1114.1-ci maddəsinin məzmununa görə isə başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxs ödədiyi əvəzin bütövlükdə qaytarılmasını tələb edə bilər.

25. Göründüyü kimi qanunvericilik real zərərə hər şeydən əvvəl şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri aid edir. Bu o deməkdir ki, hüququ pozulmuş şəxs müəyyən xərc çəkməklə öz pozulmuş hüququnu bərpa edib, çəkdiyi xərcin və digər zərərin əvəzini hüququ pozan şəxsdən ala bilər. Lakin hazırkı iş üzrə iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş 76700 manat pulun və 320 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə iş materiallarına heç bir sənəd əlavə etməmişdir. Belə ki, MPM-nin 7 7.1, 14.2, 76.1, 76.2-ci maddələrinə əsasən öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı qeyd etdiyi hallar barədə heç bir tutarlı sübut məhkəmə kollegiyasına təqdim etməmişdir.

26. Həmçinin apellyasiya instansiya məhkəməsi qeyd edir ki, hazır ki, iddianın təmin edilməməsi, vurulmuş zərərin ödənilməsindən sonra iddiaçının yenidən iddia qaldırmaq hüququnu istisna etmir.

27. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21.2, 49.3, 1114.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı1 MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilm əsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üzrə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi MM-nin 1114.1-ci maddəsinin tələbləri mübahisənin düzgün və ədalətli həllinə deyil, əksinə, mübahisənin istiqamətini onun məzmununu aid olmayan səmtə yönəltmiş və işdə ziddiyyət yaratmışdır. Mülki Məcəllənin 49.3-cü maddəsi açıq və aydın şəkildə hüquqi şəxsə, hazırkı halda iddiaçıya vurulmuş zərəri tələb etmək hüququ vermiş və həmin maddənin dispozisiyasında iddiaçının ona vurulmuş ziyanın ödənilib-ödənilməməsindən asılı olmayaraq belə tələblə məhkəməyə müraciət etmək hüququ vermişdir. Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixl i qərarında da iddiaçıya MM-nin 49.3-cü maddəsinin tələblərinə əsasən vurulmuş zərərlə bağlı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuş və həmin qərarda MM-nin 1114.1-ci maddəsinin tələblərinə istinad olunmamışdır. Yəni, hazırkı iş üzrə iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsindən sonra məhkəməyə müraciət edilməli olması barədə hər hansı şərt və ya müddəa nəzərdə tutulmamışdır. İddia ərizəsindən də görünür ki, tələb buna hüquqi olan şəxs tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun əsaslandırılmış və birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi əsassız olaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş və bu zaman gəldiyi nəticə və tətbiq et diyi maddi hüquq norması işin hallarına və mübahisənin düzgün həllinə uyğun olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 49.3 Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzi fələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Maddə 1114.1 Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini y oxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bil ər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

32. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

33. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazı rki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

35. İddia tələbi cavabdehdən MMC-yə vurduğu zərərin ödənilməsi barədədir. İddiaçı tələbinin əsası kimi cavabdehin MMC-nin qanunu təmsilçisi olduğu vaxt digər hüquqi şəxslə bağladığı iki borc müqaviləsi üzrə aldığı pulu MMC-nin xəzinəsinə mədaxil etməməsinə, həmin pulun MMC-dən məhkəmə aktları ilə tutulmasına istinad etmişdir.

36. İşin mübahisəsiz halı kimi də müəyyən edilib ki, “xxxxx" MMC ilə cavabdehin direktoru olduğu İddiaçı1 MMC arasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr bağlanıb, cavabdeh həmin müqavilələr üzrə aldığı pulu MMC-nin xəzinəsinə mədaxil etm əyib, qüvvədə olan məhkəmə aktları ilə "xxxx" MMC-nin xeyrinə İddiaçı1 MMC-dən 76.700 manat məbləğində pulun tutulması qərara alınıb.

37. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə qət edilmiş 76700 manat pulun və 320 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə iş materiallarına heç bir sənəd əlavə etməməsini göstərmiş və qanuni əsas kimi də Mülki Məcəllənin 21, 49.3 və 1114.1-ci maddələrinə istinad etmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21, 49.3-ci maddələrinə düzgün istinad etsə də, sonradan həmin maddələrin tələblərini nəzərə almadan Müki Məcəllənin 1114.1-ci maddəsini işin hallarına səhv tətbiq etmiş və iddianı Müki Məcəllənin 1114.1-ci maddəsinə istinadən yuxarıda göstərilən əsasla rədd etməklə düzgün nəticəyə gəlməmişdir.

39. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Müki Məcəllənin 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

40. Göründüyü kimi, qeyd edilən maddi hüquq norması reqres tələbə aid olmaqla, başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə ödənilmiş əvəz miqdarında geriyə tələb hüququ verir.

41. Reqres iddiası dedikdə, kreditorun borclunun təqsiri üzündən üçüncü şəxsə vurulan zərərə görə ödədiyi pulun geri qaytarılması barədə tələbi başa d üşülür. Başqa sözlə, reqres iddia o vaxt mövcud olur ki, zərər üçüncü şəxsə vurulur, həmin zərəri zərərvuranın əvəzinə digər şəxs ödəyir və zərəri ödəyən şəxs həmin məbləği zərərvurandan geri tələb edir.

42. Hazırki işin halları isə tamamilə fərqlidir. Belə ki, cavabdehin hər hansı üçüncü şəxsə zərər vurması bu işdə müəyyən edilməyib. Hazırki işin hallarına görə cavabdeh zərəri birbaşa məhz iddiaçıya vurub və iddiaçı da özünə vurulan zərərin əvəzini cavabdehdən tələb edir. Buna görə də burada hər hansı reqres tələbdən söhbət gedə bilməz. Bu baxımdan, Mülki Məcəllənin 1114.1-ci maddəsinə istinadən iddianın təmin edilmə şərti kimi məhkəmə qətnaməsi ilə MMC-dən tutulmuş 76700 manat pulun ödənilməli olması barədə gəlinən nəticə səhv olmuşdur.

43. Hazırkı işin müəyyən edilmiş halları baxımından tərəflər arasında əmək münasibətləri olmuşdur. Buna görə də mübahisəyə Mülki Məcəllənin 49.3-cü maddəsi ilə yanaşı, Əmək Məcəlləsinin 193-cü maddəsinin tətbiqi nəzərə alınmalıdır.

44. Əmək Məcəlləsinin 193-cü maddəsinə görə mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır. Mülkiyyətçi əmri (sərəncamı, qərarı) ilə işəgötürən tərəfindən ona vurulan ziyanın ödənilməsini təmin edə bilər və ya vurulmuş ziyanın məhkəmə qaydasında ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görə bilər.

45. Göründüyü kimi, Mülki Məcəllənin 49.3-cü və Əmək Məcəlləsinin 193-cü maddələri hə r hansı reqres tələbdən yox, işəgörünənin (hüquqi şəxs adından çıxış edən şəxsin) mülkiyyətçiyə (hüquqi şəxsə) vurduğu zərərin əvəzini ödəmək vəzifəsindən bəhs edir. Həmin normalar əsasında iddiaya qiymət verilməsi zərərin ödənilməsi barədə qətnamənin olub-olmamasından və ya icra edilib-edilməməsindən asılı deyil.

46. Mülkiyyətçi (hüquqi şəxs) işəgötürənin (hüquqi şəxsin qanuni təmsilçisinin) qanunazidd hərəkətləri nəticəsində ona vurduğu zərərə görə işəgötürəndən (hüquqi şəxsin qanuni təmsilçisindən) həmin zərərin ödənilməsini zərərin vurulduğunu aşkar etdiyi istənilən hallarda tələb edə bilər. Bunun üçün mülkiyyətçiyə (hüquqi şəxsə) qarşı həmin zərərin tutulması barədə hər hansı üçüncü şəxsi iddiasının təmin edilməsi barədə qətnamənin olması və həmin qətnamənin icrasının tələb edilməsi y olverilməzdir.

47. Buna görə də mübahisəyə Mülki Məcəllənin 49.3-cü və Əmək Məcəlləsinin 193-cü maddələrinin tələbləri baxımından qiymət verilməli idi.

48. Həmçinin qeyd edilməlidir ki, işin müəyyən edilmiş hallarına görə cavabdeh iddiaçı MMC-nin qanuni təmsilçisi olduğu vaxt MMC-yə qəsdən ziyan vurmuşdur.

49. Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin "xxxx" bəndinə görə işçi əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda tam həcmdə maddi məsuliyyət daşıyır.

50. Nəzərə alınsa ki, cavabdehin iddiaçının adından bağladığı müqavilə üzrə aldığı pul vəsaiti də əmlak və maddi sərvət kateqoriyasına aiddir, belə olan halda, cavabdehin məsuliyyət məsələsinə Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsinin "xxx x" bəndinin kontekstində qiymət verilməli və onun həmin pulu MMC-nin xəzinəsinə mədaxil etməməsinin MMC-yə digər üsulla qəsdən ziyan vurub-vurmaması kimi işin halı müzakirə edilməli idi.

51. Lakin qeyd edilənlərdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəni işin müəyyən edilmiş halları üzrə deyil, başqa yöndən qiymətləndirmiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etməklə, eləcə də tətbiq edilməli maddi hüquq normasını tətbiq etməməklə hüququn tətbiqində səhvə yol vermişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır.

52. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamən in ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, işin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

53. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-781/2024 nömrəli, 31 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar