Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3396/2025 07.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin bərpasından imtina, şikayətin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5629/2024 nömrəli, 1 sentyabr 2025-ci il tarixli qə rardadından İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 4 noyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərin əvəzi olaraq 3.000 manat, mənəvi zərərin əvəzi olaraq 20.000 manat, cəmi 23.000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-4406/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının xeyrinə 1.000 manat məbləğində pulun və dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5629/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Babayev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci insta nsiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilərək, cavabdehdən 1.200 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Qətnamədən iddiaçı (vəkili Vəkil) 8 yanvar 2025-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsilə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsini və işin düzgün baxılması üçün yenidən apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5629/2024 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərardadı ilə, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaç ının vəkili kimi Vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayətinin xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilərək, şikayət vəkil tərəfindən elektron qaydada imzalansa da, kassasiya şikayətinə əlavə kimi “etibarnamə”, “order” adı altında “Elektron məhkəmə” informasiya sisteminə başqa sənədlər yüklənməsi, vəkil orderini və iddiaçını təmsil etməsi barədə etibarnaməni şikayətə əlavə etməməsi əsası ilə, kassasiya şikayəti geri qaytarılmışdır.
7. Bundan sonra iddiaçının vəkili Vəkil, kassasiya şikayətinin qaytarılması barədə qərardadın ona təqdim edildiyi xx.xx.2025-ci il tarixdən 1 ay 22 gün sonra, yəni 12 mart 2025-ci il tarixdə qətnamədən verdiyi kassasiya şikayətini “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirsə də, təkrarən iddiaçının adından şik ayəti imzalamaq səlahiyyətinin ona verilməsi, yəni iddiaçını təmsil etməsi barədə etibarnaməni şikayətə əlavə etməmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin 2(103)-5629/2024 nömrəli, 17 mart 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti təkrarən geri qaytarılmışdır.
8. Daha sonra iddiaçının vəkili Vəkil, İddiaçı təmsil etməsi barədə sonuncu tərəfindən ona verilmiş xx.xx.2025-ci il tarixli etibarnaməni “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirdirmiş, həmçinin apellyasiya məhkəməsinin 17 mart 2025-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətini xx.xx.2025-ci il tarixdə elektron sistemə yerləşdirmiş, bu halda isə kassasiya şikayətini qanunla müəyyən edilmiş formaya uyğun tərtib etməmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülk i kollegiyasının 25 aprel 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasının əsaslandırılmaması, habelə şikayətin MPM-in 3 saylı əlavədə müəyyən edilmiş formaya uyğun tərtib edilməməsi əsası ilə qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 8 may 2025-ci il tarixli qərardadı ilə həmin kassasiya şikayəti geri qaytarılmışdır.
9. Daha sonra iddiaçının vəkili Vəkil, kassasiya şikayətinin qaytarılması barədə qərardadın ona təqdim edildiyi xx.xx.2025-ci il tarixdən 22 gün sonra, yəni 3 iyun 2025-ci il tarixdə apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən tərtib etdiyi kassasiya şikayətini “Elektron məhkəmə ” informasiya sisteminə yerləşdirsə də, bu dəfə qətnamədən şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddəti ötürməsini nəzərə almamış, şikayətə müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə ərizə əlavə etməmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi 5 iyun 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş 2 aylıq müddətin 7 mart 2025-ci il tarixində bitməsi, buna baxmayaraq, iddiaçının müddətin bərpası üçün ərizə verməməsi əsası ilə şikayət geri qaytarılmışdır.
10. Daha sonra iddiaçının vəkili Vəkil, 5 iyun 2025-ci il tarixdə apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən tərtib etdiyi kassasiya şikayətini “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirərək, şikayətə müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə ərizə əlavə etmişdir. Apellyasiya instansiyası məhkəməsinin 19 iyun 2025-ci il tarixli qərardadı ilə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilmədiyindən müddətin bərpasına dair ərizə təmin edilməmiş, müddətin bərpasından imtina edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
11. Daha sonra iddiaçının vəkili Vəkil, kassasiya şikayətinin qaytarılması barədə qərardadın ona təqdim edildiyi xx.xx.2025-ci il tarixdən 14 gün sonra, yəni 16 iyul 2025-ci il tarixdə apellyasiya məhkəməsinin 19 iyun 2025-ci il tarixli qərardadından tərtib etdiyi kassasiya şikayətini “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirsə də, qərardaddan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürməsini nəzərə almamış, şikayətə müddətin üzürlü hesab edilərək bər pa edilməsi barədə ərizə əlavə etməmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi 23 iyul 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayətini geri qaytarmışdır.
12. Daha sonra iddiaçının vəkili Vəkil, apellyasiya məhkəməsinin 23 iyul 2025-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətini xx.xx.2025-ci il tarixdə elektron sistemə yerləşdirmiş, bu halda isə kassasiya şikayətini qanunla müəyyən edilmiş formaya uyğun tərtib etməmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin 12 avqust 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti MPM-nin 407.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmışdır.
13. Daha sonra iddiaçının vəkili Vəkil, 22 avqust 2025-ci il tarixdə təkrarən apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində n tərtib etdiyi kassasiya şikayətini “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirərək, şikayətə müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə ərizə əlavə etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5629/2024 nömrəli, 1 sentyabr 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, apellyasiya məhkəməsi bundan əvvəl qəbul etdiyi qərardadı ilə iddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməmişdir. Bu da öz növbəsində həmin qətnamədən nəinki yenidən, sonradan, bir daha və ya bir müddət sonra, hətta ümumiyyətlə kassasiya şikayətinin verilməsini istisna e dir.
16. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsindən imtina edilməsi barədə qərardadların çıxarılmasına baxmayaraq, kassasiya şikayətinin verilməsini davam etdirən iddiaçı (onun nümayəndəsi və vəkili) MPM-in 120-ci maddəsinin tələblərini nəzərə almalıdır.
17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.3, 133.1, 405.0.1, 408.1.4-cü maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
18. Qərardaddan iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin 1 sentyabr 2025-ci il tarixli qərardadının qanunsuz və əsassız olduğundan ləğv etməklə işi icraata götürərək işə baxılmasını və ya şikayətə baxılması ilə bağlı işin Ali Məhkəməyə göndərilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qərardadda göstərir ki, apellyasiya məhkəməsi əvvəl qəbul etdiyi qərardadı ilə iddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməmişdir. Bu da öz növbəsində həmin qətnamədən nəinki yenidən, sonradan, bir daha və ya bir müddət sonra, hətta ümumiyyətlə kassasiya şikayətinin verilməsini istinsa edir. Göstərilən səbəbdən apellyasiya instansiyası məhkəməsi xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətini geri qaytarmışdır. İddiaçı həm in qərardaddan narazıdır. Ona görə ki, bu qərardad onun maraqlarına toxunur.
20. Ona görə ki, iddiaçı kassasiya şikayətin vaxtında vermişdir. Ali Məhkəmədə isə qərardad çıxarılaraq kassasiya şikayətinin forma məzmununa düzgün riayət olunmadığından verildiyi üçün geri qaytarılmışdır. Sonradan iddiaçı kassasiya şikayətini düzgün formaya uyğun düzəldərək yenidən versə də onun şikayəti müddət keçməklə verildiyi əsas götürülərək kassasiya şikayəti hakim tərəfindən geri qaytarılmışdır. Hazırda da bu əsas ilə geri qaytarılmış, lakin hakim digər qərardadlara əsaslanaraq geri qaytarmışdır. Kassasiya şikayəti Ali Məhkəmədə artıq icraatda baxılaraq aşağıdakılar irad tutulmuşdur; Kassasiya şikayətindən görünür ki, iddiaçı şikayətdə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsin in nədən ibarət olmasını əsaslandırmamış, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. Halbuki kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Qeyd edilən kassasiya şikayəti isə bu tələblərə cavab vermir. MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayəti kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə apellyasiya instansiyası məhkəm əsi tərəfindən qaytarılır. Həmçinin hazırkı iş üzrə kassasiya şikayətindən görünür ki, kassasiya şikayəti MPM-ə 3 saylı əlavədə müəyyən olunmuş formada tərtib edilməmişdir. Bu hallar Ali Məhkəmənin 2(102)-1649/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadında qeyd olunmuşdur. Burdan da görünür ki, iddiaçının kassasiya şikayətinin verilməsi müddətini üzürlü olaraq itirmişdir. Səbəb isə kassasiya şikayətinin geri qaytarılması olub. Hazırda iddiaçı o səhvləri düzəldib kassasiya şikayəti vermək istəsə də ona müddətin ötürüldüyünü qeyd edərək apellyasiya məhkəməsi geri qaytarır. Bu ədalətsizlikdir və vətəndaşın hüquqlarının pozulması deməkdir. Ona görə də kassasiya şikayətinin müddətinin üzürlü səbəbdən itirildiyi üçün hesab edirlər ki, bərpa olunmalı və kassasiya şikayəti işlə birlikdə Ali M əhkəməyə göndərilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
21. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
24. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədl ər təqdim edilməli və s.).
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
26. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə q ərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
27. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.
28. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunma masına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
31. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
32. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyas ı məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
38. Qeyd olunmalıdır ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya ins tansiyası məhkəməsinin qərardadından verdiyi kassasiya şikayətini, apellyasiya instansiyası məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin vaxtında verilməsi, iddiaçının kassasiya şikayətinin verilməsi müddətini üzürlü olaraq ötürməsi, səbəbin isə kassasiya şikayətinin geri qaytarılması olması, hazırda iddiaçının o səhvləri düzəldib kassasiya şikayəti vermək istəsə də ona müddətin ötürüldüyünü qeyd edərək apellyasiya məhkəməsinin şikayəti geri qaytarması ilə əsaslandırmışdır.
39. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsi daha əvvəl qəbul etdiyi qərardadı ilə iddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etməmişdir. Bu da öz növbəsində həmin qətnamədən nəinki yenidən, sonradan, bir daha və ya bir müddət sonra, hətta ümumiyyətlə kassasiya şikayətinin verilməsini istisna edir. Kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsindən imtina edilməsi barədə qərardadların çıxarılmasına baxmayaraq, kassasiya şikayətinin verilməsini davam etdirən iddiaçı (onun nümayəndəsi və vəkili) MPM-in 120-ci maddəsinin tələblərini nəzərə almalıdır.
40. Məhkəmə kollegiyası həmçinin qərardaddan verilmiş kassasiya şikayətinin, apellyasiya instansiyası məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin vaxtında verilməsi barədə dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçının vəkili kimi Vəkil tərəfindən tərtib edilmiş kassasiya şikayəti xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilərək, şikayət vəkil tərəfindən elektron qaydada imzalansa da, kassasiya şikayətinə əlavə kimi “etibarnamə”, “order” adı altında “Elektron məhkəmə” informasiya sisteminə başqa sənədlər yüklənmiş, vəkil orderini və iddiaçını təmsil etməsi barədə etibarnaməni şikayətə əlavə etməmişdir. Bu səbəbdən də, apellyasiya instansiyası məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra iddiaçının vəkili Vəkil, kassasiya şikayətinin qaytarılması barədə qərardadın ona təqdim edildiyi xx.xx.2025-ci il tarixdən 1 ay 22 gün sonra, yəni 12 mart 2025-ci il tarixdə qətnamədən verdiyi kassasiya şikayətini “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirsə də, təkrarən iddiaçının adından şikayəti imzalamaq səlahiyyətinin ona verilməsi, yəni iddiaçını təmsil etməsi barədə etibarnaməni şikayətə əlavə etməmişdir. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsinin 17 mart 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti təkrarən geri qaytarılmışdır.
41. Qeyd olunan iki haldan, həmçinin hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunan işin digər faktiki hallarından göründüyü kimi, İddiaçı nümayəndəsi və vəkili Vəkil ciddi nöqsanlara yol verilməklə “Elektron məhkəmə” sisteminə yerləşdirdiyi kassasiya şikayətləri, həmin nöqsanların aradan qaldırılması məqsədi ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən geri qaytarılsa da, həmin nöqsanları aradan qaldırmaq ə vəzinə yeni nöqsanlara yol vermiş, daha sonra isə apellyasiya məhkəməsi tərəfindən sadalanan nöqsanları müddətləri əhəmiyyətli şəkildə ötürməklə aradan qaldırmış, bu halda isə müddəti ötürməsinin üzürlü olması barədə ağlabatan dəlillər gətirməklə prosessual müddətin bərpası barədə ərizəni apellyasiya məhkəməsinə təqdim etməmişdir.
42. Məhkəmə kollegiyası eyni zamanda qərardaddan verilmiş kassasiya şikayətinin, Ali Məhkəmədə qərardad çıxarılaraq kassasiya şikayətinin forma məzmununa düzgün riayət olunmadığından verildiyi üçün geri qaytarılması, sonradan iddiaçının kassasiya şikayətini düzgün formaya uyğun düzəldərək yenidən versə də, onun şikayəti müddət keçməklə verildiyi əsas götürülərək kassasiya şikayətinin hakim tərəfindən geri qaytarılması barədə dəlilinə münasibət bildirərək qeyd e dir ki, Ali Məhkəmədə apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə deyil, qətnamədən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə apellyasiya məhkəməsinin 17 mart 2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi kassasiya şikayətinə baxılaraq 25 aprel 2025-ci il tarixli qərardadla həmin kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.
43. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi xx.xx.2024-cü il tarixli qətnamədən verilmiş kassasiya şikayətini MPM-nin tələblərinin pozulması ilə verilməsini qeyd etməklə, əsaslı olaraq qaytarsa da, İddiaçı nümayəndəsi və vəkili Vəkil həmin nöqsanları dərhal aradan qaldırıb kassasiya şikayətini təkrarən elektron sistemə yükləmək əvəzinə şikayətin qay tarılması barədə 17 mart 2025-ci il tarixli qərardaddan kassasiya şikayəti versə də, bu halda da qanun pozuntusuna yol verərək həmin şikayəti qanunla müəyyən edilmiş formada tərtib etməklə, yeni nöqsanlara yol vermişdir.
44. Apellyasiya instansiyası məhkəməsi isə qərardadında - kassasiya şikayətinin geri qaytarılması, kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsindən imtina edilməsi barədə qərardadların çıxarılmasına baxmayaraq, kassasiya şikayətinin verilməsini davam etdirən iddiaçının (onun nümayəndəsi və vəkilinin) MPM-in 120-ci maddəsinin tələblərini nəzərə almalı olmasını qeyd etsə də, İddiaçı nümayəndəsi və vəkili Vəkil barəsində həmin normanı tətbiq etməmişdir.
45. Halbuki Mülki Prosessual Məcəllənin 120-ci maddəsinə əsasən məhkəmə, vicdansızcasına əsassız iddia vermiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti tə şkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbi q edilməsini nəzərə almalıdırlar. 48. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
49. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddət ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahiz ələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
50. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Halbuki İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya məhkəməsinin 17 mart 2025-ci il tarixli qərardadından kassasiya şikayəti verdiyi xx.xx.2025-ci il tarixdə, qətnamənin qəbul edildiyi vaxtdan artıq 3 ay 8 gün keçmişdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil isə ka ssasiya şikayəti verilməsi barədə müddətin bərpa edilməsi haqqında ərizəsində, qətnamənin qəbul edilməsindən 5 ay 10 gün müddət keçməsindən sonra kassasiya şikayəti verməsinin səbəbini formal dəlillərlə əsaslandırmağa çalışmışdır.
51. Bu səbəbdən müddətinin bərpasına dair ərizənin təmin edilməməsi və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıd ır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5629/2024 nömrəli, 1 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.