Məhkəmə qərarları › İş №2(102)-3397/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3397/2019

17.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3397/2019 17.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13684/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (hakim R.K.Mürsəlov) 2(002)-259/2018 nömrəli, 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 04 mart 2016-cı il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 20.138,85 ABŞ dolları məbləğində əsas kredit borcu, 2058,87 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 22.217,72 ABŞ dolları və ödənilmiş 30 manat məbləində dövlət rüsumunun tutularaq İddiaçınin xeyrinə ödənilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər V.T.Həsənov (sədrlik edən və məruzəçi), S.A.Məmmədova və N.Ş.Cəfərov) 2(103)-13684/2018 nömrəli, 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-259/2018 nömrəli, 04 oktyabr 2018-ci saylı qətnaməsi Cavabdeh1 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 04 mart 2016-cı il tarixli 16032-2851/487496 saylı kredit müqavilənin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 20.138,85 ABŞ dolları məbləğində əsas kredit borcunun, 2058,87 ABŞ dolları məbləğində kredit müqaviləs üzrə hesablanmış faiz borcunun, 302.30 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 22.500,02 ABŞ dolları məbləğində pul vəsaitin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya M əhkəməsinin MK-nın 2(103)-13684/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilib, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmad an baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)13684/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02.02.2015cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 22 faiz hesablanmaqla 25.400 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixli zaminlik müqavilələrinə əsasən C avabdeh2r na və Cavabdeh3 öhdəliyin icra edilmədiyi təqdirdə öhdəliyin icrasını öz üzərlərinə götürmüşlər. 04.03.2016-cı il tarixli sazişə əsasən kreditin bağlanma tarixi 60 ay, faiz məbləği 10% müəyyən olunaraq qalıq borc 21.777,13 ABŞ dolları müəyyən edilərək yeni ödəniş cədvəli tərtib olunmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 31.08.2018-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 əsas borcu 20.138,85 ABŞ dolları, faiz borcu 2058,87 ABŞ dolları, cərimə üzrə borcu 302,30 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməli dir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göstərilən Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mübahisənin müəyyən olunmuş hallarından göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn müqavilə-hüquq münasibətləri yaranmışdır. Belə ki, borcalan Cavabdeh1 oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq ödənişlər etməli olduğu halda müəyyən miqdar ödənişlər etsə də, razılaşdırılmış müddətdə və qaydada tam ödənişləri etməmişdir, bununla da, iddiaçının müqavilədən irəli gələn tələb kimi vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri lazımi qaydada icra etmədiyi üçün iddia t ələbində göstərilən miqdarda iddiaçı qarşısında məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin hallarından görünür ki, tərəflər aralarında bağladıqları müqavilə ilə verilən kreditə illik 10 faizin hesablanacağını, həmçinin kreditdə n istifadəyə görə faizlərin borcun yarandığı tarixdən onun tam ödəniləcəyi tarixədək hesablanacağını razılaşdırmışlar. Tərəflər həmçinin bağladıqları müqavilə şərtləri ilə belə razılığa gəlmişlər ki, borcalan müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, o cümlədən icranı gecikdirdiyi halda əsas borc məbləğindən, faizlərdən əlavə cərimə ödəməlidir. Apellyasiya instansiyası qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində borc məbləğinin şişirdilməsini göstərmiş olsa da, tələb olunan məbləğin deyil, daha az miqdarda tələbin mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddia tələbinə nəzər saldıqdan aydın olur ki, daha uzun müddət öhdəliyin icra edilməməsinə baxmayaraq iddiaçı faiz borcunun daha az miqdarda hesablamışdır. Faiz borcun un azaldılması ilə bağlı dəlilə münasibətdə apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər müqavilə ilə razılaşdırmışlar ki, kreditdən istifadə müddətində istifadə ilə bağlı olaraq şərtləşdirilmiş məbləğdə faiz ödənilməlidir. Hazırkı halda borcun tələb olunması müqavilə şərtlərinə uyğun olmuşdur, hesablama isə düzgün həyata keçirilmişdir, bu keçirilmiş ekspertiza ilə bağlı verilmiş rəylə təsdiq olunur, əsas borcun və faizin ödənilməsindən azad edilməsi və ya azaldılması isə nə tərəflərin bağlamış olduqları müqavilənin şərtlərinə, nə də qanuna uyğun hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddə sinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən e dilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13684/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13684/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar