Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3398/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı vəkili X2, Cavabdeh1 və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2(107)379/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(025)-1172/2019 saylı qətnaməsi ilə (sədr lik edən, hakim E.B.İsayev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddiası təmin edilərək, cavabdehlərdən müştərək qaydada 28.340 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Cavabdehlər qətnamədən apelyasiya şikayəti veriblər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2(107)379/2020 saylı qətnaməsi ilə (hakimlər E.Ş.Hüseynov sədrlik edən, məruzəçi, M.M.Hüseynov və M.R.Hüseynov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdehlər qətnamədən kasasiya şikayəti veriblər. İŞİN HALLARİ: İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada 28.340 manat pulun tutulub ona ödə nilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İddiaçı kasasiya şikayətinə dair etiraz ərizəsində kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkili Mehman Paşayev kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. İddiaçı vəkili Vaqif Şərifov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında kasasiya şikayətinin təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini, işd ə iştirak edən şəxslərin izahatlarını dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında borc hüquqi münasibətlərin əmələ gəlməsinə, yazılı qəbzə əsasən cavabdehlərin iddiaçıdan üç şah idin iştirakı ilə 28.340 manat borc pul almalarına, lakin borc müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmələrinə, iddiaçının həmin pulu cavbdehlərə ev almaq üçün borc verdiyini bəyan etməsinə, cavabdehlər isə iddiaçı ilə aralarında borc hüquqi münasibətlərin olmadığını, mağazada olan qalıq malların dəyərinə görə iddiaçıdan 28.340 manat pul vəsaitini təhvil götürdüklərini göstərib iddiaya etiraz etsələrdə etirazlarının əsası kimi istinad etdikləri halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməmələrinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 739.1, 740.1, 740.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmayıb. Belə ki, iddiaçı, Cavabdeh1 tərəfindən imzalanmış 28 yanvar 2018-ci il tarixli sadə yazılı formada tərtib edilmiş qəbzə istinad edərək, həm Cavabdeh1, həm də onun atası Cavabdeh2 müştərək qaydada 28.340 manat pul tələb edir və həmin pul vəsaitini cavabdehlərə Bakı şəhərində mənzil almaq üçün borc olaraq verdiyini iddia edir. Sözügedən qəbzin məzmunundan isə görünür ki, Cavabdeh1 28 yanvar 2018-ci il tarixdə İddiaçı Vüsal Nəsibov, Əlibaba Qasımov və Natiq Vəlizadənin şahidliyi ilə 28.340 manat pulu təhvil götürdüyünü etiraf edib və həmin qəbzi 28 yanvar 2018-ci il tarixdə Cavabdeh1 və İddiaçıla yanaşı qeyd o lunan şahidlər də imzalayıb. Cavabdehlər isə iddia tələbi ilə razılaşmırlar və qeyd edirlər ki, onlarla iddiaçı arasında hər hansı borc hüquqi münasibətlər olmayıb, İddiaçı məxsus olan “Röya market” kimi tanınan qeyri-yaşayış sahəsi 2014-cü ildə Cavabdeh2 adına keçib, 2018-ci ilin yanvar ayında İddiaçı Rusiya Federasiyasından qayıtdıqdan və mağazanın boşaldılıb ona təhvil verilməsi barədə razılaşma əldə olunduqdan sonra 23, 24, 25 yanvar 2018-ci il tarixlərdə mağazada olan malların dəyəri hesablanmaqla 28.340 manat olduğu müəyyən edilib, mağazada olan mallar naturada İddiaçı təhvil verildiyi üçün, sonuncu da 28.340 manat pulu Vüsal Nəsibov, Əlibaba Qasımov və Natiq Vəlizadənin şahidliyi ilə Cavabdeh1 təhvil verib. Göründüyü kimi cavabdehlər iddiaçıdan hər hansı məbləğdə borc pul almaları nı qəti şəkildə inkar edirlər və iddiaçıdan borc pul almalarını izahatlarında, apelyasiya və kasasiya şikayətlərində etiraf etməmişlər. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, cavabdehlərin izahatları, apelyasiya şikayətinin dəlilləri ilə bağlı heç bir araşdırma aparmadan, eləcə də Cavabdeh1 tərəfindən üç şahidin iştirakı ilə imzalanmış sadə yazılı formada 28 yanvar 2018-ci il tarixdə tərtib edilmiş qəbzin şərtlərini təfsir edərkən, həmin qəbz üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, həmçinin tərəflər arasındakı müqaviləyə qədərki telefon danışıqlarını, sms, vatsab yazışmalarını, 2018-ci ilin yanvar ayınadək tərəflərin qarşılıqlı münasibətlərində yaranmış işgüzar münasibətləri, eləcə də tərəflərin 2018-ci ilin yanvar ayından sonrakı hərəkətlərini, o cümlədən cavabdehlərlə digər qardaşlar arasında yaranmış barışmaz münasibətləri, bir sözlə bütün müvafiq halları nəzərə almadan, Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq, yalnız sadə yazılı formada tərtib edilmiş qəbzdəki söz və ifadələrin hərfi mənasına əsaslanaraq, cavabdehlərin iddiaçıya 28.340 manat ödənilməmiş borclarının olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sadalanan maddənin mənasına görə, müqavilə üzrə pulun məhz borc olaraq verilməsini sübut etmək yükü ilk növbədə borc verənin öhdəsinə duşur. Borc müqaviləsinin digər iştirakçısı sayılan borc alan isə, pul vəsaitini borc verənə qaytarmağa o, vaxt borcludur ki, həmin pul vəsaitini bilavasitə almış və ya borc verən tərəfin əsaslandırdığı faktları etiraf etmiş olsun. Hazırki halda, cavabdehlər iddiaçı ilə aralarında hər hansı formada borc müqaviləsinin bağlandığını qəti şəkildə inkar edirlər və aralarında heç bir borc hüquqi münasibətlərin olmadığını bildirirlər. İddiaçının tələbinin əsası kimi istinad etdiyi 28 yanvar 2018-ci il tarixli qəbzin məzmunundan da tərəflər arasında həqiqətən borc hüquqi münasibətl ərin olması açıq-aşkar sübuta yetmir və həmin qəbzdə iddiaçının 28.340 manat pulu Cavabdeh1 məhz borc şəklində verməsi və sonuncunun həmin pulu iddiaçıdan məhz borc şəklində alması açıq-aşkar təsdiq olunmur. Əksinə, Cavabdeh1 izahatında, apelyasiya və kasasiya şikayətlərində sözügedən qəbzə əsasən 28.340 manat pulu İddiaçı mağazada qalan malın qalıq dəyəri olaraq təhvil götürdüyünü bildirir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə, məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsində də təsbit edilib göstərilib. Həmin maddənin mənasına görə, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni olmaqla yanaşı, eyni zamanda əsaslı olmalıdır. Qətnamənin əsaslılığı dedikdə- qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o, vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, hazırki məhkəmə icraatı üzrə əsl həqiqəti müəyyən etmək üçün 28 yanvar 2018-ci il tarixli qəbzin tərtib olunmasında iştirak edən şəxslərin, o cümlədən həmin qəbzi bilavasitə imzalamış Natiq Vəlizadə və Əlibaba Qasımovun şahid qismində dindirilmələri üçün məhkəmə iclasına dəvət edilmələrini tərəflərə təklif etmədən, işdə iştirak etmiş şəxslərin izahatlarını işə əlavə edilmiş digər sübutlarla, o cümlədən birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Vüsal Nəsibovun ifadəsi ilə müqayisəli şəkildə tədqiq edib yoxlamadan, həmin sübutlara Azərbaycan Respublikası MPM-nin 88, 106.1, 218.1-ci maddələrinin t ələbləri baxımından hüquqi qiymət vermədən, “Röya market” mağazasının hüquqi statusuna, həmin mağazanın kimə məxsus olmasına, mağazanın və onun içərisində olan əmlakların cavabdehlər tərəfindən iddiaçıya təhvil verilməsi ilə 28 yanvar 2018-ci il tarixdə şahidlərin iştirakları ilə tərtib edilib tərəflərin özləri tərəfindən imzalanmış yazılı qəbz arasında hər hansı bağlılığın olubolmamasını araşdırmadan, həmin qəbzin ümumiyyətlə Cavabdeh2 tərəfindən imzalanmamasını nəzərə almadan, iddiaçının iddia etdiyi pulun cavabdehlərdən müştərək qaydada tutulmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Halbuki, Cavabdeh2 sözügedən qəbzlə üzərinə hər hansı öhdəlik götürməmişdir və həmin qəbz ümumiyyətlə onun tərəfindən imzalanmamışdır və o, iddiaçıdan hər hansı məbləğdə p ul almasını nə birinci, nə də apelyasiya instansiyası məhkəmələrində etiraf etməmişdir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsində göstərilir ki, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, iddia bir neçə cavabdehə verildikdə onların hər birinə qarşı yönələn tələb, onların öz tələblərini əsaslandırdıqları hallar iddia ərizəsində göstərilməlidir. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla t əsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilib. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını, sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kasasiya şikayətində göstərilən digər dəlill əri də müzakirə edib hesab edir ki, kasasiya şikayəti təmin edilməli, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı və işə yenidən apelyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kasasiya şikayəti təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 11 fevral 2020-ci il tarixli, 2(107)-379/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3398/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3398/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver