Məhkəmə qərarları › İş №2(102)-34/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-34/2020

10.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-34/2020 10.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi ilə, ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlunun, Cavabdeh vəkili Bayramov Rəşad Mirələm oğlunun iştirakları ilə, ləğv prosesində olan İddiaçı ASC-nin və Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Ləğv pros esində olan İddiaçı ASC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin faiz və əldən çıxmış fayda borcu hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kreditin kredit faizlərinin və cərimənin ödənilməsi ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 14 iy ul 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən T.Əkbərov, iş 2(003)-149/2016) iddia qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 597500 manat, faiz borcu üzrə 38550 manat, balansdankənar hesabda hesablanan faiz borcu üzrə 177216,09 manat, cəmi 813266,09 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin Bakı şəhəri, ünvan 1 ünvanında 0.04149 ha torpaq sahəsində yerləşən 2 nömrəli 363.1 kv.m ümumi, 201.1 kv.m əsas, 161.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 900000 manat müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş vəsait hesabına X1 "İddiaçı" ASC-yə olan borcunun ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), V.Həsənov və Ş.Məmmədova, iş № 2(103)-372/2019) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, ləğv prosesində olan “xxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli, 2(003)-149/2016 saylı qətnaməsi “əldən çıxmış faydanın təmin olunmayan”, ilkin satış qiyməti və cəmi məbləğ hissələrində ləğv edilmiş, həmin hissələrdə iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın qismən təmin edilməsi, Cavabdeh 44314 (qırx dörd min üç yüz on dörd) manat əldən çıxmış faydanın Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulması, iddia tələbinin əldən çıxmış fayda ilə bağlı qalan hissədə təmin edilməməsi, cavabdehdən tutulmalı ola n cəmi məbləğin 857580,09 (səkkiz yüz əlli yeddi min beş yüz səksən manat doqquz qəpik) manat müəyyən edilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 5.466.000 (beş milyon dörd yüz altmış altı min) manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, apelyasiya mərhələsində keçirilmiş məhkəməqiymətləndirmə ekspertizasının tədqiqatı dəyəri olan 500 (beş yüz) manatın 315 (üç yüz on beş) manatı Cavabdeh, 185 (yüz səksən beş) manatı ləğv prosesində olan “xxxx” ASCdən alınaraq, Az.MEM, VÖEN **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC, VÖEN **********, Müxbir hesab AZ25NABZ**********0000047944, KOD:505594; SWİFT: GUNAAZ22 saylı hesaba keçirilməsi, apelyasiya mərhələsində keçirilmiş əlavə məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan 278 (iki yüz yetmiş səkkiz) manatın 175 (yüz yetmiş beş) manatının Cavabdeh, 103 (yüz üç) manatının ləğv prosesində olan İddiaçı ASC-dən alınaraq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesabına keçirilməsi qət edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Ləğv prosesində olan İddiaçı ASC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsinin faiz və əldən çıxmış fayda borcu hissəsində ləğv edilməsini, iddianın həmin hissədə təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Məmmədov Azər Məhəbbət oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosess ual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Cavabdeh vəkili Bayramov Rəşad Mirələm oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndi rilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 22 yanvar 2010-cu il tarixli, KM FŞ 013 saylı kredit müqaviləsinə görə, Cavabdeh 48 ay müddətinə illik 22 % ödəmək şərti ilə 700.000 manat kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 22 yanvar 2010-cu il tarix li, KM FŞ 013 saylı kredit müqaviləsinə əlavə sazişə görə, 22 yanvar 2010-cu il tarixli, KM FŞ 013 saylı kredit müqaviləsinin 2.3 və 5.2-ci bəndləri dəyişdirilmiş, kredit üzrə faiz dərəcəsi illik 26 faiz, vaxtında qaytarılmayan məbləğə isə illik 52 faizlə cərimənin ödənilməsi müəyyən edilmişdir. Cavabdehə məxsus Bakı şəhəri ünvan1 ünvanında 0.04149 ha torpaq sahəsində yerləşən 2 nömrəli 363.1 kv.m ümumi, 201.1 kv.m əsas, 161.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2016-cı il tarixli 3131 nömrəli rəyindən aydın olur ki, 22 yanvar 2010-cu il tarixli, KM FŞ 013 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla faizlərin hesablanmasını n dayandırıldığı 03 avqust 2010-cu il tarixə Cavabdeh İddiaçı ASC-yə olan borcu 636050 manat məbləğində müəyyən edilir. Əsas borc 597500 manat, faiz borcu 38550 manat. Bundan başqa, Cavabdeh təqdim olunmuş hesabdan çıxarış məlumatları, 22 yanvar 2010-cu il tarixli, KM FŞ 013 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 22 yanvar 2014-cü il tarixə İddiaçı ASC-yə olan borcu 813266,09 manat məbləğində müəyyən edilir. Əsas borc 597500 manat, faiz borcu 38550 manat, balansdankənar hesabda hesablanan faizlərin həcmi 177216,09 manat. Məhkəmə mühasibatlıq ekspertizanın 02 aprel 2019-cu il tarixli, 14605 saylı rəyinə əsasən 22 yanvar 2010-cu il tarixli, KM FŞ 013 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 22 yanvar 2014-cü il tarixə İddiaçı ASC-yə olan borc u 813266,09 manat məbləğində müəyyən edilir. Əsas borc 597500 manat, faiz borcu 38550 manat, balansdankənar hesabda hesablanan faizlərin həcmi 177216,09 manat. Məhkəmə-xətşünaslıq ekspertizasının 07 fevral 2019-cu il tarixli 1625 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş İddiaçı ASC ilə borcalan Cavabdeh adlarından olan 22 yanvar 2010-cu il tarixli KM FŞ 013 saylı kredit müqaviləsinə 30 mart 2010-cu il tarixli 1 saylı əlavə sazişdə “Borcalan” qrafasında “Cavabdeh” yazısının qarşısındakı imzaCavabdeh tərəfindən icra olunmuşdur. 20.01.2010-cu il tarixli sonrakı ipoteka müqaviləsində “xxxx” MMC tərəfindən hazırlanmış 21 yanvar 2010-cu il tarixli ekspert rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında 0.04149 ha torpaq sahəsində yerləşən 2 nömrəli 363.1 kv.m ümumi, 2 01.1 kv.m əsas, 161.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinə likvid dəyəri 900000 manat məbləğində müəyyən olunmuşdur. “xxxx” MMC-nin 16 may 2019-cu il tarixli, ƏEM/M-14-554/2019 saylı rəyinə əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 1974,97 kv.m sahədən ibarət 4 mərtəbəli qeyriyaşayış sahəsinin 16 may 2019-cu il tarixə bazar dəyəri ******* manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739.1, 739.2, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 445.7-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 34.1, 39.3.3-cü maddələrini tətbiq etmişdir. Ləğv prosesində olan İddiaçı ASC və Cavabdeh kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdilər. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kolle giyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında gö stərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli Bakıldə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətlərinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar