Məhkəmə qərarları › İş №2(102)-34/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-34/2021

28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-34/2021 28.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, X15, X10, X3, X11, X30, X45 oğluna və X31 qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpağın alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X21 və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, X29 oğlunun katibliyi, iddiaçının vəkili X33, Cavabdeh4 və Cavabdeh5 vəkili X17 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-192/2020 nömrəli iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 28 yanvar 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba rayonu Aqrar İslahat Komissiyasının 23 mart 1999- cu il tarixli qərarı ilə Cavabdeh1, Cavabdeh4, X12, Cavabdeh5 və Cavabdeh3 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,06 ha torpaq sahəsi, Torpağa mülkiyyət hüququna”dair JN456 saylı, 30319018 kodlu olan şəhadətnamə verilmişdir.

2. İddiaçı, Cavabdeh1, Cavabdeh4 və X12 iştirakı ilə tərtib edilmiş 02 yanvar 2003-cü il tarixli aktdan görünür ki, Cavabdeh1, Cavabdeh4 və X22 JN-456 saylı, kodu 30319018 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında özlərinə məxsus 1,06 ha torpaq sahəsini ******* köhnə manata İddiaçı satmışlar.

3. İş materialları nda olan X18 tərəfindən Quba rayonu İ Nügədi kənd bələdiyyəsinə yazılmış ərizədən görünür ki, payına düşən torpaq sahəsini həyat yoldaşı Cavabdeh4 satmasına heç bir etirazı yoxdur.

4. Cavabdeh1 03.02.2010-cu il tarixdə vəfat etmişdir və X23, Cavabdeh4, X19, X13, Cavabdeh3 və X20 onun hüquqi varisləri kimi işə cəlb edilmişlər.

5. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehlər sırasında göstərilmiş X22 - X18, Cavabdeh3 isə Cavabdeh3. Bundan sonra X1, Cavabdeh3 isə Cavabdeh3 ilə əvəz edilmiş və X18 və mərhum Cavabdeh3 22.09.2015-ci il tarixdə vəfat etdiyindən X37, X38 və X39 onun hüquqi varisləri kimi işə cəlb olunmuşdur.

6. Quba rayon İ Nügədi bələdiyyəsi tərəfindən verilmiş 27 aprel 2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı 2002-ci ilin oktyabr ayından 01.01.2017-ci il tarixə kimi istifadə etdiyi Cavabdeh4 məxsus olan 1,06 ha torpaq sahəsinin hər il üçün vergisini ödəmişdir.

7. Məhkəmə-xəttşünaslıq ekspertizasının 11 may 2018-ci il tarixli, 9156 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 adlarından İddiaçı adına bağlanmış olan aktda «Torpaq sahəsinin satılmasına tam razı olduğumuzu imza edirik:” yazılarından aşağıda yerləşən “2” rəqəmindən sonrakı “Cavabdeh4” yazılarının qarşısındakı imza, “Aktın doğruluğunu imzalarımızla təsdiq edirik.” yazılarından aşağıda yerləşən “2” rəqəmindən sonrakı “Cavabdeh4R” yazıları qarşısındakı imza - Cavabdeh4 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 adlarından İddiaçı adına bağlanmış olan aktda “Torpaq sahəsinin sat ılmasına tam razı olduğumuzu imza edirik:” yazılarından aşağıda yerləşən “2” rəqəmindən sonrakı “Cavabdeh4” yazılarının qarşısındakı imza, “Aktın doğruluğunu imzalarımızla təsdiq edirik.” yazılarından aşağıda yerləşən “2” rəqəmindən sonrakı “Cavabdeh4R” yazıları qarşısındakı imzada - qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmamışdır. 8. 20 sentyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 2 yanvar 2003-cü il tarixli aktda «X22» və «Sultanov A.R.» sözlərinin önündəki imzalar- Cavabdeh2 tərəfindən icra olunmuşdur. 9. 17 dekabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 7a səhifəsində X5 adından olan tarixsiz ərizədə «Ələkbərova A.» soyadının önündəki imza - X tərəfindən icra olunmuşdur. Eksper tizaya təqdim olunmuş, mülki işin 7a səhifəsində X5 adından olan tarixsiz ərizənin əlyazma mətni - X tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı 04 may 2017-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 Quba rayonu AİK-nın 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə onlara verilmiş JN-456 saylı, kodu 30319018 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyət hüququ əsasında özlərinə məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,06 ha torpaq sahəsini ona satmalarına dair aralarında bağlanmış 02 yanvar 2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 Qrucbəy, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 Quba rayonu AİK-nın 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə onlara verilmiş JN-456 saylı, kodu 30319018 olan Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə mülkiyyət hüququ əsasında özlərinə məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,06 ha torpaq sahəsini 02 yanvar 2003-cü il tarixdə ona sataraq, öz aralarında torpağın alqı-satqısına dair akt-müqavilə yazaraq imzalamışlar. Torpaq sahəsini alarkən o, cavabdehlərə pulu tam ödədiyindən, cavabdehlər torpaq sahəsinə dair dövlət aktının əslini ona təhvil vermişlər. Aldığı vaxtdan torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsinə dair vergi borclarını ödəyir. Cavabdehlər həmin t orpaq sahəsini satarkən notariat kontoruna gedib, alqı-satqı müqaviləsini təsdiq etdirəcəklərini bildirmişdilər. O da cavabdehlərə inanmışdır. Lakin artıq neçə ildir cavabdehlər notariat kontoruna gəlmədiklərindən, həmin alqı-satqı müqaviləsi bu günə kimi təsdiq olunmamış qalmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

12. Quba Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(027)-153/2018 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.C.Tahirov) iddia təmin olunmamış, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 156 manatın İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilm əsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə istinadən bağlanmış əqd o zaman etibarlı hesab edilə bilər ki, torpaq sahəsinın alqı-satqısına dair formalara riayət edilsin, torpaq sahəsinin mülkiyyətçilərinin hamısı torpağın satılmasına razılıq versin. Hazırkı halda torpaq sahəsi payları müəyyən olunmayan ümumi birgə mülkiyyətdədir. Belə olan halda 5 mülkiyyətçilərin birinin payının satılmasına digər mülkiyyətçi də razı olmalıdır. Mübahisə üzrə qanunvericilikdə nəzərdə tutulan həmin şərtlər mövcud deyildir. Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 və İddiaçı arasında 02 yanvar 2003-cü il tarixdə Torpağa mülkiyyət hüququna dair JN-456 saylı, kodu 30319018 olan dövlət aktına əsasən 1,06 ha torpaq sahəsinin alqı-satqısına dair akt bağlansa da həmin akt daşınmaz əşyaların alqı-satqısına dair əqd formasına uyğun deyildir, mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçilərindən sayılan X həmin akta imza etməmiş, ümumiyyətlə, aktın bağlanmasından xəbəri olmamışdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 146.1, 152.1, 213, 222, 240.1, 240.2, 335.2 və 336.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

15. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-4193/2018 nömrəli iş üzrə 20 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 05 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1, Cavabdeh4 və X22 və İddiaçı arasında 02 yanvar 2003cü il tarixdə Torpağa mülkiyyət hüququna dair JN-456 saylı, kodu 30319018 olan dövlət aktına əsasən 1,06 ha torpaq sahəsinin alqı-satqısına dair akt bağlansa da, həmin akt, daşınmaz əşyaların alqı-satqısına dair əqd formasına uyğun deyildir, mübahisəli torpaq sahəsinin birgə mülkiyyətçilərindən sayılan X həmin akta imza etməmiş, ümumiyyətlə, aktın bağlanmasından xəbəri olmamışdır. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3610/2019 nömrəli, 27 may 2019-cu il tarixli qərarı ilə (hakimlər – Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), M.Əhmədova və Ə.Rüstəmov) İddiaçı kassasiya şikayəti təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-4193/2018 saylı, 20 dekabr 2019-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

20. Məhkəmə kollegiyası qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, mübahisənin predmeti olan 1,06 ha torpaq sahəsi ümumi mülkiyyətin birgə deyil, paylı növünə aiddir. Torpaq sahəsinin naturada bölgüsünün aparılmaması onun paylı mülkiyyət olmasını istisna etmir, subyek tlərdən hər birinin payının göstərilməməsi isə onların bərabər paylara, yəni 0,212 ha sahəyə malik olmalarına dəlalət edir. İşə baxan məhkəmələr isə torpağın mülkiyyətçilərindən olan Cavabdeh4 və Cavabdeh1 torpağın satılmasına dair akta imza etdiklərini nəzərə almamış, onlara münasibətdə iddia tələbinin təmin edilməsinin mümkünlüyünü diqqətdən qaçırmışlar.

21. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəyə aid olmayan maddi hüquq normalarına istinad etmiş, müqavilənin notarial qaydada təsdiq edilməməsini göstərmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, alqı-satqı aktı tərtib edilərkən qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsinə görə, əqdin notariat qaydada təsdiq edilmədən də mümkün ola biləcəyi təsbit edilmişdir.

22. Həmçinin məhkəmə X18 tərəfindən Quba rayonu İ Nügədi kənd bələdiyyəsinə yazılmış ərizənin sonuncu tərəfindən yazılıb-yazılmamasını, eyni zamanda torpağın satılmasına dair aktda Cavabdeh2R qrafasındakı imza ilə, qeyd olunan ərizədə X qrafasındakı imzanın eyni şəxsə məxsus olub-olmaması, həmin imzaların iş üzrə cavabdeh kimi cəlb edilmiş Cavabdeh2 (əslində X) aid olub-olmamasını müəyyən etməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Təkrar apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 20 sentyabr 2019-cu il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqdim olunmuş 2 yanvar 2003-cü il tarixli aktda «X22» və «Sultanov A.R.» sözlərinin önündəki imzalar- Cavabdeh2 tərəfindən icra olunmuşdur.

24. Təkrar apellyasiya baxışı zamanı keçirilmiş əlavə məhkəmə-xətşünaslıq ekspertizasının 17 dekabr 2019-cu il tarixli rəyi ilə müəyyən edilir ki, ekspertizaya təqim olunmuş, mülki işin 7a səhifəsində X5 adından olan tarixsiz ərizədə «Ələkbərova A.» soyadının önündəki imza - X tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, mülki işin 7a səhifəsində X5 adından olan tarixsiz ərizənin əlyazma mətni - X tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-192/2020 nömrəli iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), S.Qafari və F.Məmmədov) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-153/2018 saylı, 05 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qi smən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4,X18 və İddiaçı arasında bağlanmış 02 yanvar 2003-cü il tarixli alqı-satqı müqaviləsinin qismən, Cavabdeh1, Cavabdeh4, X Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli, 07 saylı qərarı ilə onlara verilmiş JN 456 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə mülkiyyət hüququ əsasında özlərinə məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən 1,06 ha torpaq sahəsinin onlara məxsus olan 0,636 ha torpaq sahəsinin satılmasına dair hissədə etibarlı hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh4 və X4 müştərək qaydada 254 manat ekspertiza xərcinin tutularaq büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Az.MEM, VÖEN **********, AZ 34 CTRE********************, X9, KOD 210005 VÖEN ***** ***** Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir.

26. İşə təkrar baxan apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisənin predmeti olan 1,06 ha torpaq sahəsi ümumi mülkiyyətin birgə deyil, paylı növünə aiddir. Torpaq sahəsinin naturada bölgüsünün aparılmaması onun paylı mülkiyyət olmasını istisna etmir, subyektlərdən hər birinin payının göstərilməməsi isə onların bərabər paylara, yəni 0,212 ha sahəyə malik olmalarına dəlalət edir.

27. Həmçinin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, torpağın mülkiyyətçilərindən olan Cavabdeh4, X6, X torpağın satılmasına dair akta imza etməklə torpağı satmağa razı olduqlarını bildirmişlər. Məhkəmə nəzərə almamışdır ki, alqı-satqı aktı tərtib e dilərkən qüvvədə olan Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin notariat qaydada təsdiq edilmədən də mümkün ola biləcəyi təsbit edilmişdir.

28. Bundan başqa iş materiallarından görünür ki, iddiaçıya satılması ilə bağlı 02.01.2002-cü il tarixdə akt tərtib edilmiş, akt icra edilərək torpaq sahəsi iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinə dair dövlət aktı iddiaçıya təhvil verilmiş, torpağa dair vergilər hər il iddiaçı tərəfindən ödənilmiş, cavabdehlərin notariat orqanına gedərək torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirməkdən imtina etməsi müəyyən edilmişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsinə dair tələblər, yəni torpaq sahəsinin iddiaçıya satılmasının qiyməti, müqaviləni imzalayan tərəflərin öhdəlikləri qeyd edilmiş və müqavilənin şərtləri faktiki olaraq icra edilmişd ir.

29. Eyni zamanda Cavabdeh4 verdiyi izahatında torpağı satmaq fikrinin olmadığını, alqı-satqı aktındakı imzanın ona məxsus olmadığını, torpaq sahəsini 2015ci ildə iddiaçının istifadəsinə verməsini bildirmişdir. Lakin cavabdehin bu izahatları həqiqəti əks etdirməməklə keçirilən ekspertiza rəyləri və işdə olan Quba rayonu İ Nügədi bələdiyyəsi tərəfindən verilmiş 27 aprel 2017-ci il tarixli, 44 saylı arayışla təkzib edilmişdir. Belə ki, həmin arayışdan görünür ki, İddiaçı 2002-ci ilin oktyabr ayından 01.01.2017-ci il tarixə kimi istifadə etdiyi mübahisəli 1,06 ha torpaq sahəsinin hər il üçün vergisini ödəmişdir.

30. Bununla yanaşı cavabdeh X18 tərəfindən Quba rayonu İ Nügədi kənd bələdiyyəsinə yazılmış ərizədən görünür ki, payına düşən torpaq sahəsini həyat yoldaşı Cavabdeh4 satmasına heç bir etirazı yoxdur. Ekspertiza rəyinə əsasən akt və ərizədəki imzaların onun tərəfindən icra olunduğu müəyyən olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi cavabdehlər Cavabdeh1, Cavabdeh4, X ilə aralarında bağlanmış 02.01.2003-cü il tarixli alqı-satqı müqaviləsinin Cavabdeh1, Cavabdeh4, X və Cavabdeh5 Quba rayon AİK-nin 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə onlara verilmiş JN 456 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlkət Aktı ilə mülkiyyət hüquqi əsəasında özlərinə məxsus, Quba rayon İ Nügədi kəndində yerləşən, 1.06 ha torpaq sahəsinin onlara məxsus olan 0,848 ha torpaq sahəsinin satılmasına dair hissədə etibarlı hesab edilməsi barədə yeni qərar qəbul edəsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsində pay mülkiyyətçisi olan Cavabdeh5 08.08.1995-ci il təvəllüdlü olduğunu, yəni 02 yanvar 2003-cü il tarixli alqı-satqı müqaviləsi bağlanarkən onun 8 yaşı olmaqla azyaşlı olduğunu, Cavabdeh4 sonuncunun atası olduğunu, azyaşlı övladına məxsus payı satmaq səlahiyyətinə malik olduğunu və həmin payı ona satdığını nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı Cavabdeh5 tərəfindən verilmiş yazılı etirazda kassasiya şikayətinin təmin olunmaması, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılma sı xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin əsaslı olduğunu bildirərək, onun təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh4, X ilə aralarında bağlanmış 02.01.2003-cü il tarixli alqı-satqı müqaviləsinin Cavabdeh1, Cavabdeh4, X və Cavabdeh5 Quba rayon AİK-nin 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə onlara verilmiş JN 456 KOD 30319018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlkət Aktı ilə mülkiyyət hüquqi əsəasında özlərinə məxsus, Quba rayon İ Nügədi kəndində yerləşən, 1.06 ha torpaq sahəsinin onlara məxsus olan 0,848 ha torpaq sahəsinin satılmasına dair hissədə etibarlı hesab edilməsi barədə yeni qərar qəbul e dəsini xahiş etdi.

35. Cavabdeh4 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

36. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 vəkili kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi.

37. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh2, X23, X19, X13, X20, X37, X38 və X39 hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhb ər tutaraq işə cavabdehlər Cavabdeh2, X14, X7, X2, X8, X25, X26 və X27 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

38. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

39. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiy a şikayətində iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktını iddianın Cavabdeh5 münasibətdə təmin edilməmiş hissəsində mübahisələndirdiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

42. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. (maddə 213.1)

43. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. (maddə 213.2)

44. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. (maddə 214.1)

45. Paylı mülkiyyətin mülkiyyətçisi öz payın ı sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. (maddə 215.6)

46. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırarsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu etibarlı hesab etməyə haqlıdır. Bu halda əqdin notariat tərtibatı tələb olunmur. (1 sentyabr 2000-ci ildən 1 noyabr 2005-ci ilə kimi qüvvədə olan 335.2-ci maddə )

47. Qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanm asına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. (maddə 36.2) Ailə Məcəlləsi

48. Uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə müəyyən olunur. (maddə 55.4) “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanunun

49. Torpaq paylarının ölçüsü sovxozun və ya ko lxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.(maddə 13)

50. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.(maddə 14) Mülki Prossesual Məcəllə

51. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

52. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

53. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

54. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

55. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

56. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyi şiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Mübahisəli torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri olan Cavabdeh5 02 yanvar 2003-cü il tarixli alqı-satqı müqaviləsi bağlanarkən 8 yaşı olmaqla azyaşlı olması, Cavabdeh4 sonuncunun atası kimi azyaşlı övladına məxsus payı satmaq səl ahiyyətinə malik olması və həmin payı iddiaçıya satması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, qanunvericiliyin tələbləri baxımından uşağın mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən müvafiq maddələri ilə müəyyən olunur və Mülki Məcəllənin tələblərinə əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların ayrılmasına səbəb olan əqdlə ri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. (47, 48)

59. İş materiallarından göründüyü kimi iddiaçı qeyd edilən razılığın alınması ilə bağlı iş materiallarına hər hansı bir sübut təqdim etməmişdir. Halbuki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (52)

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayə ti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-192/2020 nömrəli iş üzrə 19 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar