Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-340/2023 30.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ Açar sözlər:borc tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(103)-492 6/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 1855/-xx.xx.2015SUR56 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə illik 21% olmaqla 8800 manat məbləğində pul vəsaiti verilmişdir. 2. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zamin durmuşdur. 3. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi ndən görünür ki, Cavabdeh3 Cavabdeh1 bank qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqədar zamin durmuşdur. 4. 11 avqust 2015-ci il tarixli, İddiaçı QSC ilə "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən "xxxx" ASC problemli kreditlərlə bağlı öz tələbetmə hüququnu İddiaçı QSC-yə güzəşt etmişdir. 5. 03.11.2021-ci il tarixli bildirişdən görünür ki, Azərbaycan Beynəlxalq Bankı” ASC problemli kreditlərlə bağlı öz tələbetmə hüququnu İddiaçı QSC-yə güzəşt etməsi barədə cavabdehlərə məlumat verilmişdir. 6. xx.xx.2021-ci il tarixli, 4773 nömrəli arayışdan görünür ki, Cavabdeh1 borcu ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən İddiaçı QSC-yə xx.xx.2017-ci il tarixdə ötürülən borc məbləği 7920,82 manat əsas borc və 818.36 manat faiz borcu olmaqla cəmi 8739,18 manat təşkil ed ir. Cavabdehin xx.xx.2021-ci il tarixinə İddiaçı QSCyə olan borcu isə 7770.82 manat əsas borc və 818,36 manat faiz borcu olmaqla ümumilikdə 8589,18 manat təşkil edir.
7. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1988/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, ”Aqrarkredit” QSC-nin borclarına görə X2 Edilməsi Agentliyinin iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7920.82 əsas borc və 818 manat faiz borcunun tutulması qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8034/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən şikayəti təmin edilmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)-1988/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Həmin qətnamədə qeyd edilir ki, iddiaçı “X2 Edilməsi Agentliyi özünün yox, mə hz başqasının – İddiaçı QSC-nin mənafeyinə iddia qaldırmışdır. Həmçinin qeyd olunur ki, “X2 Edilməsi Agentliyi” nin öz mənafeyi üçün iddia qaldırmasına maddi-hüquqi əsas yoxdur, belə ki, o, həmin borc məbləğini tələb etmək hüququna malik deyildir. a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddiaərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borc üzrə 7770,82 manat, faiz borcu üzrə 818,36 olmaqla, cəmi üzrə 8 589,18 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 105,89 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi o nunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən, xx.xx.2015-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh1 ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit müqaviləsinə əsasən Bank borc alana istehlak məqsədi ilə 8800 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Müqaviləyə görə kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.4 bəndi) “Borcalan”a verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə hər gün illik 21 %-lə hesablanır. Cavabdeh1 bank q arşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh1 banka hazırda olan əsas borc üzrə 7770,82 manat, faiz borcu üzrə 818,36 olmaqla, cəmi üzrə 8589,18 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir.
11. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək hazırki iddia tələbi ilə bağlı müddət ötürüldüyü üçün həm in əsasla tələbin təmin edilməməsini xahiş edərək göstərmişdir ki, hazırki tələblə eyni məzmunlu olan iddia tələbi Suraxanı Rayon Məhkəməsinin 2(010)-835/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə əlaqədar geri qaytarılmışdır.
12. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(010)-1387/2022 nömrəli, 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim:Tural Məmmədov) iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbi ilə bağlı müddət ötürüldüyü üçün həmin tələb təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə, müqaviləyə əlavə edilmiş saziş və ödəniş cədvəlindən göründüyü kimi, müqavilənin icra müddə ti xx.xx.2018-ci il, cavabdehin son ödəniş tarixi isə xx.xx.2018-ci ildir. Hazırkı iddia ərizəsi isə xx.xx.2022-ci ildə məhkəməyə daxil olmuş, yəni həm müqavilənin icra müddətindən, həm də borclu şəxsin sonuncu ödəniş tarixindən qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Bu hal isə iddianın rədd edilməsi üçün əsasdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.1, 377.2 və 554.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nı n 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək sonrakı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)835/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərardadı ilə iddiaçı “Aqrarkredit" QSC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “əsas və faiz borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi geri qay tarılmışdır, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddia müddətini ötürməmişdir. Belə ki, mülki mübahisəyə baxılan zaman qeyd olunan hallar məhkəmə tərəfindən xüsusi ilə nəzərə alınmalı və iddia müddətinin axımının davam etməsi kimi qiymətləndirilməlidir. Həmçinin qeyd edilən kredit müqaviləsi üzrə cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 150 manat məbləğində ödəniş edildiyi üçün iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən təzələnmişdir.
17. Apellyasiya icraatı zamanı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə sorğu verilmiş və sorğuya cavab məktubunda iddiaçının xx.xx.2021-ci il tarixində (poçt zərfinə əsasən) iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etdiyi və həmin mülki işin xx.xx.2022-ci il tarixində hakim Təranə Mahmudovanın icraatına daxil olduğu qe yd edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra - apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(103)-4926/2022 nömrəli qətnaməsi ilə (hakimlər: F.Talışınski (sədrlik edən və məruzəçi), A.İmanov və Q.Əsgərov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət olunmuşdur.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, hazırki münasibətlərdə hətta analogiya üzrə belə müddətin axımının dayanması, kəsilməsi və müddətin üzrlü hesab edilərək bərpası üçün əsaslar müəyyən edilmir. Belə ki, iddiaçının özünün apellyasiya şikayətində etiraf edilənlərə əsasən belə, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 150,00 mana t məbləğində ödəniş edildiyi üçün iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən hesablanan (davam edən) müddət xx.xx.2021-ci il tarixdə bitmiş və müddəti ötürərək, xx.xx.2021-ci il tarixdə iddia ilə ilk dəfə, sonra isə xx.xx.2022-ci il tarixdə hazırki icraat üzrə məhkəməyə müraciət etmişdir. Müddətin dayandırılması və bərpası üzrə dəyərləndirmə iddia müddətinin ötürülməsi səbəblərinin iddia müddətinin son altı ayında təsadüf etdiyini ehtiva edir. Lakin qeyd edilən bu son altı aya təsadüf etməsi səbəbi müəyyən (sübutlar və dəlillər birinci instansiya məhkəməsinə təqdim) edilmədiyindən müddətin dayandırılmasına və ya bərpasına qiymət verilməsi də apellyasiya baxışının hədləri baxımından mümkün deyildir. Bundan əlavə, iddiaçı müddətin ötürülməsi səbəblərinin (iddia müddətinin son altı ayın da) üzrlü sayıla bilən halları müzakirəyə təqdim etsə də, bunlar da nəzərə alındıqda yenə müddətin ötürüldüyü müəyyən edilir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377, 378, 379.1-379.6, 380 və 382-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə yeni qərar qəbul edilmə sini xahiş etmişdir.
22. İiddiaçı şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdehin banka əsas borcu üzrə 7770,82 manat, faiz borcu üzrə 818,36 manat olmaqla, cəmi üzrə 8589,18 manat məbləğində borcu qalmışdır və həmin borc ödənilməmiş, kredit öhdəliyi yerinə yetirilməmişdir. Buradan da göründüyü kimi bankla cavabdeh arasında müqavilənin qüvvədən düşməsinin konkret vaxtı müəyyən edilməmişdir. İstər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən bütün bu hallar nəzərə alınmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 448-ci maddəsinin tələblərini nəzərə alınmamış və cavabdehin kredit borcunun qəsdən ödəməməsinə hüquqi əsas verərək iddia müddətinə dair ərizəsi ə sas götürülməklə Mülki Məcəllənin 373.2-ci maddəsinə görə qətnamə qəbul edilmişdir. Halbuki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icra müddəti ilə bağlı şərtlər nəzərdə tutulmuşdur. Həmçinin cavabdeh ilə bağlanmış kredit müqaviləsində müqavilənin qüvvədə olma müdddəti və xitamı öz əksini tapmışdır. İşin faktiki hallarından görünür ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri qəsdən icra etməmişdir. Belə olan halda, məhkəmə tərəfindən mülki qanunvericiliyinin tələblərini və müqavilə öhdəlikləri nəzərə alınmadan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq qətnamə qəbul edilmişdir.
23. İddiaçı şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 390.1, 399.3, 399.4, 405.1, 425. 1, 425.2, 430.1, 448.1, 448.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
25. Maddə
377. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə idd ia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır.
26. Maddə
378. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.
27. Maddə 379.1. İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda; iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda; müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə; fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda; müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəs i dayandırıldıqda; tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.
28. Maddə 379.2. Fiziki şəxslərin həyatına və ya sağlamlığına dəymiş zərərin əvəzinin ödənilməsi haqqında iddialar üzrə iddia müddətinin axımı həmçinin fiziki şəxsin müvafiq orqana pensiya və müavinət təyin edilməsi haqqında müraciəti ilə əlaqədar olaraq pensiya və ya müavinət təyin edilənədək və ya təyin etməkdən imtina olunanadək dayandırılır.
29. Maddə 379.3. İddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
30. Maddə 379.4. Müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axı mı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.
31. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.
32. Maddə 379.6. Əgər tələbi qanuni təmsilçisi olmayan məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxs irəli sürürsə, iddia müddəti həmin şəxs tam fəaliyyət qabiliyyətli olanadək və ya onun üçün təmsilçi təyin edilənədək dayandırılmış sayılır.
33. Maddə
380. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən so nra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
34. Maddə
382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Mülki Prosessual Məcəllə
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların möv cud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır Ka ssasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayəti dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətində qeyd edilən dəlillər iş materialları ilə öz təsdiqini tapmır, mülahizə xarakterli olmaqla formal əsaslara söykənmişdir, həmin dəlillər apellyasiya şikayətində də irəli sürülmüş və apellyasiya məhkəməsi tə rəfindən tam, hərətərfli, obyektiv və qərəzsiz araşdırılmaqla hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
47. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM -nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
48. Məhkəmə kollegiyası qənaətinə görə apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının özünün apellyasiya şikayətində etiraf edilənlərə əsasən belə, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 150 manat məbləğində ödəniş edildiyi üçün iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən hesablanan (davam edən) müddət xx.xx.202 1-ci il tarixdə bitmiş və müddəti ötürərək, xx.xx.2021-ci il tarixdə iddia ilə ilk dəfə, sonra isə xx.xx.2022-ci il tarixdə hazırki icraat üzrə məhkəməyə müraciət etmişdir. Müddətin dayandırılması və bərpası üzrə dəyərləndirmə iddia müddətinin ötürülməsi səbəblərinin iddia müddətinin son altı ayında təsadüf etdiyini ehtiva edir. Lakin qeyd edilən bu son altı aya təsadüf etməsi səbəbi müəyyən (sübutlar və dəlillər birinci instansiya məhkəməsinə təqdim) edilmədiyindən müddətin dayandırılmasına və ya bərpasına qiymət verilməsi də apellyasiya baxışının hədləri baxımından mümkün deyildir. Bundan əlavə, iddiaçı müddətin ötürülməsi səbəblərinin (iddia müddətinin son altı ayında) üzrlü sayıla bilən halları müzakirəyə təqdim etsə də, bunlar da nəzərə alındıqda yenə müddətin ötürüldüyü müəyyən edili r.
49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticəsi mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda gö stərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(103)-4926/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.