Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3400/2019 16.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1 vəkili Həsənov Rəsul Əsraf oğlunun, cavabdeh x2 vəkili Bədəlov Fuad Murad oğlunun iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2887/18 saylı, 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim: T.Əkbərov) iddia tələbi təmin edilərək, ünvan 1ndə və evin yerləşdiyi həyətyanı torpaq sahəsin də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin mütəxəssislərinə zəruri ölçü işlərinin aparılmasına və bununla bağlı hərəkətlərə maneə törətməsinin cavabdehə qadağan edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 12 dekabr 2018-ci il tarixli, 2(103)13077/2018 saylı qətnaməsi ilə (hakimlər İ.Şirinov, T.Səmədov və E.Kazımov) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2887/18 saylı, 16 avqust 2018-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh x2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 12 dekabr 2018-ci il tarixli, 2(103)-13077/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 və evin yerləşdiyi həyətyanı torpaq sahəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin mütəxəsisslərinə zəruri ölçü işlərinin aparılmasına və bununla bağlı hərəkətlərə maneə törətməsinin cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (İddia tələblərinin həcmi azaldılmışdır). İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 12 dekabr 2018-c i il tarixli, 2(103)-13077/2018 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: Cavabdeh x2 vəkili Bədəlov Fuad Murad oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı x1 vəkili Həsənov Rəsul Əsraf oğlu kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəflərin vəkillərini dinləyib, kassasiya şikayətinin dəlillə rini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış 19.01.2018-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, torpaq sahəsinə mütəxəssislər tərəfindən çöl ölçmə işlərinin aparılmasına şərait yaradıldığı təqdirdə ərizəsinə yenidən baxılacaqdır. İşdə olan Bakı şəhəri 7 saylı Xüsusi Notariat kontorunun 05 aprel 2018-ci il tarixli məktubundan görünür ki, x3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı həmin kontora müraciət daxil olmuş, mərhumun 03.11.1981-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin ərizəsi əsasında 03.11.2016cı il tarixdə kontor tərəfindən vərəsəlik işi açılmış, qızı x1 mərhumun vərəsəsi olması barədə məlumat verilmişdir. İşdə olan həmin kontor tərəfindən iddiaçıya ünvanlanmış 25.05.2018-ci il tarixli məktubdan görünür ki, mərhumdan miras qalmış mübahisəli evə dair hüquqmüəyyənedici sənəd sayılan çıxarış olmadığı üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyil. İşdən göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1906/2015 saylı,. 03.04.2015-ci il tarixli qətnaməsi ilə x1 apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-694/2013 saylı, 17.05.2013-cü il tarixli qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilmiş, x2 x4 qarşı “evin miras kimi qəbul edilməsi faktının müəyyən olunması, həmin evin bəzi tikililərinə qanun üzrə vərəsəlik hüququnun tanınması və bu tikililərin ona aid edilməsi” tələblərinə qarşı iddiasının təmin olunmaması qərara alınmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.01.2016-cı il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətlə ri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “İnsan hüququnun və əsas azadlıqların Müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3400/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3400/2019
16.05.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver