Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3400/2022 30.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh2 İddiaçı və Cavabdeh3 qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi, pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilkin, Cavabdeh2 İddiaçı və Cavabdeh3 qarşı pul tələbi barədə qarşılıqlı iddiası üzrə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kolle giyasının 2(103)-685/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə 30 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 xx.xx.2020-ci il tarixdə, saat 16:00 radələrində Bakı-Quba yolunun 65-ci km-də Cavabdeh2 məxsus “DAF TE 105 XF” markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkət edərkən, İddiaçı məxsus “SCHMİTZ SKO 24” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı yarımqoşqu qoşulmuş “X5 1844 LS” markalı ** VK *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur. 2. xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli X3 Protokolda və TP ******* nömrəli X4 Haqqında Qərarda qeyd edilmişdir ki, Cavabdeh 3 baş vermiş hadisə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. 3. 27.08.2020-ci il tarixli İXP ******* nömrəli X3 Protokolda və TP ******* nömrəli X4 Haqqında Qərarda qeyd edilmişdir ki, Cavabdeh1 baş vermiş hadisə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir.
4. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “DAF TE 105 XF” minik markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1 və C avabdeh2 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia ərizəsi və iddia ərizəsinə əlavə təqdim edərək məhkəməyə müraciət etmiş, ona dəymiş 14400 (on dörd min dörd yüz) manatın, onun tərəfindən müstəqil qiymətləndirici X2 ödənilmiş 105 manatın, hüquqi yardım göstərilməsi ilə bağlı 5 saylı Vəkil Bürosuna ödənilmiş 110 manatın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 14645 (on dörd min altı yüz qırx beş) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, baş vermiş hadisə nəticəsində yarımqoşquya külli miqdarda ziyan dəymişdir. Dəymiş ziyanın məbləği, müstəqil ekspert Namiq Xanlarov tərəfindən verilmiş zərərin hesablanması aktına əsasən 13160 manat təşkil edir. Hadisə ilə əlaqədar aparılan araşdırmalar nəticəsində Cavabdeh1 İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuşdur. Qeyd olunan deliktin Cavabdeh1 tərəfindən törədilməsi və onun mülki məsuliyyətinin əsası, xx.xx.2020-ci il tarixli TP ******* saylı X4 haqqında qərarla müəyyən edilir. Cavabdehə dəfələrlə dəymiş ziyanın ödənilməsi barədə xəbərdarlıq edilsə də, vurduğu zərərin əvəzini ödəməkdən boyun qaçırmışdır.
7. Cavabdeh2 İddiaçı və Cavabdeh3 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 7.580 manat maddi zərər, 100.000 manat mənəvi zərər və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 107.610 manatın cavabdehlər İddia çı və Cavabdeh3 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 öz istifadəsində olan digər cavabdeh İddiaçı mülkiyyətindəki “X5 1844 LS” markalı ** VK *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə dayanma-durma qaydalarını kobud surətdə pozaraq yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olmuş, nəticədə ona külli miqdarda maddi zərər dəymişdir. Bu isə onu deməyə əsas verir ki, ilkin iddia üzrə İddiaçı və Cavabdeh3 əməlləri qanunsuzdur və baş verən delikt hadisəsində onların özlərinin də təqsiri vardır.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 9/6061 nömrəli rəydə qeyd edilmişdir ki, müstəqil ekspert N amiq Xanlarov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avto hissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “SCHMİTZ SKO 24” markalı ** ZH *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 12460 manat müəyyən edilmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(001)-647/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.M.Abbasova) ilk iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş zərərin əvəzi olaraq 12460 (on iki min dörd yüz altmış) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1 və 1108.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə nəticəsində məlum olmuşdur ki, onun avtomobilinə dəymiş zərər 14400 manat təşkil edir, eyni zamanda, onun tərəfindən müstəqil qiymətləndiriciyə 105 manat, hüquqi yardıma görə vəkil bürosuna 110 manat ödənilmiş, birinci instansiya məhkəməsi bunları nəzərə almamışdır.
12. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsində digər sürücü, üçüncü şəxs barəsində də X3 protokol tərtib edilmiş və qərar qəbul edilmişdir, lakin bu hal məhkəmədə araşdırılmamışdır.
13. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın ona aid hissədə ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi dəymiş zərərin əvəzinin məhz onun mülkiyyətçi olması əsası ilə ondan tutmaqda haqlı olmam ışdır.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiya məhkəməsi) 2(103)-685/22 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, qarşılıqlı iddia tələbinə aid hissədə ləğv edilmiş, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmış, Cavabdeh2 yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-685/22 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia qismən təmin edilmiş, Cavabdeh1 dəymiş ziyana görə 12460 manat, əlavə xərclərə görə 215 manat, ödənilmiş dövlət rüsumu kimi 45 manat, ümumilikdə 12720 manatın alınaraq İddiaçı verilməsi qət edilmiş, ilk iddia tələbi qalan hissədə, eləcə də Cavabdeh2 aid hissədə təmin edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, həmin ekspert rəyi daha mötəbər və əsaslı olduğundan və həmin rəyə əsasən dəymiş zərər 12460 manat müəyyən edildiyindən, iddia tələbi məhz 12460 manat hissədə təmin edilməlidir.
17. Məhkəmə kollegiyası Cavabdeh2 apellyasiya şikayətinə əsasən qeyd etmişdir ki, mübahisəyə baxan birinci instansiya məhkəməsi maddi hüquq norması kimi Mülki Məcəllənin 1108-ci maddəsinə istinad etsə də, həmin normanı səhv təfsir etmiş, bunun nəticəsində də qanuni sahib Cavabdeh1 ilə yanaşı mülkiyyətçi kimi Cavabdeh2 də mülki hüquq pozuntusuna görə məsuliyyət daşıması kimi düzgün olmayan qənaətə gəlmişdir.
18. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinə əsasən qeyd etmişdir ki, mülki iş materiallarında olan Cavabdeh3 barəsində İXM-nin 346.1-ci maddəsinin parklanma qaydalarının tələblərinin pozulması barədə xx.xx.2020-ci il tarixli inzibati protokol tərtib edilmişdir. Həmin pozuntu parklanma qaydası ilə bağlı olmuşdur. Belə olan halda aydı n olur ki, digər sürücünün yol hərəkəti qaydasını, parklanma qaydalarını pozması, hələ öz-özlüyündə mülki hüquq pozuntusuna görə məsuliyyətə səbəb olmur. Bunun üçün, həm də mütləq qaydada, pozuntu ilə zərərli nəticə arasında səbəbli əlaqənin olması şərtdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, digər sürücü Cavabdeh3 qanunsuz hərəkəti ilə baş vermiş yol-nəqliyyat hadisəsi arasında hər hansı səbəbli əlaqə olmamışdır. Beləliklə Cavabdeh1 apellyasiya şikayətinin dəlili əsassızdır.
20. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqi qaydalarını pozmuş, maddi hüquq normasını səhv təfsir etmiş, təqdim olunan sübutlara düzgün qiymət verməmiş, nəticədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir.
21. Məhkəmə gəldiyi nəticəni Mü lki Məcəllənin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1, MPM-in 384, 385.1.1 və 386-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı kassasiya şikayəti verərək qətnamənin qismən, iddianın Cavabdeh2 Möhübbət oğluna münasibətdə təmin edilməməsi hissəsində ləğv edilməsi, iddianın ilk iddia üzrə hər iki cavabdehə münasibətdə təmin edilməsi və ziyanın cavabdehlər tərəfindən iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətində Mülki Məcəllənin 1096, 1087, 1108.1, “İcbari sığortalar haqqında” Azərbaycan respublikası Qanununun 22.2.1 və 50.2.1.2, MPM-in 88, 217.1, 217.2, 386, 387.1, 416.1, 417.1.4 və 418.2-ci maddələrinə istinad edilmişdir.
24. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (ə ldən çıxmış fayda) başa düşülür.
28. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
29. Maddə 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
32. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Mülki Prosessual Məcəllə
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə gö rə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı və cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. İş üzrə İddiaçı şikayətinə görə məhkəmə kollegiyası Cavabdeh2 ona də ymiş ziyana görə məsuliyyətdən azad etməklə qanunun tələbinə uyğun olmayan nəticəyə gəlmişdir.
43. Müəyyən olunduğu kimi Cavabdeh1 qəza törədərkən idarə etdiyi avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətində olmuşdur.
44. Cavabdeh2 özünə məxsus avtomobili 30 may 2019-cu il tarixdən 05 sentyabr 2028ci il tarixə kimi istifadə hüququ əsasında Cavabdeh1 etibar etmişdir.
45. Cavabdeh1 həmin avtomobili idarə edərkən onun təqsiri üzündən baş vermiş qəza nəticəsində iddiaçıya maddi ziyan dəymişdir.
46. Mübahisəli hüquq münasibətini tənzimləyən Mülki Məcəllənin 1108-ci maddəsi zərərin əvəzinin yüksək təhlükə mənbəyinin mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoymuşdur.
47. İddiaçıya zərər bilavasitə S.Surzayzadənin təqsiri üzündən baş vermiş qəza nəticəsində dəydiyindən və eləcə də o, həmin avtomobildən qanuni əsasla, yəni etibarnamə əsasında istifadə etdiyindən apellyasiya instansiyası məhkəməsi zərərin ondan tutulmalı olması barədə nəticəyə gəlməkdə haqlı olmuşdur.
48. Hazırkı vəziyyətdə ziyanın ödənilməsinin eyni zamanda Cavabdeh2 üzərinə qoyulması üçün qanuni əsaslar olmadığından kollegiya kassasiya şikayətinin əsassız sayır və hesab edir ki, şikayət təmin edilməməlidir.
49. Kollegiya qəzanın baş verməsində avtomobili qəflətən yolun hərəkət hissəsində saxlayan Cavabdeh3 təqsiri üzündən baş verməsinə dair Cavabdeh1 kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğundan qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
50. Məhkəmə kollegiyasının mövqeyi o ndan ibarətdir ki, apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
52. MPM-nin 407.2-ci ma ddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları dü zgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
54. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-685/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.