Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3401/2020 12.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(107)420/2020 saylı qətnaməsindən Cavabdeh Qasım qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.M.Əliyev, iş № 2(039)-848/2019) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası təmin edilərək Cavabdeh 5.500 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 5.530 manatın İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda Cavabdeh İddiaçı qarşı qızıl-zinət əşyaları tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.R.Hüseynov, M.M.Hüseynov və E.Ş.Hüseynov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin xx xxxx 2019-cu il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: 2019-cu ilin fevral ayında İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sonuncuya 5500 manat məbləğində borc pul verdiyini, həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq cavabdehin həmin borcu qaytarmamasını əsas göstərərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən cavabdehdən 5500 ma nat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə Cavabdeh qarşılıqlı iddia verərək ona məxsus qızıl-zinət əşyalarının İddiaçı alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kasasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərək ləğv edilməsini, ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalar ına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi ilkin iddianı təmin edib, qarşılıqlı iddianı rədd edərkən tərəflərin təqdim etdikləri sübutları əsas götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı bir dəfə 1000 manat, daha sonra isə 4500 manat pul götürmüş və bu hallar təqdim edilmiş qəbzlərlə təsdiq olunur. Həmçinin Cavabdeh həmin qəbzlərdə olan mətni və imzaları özü icra etmədiyini bildirsə də, qəbzlərdə olan imzaların onun tərəfindən icra edilməsi ekspertiza rəyləri ilə təsdiq edilir. Həmin nəticəsini hüquqi cəhətdən əsaslandırarkən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 280.1, 385.1, 442 və 739-cu maddələrinə əsaslanmışdır. Qarşılıqlı iddiaya dair hissədə apelyasiya instansiyası məhkəməsinə görə Cavabdeh qarşılıqlı iddianın əsaslı olmasını sübuta yetirə bilməmiş və məhkəməyə bu barədə mötəbər sübutlar təqdim etməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara və qanunun tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3401/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3401/2020
12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver