Məhkəmə qərarları › İş №2(102)-3401/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3401/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3401/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçılar: İddiaçı1, İddiaçı2 Cavabdeh: Cavabdeh İddia tələbi: pul tələbi Açar sözlər: sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə 19 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları 21 may 2019-cu il tarixdə İddiaçı1 və Vəkilova X1 Aidə Şirvan qızına qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 727 ABŞ dollarının İddiaçı1 xeyrinə, 727 ABŞ dollarının İddiaçı2, ödənilmiş 30 manat dövlət rüsumunun və çəkilmiş 50 manat məhkəmə məsrəflərin onların xeyrlərinə tutulmasına dair qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 05 may 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcluya illik 32% olmaqla, 15 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin borcun təminatı olaraq həmin tarixdə bankla İddiaçı1 və İddiaçı2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-298/2016 saylı iş üzrə 14 yanvar 2016-cı il tarixli qətnaməsi ilə (hakim İ.M.Mahmudov) “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh, İddiaçı1 və İddiaçı2 qarşı kreditin və kredit faizlərinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, iddiaçının xeyrinə 1128,94 ABŞ dolları məbləğində əsas borc, 324,19 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1453,13 ABŞ dollarının və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi manatla məzənnəyə uyğun pulun cavabdehlərdən tutulması qət edilmiş və qətnamə icraya yönəldilmişdir. İddiaçı1 və İddiaçı2 pensiyaçı olduqları üçün kredit borcu onların pensiyalarından tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat Sumqayıt şəhər Məhkəməsinin 2(060)-7096/2018 saylı iş üzrə 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim G. C.Tanrıverdiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 727 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı1 xeyrinə, 727 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borcun İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan arayışları rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, iddiaçılar hər biri ayrı-ayrılıqda ödədikləri pulu cavabdehdən tələb etməkdə haqlıdırlar. Apellyasiya instansiyası məhkəməsində icraat Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırıl mışdır ki, iddiaçıların ödənişlərinin bir hissəsi üzrə iddia müddəti keçmiş, bir hissəsi üzrə ödənişlərin iddiaçılar tərəfindən ödənilməsi mötəbər sübutlarla təsdiq olunmamış, məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına və tərəflər arasındakı qarşılıqlı münasibətlərə uyğun olmamaqla, qətnamənin nəticə hissəsində məhkəmə tərəfindən “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 10-cu bəndinin tələbi pozulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1670/2020 nömrəli iş üzrə 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Q.Məmmədov, Ş.R.Abasov, S.A.Qafari) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iddia qismən təmin edilmiş, cavabdehdən 1430,18 manat və ödənilmiş 30 manat dövlət rüsumu məbləğində pulun İddiaçı1 və 1127,55 manat məbləğində pulun İddiaçı2 xeyrinə tutulması qət edilmişdir. Apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun arayışları ilə əsaslandırmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 17.05.2019cu il tarixli, 2491 saylı arayışı ilə İddiaçı1 pensiyasından “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1430,18 manat, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin 01.06.2020-ci il tarixli məktubu ilə İddiaçı2 pensiyasından icra vərəqinə əsasən 01.07.2016-30.09.2017-c i il tarixlərində 1127,55 manat tutulması müəyyən olunmuşdur. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qə tnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəlləsinin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməs i cavabdehin kassasiya şikayəti əsasında iddianın təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdi yi halları sübut etməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar