Məhkəmə qərarları › İş №2(102)-3402/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3402/2021

25.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3402/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-3402/21 (Açar sözlər: maddi və mənəvi zərər) Bakı şəhəri, 25 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil1 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2394/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən gördüyü işin qüsurları nəticəsində vurulmuş zərərin əvəzi olaraq 4749 manatın və mənəvi dəymiş 2000 manatın, dövlət rüsumunu kimi ödənilmiş 30 manat pulun, cəmi 6779 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə E kəndində 0,05 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində özlərinə münasib ev tikmək qərarına gəlmişlər. Cavabdehi bir bənna kimi tanımışdır. Bu məqsədlə aldığı torpaq sahəsini cavabdehə göstərmiş və cavabdehə təklif etmişdir ki, evin bünövrəsindən başlayaraq özü təkəcək və özü bacarmayan işləri də bacarıqlı ustalar gətirərək işlədəcək, evi ona tam hazır vəziyyətdə təhvil verəcək. O, cavabdehin dəqiq iş görəcəyinə inanaraq hətta evə lazım olan materialları da almağı da etibar etmişdir. Cavabdeh ona 4749 manat ziyan vurmuşdur. Dəfələrlə cavabdehə bildirmişdir ki, buraxdığı nöqsanları aradan qaldırsın. Cavabdeh ondan əvvəlcədən pulunu aldığı üçün onu təhqir edərək işi görməməyi bildirmişdir. Cavabdeh bu illər ərzində ona mənəvi olaraq 2000 manat ziyan vurmuşdur. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 16 avqust 2019-cu il tarixli 2(067)-715/2019 nömrəli qərardadı ilə (hakim Anar Sadıqov) qərardadı i lə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 22417 nömrəli, 24.04.2020-ci il tarixli rəyinə əsasən, Ekəndində yerləşən RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı məxsus 0,05 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanla rı ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2. bəndlərinin tələblərinə və tikinti norma və qaydalarına uyğun inşa olunmadığı müəyyən edilmişdir. Ekəndində yerləşən İddiaçı məxsus 0,05 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində aparılmış təmir işləri qüsurlu şəkildə olduğu və bu qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 3282,5 manat məbləğində müəyyən olunur. Tədqiq olunan yaşayış evində mövcud olan qüsurlar, həmin evdə keyfiyyətsiz tikinti təmir işlərinin aparılması nəticəsində yaranmışdır. Birinci instansiya məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(067)-1183/2020 nömrəli qətnaməsi ilə (hakim Anar Sadıqov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh maddi ziyana görə 3282.5 manat məb ləğində pulun, mənəvi ziyana görə 100 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 25 manatının cavabdehdən alınaraq iddiaçıya verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 6 manatının İddiaçı, 84 manatının isə Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385, 427, 442, 448.1, 762.1, 762.2, 762.3, 762.4, 777.1, 777.2, 777.4, 779.1, 780.2, 1091.1, 1092.1, 1093.1, 1096, 1097.1, 1128.1, 1129.2, 1130.1, 1132-ci və Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Səyyad Qafari- sədrlik edən və məruzəçi, Şəmsəddin Abasov, Telman Məmmədov) 2(105)-2394/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Cavabdeh maddi ziyana görə 3282.5 manat məbləğində pulun və mənəvi ziyana görə 100 mana t məbləğində pulun alınaraq İddiaçı verilməsi hissəsində iddia tələbinni rədd edilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normanı düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini pul tələbi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə mülki qanunvericiliyin, podrat, əsassız varlanma delikt, eləcə də malın, işin və ya xidmətlərin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsində əmələ gələn münasibətlərini tənzimləyən maddi hüquq normalarına istinad etmişdir. İşdən görünür ki, iddiaçı aldığı torpaq sahəsində yaşayış evi tikmək məqsədilə torpaq sahəsini cavabdehə göstərdiyini, həmin torpaq sahəsində tikiləcək evin cavabdeh tərəfindən inşa edilməsi ilə razılaşdığını, lakin cavabdehin ona olan inamından istifadə edərək 4749 manat ziyan vurduğunu və bu ziyanın aradan qaldırılması ilə bağlı dəfələrlə etdiyi müraciətinə baxmayaraq qüsurlar aradan qaldırılmadığını, ilkin müraciətində ona vurulmuş ziyanı dəqiqləşdirmədiyini, hazırda isə həmin ziyanı tam dəqiqləşdirdiyini iddia edərək hazır ki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi tərəflər arasında podrat müqaviləsi bağlanmış, lakin sübutetmə yükü daşıyan iddiaçı təmir tikinti işləri aparılan zaman olan qüsurların məhz cavabdeh tərəfindən törədildiyi iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə vəzifəsi üzərinə düşən iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu təsdiq edəcək hər hası bir tutarlı sübut təqdim edə bilmədiyindən, iddia tələbini qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil2) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və Xaçmaz Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli qətnaməsinin qüvvədə saxlanması barədə qətnamə qəbul etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdehi hansısa bir şirkət kimi tanımamışdır. O, sadəcə öz qohumlarının vasitəsi ilə cavabdehi bir bənna kimi tanımışdır. O, cavabdeh lə necə müqavilə bağlaya bilərdi ki, cavabdeh Əjdərin bir bənna kimi heç bir qanuni fəaliyyəti olmamışdır. Onun bu barədə bildirdiklərinə apelyasiya kollegiyası məhəl qoymamışdır. Xaçmaz rayon məhkəməsində Əjdər etiraf etmişdir ki, onun evini inşa edib, evin xaricində və daxilində olmuş qüsurlar onun səhvi icbatından olmuşdur. Cavabdeh bunu apelyasiya məhkəməsində də etiraf etmiş, işə baxan hakim buna da məhəl qoymamışdır. Xaçmaz rayon məhkəməsi qətnamə qəbul edərkən iki ekspertiza rəyinə və cavabdehin etirafına əsasən qətnamə qəbul etmişdir. X1 cavabdehin dediklərini etiraf saymayaraq qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayəti qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası ic lasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili Vəkil1 kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməs i tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Maddə 762.1,762.2,762.4. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üz rə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya kollegiyası kasasiya şikayətinin dəlilləri üzrə qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmışdır. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh iddiaçının qeyd etdiyi kimi iddia tələbini etiraf etməmiş, əksinə iddiaçının onun gördüyü işi bəyəndiyini, borclu olduğu ödəməmək üçün ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini göstərmişdir. İddiaçı isə cavabdehin təqsirli hərəkəti nəticəsində maddi və mənəvi zərərə məruz qalması barədə hər hansı sübuta istinad edə bilməmişdir. Bu səbəbdən iddiaçının kasasiya şikayətinni dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2394/2020 nömrəli iş üzrə 05 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar