Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3403/2024 21.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: delikt nəticəsində vurulmuş maddi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-731/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayət inə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 17:45 radələrində Bakı-Quba yolunun 23 km-də Bakı istiqamətində istifadəsində olan Hyundai County mikroavtobus markalı, ** LJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İddiaçı1 məxsus Mersedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxa hissəsində vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi zamanı maşını digər iddiaçı - oğlu İddiaçı2 idarə etmişdir.
2. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tör ətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. 3. "X5” ASC tərəfindən verilmiş 63637 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı1 5000 (beş min) manat sığorta hadisələri üzrə ödəniş həyata keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara dəymiş ziyanın əvəzi olaraq 9770 (doqquz min yeddi yüz yetmiş) manat məbləğində pulun, eləcə də ödənilmiş 117,7 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikası "Bakı Ekspertiza Mərkəzi” tərəfindən Mersedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə nəticəsində Mersedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ehtiyat hissələri 11170 manat, görülən işlər 3600 manat olmaqla, ümumilikdə 14770 (on dörd min yeddi yüz yetmiş) manat məbləğində maddi zərər dəymişdir. Həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. Qalıq olaraq 9770 manat maddi ziyan qalmışdır. Avtomobil ailənin yeganə qazanc yeridir.
6. Mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-489/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspertiza rəyinə əsasən müəyyən olunmuşdur ki, avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11335,0 manat təşkil edir. Ekspertiza rəy i "Bakı Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssis rəyin əsasında tərtib edilmişdir.
7. Qubadlı Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) iddianın qismən təmin edilməsi, Cavabdeh Mersedes markalı, ** XK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzi olaraq 6335 manat və 83,35 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı1 ödənilməsi, dövlət rüsumunun 34,35 manat məbləğində hissəsinin İddiaçı1 aid edilməsi, qalan hissədə iddia rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, İddiaçı2 avtomobilə münasibətdə yalnız idarəetmə hüququ olduğundan onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ yoxdur. Mercedes Benz E220 CDİ minik markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddia çı1 olduğundan cavabdehdən avtomobilə vurulmuş ziyan məhz İddiaçı1 xeyrinə tutulmalıdır. Həmin məbləğ 6335 manat təşkil edir, belə ki, dəymiş ümumi zərər ekspert tərəfindən 11335 manat müəyyən edilir, həmin zərərin 5000 manatı sığorta tərəfindən ödənilmişdir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1108.1-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 106, 119.1, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Cavabdeh qətnamədən apellyasiya şikayət verərək, "Mersedes Benz” minik markalı, 99- XK-818 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın dəqiq və obyektiv hesablanması məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi və nəticədən asılı olaraq iş üzrə yeni qə tnamənin qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində və ekspert rəyində göstərilən avtomobilə dəymiş maddi ziyanın məbləği şişirdilmişdir. Çünki, göstərilən ehtiyat hissələri və onların dəyər qiyməti hazırki tarixə əmlak bazarında olan qiymətləri əks etdirmir. Cavabdeh məhkəməyə təqdim edilmiş "Bakı Ekspertiza Mərkəzi”nin ekspert rəyi ilə razı olmadığını bildirmiş və avtomobilə dəymiş maddi ziyanın dəqiq və obyektiv hesablanması məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə məhkəməyə yazılı vəsatət vermişdir. Lakin, ona məlum olmayan səbəbdən vəsatət nə müzakirə, nə də təmin edilməmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, dəymiş maddi zərər düzgün he sablanmamış və obyektiv qiymətləndirilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə qərar qəbul edərkən işin faktiki hallarını tam, ətraflı və obyektiv araşdırmadan qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinin tələbləri pozulmuşdur.
12. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-731/2024 saylı qətnaməsi ilə (hakimlər Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1) Qubadlı Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Məhkəmə kollegiyası hesab etmişdir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir.
14. Məhkəmə kollegiyası hesab etmişdir ki, ekspertiza tədqiqatının nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması "Bakı Ekspertiza Mərkəzi” -nin xx.xx.2023cü il tarixli ekspert rəyi (mübahisə obyekti "Mercedes Benz E220” markalı, **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməklə verildiyindən) əsasında aparılması mümkün olduğundan, birinci instansiya məhkəməsi dəymiş zərərin məbləği ilə bağlı düzgün nəticəyə gəlmişdir.
15. Məhkəmə kollegiyası cavabdehin məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə məhkəməyə yazılı vəsatət verməsi, lakin vəsatətinin müzakirə olunmaması və təmin edilməməsi barədə dəlilinə qiymət verərək qeyd etmişdir ki, cavabdehin ekspertiza keçirilməsi barədə vəsatəti birinci instansiya məhkəməsi tərəfindən təmin edilərək mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini bu hissədə əsaslı hesab etmir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 372.1, 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. Qətnamədən Cavabdeh kassasiya şikayəti vermişdir.
18. Cavabdeh apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
19. Cavabdeh kassasiya şikayətində bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsində Mülki Məcəllənin 1096.1, 1097.1, 1108.1 maddələri, Mülki Prosessual Məcəllənin 14.1, 88, 217.1-ci maddələri pozulmuşdur.
20. Kassator hesab etm işdir ki, məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, hər kəsə bəllidir ki, "xxxx" özəl ekspertiza mərkəzidir və onların verdiyi rəy mötəbər sübut kimi qəbul oluna bilməz. İşdən görünür ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti rəy verərkən "xxxx"-nin rəyindəki məlumatlara əsasən avtohissələrin qiyməti nəzərə alınmaqla avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 11335,0 manat müəyyən edilmişdir. "xxxx"-nin verdiyi rəydə avtomobilə hadisə zamanı zərər dəyməyən hissələr də qeyd olunub. Ekspertiza mərkəzi də məhz bu əsasla rəy verib. "xxxx"-nin verdiyi rəy mötəbər sübut kimi qəbul oluna bilməz və ona görə də onun verdiyi rəyin əsasındakı verilən yeni rəy də mötəbər sübut kimi qəbul olunmalı deyil. Sumqayıt Apellyasiya məh kəməsi cavabdehin vəsatətini təmin etməməkdə haqlı olmamışdır. Çünki avtomobil ekspertiza mərkəzinə təqdim olunmaqla rəy verilməlidir. Məhkəmə isə bunu etməmiş və mülki işi obyektiv araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
21. Əlavə olaraq kassator bildirmişdir ki, hazırkı vəziyyətdə iddiaçı hüquqdan suiistifadə edərək iddiaçıdan əsassız olaraq şişirdilmiş məbləğdə pul tələb edir. Hüquqdan sui-istifadə isə yolverilməzdir. Məhkəmə isə buna “şərait” yaradır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əml akının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
25. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
26. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurma yan şəxsin öhdəsinə qoyula bilər.
27. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüqu quna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndiril məlidir.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfin dən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam müba hisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütovlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyasının məruzəçini dinləyib, iş materiallarını, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır.
41. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, m əhkəmə kollegiyası, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-731/2024 nömrəli, 21 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.