Məhkəmə qərarları › İş №2(102)-3405/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3405/2019

13.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3405/2019 13.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil və cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(001)438/2018 saylı qətnaməsi ilə, idd iaçı (ləğv prosesində olan) İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulmasına dair” iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 31 mart 2015-ci il tarixli, ****/* saylı müqavilə və 27.01,2017-ci il tarixli əlavə saziş üzrə 237 697,53 Evro əsas borc, 40370,25 Evro faiz borcu, 3788 Evro cərimə olmaqla, ümumilikdə cəmi 281 855,78 Evro (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində borcun, 31 avqust 2015-ci il tarixli, ****/* saylı müqavilə və 27.01.2017-ci il tarixli əlavə saziş üzrə 228 546,88 ABŞ dolları əsas borc, 35265,15 ABŞ dolları faiz borcu, 3211 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 267 023.03 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) məbləğində borcun və 30 manat ödən ilmiş dövlət rüsumunun tutulması, 31 avqust 2015-ci il tarixli, ****/* saylı müqavilə və 27.01,2017-ci il tarixli əlavə saziş və 31 avqust 15-ci il tarixli, ****/* saylı müqavilə və 27.01,2017-ci il tarixli əlavə sazişin ləğv edilməsi, ilk iddia qismən təmin edildiyindən, ilk iddia üzrə İddiaçı ASC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 94%-i, yəni 28 (iyirmi səkkiz) manatı ilk iddia üzrə Cavabdeh tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi, qalan 6%-i, yəni 2 (iki) manatının ilk iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı «şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilə şərtlərinin restrukturizasiya edilməsinə dair» qarşılıqlı iddia ərizəsinin rədd edilməsi, qarşılıqlı iddia ər izəsi rədd edildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli, 2(103)-13432/2018 saylı qətnaməsi ilə (hakimlər Ş.Məmmədova sədrlik edən, məruzəçi V.Həsənov və N.Cəfərov) apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(001)- 438/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: ilk iddia üzrə İddiaçı ASC ilk iddia üzrə Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh "İddiaçı" ASC-nin xeyrinə 31 avqust 2015-ci il tarixli ****/* saylı müqavilə və 27.01,2017-ci il tarixli əlavə saziş üzrə 237697,53 evro əsas borc, 13629,28 evro faiz borcu, 2642,29 evro cərimə olmaqla ümumilikdə cəmi 253.969,10 evro məbləğində borcun; 31 avqust 2015-ci il tarixli ****/* saylı müqavilə və 27.01,2017-ci il tarixli əlavə saziş üzrə 228546,88 ABŞ dolları əsas borc, 9458,39 ABŞ dolları faiz borcu, 1879,38 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 239884,65 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 31 avqust 2015-ci il tarixli ****/* saylı müqavilənin və 27.01,2017-ci il tarixli əlavə sazişin və 31 avqust 2015-ci il tarixli ****/* saylı müqavilənin və 27.01,2017-ci il tarixli əlavə sazişin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı ilk iddia üzrə iddiaçı iddia tələbin in həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 31 avqust 2015-ci il tarixli 1028/6 saylı müqavilə və 27.01,2017-ci il tarixli əlavə saziş üzrə 31.07.2018-ci il tarixə 237697,53 avro əsas borc, 40370,25 avro faiz borcu, 18939,88 avro cərimə olmaqla ümumilikdə cəmi 297007,66 avro, 31 avqust 2015-ci il tarixli ****/* saylı müqavilə və 27.01.2017-ci il tarixli əlavə saziş üzrə 02.08.2018-ci il tarixə 228546,88 ABŞ dolları əsas borc, 35265,15 ABŞ dolları faiz borcu, 16057,48 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 279869,51 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, 31 avqust 2015-ci il tarixli ****/* saylı müqavilənin, 27.01,2017-ci il tarixli əlavə sazişin və 31 avqust 2015-ci il tarixli ****/* saylı müqavil ənin və 27.01,2017-ci il tarixli əlavə sazişin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh öz növbəsində İddiaçı ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2017-ci il tarixli ****/* saylı Əlavə Sazişin 1.1-ci bəndinin, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar restrukturizasiya edilərək, həmin bənddə güstəriləıı məbləğin ödənilməyən hissəsinin 22 dekabr 2016-cı il tarixə olan Mərkəzi Bankın rəsmi məzənnəsi ilə Azərbaycan manatına konvertasiva edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və onun v əkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, məhkəmə şəraitin dəyişməsi ilə qanunvericiliyin normalarna istinad etsə də, bunu özünün qərarın nəticə hissəsində göstərməmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili Vəkil isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılma sını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edil məsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə “İddiaçı" ASC arasında bağlanmış 31 avqust 2015-ci il tarixli ****/* saylı “Kredit kartın verilməsi və istifadəsi üzrə” müqaviləyə əsasən “İddiaçı" ASC tərəfindən master platinum vasitəsi ilə illik 23 faizlə 12 ay müddətinə 200 000 EVRO məbləğində, həmçinin həmin tarixli ****/* saylı “Kredit kartın verilməsi və istifadəsi üzrə” müqaviləyə əsasən illik 23 faizlə 12 ay müddətinə 200 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 27 yanvar 2017-ci il tarixli əlavə sazişlərlə hər iki müqaviləyə dəyişiklik edilərək ****/* saylı müqavilə üzrə qalıq qalmış 244 651,63 evro məbləğində borc 15% dərəcəsi ilə 36 ay müddətinə, ****/* saylı müqavilə üzrə qalıq qalmış 245 100,26 ABŞ dolları məbləğində borc 15% dərəcəsi ilə 36 ay müddətinə kreditə çevrilmişdir; İddiaçı ASC-nin ilk iddia üzrə Cavabdeh ünvanladığı 20.10.2017-ci il tarixli xəbərdarlıq məktubuna əsasən məlum olur ki, ilk iddia üzrə cavabdeh borcunu vaxtında ödəməsi barədə xəbərdar edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, ilk iddia üzrə cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, ilk idda üzrə iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. İlk iddia əsaslı olmuşdu r, apellyasiya şikayətinin ilk iddiaya dair dəlilləri isə əsassızdır. Belə ki, cavabdeh, faiz məbləğinin reallığı əks etdirməməsini qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Kredit müqaviləsi üzrə ilk iddia üzrə iddiaçı tərəfindən hesablanmış əsas borc məbləğini nəzərdən keçirib hesab edir ki, ilkin iddianın qismən təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qarşılıqlı iddiaya dair hissədə də əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı), Azərbaycan manatının ABŞ dolları və AVRO qarşısında ucuzlaşmasını, həmin müqaviləni bağlayarkən əsas götürdükl əri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi olduğunu iddia etmişdir. Qarşıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 422-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur (maddə 421.1). Əgər tərəflər müqaviləni n əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümi d etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir (422.2, 422.2.1, 422.2.2, 422.2.3, 422.2.4-cü maddələr). Qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi hallar müqavilənin dəyişdirilməsinə əsas ola biləcək şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflər 31 avqust 2015-ci il tarixdə kredit müqavilələri bağlayarkən ölkədə artıq devalivasiya baş vermiş və 1 ABŞ dollarının dəyəri 0,7862 manatdan 1,05 manatadək, 1 AVRO-nun dəyəri isə 0,8934 manatdan 1,1950 manatadək yüksəlmişdir (AR Mərkəzi Bankının rəsmi internet səhifəsinin (www.cbar.az) 21.02.2015-ci il tarixə olan AZN məzənnələri barədə məlumata əsasən). Bununla da təkrar ən devalivasiya baş verməsi riski və dolların manata məzənnəsinin təkrarən yüksəlməsi ehtimalı labüd idi. Göründüyü kimi, sərbəst bazar iqtisadiyyatı şəraitində milli valyutanın dəyərini müxtəlif yöndə dəyişməsi labüddür və mübahisəli müqavilələri bağlayarkən qarşıqlılı iddia üzrə iddiaçının milli valyutanın məzənnəsində dəyişikliyin ola bilməsi ehtimalını görmək imkanı olmuşdur. Eyni zamanda, sözügedən hal (devalvasiya) ölkə üzrə bütün müqavilə subyektlərinə, o cümlədən müştərilərdən ABŞ dolları və AVRO ilə əmanətlər qəbul etmiş və müvafiq faizlər ödəmək, əmanətləri geri qaytarmaq öhdəliyi daşıyan ilk iddia üzrə iddiaçıya da eyni dərəcədə təsir göstərməklə, ümumi və obyektiv xarakter daşıyır. Qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin əsaslandığı hallara gəlincə isə həmin də lillər əsassızdır. Birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiyasının məhkəmə kollegiyası mübahisəli münasibətlərə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilmə li olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli p ozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublik ası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair 07 sentyabr 2018-ci il qərarına əsasən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Həmin qərarda göstərilmişdir ki, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsini qarşısıalınmaz qüvvədən (fors-major hadisə) fərqləndirmək lazımdır. Belə ki, qarşısıalınmaz qüvvə müqavilə öhdəliklərinin icrasını qeyri-mümkün etdiyi halda, şəra itin əhəmiyyətli dərəcədə dəyişməsi öhdəliklərin son dərəcə ağır şərtlərlə icrasını şərtləndirir və onun icrası imkanını aradan qaldırmır. Bu halda öhdəliyin icrası mümkündür. Lakin bu cür icra tərəflərdən biri və ya müqavilədə iştirak edən bütün tərəflər üçün müqaviləni bağladıqları an mövcud olmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən iqtisadi cəhətdən yüklü olur. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi dedikdə, müqavilənin bağlandığı vaxt ölkədə mövcud olan, tərəflərdən asılı olmayan iqtisadi, hüquqi və digər faktorların əhəmiyyətli dərəcədə dəyişməsi başa düşülməlidir. Mülki Məcəllənin 422.1 -ci maddəsinə əsasən, manatın məzənnəsinin dəyişməsi kredit münasibətlərinin tərəfləri üçün gözlənilməz hal kimi qəbul edilə bilməz, odur ki, manatın məzənnəsinin dəyişməsi şəraitin əh əmiyyətli dərəcədə dəyişməsi meyarlarına cavab vermir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh kassasiya şikayətinin dəlili ilə əlaqədar olaraq kollegiya qeyd edir ki, kassasiya icraatı qaydasında işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə araşdırılarkən maddi və prosessual qanunverici-liyin tələblərinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, iradə ifadəsi ilə bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən lazımınca icra edilməmiş və nəticədə həmin müqavilənin vaxtında və lazımınca icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Kollegiya hesab edir ki, kassasiya şikayətində qe yd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Məhkəmə kоllеgiyаsı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 20 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar