Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3406/2020 05.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorun vəkili X1, və İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(011)-2047/2019, hakim S.B.Mehrəliyev) İddiaçı Cavabdeh1 və Cav abdeh2 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh2 maddi zərərə görə 4420 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-387/2020, hakimlər E.Y.Şamayev, M.A.Məmmədov və İ.Ə.Kərimli) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə dəyişdirilmiş, Cavabdeh2 vurulmuş maddi zərərin kompensasiyası kimi 3188 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2018-ci il tarixdə Cava bdeh2 idarə etdiyi “Volkswaqen Touareq” markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və İddiaçı idarə etdiyi “Skoda Yeti” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinə zərər dəymişdir. Bakı şəhəri Səbail RPİ-nin TŞ-nin baş təhqiqatçısı C.Hüseynov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx xxxxxxxx 2018-ci il tarixli qərarla və Bakı şəhəri BPİ-nin DYPİ tərəfindən tərtib olunmuş xx xxxxxx 2018-ci il tarixli protokolla yol-nəqliyyat hadisəsində Cavabdeh2 təqsiri müəyyən edilmişdir. “Skoda Yeti” markalı, **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş ziyan “xxxx” ASC tərəfindən 13010 manat məbləğində müəyyən olunmuş və həmin məbləğin 4012 manat hissəsi İddiaçı ödənilmişdir. xx xxxxxx 2018-ci il t arixdə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada ona məxsus avtomobilə vurulmuş 9030 manat maddi ziyanın, 10000 manat mənəvi ziyanın, taksi xidmətlərinə çəkdiyi 1000 manat xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarını pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırlmamışdır. Məhkəmə kollegiyasının iclasında kassatorun vəkili kassasiya şikayətin i müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı vəkilsiz iştirak etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Cavabdeh2 təqsirli hərəkəti nəticəsində iddiaçının idarə etdiy i avtomobilə ziyan dəymiş və həmin ziyana görə sığorta şirkəti tərəfindən sonuncuya 4012 manat məbləğində sığorta ödənişi verilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək vurulmuş zərərin 13010 manat məbləğində olduğundan həmin məbləğdə əvəzinin tutulması, bununla bərabər mənəvi zərərə görə 5.000 manat və taksiyə çəkdiyi xərclərə görə 1.000 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ət rafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Apellyasiya məhkəməsi tərəfindən iş üzrə kompleks məhkəmə avtotexniki və əmətəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertin xx xxxxxx 2019-cu il tarixli rəyinə əsasən nəqliyyat vasitəsinə ekspert tərəfindən bax ış keçirilərkən, yaxud foto-video görüntülərlə nəqliyyat vasitəsinin konkret olaraq hansı hissələrinin zədələndiyini, onların təmirlə bərpa oluna bilməsini və ya dəyişdirilməsini müəyyən etmək mümkün deyildir. Həmçinin qeyd olunur ki, baxış zamanı nəqliyyat vasitələrinin zədələnmiş hissələrini tam şəkildə müəyyən etmək mümkün olmur. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Tədqiq edilən 2012-ci il buraxılışlı, “Skoda Yeti” markalı, **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilin 2018-ci il tarixə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararl ı hissələrin dəyərini çıxmaqla təxminən 7200,00 (12000 manat - 40%) manat müəyyən edilir. Tədqiq edilən 2012-ci il buraxılışlı, “Skoda Yeti” markalı, **-ZZ-*** dövlət nömrə nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 6000,00 (10000 manat - 40%) manat müəyyən edilir. Apellyasiya məhkəməsinin də qətnaməsində göstərdiyi kimi cavabdeh Nurlana Məsimova törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində vurduğu 7200 manat məbləğində zərərə görə tam məsuliyyət daşımış, bununla bərabər iddiaçıya vurulmuş zərərin əvəzi kimi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinə uyğun olaraq 4012 m anat məbləğində sığorta ödənişi edilmişdir. Apellyasiya məhkəməsi iş üzrə keçirilmiş ekspertiza rəyi ilə müəyyən edilmiş zərərin həddini, iş materiallarında olan qüsur aktı və digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək avtomobilə vurulmuş zərərin məbləğinin hesablanması baxımından mötəbər sübut kimi qəbul edilməsini, vurulmuş ziyanın məbləğinin sığorta tərəfindən ödənilmiş məbləğindən artıq olduğunu və bu baxımdan Nurlana Məsimovadan tutulacaq məbləğin 3188 məbləğində müəyyən edilməsini əsaslı hesab etmişdir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3406/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3406/2020
05.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver