Məhkəmə qərarları › İş №2(102)-3407/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3407/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3407/2021 16.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-143/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı t ərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 aprel 2014-cü il tarixli 133 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 7% olmaqla 200.000 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, cavabdehin Banka 19 avqust 2019-cu il tarixinə əsas borcu 122.269.48 manat, 9292,94 manat faiz borcu, 10.354,51 manat cərimə, 1986,88 manat Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 143.903,81 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində ola n İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 122.269,48 manat əsas, 9.292.94 manat faiz borcu, 10.354.51 manat cərimə, 1986,88 manat Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 22 aprel 2014-cü il tarixli 133 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə 7% ödəmək şərtilə 200.000 manat məbləğində kredit vəsaiti verilmişdir. Hazırda cavabdehin 122.269,48 manat əsas borc, 9292,94 manat faiz borcu, 10.354,51 manat cərimə, 1986,88 manat Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu mövcuddur. Sumqayıt şəhər Məhkəməsinin (hakim Emin Abdullayev) 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, 122.269,48 manat əsas borc, 9292,94 manat faiz borcu, 10.354,51 manat cərimə, 1986,88 manat Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 143.903 (yüz qırx üç min doqquz yüz üç) manat 81 (səksən bir) qəpik məbləğində və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 442, 445.2.1, 445.7, 467-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2020-ci il tarixli 9/5112 saylı rəyindən görünür ki, 24 noyabr 2014-cü il tarixli 133 saylı kredit müqaviləsi üzrə Cavabdeh 24 sentyabr 2019-cu il tarixədək banka olan əsas borc üzrə 140.939,56 manat, faiz borcu 575,50 manat, 22.11.2019-cu il tarixədək isə 117.971,77 manat əsas borc, 0 manat faiz borcu təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər G.Tağızadə - sədrlik edən və məruzəçi, L.Məmmədova və T.Quliyev) 08 fevral 2021-ci il tarixli, 2(105)-143/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt şəhər Məhkəməsinin iş üzrə 05 oktyabr 2019-cu il tarixli 2(060)-8548/2019 saylı qətnaməsi dəyişdirilmiş, 117.971 (yüz on yeddi min doqquz yüz yetmiş bir) manat 77 (yetmiş yeddi) qəpik borc, 1000 (min) manat cərimə, 1986,88 manat Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan faiz borcu olmaqla, cəmi 120.958 (yüz iyirmi min doqquz yüz əlli səkkiz) manat 65 (altmış beş) qəpik məbləğində və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, 100 manat keçirilmiş ekspertizanın dəyərini n Cavabdeh aid edilməsi qət edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verdikdən sonra və qətnamə qəbul edilənədək Cavabdeh tərəfindən borcun ödənilməsi davam edilmişdir. Bununla əlaqədar olaraq cavabdehin 22 noyabr 2019-cu il tarixə əsas borc 117.971,77 manat, faiz borcu üzrə 0,00 manat təşkil edir. Məhkəmə kollegiyası iş üzrə cavabdehdən əsas və faiz borcunun iddiaçının tələb etdiyi məbləğdə tutulmasını düzgün hesab etməmiş, iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun ekspertiza rəyi ilə öz əksini tapmadığı nəticəsinə gəlmişdir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı qeyd etmişdir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin iş üzrə bor cun hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsi barədə gətirdiyi dəlilə qiymət verərək hesab etmişdir ki, həmin məsələ qətnamənin icra zamanı öz həllini tapa bilər. İddiaçı tərəfindən kassasiya şikayəti verilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-143/2021 nömrəli iş üzrə 08 fevral 2020-ci il tarixli qətnaməsinin qismən iddianın təmin edilməmiş hissəsində ləğv edilib iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsi iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edərkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperti zası Mərkəzinin 08 dekabr 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Bu zaman məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsini nəzərə almamışdır. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə ki, cavabdehin əsas və faiz borcunun müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatıq ekspertizası təyin edilmiş və ekspert rəyində cavabdehin 24 sentyabr 2019-cu il tarixə 140.939,56 manat əsas və 575,50 manat faiz borcunun olduğu və 22 noyabr 2019-cu il tarixə 117.971,77 manat əsas borcunun olduğu faiz borcunun olmadığı göstərilmişdir. Bu zaman məhkəmə tərəflər arasında bağlanan kredit müqaviləsinin 2.5-ci bəndini nəzərə almamışdır. Belə ki, kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 44% faizi ödəyir. Lakin məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb edilən 10.354,51 manat cərimə borcunu tam təmin etməmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil qızı məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat v erərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tən asüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qənamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya inst ansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdır ması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnamənin qanuniliyi iddia tələbinin təmin edilməmiş hissələrində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya ş ikayətində cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğinin düzgün hesablanmadığı və iş üzrə alınmış ekspert rəyinin yanlış olduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tə ləb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları s übut etməlidir. İş materiallarından görünür ki, müqavilə müddəti bitdikdən sonra da cavabdeh tərəfindən ödənişlər edilmiş və 22.11.2019-cu il tarixədək ödənilmiş 145605 manat vəsaitin 82.028,23 manatı əsas borca, 63.576,77 manatı faizə silinmiş, müqavilə üzrə həmin tarixə cəmi 117.971,77 manat əsas borc ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiya məhkəməsi göstərilən normada əks olunmuş imkandan istifadə edərək, dəbbə pulunu azaltmış və bu zaman hər hansı maddi hüquq normasının tələbini pozmamışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, qətnamənin ləğvi üçün əsas vermir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-143/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar