Məhkəmə qərarları › İş №2(102)-3408/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3408/2019

20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3408/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3408/2019 20 may 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Xnun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2(103)-11978/ 2018 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış 19 mart 2012-ci il tarixli C42/12 nömrəli kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinə və ona 14.11.2012-ci il tarixli 1 saylı əlavəyə əsasən cavabdehdən 64995,10 avro əsas, 31108,94 avro faiz, 1364,97 avro cərimə, cəmi 97469,01 avro borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Mədinə Bağırova) 22 may 2018-ci il tarixli, 2(009)-1352/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cav abdehdən iddiaçının xeyrinə 64995,10 avro əsas, 0,72 avro faiz, 1363,97 avro cərimə, cəmi 66360,79 avro (ödəniş günü məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov və Elşən Kazımov) 12 dekabr 2018-ci il tarixli 2(103)11978/2018 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Səbail Rayon Məhkəməsinin 2(009)-1352/2018 saylı, 22 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmiş, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özü nə aid edilmişdir. Eyni zamanda, həmin qətnamə ilə iddiaçıya apellyasiya şikayətinə etirazının dəlillərində göstərdiyi xüsusatlarla bağlı hazırkı qətnamənin tarixindən hesablanmaqla, müvafiq şəxs(lər)ə qarşı əsassız varlanma tələbinə dair ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qət edilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.12.2018-ci il tarixli 2(103)-11978/2018 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili kassasiya şikayəti onunla əsaslandı rılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, konkret olaraq Mülki Məcəllənin 1104.2, 337.5, 1096, 1097, 354, 347.1-ci maddələrinin tələblərinə riayət etməmişdir. Kassasiya şikayətinə görə hər bir halda kredit müqaviləsi və orada cavabdehin adına imza mövcuddur. Belə olan halda məhkəmə həmin imzanın cavabdehə aid olduğunu müvafiq ekspertiza keçirməklə aydınlaşdırmalı, imzanın cavabdehə aid olması təsdiq olunduğu təqdirdə isə onun valideynlərinin (qanuni nümayəndələrinin) banka vurulmuş zərər üzrə məsuliyyətini müəyyən etməli idi. Həmçinin, apellyasiya instansiyası məhkəməsi əqdin etibarsızlığına dair qərar çıxararkən kredit müqaviləsi üzrə əldə edilənlərin geri qaytarılmasını da təmin etməli idi. Bundan başqa, şəxs əqdin etibars ız hesab edilməsi üçün qanunla müəyyən edilmiş müddəti də ötürmüşdür. Eyni zamanda, şəxsin kredit müqaviləsi imzalayarkən istifadə etdiyi vəsiqəsinin seriya nömrəsi ilə mövcud şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin fəqlənməsi halı araşdırılmamışdır. Prosessual məsələlər: İddiaçının vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini və iddiaçının vəkilini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıd akı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə müəyyən edilmiş faktiki hallardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 mart 2012-ci il tarixli C42/12 nömrəli kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinə əsasən bank ona illik 24 faizlə ödəmək şərti ilə 50000 avro məbləğində kredit verməyi öhdəsinə götürmüş, həmin müqaviləyə 14.11.2012-ci il tarixli 1 saylı əlavəyə əsasən isə kredit xəttinin limiti 20000 avro artırılaraq 70000 avroya çatdırılmışdır. Cavabdeh 28.03.1997-ci il tarixdə anadan olmuşdur. Kredit xətti müqaviləsi bağlanılan zaman- 19 mart 2012-ci il tarixdə Cavabdeh 14 yaşı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 19 mart 2012-ci il tarixli C42/12 nömrəli kr edit xətti müqaviləsi bağlanılan zaman Cavabdeh 14 yaşı olduğundan və müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun olmadığından həmin əqd etibarsız (puç) əqddir və iddiaçının həmin əqdə əsaslanan iddiası əsassızdır. Bundan başqa, həmin müqavilə bağlanılan zaman cavabdehin 14 yaşı olması hazırkı işin mübahisəsiz halı olduğundan və məhz bu əsas iddianın rədd olunması üçün yetərli olduğundan apellyasiya instansiya məhkəməsi prosessual qənaət prinsipi baxımından cavabdehin müqavilədəki imzanın ona məxsus olmamasına dair dəlilinin araşdırılmasına zərurət görməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına uyğun, düzgün nəticəyə gəlmiş, bu zaman maddi və prossesual hüquq normalarının tələblərini pozmamış, iş üzrə qanuni və əsaslı qətnamə qəbul e tmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30.1-ci maddəsinə görə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə isə 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin razılığı olmadan müstəqil surətdə öz qazancı, təqaüdü və digər gəlirləri barəsində sərəncam vermək, elm, ədəbiyyat və ya incəsənət əsərinin, ixtiranın və ya qanunla qorunan digər əqli fəaliyyət nəticəsinin müəllifi hüquqlarını həyata keçirmək, xırda məişət əqdləri və bu Məcəllənin 29-2-ci maddəsində nəzərdə tutu lan digər əqdlər bağlamaq ixtiyarına malikdir. Mülki Məcəllənin 345.1-ci maddəsinə görə on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bu Məcəllənin tələblərinə görə valideynlərindən, övladlığa götürənlərdən və ya himayəçidən razılıq almasının tələb edildiyi hallarda onlardan razılıq almadan bağladığı əqd etibarsızdır. Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini hazırki iş üzrə əsassız sayır və qeyd etməyi zəruri hesab edir ki, iş üzrə tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt, cavabdehin 14 yaşı olmaqla məhdud fəaliyyət qabiliyyəti olmuşdur və belə olduğu halda, iddiaçının yetkinlik yaşına çatmayan şəxslə müqavilə bağlayaraq ona yü ksək məbləğdə kredit ayırması qanunun tələblərinə ziddir. Həmçinin, iddiaçı bu əqdlər bağlanan vaxt cavabdehin valideynlərinin (qanuni nümayəndəsinin) razılığının olmasını və ya sonuncunun sonradan həmin əqdləri bəyənməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Göründüyü kimi, iddiaçı hazırki tələbinin faktiki əsası kimi istinad etdiyi müqavilənin qanuni olmasını sübut edə bilməmişdir və ona görə də iddia tələbinin rədd edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin nəticəsi işin araşdırılmış hallarına, qanunun tələblərinə uyğundur. Kassasiya şikayətində göstərilən dəlillər- kredit müqaviləsində olan imzanın kimə məxsusluğunun yoxlanılması, banka ziyan vurulmasında kimin təqsirli olmasının müəyyən edilməsi, kredit müqaviləsi üzrə əldə edilənlərin geri qaytarılması və s. bu kimi dəlillər hazırki iddia üzrə deyil, gələcəkdə irəli sürülərsə, əsassız varlanma tələbi üzrə araşdırılmalı olan hallardır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 4 16-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2(103)11978/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar