Məhkəmə qərarları › İş №2(102)-3409/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3409/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3409/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1553/2020 saylı, 03 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və vəkili Əliyev Samir Süleyman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəm ə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(009)2434/2019 saylı qətnaməsi ilə (hаkim M.A.Bağırova) İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi, kreditin, faizlərin və cərimənin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 15006-930/214217 saylı,17 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı ASCnin xeyrinə 34.998,56 manat əsas, 8.385,01 manat faiz, 3.499,0 manat cərimə borcu və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1553/2020 saylı, 03 fevral 2020-ci il tari xli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov, A.N.İmanov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2(009)2434/2019 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə ASC arasında bağlanmış 15006-930/214217 saylı, 17 dekabr 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən ASC-nin xeyrinə 34.998,56 manat əsas kredit borcu, 8.385,01 manat kreditdən istifadəyə görə faiz borcu, 13.651,03 manat cərimə borcu olmaqla, cəmi 57.034,60 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələb i onunla əsaslandırılmışdır ki, 15006-930/214217 saylı, 17 dekabr 2015ci il tarixli kredit müqaviləsinə əsasən ASC tərəfindən cavabdehə 6 ay güzəşt müddəti olmaqla 55 ay müddətinə illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 48.825,00 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 3.01-cü bəndinin c yarımbəndinə əsasən kredit cavabdehə 14006-596/214217 saylı, 08 avqust 2014-cü il tarixli kredit müqaviləsinə əsasən verilmiş 35.000,00 manat məbləğində kredit üzrə 31.399,97 manat əsas borcun qalığını və 1.149,22 manat məbləğində hesablanmış faizin və 14006-219/214217 saylı, 04 aprel 2014-cü il tarixli kredit müqaviləsinə müvafiq olaraq verilmiş 22.000,00 manat məbləğində kredit üzrə 15.685,59 manat əsas borcun qalığını və 590,63 manat məbləğində hesablanmış faizi n yenidən maliyyələşdirilməsi məqsədilə verilmişdir. Həmin müqavilənin 3.02-ci bəndinin c yarımbəndinə əsasən kreditin alınma tarixi kreditin borcalanın cari hesabına köçürüldüyü tarix hesab olunur. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etmədiyindən göstərilən məbləğdə borcu yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq Cavabdeh həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Cavabdeh və vəkili Əliyev Samir Süleyman oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişdir ki, işə apelyasiya qaydasında baxan məhkəmə instansiyası borcun məbləğini dəqiqləşdirməmiş, yalnız bir tərəfin təqdim etdiyi sənədlər əsasında qətnamə qəbul etmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qə bul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi və Cavabdeh üzrlü səbəb olmadan iştirak etməmişlər. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən Cavabdeh kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Koll egiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına əsasən 15006-930/214217 saylı, 17 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 6 ay güzəşt olmaqla 55 ay m üddətinə illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 48.825,00 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 006ZTRF15351002S saylı, 17.12.2015-ci il tarixli memorial orderdən görünür ki, Nəsimi filialı tərəfindən Cavabdeh 48.825,00 manat məbləğində ödəniş olunmuşdur. İşdə olan 15006-930/214217 saylı, 17 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh borcunu ilk 6 ay yalnız faizlər, qalan aylarda isə həm faiz, həm də əsas borcun bir hissəsi olmaqla (cəmi 1.414,53 manat) annuitet qaydada ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan kredit borcunun, faizlərin və penyanın hesablanması haqqında arayışdan görünür ki, borclu 02.08.2019-cu il tarixinə 34.998,56 manat kredit borcu, 8.385,01 manat kreditdən istifadəyə görə fa iz borcu, 13.651,03 manat cərimə olmaqla, cəmi 57.034,60 manat borclu qalmışdır. İş materiallarında olan xəbərdarlıqdan aydın olur ki, Cavabdeh iddiaçı tərəfindən borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arası nda müqavilə olmalıdır. -385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. -448.1-ci maddəsinə əsasən, əgər bu Mə cəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək cərimə məbləğini azaltmaqla iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərd ən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdeh tərəfindən hər hansı münasibət bildirilmədiyindən birinci ins tansiya məhkəməsi haqlı olaraq, tərəflər arasında bağlanmış müqaviləni ləğv etmişdir. Borcların düzgün hesablanmaması arqumenti (həmçinin bu məqsədlə ekspertizanın təyin edilməsinin zəruriliyi) ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmiş, fikrinin ümumi sözlərlə əsaslandırmağa çalışmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmçinin iş materiallarında olan 02.08.2019-cu il tarixli arayışdan (ödəniş cədvəlindən) aşkar şəkildə görünür ki, cavabde h sabit olaraq yalnız 30.11.2017-ci il tarixədək ödənişlər etmiş və ödəniş cədvəlinə uyğun olaraq ödədiyi aylıq ödənişlərin bir hissəsi faizə, qalan hissəsi isə əsas borca silinmişdir (məsələn: 31.10.2016-cı il tarixli ödənişin 844,69 manatı faizə, 655,31 manatı əsas borca). Eyni zamanda nəzərə almaq lazımdır ki, cavabdeh bəzi aylıq ödənişlərdə gecikmələrə yol verdiyi üçün növbəti ödəniş tarixinə faiz borcu ödəniş cədvəlində nəzərdə tutulduğundan daha artıq məbləğdə olmuşdur (məsələn: 6 aylıq güzəşt müddəti bitdikdən sonra həm faiz, həm də əsas borcdan ilk ödəniş günü 18.07.2016-cı il müəyyən olunsa da, cavabdeh həmin ödənişi 09.08.2016-cı il tarixdə aparmışdır). Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borclu faktiki olaraq özündə saxladığı əsas borc məbləğinə gündəlik hesablan an faizləri ödəmək öhdəliyi daşıyır, buna görə də ödənişlərdə gecikmələr baş verdikdə, ödəniş cədvəlində göstərilənlər məbləğlərdən asılı olmayaraq, faiz borcu da artmış olur. Cavabdeh krediti ilk 6 ay güzəşt müddəti ilə götürmüşdür, yəni ilk 6 ay ondan yalnız faiz borcunu ödəmək tələb olunmuş, buna görə də ümumi faiz ödənişinin məbləği yüksək olmuşdur. İş materiallarından məlum olur ki, 30.11.2017-ci il tarixdən sonra cavabdeh ödənişləri yalnız 19.02.2018-ci il tarixdə bərpa etmiş və 28.06.2019-cu il tarixədək cəmi 1.600,0 manat ödəniş etmişdir ki, həmin ödənişlər də tam olaraq əsas borcdan silinmişdir. İş materiallarından görünür ki, cavabdeh faiz borcundan sonuncu dəfə 30.11.2017-ci il tarixdə ödəniş etdiyi üçün həmin tarixdən sonra da faizlərin hesablanması davam etmiş və 02.08.2019-cu il tarixə (maliyyə arayışının verildiyi günə) düzgün olaraq faiz borcu 8.385,01 manat hesablanmışdır. Cərimə borcu ilə bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin borcu kifayət qədər azaltmışdır və əlavə olaraq cərimənin azaldılması yolverilməzdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin kredit borcu düzgün hesablanmışdır və bunun üçün ekspertiza keçirilməsinə ehtiyac yoxdur. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə f aktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Borc məbləğinin düzgün müəyyən olunmaması ilə bağlı kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, iddiaçı öz izahatında borc məbləğini mübahisələndirmədiyini bildirmişdir (i/v 33). Məhkəmə Kollegiyası apelyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1553/2020 saylı, 03 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar