Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-341/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 23 yanvar 2019-cu il iş № 2(102)- 341/19 Bakı şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili X4 oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2018-ci il tarixli qətnaməsindən iddiaçı “İddiaçık” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 yanvar 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-6273/2016 saylı 03 oktyabr 2016- cı il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia tələbinin qismən təmin edilərək Cavabdeh 01.06.2011-ci il tarixli, **********11 saylı kredit müqaviləsi üzrə 10172,24 ABŞ dolları əsas borc, müqavilənin müddətinin bitdiyi tarixə hesablanmış 8818 ABŞ dolları faiz borcu, müqavilənin müddəti bitdikdən sonra illik 5% olmaqla hesablanmış 1525,80 ABŞ dolları faiz borcu, 1658,25 ABŞ dolları cərimə olmaqla, cəmi 22167,29 ABŞ dolları məbləğində borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş dövlət rüsumunun 15,30 manat hissəsinin iddiaçı «İddiaçık» ASC-nin xeyrinə tutulması qət edilmiş, iddianın qalan hissəsi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xumar Mərdanova - sədrlik edən və məruzəçi, İsmayıl Vəliyev, Elnur Həsə nov) 13 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 03 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 21 may 2018-ci il tarixli qərarı ilə (sədrlik edən-hakimlər Ə.Nurməmmədov, M.Əhmədova və Ə.Rüstəmov, 2(102)-3502/18 saylı mülki iş) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən, məruzəçi), X.Cəmilova və İ.Xəlilov, 2(103)-7599/2018 saylı mülki iş) hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6273/2016 saylı iş üzrə 03 oktyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı «İddiaçık» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı 01.06.2011-ci il tarixli, **********11 saylı kredit müqaviləsi üzrə borcun və faizlərin tutulması barədə iddiasının təmin edilməməsi, iş üzrə qiymətləndirmə rəyinin dəyərini təşkil edən 100 (yüz) manat xidmət haqqı «İddiaçık» Açıq Səhmdar Cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat məbləğində ekspertiza xərcinin iddiaçı «İddiaçık» Açıq Səhmdar Cəmiyyətindən tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşin halları İddiaçı «İddiaçık» ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.06.2011-ci il tarixli **********11 saylı kredit müqaviləsi üzrə 10172,24 ABŞ dolları əsas borc, 03.06.2013-cü il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 8818 ABŞ dolları adi faizlər üzrə borcu, 26.04.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 20% dərəcəsi ilə hesablanmış 12444,80 ABŞ dolları məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi və vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11658,25 ABŞ dolları məbləğində cərimə faizləri, olmaqla, cəmi 43093,29 ABŞ dolları borcun və 26.04.2016-cı il tarixindən başlayaraq iddi açının tələblərinin faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 % dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15% dərəcəsi ilə hesablanan cərimə faizlərinin, həmçinin iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı “İddiaçık” ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X4 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir k i, «İddiaçık» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01.06.2011-ci il tarixli, **********11 saylı kredit müqaviləsinə müvafiq olaraq Bank tərəfindən istehlak məqsədləri üçün 24 ay müddətinə (03.06.2013-cü ilədək) kreditdən istifadəyə görə illik 23 % ödənilməsi şərti ilə 28000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə və onun 1 saylı əlavəsi olan annuitet ödəniş cədvəlinə əsasən cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi, tərəflər arasında bağlanmış eyni tarixli ipoteka müqaviləsinə əsasən kredit hesabına əldə edilən “Mersedes Benz ML 350 universal” markalı, 2005-ci il buraxılı şlı, gümüş metal rəngli avtomobil ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsinin 2.1-ci bəndinə uyğun olaraq ipoteka predmetinin dəyəri 32000 manat müəyyən edilmişdir. 18.07.2012-ci il tarixli təhvil-təslim aktı ilə ipoteka predmeti olan avtomaşın Bank tərəfindən ipoteka qoyandan təhvil alınmışdır. Aktda qeyd edilmişdir ki, İpoteka saxlayan ipoteka predmetinin salamatlığını, qorunub-saxlanılmasını, satışının təşkilini təmin etmək üçün ipoteka predmetinin ona verilməsini tələb etmiş, ipoteka qoyan isə könüllü şəkildə ipoteka predmetini ipoteka saxlayana təhvil verməyi öz üzərinə götürmüşdür. Aktda ipoteka predmetində müəyyən qüsurların olduğu, fotoşəkillərin akta əlavə edildiyi qeyd edilmiş, avtomobilin dəyəri barədə məlumat əks olunmamışdır. 04.12.2015-ci il tarixdə cavabdeh avtomobilə dair Bankın əməkdaşı X2 etibarnamə verilmiş, həmin etibarnamə əsasında avtomobil özgəninkiləşdirilmiş, 10.12.2015-ci il tarixdə cavabdehin kredit borcundan 13000 ABŞ dolları vəsait silinmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımınca yerinə yetirilmədiyinə görə iddia tələbi əsas və faiz borcu hissəsində tam, zərər və cərimə tələbi hissəsində qismən əsaslıdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, Mülki Məcəlləyə müvafiq olaraq öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir (maddə 528). Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir (maddə 529.2). Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, Bankdan götürülmüş kredit hesabına əldə edilmiş avtomobili faktiki olaraq tanışı X1 üçün alınıb və Bank bu barədə məlumatlı olub. Müqavilələr bağlandıqdan sonra kredit müqaviləsi üzrə ödənişlər də həmin şəxs tərəfindən yerinə yetirilib. Fərid Ələkbər 18.06.2012-ci il tarixdə vəfat etdikdən sonra ödənişlər dayandığı üçün qarşılıqlı razılıq əsasında 18.07.2012-ci il tarixdə borcun əvəzi olaraq avtomobili Banka təhvil verib. Həmin vaxt avtomobilin dəyəri Banka olan borcdan yüksək olub. Cavabdehin etirazı iş üzrə dindirilmiş şahid ifadəsi, yazılı sənədlər və ekspert rəyləri ilə öz təsdiqini tapmışdır. İş üzrə keçirilmiş ekspertizalarla müəyyən edilmişdir ki, cavabdehin ipoteka predmetini Banka təhvil verdiyi 18.07.2012-ci il tarixə əsas borc üzrə 23172,24 ABŞ dolları, faiz borcu üzrə 4116,15 ABŞ dolları, cərimə borcu üzrə isə 1236,96 ABŞ dolları olmaqla, cəmi 28525,35 ABŞ dolları kredit borcu olmuşdur. Həmin vaxt avtomaşının bazar dəyəri isə 23000 manat, yəni 29273,26 ABŞ dolları təşkil etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi 18.07.2012-ci il tarixdə Bankın ipoteka predmeti olan avtomobili məhz öhdəliyi n icrası kimi qəbul etməsi barədə cavabdehin etirazının dəlilini əsaslı hesab etmişdir. Həmin hal iddiaçının 18.07.2012-ci il tarixdə avtomobili təhvil aldıqdan sonrakı 3 il yarımadək olan müddət ərzində cavabdehə heç bir tələb irəli sürməməsi, 04.12.2015-ci il tarixdə avtomobilə dair Bankın əməkdaşına etibarnamə vermək üçün iddiaçıya müraciət etməsi və avtomobili iddiaçının iştirakı olmadan özgəninkiləşdirməsi (iddiaçı avtomobili cavabdehin iştirakı və razılığı ilə satdığını bildirsə də bununla bağlı heç bir sübut təqdim etməmişdir. Əksinə Bankın bununla bağlı öz əməkdaşına etibarnamə verilməsini cavabdehdən tələb etməsi bir daha təsdiq etmişdir ki, Bank öhdəliyin icrası kimi qəbul etdiyi əmlaka öz istəyinə uyğun sərəncam vermişdir) ilə bir daha öz təsdiqini tapmışdır. İpoteka predmetinin öhdəliyin icrası məqsədilə deyil, əmlakın qorunması üçün cavabdehdən alındığı barədə iddiaçının dəlili həm də ona görə əsassız olmuşdur ki, Mülki Məcəllənin 312.3-cü maddəsinə əsasən əgər ipoteka verənin öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan əşyanın ona verilməsini tələb edə bilər. Bu tələb üzrə qərarı məhkəmə qəbul edir. Lakin baxılan mübahisə üzrə ipoteka predmetinin iddiaçıya verilməsi barədə məhkəmə qərarı mövcud olmamışdır. Həmçinin məhkəmə kollegiyası avtomobilin Banka təhvil verilərkən dəyərinin daha aşağı olduğu barədə iddiaçının dəlillərini də əsassız hesab etmişdir. Belə ki, Mülki Məcəllənin 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif edilmiş əşyanı qəbul etmiş iddiaçı əgər onu öhdəliyin icrası üçün yetərli hesab etmirsə, bu halı sübut etmə k vəzifəsi də məhz iddiaçının üzərinə düşür. Əmlakın Bank tərəfindən qorunması və satılması üçün qəbul edildiyi 18.07.2012-ci il tarixli aktda həmin əmlakın dəyəri göstərilməmişdir. Halbuki gələcəkdə bununla bağlı mübahisəni istisna etmək üçün əmlakı qəbul edən tərəf belə bir şərtin akta daxil edilməsində maraqlı olmalı idi. Bankın belə bir şərti akta daxil etməməsi avtomobilin dəyərinin mütəxəssis rəyi ilə müəyyən olunmuş qiymətdən daha az olduğunu sübut etmək vəzifəsini iddiaçının üzərinə qoyur. Lakin iddiaçı bununla bağlı heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, iş üzrə ipoteka predmetinin 18.07.2012-ci il tarixdən 04.12.2015-ci il tarixədək Bankın faktiki sahibliyində olduğu işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası, həmçinin hesab etmişdir ki, baxılan iş üzrə iddi açı cavabdehə qarşı vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmişdir. Halbuki Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (425.1). Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (425.2). Buna baxmayaraq iddiaçı əml akı qiymətləndirmədən cavabdehdən qəbul etmiş, əmlakın qəbulundan 3 il yarımadək, kredit müqaviləsi üzrə pulun qaytarılma müddətinin bitməsindən isə təxminən 2 il yarım müddət keçdikdən sonra avtomobilə dair Bankın əməkdaşına etibarnamə vermək üçün iddiaçıya müraciət etmiş, avtomobili iddiaçının iştirakı olmadan özgəninkiləşdirərək sonradan hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, bununla da cavabdehi açıq-aşkar əlverişsiz vəziyyətdə qoymuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanlarla yanaşı, iddiaçının müqavilə tələblərinə dair üç illik iddia müddətini ötürdüyü barədə cavabdehin mövqeyini də əsaslı hesab etmişdir. Belə ki, Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüqu qu pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03.06.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə kredit münasibətlərindən yaranan mübahisələrə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal n əzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisə üzrə iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin bitməsi ilə deyil, ipoteka predmetinin Banka təhvil verilməsi ilə başlanmışdır. Çünki Mülki Məcəllənin 377.1-ci maddəsinə müvafiq olaraq iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üz rə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “İddiaçık” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 14 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən Hakimlər Əsliilədüzdür AliMəhkəmənin hakimi QəhrəmanAllahverdiyev
Məhkəmə qərarları › İş №2(102)-341/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-341/2019
23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver