Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3410/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: zərərin ödənilməsi, qaz sayğacına qanunsuz qoşulma, sübut etmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3557/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasın da baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "Azəriqaz” İstehsalat Biriliyinin Bakı X2 Departamenti (paylayıcı) ilə Cavabdeh (“istehlakçı”) arasında bağlanmış "qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2019-cu il tarixli, AKX-01900xx/xx-2019 saylı müqaviləyə əsasən “paylayıcı” bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir. 2. "Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətinə əsasən istehlakçı sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etmişdir. Ünvanda PQ-4, QSSQ, Dəmir soba və İran sobası işlədilir. 3. "Dəymiş ziyanın bərpasına dair” tələbnaməyə əsasən xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 73440m3 həcmində dəymiş ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra “iddiaçı” və ya İddiaçı) iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” və ya “abonent”) tərəfindən iddiaçıya vurulmuş 8795,80 manat məbləğində zərərin və 107,96 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 8903,76 (səkkiz min doqquz yüz üç manat 76 qəpik) manat pulun məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı abonent arasında xx.xx.2019-cu il tarixi ndə AkX-01900xx/xx-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçıın Bakı X2 Departamenti tərəfindən **********00033 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır.
6. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar İddiaçıın əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Belə ki, İddiaçıın əməkdaşları tərəfindən balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir.
7. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı İddiaçıın əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində İd diaçıın səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 8812,80 manat məbləğində maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Həmin zərərdən cavabdeh 17 manat ödəniş etmişdir.
8. Beləliklə, cavabdehin İddiaçıa ödənilməli borc məbləği hazırda Abonentin saldosu üzrə ümumi 8795,80 (səkkiz min yeddi yüz doxsan beş manat 80 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin abonent tərəfindən kobud şəkildə pozulması, habelə sonuncunun təqsirli hərəkətləri nəticəsində İddiaçıa vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır
9. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin e-2(003)-467/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Emin Rüstəmov)
10. Birinci instansiya məhkəməsi mülki mübahisənin yaranmasına iddiaçı tərəfindən tərtib edilmiş aktın olmasını nəzərə alaraq hesab etmişdir ki, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən aktın tərtib olunmasına əsas olmuş halların məhz iş üzrə cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür.
11. Bundan başqa, qanunvericiliyin tələblərinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Bu barədə akt tərtib edilməli və aktın 1 (bir) nüsxəsi cinayət iş üzrə icraatın başlanılması məsələsinə baxılması üçün cinayət təqibi orqanına göndər ilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq istehlakçıdan tələb etməlidir.
12. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, hazırki halda talanması iddia edilən qazın məbləği 5.000 manatdan yuxarı (8812,80) olduğundan cavabdeh cinayət işinin başlanılması məsələsinə baxılması üçün aktın surətini cinayət təqibi orqanına göndərməli və yalnız istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın qərarı ilə müəyyən edildikdən sonra dəymiş ziyanın ödənilməsini tələb edə bilərdi. Məhkəmə araşdırması zamanı isə cavabdeh tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsi halı müəyyən edilməmişdir. Qaz sərfi nəticəsində itirilmiş qa zın iddiaçının təqsiri ucbatından baş verməsini iddiaçı sübut etməli olduğu halda, bu hal sübut edilməmişdir. Eyni zamanda istehlakçı olan cavabdehin qazın talanmasında təqsirli olmasın dair cinayət işi barədə müvafiq orqanın qərarı da yoxdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 14.1, 21.1, 21.2ci, “Qaz təchizatı haqqında” Qanunun 20, 21.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1ci maddələri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011- ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.8, 6.5, 6.6, 6.7-ci bəndləri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ləğv, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş et mişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən vurulmuş zərəri sübut edir. Məhkəmə vurulmuş ziyanın faktiki hallarını müəyyən etməmişdir. Belə ki, məhkəmə vurulmuş ziyanın cavabdeh tərəfindən olmadığını qeyd etsə də, işin faktiki hallarını araşdırmamışdır. Həmçinin məhkəmə alqı-satqı müqaviləsini və mülki işə əlavə edilmiş arayışı əsas gətirərək iddianı rədd etmişdir. İddiaçı təşkilat heç bir mülkiyyətin sonrakı mülkiyyətçisini müəyyən etmək qabiliyyətində və səlahiyyətində deyil. Bu da özlüyündə ziyanın bilavasitə cavabdeh tərəfindən vurulduğunu təsdiq etməkdədir. Bununla yanaşı, cavabdeh vurulmuş ziyanın onun tərəfindən vurulmadığını bildirsə də, buna dair heç bir s ənəd təqdim edə bilməmişdir. Aktlar cavabdehin təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır. Belə ki, tərtib olunmuş aktlardan və sayğacın quraşdırlması katlarından görünür ki, cavabdeh uzun müddət qazdan sayğacsız istifadə etməkdədir. Təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilən sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nədənsə, cavabdehdən sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi.
16. Cavabdeh apelyasiya baxışında apelyasiya şikayətinə etiraz edərək göstərib ki, təqdim edilən şəkillər saxtadır. İlk dəfə 4300 manat cərimə yazılmışdı, indi isə 2 dəfə artıq əsassız cərimə yazılıb. Bu qədər borc ola bilməz. Evində 4 gözlü qaz peçi və qızdırıcı var. Kənar xətt, ümumiyyətlə yoxdur, kənar xəttə qoşulmayıb.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3557/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev)
18. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razı laşaraq qeyd etmişdir ki, iddiaçının qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadığından iddia tələbinin təmin edilməməsi düzgün olmuşdur.
19. Apellyasiya instansiya məhkəməsi mövqeyi ondan ibarət olmuşdur ki, "Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata ba şlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
20. Apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, istehlakçının qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçının istinad etdiyi xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.
21. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülk i Məcəllənin 21.1, 21.2, 1096.1, 1097.1-ci, “Qaz təchizatı haqqında” Qanunun 13.8-1, 13.9-cu, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayətinin məzmunu apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. Kassator əlavə olaraq, qeyd etmişdir ki, İddiaçıla cavabdeh arasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən cavabdeh də digər abonentlər kimi sayğacla təhciz olunmuşdur. Ancaq cavabdeh qeyd edilən müqavilənin tələblərini pozaraq İddiaçıın vermiş old uğu qazı qeyri-qanuni əldə edərək əsassız varlanaraq iddiaçıya ziyan vurmasına baxmayaraq, iddia təmin olunmamışdır. Cavabdehin əslində əldə etdiyi qaz İddiaçıın mülkiyyətidir. Bu qazı isə cavabdeh müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyri-qanuni əldə etmişdir. Qazı qeyri-qanuni əldə etmiş cavabdeh vicdansız sahib olmasına baxmayaraq, məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən bunu nəzərə almamışlar. Məhkəmə işin tam hər tərəfli və obyektiv araşdırlması üçün hər hansı prosessual hərəkət etməmişdir. Belə ki, işə baxarkən istifadə edilmiş qaz həcmini və ya ödənimiş pul məbləğini araşdırmalı olsaydılar işin həqiqi faktiki halını tam müəyyən etmiş olardılar. Qanunvericilikdə hər bir tərəfin öz tələblərini sübut etməsi vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları cavab dehdən hər hansı sübut tələb etmiş, nə də ki İddiaçı tərəfindən təqdim edilən sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda v ə ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13 (8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq i cra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11- ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X1” Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5-6.7. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazı n verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi i stinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayara q yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən madd i və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müə yyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmişdir.
30. İddia tələbi xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı akt əsasında hesablanmış zərərin tutulması barədədir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nətiucədə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
32. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.
33. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər iddia tələbinin və apellyasiya şikayətinin də dəlilləri olmuş və məhz həmin dəlillərə qiymət verməklə apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsini qətnaməsini dəyişdirmədən saxlamışdır.
34. Həmçinin nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndinin tələbinə görə, yalnız istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
35. İşdən görünür ki, cavabdeh b arəsində ******* saylı akt xx.xx.2023-cü il tarixdə, yəni “Qaz təchizatı haqqında” Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinin qüvvədə olduğu vaxt tərtib olunmuşdur. Həmin akt üzrə hesablanmış zərəri tələb etmək üçün cavabdehin təqsirli olmasını təsdiq edən səlahiyyətli orqanın və ya məhkəmənin qərarının olması isə müəyyən edilməmişdir. Halbuki, akt tərtib edilən zaman qüvvədə olan normanın tələbinə görə cavabdehin təqsirli olmasının təsdiqi üçün səlahiyyətli orqanın və ya məhkəmənin qərarı olmalı idi. Apellyasiya instansiyası məhkəməsi də bu halı xüsusilə qeyd etmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənləri və Mülk i Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3557/2024 nömrəli, 10 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.