Məhkəmə qərarları › İş №2(102)-3411/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3411/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3411/2023 05.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi, ekspert rəyi sübut növü kimi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını n xx.xx.2023-cü il tarixli, 2(106)- 179/2023 nömrəli qətnaməsindən Cavabdeh1 (nümayəndəsi və vəkili Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ASC-nin (bundan sonra- Bank) Lənkəran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən sonuncuya illik 30%-lə 120 ay müddətinə 100000 manat məbləğində kredit limiti ayrılmışdır.

2. Eyni tarixli tarixli razılaşmaya uyğun olaraq, Cavabdeh1 18%-lə, 36 ay müddətinə 30000 manat məbləğində kredit verilmişdir.

3. Eyni tarixli zaminlik müqaviləsi ilə Cavabdeh2 borcalanın öhdəliklərinin icrasına zamin durmuşdur.

4. Eyni tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüs usi mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binası Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aşağıdakı tələblərlə çıxış etmişdir: a) Cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 14 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə 30000 manat əsas borc, 2414 manat, 37 qəpik faiz borcu və 85 manat, 70 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 32500 manat 7 qəpik məbləğində borcun, 187 manat, 50 qəpik ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının tutulması; b) Tutmanın Cavabdeh1 məxsus olan Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasının hərracdan satışından əldə olunan vəsait hesabına Banka ödənilməsi; c) Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; d) Cavabdeh1 məxsus olan Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay so nra Cavabdeh1 və digər şəxslərin Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından çıxarılmaları, həmin qeyri-yaşayış binasının boşaldılması və Banka təhvil verilməsi; e) Cavabdeh1 ilə Bank arasında bağlanmış 14 sentyabr 2021-ci Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə kredit limitinin ayrılmasına dair müqaviləni və Bank Xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə kredit verilməsinə dair razılaşmanın ləğv edilməsi.

6. Bank sonradan faiz və cərimə borcuna dair hissədə tələbini artırmış, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixə olan 3539 manat 38 qəpik faiz borcu və 795 manat 08 qəpik cərimə borcunu tələb etmişdir.

7. Bank sonradan yenə də tələbini faiz və cərimə bo rcuna dair hissədə artırmış, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Bankın xeyrinə 14 sentyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə yaranmış, 30000 manat əsas borcla yanaşı, 5368 manat, 32 qəpik faiz borcu və 1955 manat, 41 qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 37323 manat, 73 qəpik məbləğində borcun, 187 manat, 50 qəpik ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 120 manat xidmət haqqının ödənilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticədə cavabdehlərin borcu yaranmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirl iyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4248 nömrəli ekspert rəyində, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 14 sentyabr 2021-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 Bankın maliyyə arayışının tarixinə, yəni xx.xx.2022-ci il tarixə olan borcu 32415 manat məbləğində müəyyən edilmişdir o cümlədən əsas borc üzrə 30000 manat,faiz borcu üzrə 2415 manat. 10. "xxxx" tərəfindən verilmiş 12 sentyabr 2022-ci il tarixli qiymətləndirmə hesabatında qeyd olunmuşdur ki, Astara Rayon Məhkəməsinin 2(018)-541/2022 saylı, 11 may 2022-ci il tarixli qərardadına əsasən əmlakın ilkin satış (likvid dəyəri) qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə işi h əyata keçirilib. İş Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə, Azərbaycan Milli Qiymətləndirmə Standartlarına uyğun, məhdudlaşdıncı şərtlər və ehtimallar çəriçivəsində aparılmışdır. Qiymətləndirmə prosesi ümumilikdə obyektin təftişi, faktiki göstəricilərinin hüquqi sənədlərlə eyniləşdirilməsi, lazımi yanaşmaların və metodların seçilməsi, müvafiq bazarın araşdırılması və hesablamaların aparılması, əmlakın ilkin satış (likvid dəyəri) qiymətinin müəyyən edilməsi mərhələlərindən ibarət olmuşdur. Qeyri-yaşayış binasına baxış keçirilən zaman müəyyən olumuşdur ki, obyektin 2-ci mərtəbəsində faktiki olaraq yaşayış mövcüddur. Qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki,Astara şəhəri, Heydər Əliyev prospekti, 64 ünvanında, istifadədə olan 0.00952 ha torpaq sahəsi üzərində yerl əşən, Cavabdeh1 mülkiyyətində olan, 2 mərtəbəli, 146.4 m2 ümumi sahədən ibarət qeyri- yaşayiş binasının ilkin satış (likvid dəyəri) qiyməti 95000 manat məbləğində təşkil edir.

11. Astara Rayon Məhkəməsinin 2(018)-541/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Mübariz Məmmədov) iddia tələbi qismən təmin edilərək, a) 14 sentyabr 2021-ci il tarixli, 13-MCR-1-2877-21 saylı Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə kredit limitinin ayrılmasına dair müqaviləsi və 14 sentyabr 2021-ci il tarixli, 13-MCR-1-2877-21/1 saylı Bank xidmətlərinin göstərilməsi üzrə Standart Şərtlərə kredit verilməsinə dair razılaşmasının ləğv edilməsi; b) Cavabdehlərdən müştərək qaydada əsas borc üzrə 30000 manat, 2415 manat faiz borcu, 400 manat dəbbə olmaqla, ümumilikdə cəmi 32815 ma nat məbləğində borcu, iddiaçının tərəfindən çəkilən məhkəmə məsrəfləri ilə bağlı 235 manat pulun alınıb Banka verilməsi, c) Cavabdeh1 xüsusi mülkiyyətində olan Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri yaşayış binası açıq hərracdan satılması,satış pulundan əldə edilən vəsait tələb edilən borcun ödənilməsinə yönəldilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan şəxsə qaytarılması,ipoteka predmeti olan qeyri yaşayış binasının ilkin satış qiyməti (likvid qiymət) 95000 manat müəyyən edilməsi; d) ekspertiza xərcini təşkil edən 200 manat məbləğindəki pulun cavabdehlərdən müştərək qaydada alınaraq, "xxxx" MMC-yə ödənilməsi; e) ekspertiza xərcini təşkil edən 10 0 manat məbləğindəki pulun cavabdehlərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi və iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 385.1, 442, 448.1, 462.1, 467, 472.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34, 36, 37, 39.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)apellyasiya instansiyası məhkəməsində icraat

13. Bank apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - cavabdehlərdən borcun tutulmasının və cavabdehin ipoteka predmeti olan qeyriyaşayış sahəsindən çıxarılmasının təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissələrdə iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş məhkəmədə baxıldığı dövrdə iddiaçı tələbinin həcmini artırmış, lakin məhkəmə bunu nəzərə almamışdır. İddia tələbinin artırılması üzrə tələbin hansı hüquqi əsasa görə rədd etdiyini məhkəmə əsaslandırmamışdır. Həmçinin məhkəmə ipoteka predmeti olan qeyri-yaşayış sahəsi satıldıqdan sonra Cavabdeh1 və qeyrilərinin həmin qeyri-yaşayış sahəsindən çıxarılmasına dair hissədə iddianı əsassız olaraq təmin etməmişdir.

15. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Bank tərəfindən borc məbləği şişirdilmişdir. Bundan başqa, qətnamədə cavabdehlərə qarşı 400 manat dəbbə pulu hesablanmışdır. Bu da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə ziddir. Şikayətində cavabdeh, cavabdehlərin Banka 2415 manat faiz borcu olmadığını qeyd etməklə, təkrar ekspertizasının keçirilməsini də xahiş etmişdir.

17. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 fevral 2023-cü il tarixli, 9/859 nömrəli rəyində Cavabdeh1 xx.xx.2022-ci il tarixə Banka olan borcu 33,555.00 manat məbləğində - əsas borc üzrə 30000 manat, faiz borcu üzrə 3555 manat təşkil etdiyi qeyd olunmuşdur.

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-179/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ((hakimlər – İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və T.Heydərov)) İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən- cavabdehlərdən müştərək qaydada 2415 (iki min dörd yüz on beş) manat faiz borcunun tutulması və ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra bir ay müddətində qeyri-yaşayış binasının boşaldılmasının təmin edilməməsi hissələrdə ləğv edilmiş və həmin hissələrdə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı ola n faiz borcunun 3539,38 (üç min beş yüz otuz doqquz tam yüzdə otuz səkkiz) manat olmaqla ümumi tutulmalı olan əsas borc, faiz borcu və cərimənin aşağıdakı kimi müəyyən edilməsi: - əsas borc 30.000 (otuz min) manat; - faiz borcu 3539,38 (üç min beş yüz otuz doqquz tam yüzdə otuz səkkiz) manat; -cərimə borcu 400 (dörd yüz) manat, ümumilikdə borcun- 33.939,38 (otuz üç min doqquz yüz otuz doqquz tam yüzdə otuz səkkiz) manat, Cavabdeh1 məxsus olan Astara şəhəri, Heydər Əliyev prospekti 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan sonra bir ay müddətində Cavabdeh1 Astara şəhəri, Heydər Əliyev prospekti, 64 ünvanında yerləşən 146.4 kv.m ümumi sahədən ibarət olan qeyri-yaşayış binasından çıxarılması, qeyri-yaşayış binasının boşaldılması, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsalandırmışdır ki, İşin hallarından görünür ki, cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuş, öhdəliklərini yerinə-yetirməmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, icranı gecikdirmə sayılmalıdır.

21. Tərəflər arasında kredit və ipoteka müqavilələrinin mövcudluğu, müqaviləyə uyğun borcun yaranması mübahisəli deyil.

22. İddiaçı apellyasiya şikayətində qətnaməni faiz borcunun tutulmasının və cavabdehin ipoteka predmeti olan qeyri-yaşayış sahəsindən çıxarılmasının təmin edilməməsi hissəsində, cavabdeh apellyasiya şikayətində qətnaməni borcun məbləğinə dair hissədə mübahisələndirmişdir.

23. İddiaçının təqdim etdiyi 12 sentyabr 2022-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh1 14 sentyabr 2021-ci il tarixli, 13-MCR-1-2877-21 saylı kredit müqaviləsi üzrə 30000 (otuz min) manat əsas borc, 5368 (beş min üç yüz altmış səkkiz) manat, 32 (otuz iki) qəpik faiz borcu və 1955 (bir min doqquz yüz əlli beş) manat, 41 (qırx bir) qəpik cərimə borcu olmaqla, ümumilikdə cəmi 37323 (otuz yeddi min üç yüz iyirmi üç) manat, 73 (yetmiş üç) qəpik məbləğində borcu yaranmışdır.

24. Kollegiya hesab edir ki, iddiaçı cavabdehlərdən, müqavilə müddəti başa çatmamış borcunu tələb etməkdə haqlı olmuşdur. Cavabdeh borcunu qrafikə uyğun olaraq vaxtında ödəməməklə öhdəliklərini yerinə yetirməmişdir.

25. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə özüzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən və iddiaçının xəbərdarlığına baxmayaraq, mövcud borcunu ödəmədiyindən bu, icranı gecikdirmə sayılmalıdır. Ona görə də iddiaçı kredit borcunu və borca hesablanmış faizi haqlı olaraq tələb etmiş, məhkəmə də tələbi təmin etmişdir.

26. Birinci instansiya məhkəməsi faiz borcunun məbləğini 2415 manat müəyyən etmişdir.

27. İddiaçı tərəf faiz borcuna dair hissədə qətnaməni mübahisələndirmişdir.

28. Kollegiya hesab edir ki, faiz borcunun tutulması hissəsində məhkəmə maddi və prosessual hüquq normalarını pozmuşdur.

29. İşin hallarından görünür ki, iddiaçı tərəf iddia tələbinin həcmini bir neçə dəfə artırmışdır.

30. Belə ki, iddiaçı əvvəlcə cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixə olan 3539 (üç min beş yüz otuz doqquz) manat, 38 qəpik faiz borcu və 795 (yeddi yüz doxsan beş) manat, 08 qəpik cərimə borcunu tələb etmişdir.

31. İddiaçı tərəf sonradan yenə də tələbini faiz və cərimə borcuna dair hissədə artırmış, cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixə yaranmış, 30000 (otuz min) manat əsas borcla yanaşı, 5368 (beş min üç yüz altmış səkkiz) manat, 32 qəpik faiz borcu və 1955 (bir min doqquz yüz əlli beş) manat, 41 qəpik cərimə borcunu tələb etmişdir.

32. MPM-in 53-cü maddəsinin tələbinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

33. İşin hallarından görünür ki, iddiaçı Bank əvvəlcə xx.xx.2022-ci ildə iddia tələbinin həcmini artırdıqdan sonra mülki iş üzrə hazırlıq mərhələsi başa çatmış və iş baxılmağa təyin edilmişdir.

34. Kollegiya hesab edir ki, sonra məhkəmə baxışı mərhələsində iddia tələbinin həcmini artıqmaqda iddiaçı haqlı olmamışdır. Ona görə də MPM -in 53-cü maddəsinin tələbinə görə, Kollegiya yalnız xx.xx.2022-ci ilədək olan borcun ödənilməsi barədə iddianı əsaslı sayır. 35. xx.xx.2022-ci il tarixədək olan borcun miqdarını müəyyən etmək üçün apellyasiya baxışında məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir.

36. İş üzrə iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 28 fevral 2023cü il tarixli, 9/859 nömrəli rəyinə görə Cavabdeh1 İddiaçı ASC-yə maliyyə arayışının tarixinə, yəni xx.xx.2022-ci il tarixə olan borcu 33,555.00 manat məbləğində, o cümlədən: əsas borc üzrə 30.000,00 manat, faiz borcu üzrə 3.555,00 manat təşkil edir.

37. İddiaçı tələbinin həcmini artıraraq cavabdehlərdən xx.xx.2022-ci il tarixə 3539 (üç min beş yüz otuz doqquz) manat, 38 qəpik faiz borcunun tutlmasını xahiş etmişdir. İş üzrə məhkəmə-mühasibatl ıq ekspertizası faiz borcu üzrə 3.555,00 manat borcun olduğunu müəyyən etsə də Kollegiya işə iddia tələbi həcmində, yəni 3539,38 manat faiz borcunun tutulmasını qanuni sayır.

38. Bundan başqa, birinci instansiya məhkəməsi ipoteka predmeti olan qeyri-yaşayış sahəsi satıldıqda qeyri-yaşayış sahəsinin boşaldılması hissədə iddiaçının tələbini təmin etməmişdir və iddiaçı bu hissədə qətnaməni mübahisələndirmişdir.

39. MPM-in 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

40. «İpoteka haqqında» Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaş ayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.

41. Kollegiya hesab edir ki, analoji olaraq hazırkı qətnamənin nəticə hissəsində qətnamənin icra qaydası müəyyən edilməli, ipoteka predmeti olan qeyri-yaşayış sahəsi satıldıqda qeyri-yaşayış sahəsinin ən geci 1 ay müddətində boşaldılması təmin edilməlidir.

42. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, mahiyyətcə şikayətində Bank tərəfindən borc məbləğinin şişirdildiyini, faiz və dəbbə pulunun artıq hesablandığını bildirmişdir.

43. Faiz borcu ilə bağlı kollegiya məhkəmə-mühasibatlıq ekspertizasının 28 fevral 2023-cü il tarixli, 9/859 nömrəli rəyin sübut mənbəyi olaraq qəbul edir.

44. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cərimə məbləğini azaltmaq üçün də əsas görmür.

45. Kollegiya hesab edir ki, cavabdeh öz şikayətini əsaslandırmamışdır. Odur ki, Kollegiya cavabdehin şikayətinin təmin edilməsi üçün əsas tapmır.

46. Cavabdeh1 apellyasiya baxışında məhkəməyə ünvanladığı məktubunda Bankın nümayəndəsi ilə razılığa gəldiklərini, 2000 manat ödəniş etdiyini də bildirmişdir.

47. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsindən sonra borcun ödənilməsi qətnamənin icrası zamanı nəzərə alına bilər.

48. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 443.1, 472.1, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 220.6-cı, eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 59.3-cü,maddələrinə istinad etm işdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

49. Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

50. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işə məhkəmədə baxılarkən cavabdeh tərəfindən 2000 manat ödənilməsi iddiaçı tərəfindən nəzərə alınmamış və apelyasiya instansiyası məhkəməsi də həmin xüsusatlara düzgün hüquqi qiymət verilməmişdir.

51. Borclunun ağır maddi durumu nəzərə alınmamışdır.cavabdehin ödəniş qabiliyyətinin artırılması və ödənişin yüksək səviyyədə edilməsinin stimullaşdırılması naminə hesab edir ki, cərimələrin aşağı salınması kifayət qədər zəruri olmuşdur.

52. Hesab e dir ki, bank hüquqdan sui-istifadə etmişdir və çox təəssüf ki, məhkəmə də bütün bunlara adekvat hüquqi qiymət verməmişdir, tam əksinə üstəlik məhkəmə iddiaçının (bankın) apelyasiya şikayətini qismən təmin etmişdir.Bununla da məhkəmə tamamilə qanunsuz nəticəyə gəlmişdir.

53. Borc məbləği Bank tərəfindən şişirdilmiş, cavabdeh isə həmin 2415 manat faiz borcu məbləği ilə razı olmamışdır. Belə olduğu halda, apellyasiya instansiyası məhkəməsi təkrar-məhkəmə mühasibatlıq ekspertizası təyin etməli olsa da, qanunvericiliyin tələbinə riayət etməmişdir.

54. Məhkəmə nəzərə almamışdır ki, ipoteka predmetinin qiyməti ilə kredit məbləği uyğunluq təşkil etmir, bu isə həm mülki qanuvericiliyə ziddir, həm də gələcəkdə cavgabdeh Cavabdeh1 mülkiyyətinin dəyər-dəyməzə əlindən çıxmasına gətirib çıxaracaqdır.

55. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 425, 467, 560-cı, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 88 və 102-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

56. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi

57. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

58. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzəri nə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

59. Maddə 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

60. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

61. Maddə 739.1 (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyal ara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

62. Maddə 739.2(hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

63. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və di gər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 53.İddiaçı işin məhkəm ədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

68. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı dır;

69. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir;

71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

72. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntu su hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır;

73. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır;

74. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

76. Cavabdeh1 apelyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsini əsas borc, faiz və cərimə hissəsində mübahisələndirmiş, apelyasiya instansiyası məhkəməsi də cavabdehə münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissələrdə yoxlamışdır.Cavabdeh kassasiya şikayətində apelyasiya məhkəməsinin qətnaməsini əsas borc, faiz və cərimə hissəsində mübahisələ ndirməklə bərabər, qeyd etmişdir ki, məhkəmə nəzərə almamışdır ki, ipoteka predmetinin qiyməti ilə kredit məbləği uyğunluq təşkil etmir, bu isə həm mülki qanuvericiliyə ziddir, həm də gələcəkdə cavgabdeh Cavabdeh1 mülkiyyətinin dəyər-dəyməzə əlindən çıxmasına gətirib çıxaracaqdır.

77. Məhkəmə kollegiyası qeyd edir ki, cavgabdeh Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinə dair hissəsini mübahisələndirmədiyindən apelyasiya instansiyası məhkəməsi də birnci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə yoxlamamışdır.Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsini yoxlamalı olduğu hissələrdə işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlill ər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.Qeyd edilənlərə əsasən də göstərilən dəlil kassasiay instansiyası məhkəməsində də araşdırıla bilməz.

78. Ona görə də hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Cavabdeh1 münasibətdə tutulmalı olan əsas borc, faiz borcu və cərimə borcuna aid hissələrinin qanuniliyinin yoxlanılması təşkil edir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

79. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Yoxlanılan hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

80. Kollegiya bildirir ki, yoxlanılan hissədə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflə rə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

82. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 aprel 2023-cü il tarixli 2(106)-179/2023 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə tutulmalı olan əsas borc, faiz borcu və cərimə bo rcuna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar