Məhkəmə qərarları › İş №2(102)-3411/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3411/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3411/2024 22.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı ilk, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia tələbləri üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi, əqdin etibarsızlığı, uydurma əqd) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” barədə ilk, Cavabdeh2 İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” barədə qarşılıqlı id dia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4019/2024 nömrəli qətnaməsindən iddiaçı (qarşılıqlı cavabdeh) İddiaçı kassasiya şikayətinə 22 oktyabr 2024cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X6 xx.xx.2021-ci il tarixdə reyestrdə 7E-36-4352 nömrə ilə qeydə alınmış etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) q oymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı,....bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər zəruri hərəkətləri etməyi 10 il müddətinə arvadı Cavabdeh1 etibar etmişdir.

2. Bu etibarnamə əsasında Cavabdeh1 X4 adı ndan xx.xx.2021-ci il tarixdə İddiaçı ilə sadə yazılı kredit müqaviləsi bağlamış, müqaviləyə əsasən xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə İddiaçı 200.000 manat faizsiz borc almışdır.

3. X6 xx.xx.2023-cü il tarixdə ölmüşdür.

4. X6 və Cavabdeh1 birgə nikahından iki övladı var: Cavabdeh3 və Cavabdeh2.

5. X4 adına qeydiyyatdan keçmiş əmlaklar: 6. -xx.xx.2009-cu ildən “Ford Transit” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı; 7. - xx.xx.2015-ci il tarixdən “Ford Transit” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı; 8. - xx.xx.2023-cü il tarixdən “Kia Carnival” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri; 9. - ünvan 1 saylı mənzil; - Abşeron rayonu, x kəndi ərazisində yerləşən 1 otaqlı bağ evi. 10. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli şəhad ətnamə ilə miras əmlak olan “Kia Carnival” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh1 və Cavabdeh3 hər birinə 1/6 pay verilmiş, miras əmlakının 1/6 payı açıq saxlanılmışdır. Həmin nəqliyyat vasitəsi ilə bağlı “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli Şəhadətnamə ilə miras əmlak olan “Kia Carnival” markalı, **-XN-*** nəqliyyat vasitəsinə Cavabdeh2 1/6 pay verilmişdir. Həmin miras əmlakının 2/6 payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və sağ qalmış arvadın ½ payına ümumi birgə əmlaka dair şəhadətnamə də verilmişdir. 11. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli şəhadətnamə ilə miras əmlak olan “Ford Transit” markalı, **-TR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh2 1/6 pay verilmi şdir. Həmin miras əmlakının 2/6 payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və sağ qalmış arvadın ½ payına ümumi birgə əmlaka dair şəhadətnamə də verilmişdir. 12. “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli şəhadətnamə ilə miras əmlak olan “Ford Transit” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh2 1/6 pay verilmişdir. Həmin miras əmlakının 2/6 payına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və sağ qalmış arvadın ½ payına ümumi birgə əmlaka dair şəhadətnamə də verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərn Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 185.000 manat borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia onunla əsaslandırılmışdır ki, X6 ilə arasında bağlanılan xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xxxa 200.000 manat borc pul vermiş, xxx borcu xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixdə X6 vəfat etmişdir. Cavabdehlər mərhumun vərəsələridir (həyat yoldaşı və iki övladı). Bu günə qədər ona yalnız 15.000 manat pul qaytarılmış, qalan 185.000 manat vəsait qaytarılmamışdır. Dəfələrlə cavabdehlərə müraciət edərək qalan borcu qaytarmalarını tələb etsə də, alınmış borc geri qaytarılmamış, öhdəlik icra edilməmişdir.

15. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 442, 430.1, 448.1, 739 və 1306.1-ci maddələrinə istinad etmişdir.

16. Cavabdeh2 da qarşılıqlı iddia ərizəsi verərək xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir.

17. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, atası X6 xx.xx.2023-cü ildə vəfat etmiş və cavabdehlər kimi göstərilən hər üç şəxs (həyat yoldaşı və iki övladı) onun vərəsələridir. X6 vəfat etdikdən sonra Cavabdeh1 (anası) və Cavabdeh3 (qardaşı) ona müraciət edərək, miras əmlaklardan imtina etməsini təklif etmiş, lakin o, bu təkliflə razılaşmayaraq müvafiq olaraq mirasın qəbulu barədə ərizə ilə 9 saylı Notariat Ofisinə müraciət etmişdir. Notariatın apardığı araşdırma nəticəsində X4 adına 3 avtomobil, 2 daşınmaz əmlak aşkar olunmuş və avtomobillərə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, ona hər üç avtomobilə ayrılıqda 2/6 hissə pay müəyyən olunmuşdur (½ hissə Cavabdeh1 ümumi birgə əmlaka dair pay ta nındıqdan sonra). Qalan iki daşınmaz əmlaka dair hüquq müəyyənedici sənədlər Cavabdeh1 tərəfindən notariata təqdim olunmadığından, həmin hissədə müvafiq şəhadətnamə təqdim olunmamışdır.

18. Bundan sonra Cavabdeh1 tərəfindən 16 saylı Mediasiya Təşkilatına “mirasın bölünməsi və kompensasiya verilməsi” barədə müraciət olunmuş, ərizə ilə bağlı xx.xx.2023-cü il tarixinə ilkin mediasiya sessiyası təyin edilmiş və o, qarşı tərəfin vəkili vasitəsilə təklif edilən məbləğlə (11.000 manat) razılaşmamışdır. Bundan sonra ona şifahi bildirmişlər ki, razılaşmazsa, atasının imza atdığı borc sənədi var, o zaman ona çatası miras əmlakından həmin borcun tutulması məsələsini qaldıracaqlar. Cavabında bildirmişdir ki, “ atası 2000 manat pensiya alan, kifayət qədər maliyyə vəsaiti və əmlakları olan şəxs olub, o, yaşadığı müddətdə heç kimdən borc almamış və ala da bilməzdi. Belə bir hal olsaydı, onun da xəbəri olardı”. Bütün bunlardan sonra söylədikləri kimi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir.

19. Mülki işlə tanış olandan sonra məlum olmuşdur ki, İddiaçı iş üzrə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi adı altında iş materiallarına bir müqavilə əlavə etmişdir. Həmin müqavilənin məzmunundan görünmüşdür ki, anası Cavabdeh1 etibarnamə əsasında atasının adından İddiaçıla kredit müqaviləsi bağlayaraq 200000 manat pulu faizsiz xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə borc olaraq iddiaçıdan almışdır. İş materiallarına xx.xx.2021-ci il tarixli, AR-İİ 268289 nömrəli etibarnamə də əlavə olunmuşdur. Belə güman etmək olar ki, təqdim olunan müqavilədə Cavabdeh1 atasını bu etibarnamə i lə təmsil edərək 200000 manatı onun adından borc almışdır. Müqavilədə “etibarnamə üzrə nümayəndə” göstərilsə də, etibarnamə barədə həmin müqavilədə heç bir məlumat, eyni zamanda həmin şəxsin (Cavabdeh1) şəxsiyyət məlumatları qeyd olunmamışdır. Həmin etibarnaməni dəqiq şəkildə oxuyarkən aydın olmuşdur ki, etibar edən şəxs (xxx) etibar edilənə (Cavabdeh1) onun adından borc almaq səlahiyyəti verməmişdir. Etibarnamədə etibar edən şəxs demək olar ki, bütün səlahiyyətləri açıqaydın etibar etdiyini (alğı-satqı, dəyişmə, bağışlama, bağışlamanı qəbul etmə və s. bu kimi saysız hesabsız səlahiyyətləri) ifadə etmişdir. Etibar edən xxx həqiqətən borc götürməyə ehtiyacı, niyyəti olsaydı və bu cür müqavilə bağlamağa şəxsən imkanı olmasaydı, o zaman bu qədər saysız hesabsız səlahiyyətlərin arasında onun a dından borc ala bilmək səlahiyyəti də yazılmış olardı. X7 Təhlükəsizlik Xidmətinin yüksək rütbəli əməkdaşı olub, həmin orqandan pensiyaya çıxıb və kifayət qədər yüksək pensiya alan şəxs olub. Həmin müddətdə heç bir səbəb olmadan həyat yoldaşının onun adından etibarnamə ilə borc götürməsi mümkün deyil. Onun belə bir borca ehtiyacı olmuş olsaydı belə (hansı ki, bütün həyatı boyunca belə bir ehtiyacı olmayıb) bu borcu tanıdığı insandan özü almış olardı. Onun xarakteri və sahib olduğu maddi vəziyyəti belə bir borcun alınmasına uyğun olmadığı və etibarnamə üzrə bu cür səlahiyyətə sahib olmadığı halda Cavabdeh1 ərinin adından belə bir müqavilə bağlaması mümkün deyil. Ümumiyyətlə, 200000 manat məbləğində borc verən şəxs (iddiaçı) bunun niyə başqa şəxsin adından alındığından ehtiyatlanmalı, bu c ür müqaviləni daha ciddi bağlamalı, verilmiş etibarnamədə bu cür borc götürə bilmək səlahiyyətinin ifadə olunmasında cox maraqlı olmalı idi. İddiaçı sanki, 200000 manat məbləğindən bezmiş, ona bu məbləğ artıqlıq etmiş, bu puldan canını qurtarmaq üçün bu müqaviləni bağlamışdır. İş materiallarına əlavə olunmuş bu müqavilə heç bir əhəmiyyət kəsb etməmişdir. Cavabdeh1 hazırkı məhkəmə araşdırmasında bu pulu iddiaçıdan aldığını qəbul edəcəyi halda, müqavilə iddiaçıya bu məbləği yalnız ondan tələb edə bilmək hüququ verə bilər. Bu müqavilənin atası xxxin sağlığında bağlanmış olması inandırıcı olmamışdır. Bu müqaviləni formal, yəni onu miras əmlakdan məhrum etmək üçün düşünülmüş, uydurma bir müqavilə hesab etsə də, bu hissədə geniş mülahizələrə ehtiyac olmadığı qənaətindədir. Çünki qeyd etdiyi kimi müqavilə Cavabdeh1 tərəfindən atasının adından bağlansa da, buna səlahiyyətli olmamışdır. Mübahisəsiz şəkildə görünür ki, atasının Cavabdeh1 verdiyi etibarnamədə iddiaçı ilə borc müqaviləsi (kredit müqaviləsi) bağlamaq kimi bir iradə ifadəsi mövcud olmamışdır. Həmin etibarnamədə iddiaçıya münasibətdə borc (kredit) müqaviləsi bağlamağa dair səlahiyyətlər əks olunmamışdır. X6 xx.xx.2021-ci il tarixli etibarnamə əsasında, özünə məxsus bütün əmlakını idarə etməyi və bununla bağlı bir cox səlahiyyətləri həyat yoldaşı Cavabdeh1 etibar etmiş, lakin Cavabdeh1 həmin etibarnamə əsasında buna səlahiyyətli olmadığı halda onun adından iddiaçıdan borc götürmüşdür. Bəllidir ki, xxx həyat yoldaşına həmin etibarnaməni verərkən sadaladığı kifayət qədər çeşidli səlahiyyətlərin içərisində olmadığı üçün borc götürmək kimi bir iradə ifadəsi, istəyi və niyyəti olmamış və müvafiq səlahiyyəti olmayan Cavabdeh1 Mustafaqulu qızının onun adından iddiaçı ilə bağladığı kredit (borc) müqaviləsi onun iradə ifadəsinin təzahürü hesab oluna bilməz. Cavabdeh1 etibarnamə ilə atasının adından iddiaçıdan borc götürə bilmək səlahiyyətinə lazımi şəkildə sahib olmuş olsaydı belə, o zaman belə bir müqavilə üzrə aldığı pulu təmsil etdiyi şəxsə vermiş olduğunu sübut etmə yükü də daşımış olardı. Lakin belə bir səlahiyyətə sahib olmadan bu cür borcu əldə etdiyi üçün qeyd edilən hissənin araşdırılmasına zərurət də qalmamışdır.

20. Cavabdeh1 nümayəndəsi iddianı qismən qəbul edərək göstərmişdir ki, Cavabdeh1 40000-50000 manat arası borcu var. Bütün problemlər Cavabdeh2 ilə bağlıdır. Təmsil etdiyi şəxs Cavabdeh2 düşən payı verməkdən imtina etmir, lakin sonuncu payla razı olmur. Müqaviləni Cavabdeh1 öz evində imzalayıb, pul da müqavilə bağlanan zaman verilib.

21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-645/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə təmin edilərək, X4 adından etibarnamə əsasında hərəkət edən Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab olunması, ilk və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid olunması qət edilmişdir. (hakim Ramin Quliyev)

22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 X4 arvadı, Cavabdeh3 və Cavabdeh2 isə onların nikahlarından doğulmuş övladlarıdırlar. xxx xx.xx.2021-ci il tarixdə ar vadı Cavabdeh1 reyestrdə 7E-36-4352 nömrə ilə qeydə alınmış etibarnamə vermiş, həmin etibarnamə əsasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qi ymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı,....bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün digər zəruri hərəkətləri etməyi 10 il müddətinə Cavabdeh1 etibar etmişdir. X4 adından həmin etibarnamə əsasında hərəkət edən Cavabdeh1 xx.xx.2021-ci il tarixdə İddiaçı ilə sadə yazılı kredit müqaviləsi bağlamış, müqaviləyə görə, 200000 manat pulu faizsiz olaraq xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə borc almışdır. X6 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Sözügedən kredit müqaviləsinin sonuncu səhifəsində əl yazısı ilə qeyd aparılmış, xx. xx.2023-cü il tarixdə Asifdən 15000 manat alındığı və 185000 manat borc qaldığı göstərilmişdir.

23. Birinci instansiya məhkəməsi ilk iddianın əqdə əsaslan tələb olmasını nəzərə alaraq hesab etmişdir ki, mübahisənin düzgün həlli üçün ilk növbədə qarşılıqlı iddiaçının irəli sürdüyü dəlillərə qiymət verilməli, bundan sonra isə ilkin iddia tələbi üzrə müvafiq nəticəyə gəlinməlidir.

24. Birinci instansiya məhkəməsi göstəmişdir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

25. Mülki Məcəllədə əqdə verilmiş anlayışa əsasən əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: i radə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əskiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əskiklik varsa, onda əqd etibarsızdır.

26. Birinci instansiya məhkəməsi bildirmişdir ki, borc müqaviləsi, borc verənin borc alana konkret pul məbləğini borc verməs i ilə reallaşan əqddir; hər hansı başqa əqdi, yaxud münasibəti pərdələmək məqsədilə bağlandıqda isə belə müqaviləni etibarlı hesab etmək qanunvericinin iradəsinə uyğun deyildir. Başqa sözlə, borc müqaviləsi real müqavilədir, əşya bir şəxsdən digərinə verildiyi halda bağlanmış hesab olunur, tərəflərin hüquq və vəzifələri əşyaların verilməsi anına qədər yarana bilməz. Real müqavilənin əsasını real hərəkət - əşyanın, konkret halda pulun verilməsi təşkil edir və tərəflər arasında müvafiq mülki hüquq münasibətlərinin yaranması üçün hüquqi fakt baş verməlidir. Hüquqi fakt olmadan hüquq münasibəti yarana, dəyişdirilə və ya onlara xitam verilə bilməz.

27. İşin müəyyən olunan halına görə mərhum xxx arvadı Cavabdeh1 etibarnaməni özünün üçüncü şəxslər qarşısında təmsil edilməsi məqsədilə vermiş, etib arnamədə təmsil olunan üçün borc almaq səlahiyyəti göstərilməmişdir.

28. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ilk iddiaçı özünün xxxla yaxın dostluq münasibətində olduğunu, ehtiyacı olduğu üçün xxxin ondan borc pul istədiyini, həmin pulu aparıb evində ona verdiyini bildirsə də, bu cür dost münasibətində olduqları və borc pulu evində şəxsən xxxə verdiyi halda, müqavilənin nə səbəbdən arvadının adından bağladığı barədə dəfələrlə təkrarlanan suallara cavab verə bilməmişdir. Bununla bağlı borcu aldığını etiraf edən Cavabdeh1 nümayəndəsi isə izahatlarında bildirmişdir ki, həmin vaxtlar xxx xəstə olduğu üçün müqaviləni Cavabdeh1 bağlamış və borcu Cavabdeh1 götürmüşdür. Kifayət qədər yüksək məbləğdə borc verildyi halda, müqaviləni niyə notarial qaydada bağlamadığı barədə suala ilk iddia çı belə cavab vermişdir ki, dost münasibətində olduqları üçün buna ehtiyac olmamışdır.

29. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, məhkəmə araşdırması zamanı təqdim olunmuş sübutlara əsasən xxx yüksək məbləğdə əmək pensiyası almış, 3 nəqliyyat vasitəsinə, 1 yaşayış evinə, 1 bağ evinə sahib olmuşdur. Yəni, ilk iddiaçının və Cavabdeh1 izahatlarında bildirdiyi kimi borc almağa ehtiyaclı şəxs olmamışdır. Həmçinin iş materiallarına görə iddiaçının (borc verənin) adına kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən başqa, hər hansı bir daşınmaz və daşınar əmlak qeydiyyatı yoxdur. Ümumiyyətlə, 200000 manat pulun xxxa konkret olaraq hansı məqsəd üçün lazım olduğu barədə məlumatı nə ilk iddiaçıdan, nə də Cavabdeh1 nümayəndəsindən əldə etmək mümkün olmamışdır. Qarşılıqlı iddiaçı izahatların da bildirmişdir ki, ilk iddiaçı, xxxun deyil, sonuncunun oğlu (cavabdeh) Cavabdeh3 dostu olmuş və aralarında hansısa iş münasibəti olmuşdur. Qarşılıqlı iddia ərizəsində də qeyd edilmişdir ki, 16 saylı X3 Cavabdeh2 qarşı “mirasın bölünməsi və kompensasiya verilməsi” barədə predmetlə bağlı xx.xx.2023-cü il tarixinə ilkin mediassiya sessiyası təyin olunmuş və Cavabdeh2 qarşı tərəfin vəkili vasitəsilə təklif edilən məbləğlə (11000 manat) razılaşmamışdır. Bundan sonra ona şifahi bildirmişlər ki, razılaşmazsa, atasının imza atdığı borc sənədi var, o zaman ona çatası miras əmlakından həmin borcun tutulması məsələsini qaldıracaqlar.

30. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddiaçının, hazırkı iddianın anası Cavabdeh1 və qardaşı Cavabdeh3 şərtləri ilə razılaşmadığı üçün irəli sürüldüyü, atasının sağlığında belə bir müqavilənin bağlanmadığı barədə verdiyi izahatlar həm işin faktiki hallarına, həm də mövcud münasibətlərin məntiqi ardıcıllığına tam olaraq uyğun gəlir.

31. Qarşı tərəfin, ilkin iddiaçının xxxa borc verə biləcəyini, xxxin ondan borc ala biləcəyini əsaslandıra biləcək heç bir tutarlı dəlili mövcud deyildir. İlk iddiaçı yeganə dəlil kimi dost münasibətlərində olmasından çıxış edərək bu məqsədlə 200000 manat məbləğində pulu (etibarnamədə səlahiyyət göstərilmədiyi, müqavilə notarial qaydada təsdiqlənmədiyi, heç bir təminat olmadığı halda) borc verdiyini desə və Cavabdeh1 bunu formal olaraq təsdiq etsə də, iş materiallarında sadalanan hallar bunu istisna edir və bu məntiqli görünə bilməz.

32. İşin qeyd olunan hallarını ağlabatan mühakimə əsasında təhlil e dən birinci instansiya məhkəməsinin mövqeyinə görə kredit müqaviləsinin xxxun sağlığında bağlanmadığı, həmin müqavilənin məhz qarşılıqlı iddiaçını miras əmlakla bağlı iddiasından çəkindirmək məqsədilə sonradan tərtib edildiyi, yəni uydurma əqd olduğu qənaətinə gəlmək mümkündür. Bu qənaət ilk iddiaçının borc münasibətinin mövcudluğu ilə bağlı arqumentini inandırıcı hesab etməyə imkan vermir və həm də belə bir fikir formalaşdırır ki, ilk iddiaçı ilə Cavabdeh1 təmsil etdiyi xxx arasında birinin digərinə borc verməsi barədə iradə və onun bildirilməsi vahidliyi mövcud olmamış, qanunvericinin borc müqaviləsinin etibarlılığı üçün nəzərdə tutduğu əsas şərt - borc verən tərəfindən borc alanın mülkiyyətinə pulun keçirilməsi - reallaşmamışdır. Başqa sözlə, tərəflər əslində ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan hərəkət etmişlər. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən isə, uydurma əqd əhəmiyyətsizdir.

33. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, ilkin iddiaçının istinad etdiyi müqavilənin uydurma olması qənaəti Cavabdeh1 ilkin iddia tələbini etiraf etməsinin qəbul olunmamasını zəruri edir; belə ki, bu etiraf qarşılıqlı iddiaçının hüquqlarının və qanunla qorunan mənafeyinin pozulmasına yönəlmişdir. Xüsusilə qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz; bu baxımdan Cavabdeh1 etirafının hər hansı hüquqi nəticə doğurması mümkün deyildir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Cavabdeh1 mərhum xxxun vərəsələrindən biri olmaqla onun kreditorları qarşıs ında birgə borclu kimi məsuliyyət daşıyır - onun ilkin iddianı etirafı bu baxımdan da qarşılqılı iddiaçının mənafeyinə toxunur.

34. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat eht iyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

35. Şərh olunanları ümumiləşdirən birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, qarşılıqlı iddiaçının “borc müqaviləsinin etibarsız hesab edilməsi” tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun müvafiq tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. İiddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

36. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, hər nə qədər qanunvericilikdə əqd etibarsız olduqda, tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməli olduğu nəzərdə tutulsa da, maddənin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birilərindən aldıqlarına münasibətdə tətbiq oluna bilər; hazırkı işin hallarından isə mübahisələndirilən borc müqaviləsinin formal (görünüş üçün) bağlandığı, müqavilə bağlanarkən borc verənin (ilkin iddiaçının) hər hansı pul vəsaiti vermədiyi müəyyən edilmişdir.

37. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 6.1.5, 14.2.1, 324.1, 324.2, 324.4, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 340.1, 340.2, 351.1, 359.1, 359.3, 362.1, 404, 40 5.1, 425, 442, 739.1, 739.2, 740.1, 740.2, 1306.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

38. İlk iddia üzrə İddiaçı (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

39. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 07 aprel 2021-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən X1 Rasim Cavanşir oğlundan 200.000 manat məbləğində borc pul almışdır. Xəstəliyi ilə bağlı əməliyyat olunmaq üçün müalicə müəssisəsində olduğundan X4 adından həmin kredit müqaviləsini xx.xx.2021-ci il tarixli reyestrdə 7E-364352 nömrə ilə qeydə alınmış AR-İİ № 268289 nömrəli etibarnamə əsa sında hərəkət edən arvadı Cavabdeh1 imzalamışdır. (Epikriz apellyasiya şikayətinə əlavə olunur). Borc məbləği 20 ay müddətinə verilmişdir və X6 07 dekabr 2022-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan tarixədək borc məbləği X6 tərəfindən qaytarılmamışdır. Qarşılıqlı iddia ərizəsində qeyd olunanlar isə həqiqəti əks etdirmir. Belə ki, etibarnamədə bütün əqdlər imzalamaq səlahiyyəti verilməsi ilə yanaşı, pul məbləğinin alınması, adından imza etməsi səlahiyyətləri də verilmişdir. Həmçinin şəxsin yüksək məbləğdə pensiya alması onun borc almayacağını əminliklə deməyə əsas vermir. X6 xx.xx.2021.-xx.xx.2021 tarixlərdə xəstəliyi ilə bağlı müalicə müəssisəsində (MEDERA HOSPİTAL) stasionar müalicədə əməliyyat olduğu üçün onun adından həmin etibarnamə əsasında hərəkət edən Cav abdeh1 xx.xx.2021-ci il tarixdə İddiaçı ilə sadə yazılı kredit müqaviləsi bağlamış, müqaviləyə görə, 200.000 manat pulu faizsiz olaraq xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə borc vermişdir. Cavabdehlər qanun üzrə birinci dərəcəli vərəsə kimi xx.xx.2023-cü il tarixli iki “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və xx.xx.2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almışlar. Odur ki, onlar miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə isə ilkin iddia tələbini rədd etməklə qanunun tələbini pozmuşdur. Məhkəməyə təqdim edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən pul vəsaitinin qaytarılmaq şərti ilə borca verilməsi barədə müqav ilə bağlanmış, borc alan da aldığı pulu müqavilə ilə müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasındakı borc müqaviləsi yazılı formada bağlanmışdır. Müqavilə tərəfindən biri üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyinə baxmayaraq, məhkəmə Mülki Məcəllənin 442-ci maddəsinin tələbini pozmuş, düzgün tətbiq etməmişdir. Borc məbləği miras qoyana verilmiş, onun tərəfindən sağlığında qaytarılmadığı üçün, onun vərəsələri olan cavabdehlər həmin borcun qaytarılmamasına görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyırlar. Məhkəmə isə Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbini pozmuşdur. İş üzrə cavabdehlər öhdəliyin icrasından birtərəfli qaydada imtina etdikləri üçün məhkəmə Mülki Məcəlləsinin 430.1-ci maddəsinin tələbini də pozmuşdur. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən tərəflərin təqdim etdikləri sübutlardan deyil, qeyri-obyektiv mülahizələrdən çıxış etmişdir.

40. Apellyasiya baxışında Cavabdeh1 nümayəndəsi göstərmişdir ki, Cavabdeh1 borcu etiraf edir, amma necə ödəyəcəyini bilmir.

41. Apellyasiya baxışında Cavabdeh3 bildirmişdir ki, atasının borcunun olduğunu qəbul edir. Ancaq o pulu qaytarmaq mümkün deyil. Pulun alındığından onun xəbəri olmayıb. Axırıncı dəfə 15000 manatı anası ona verib ki, iddiaçıya versin.

42. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-4019/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-645/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruz əçi), Namiq Cəfərov, İkram Şirinov)

43. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin hər iki iddia üzrə apardığı hüquqi dəyərləndirmə geniş, hərtərəfli və həqiqi hüquq münasibətlərinə uyğun olduğundan gəldiyi nəticə də düzgün olmuşdur.

44. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi” görünüş üçün bağlanan uydurma əqddir. Çünki uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və d ərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır.

45. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırki işdə də İddiaçı “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi” üzrə “təmsilçi” vasitəsilə “müqavilənin tərəfi olmuş” xxxun vərəsəsi kimi arvadından və iki övladından pul tələb edir, bunlardan arvadı Cavabdeh1 və oğlu Cavabdeh3 iddianı etiraf və qəbul edir, qızı Cavabdeh2 isə iddianı nəinki etiraf etmir, üstəlik, qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, faktiki olaraq “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi”nin əhəmiyyətsizliyinin təsbit olunmasını istəmiş və məhkəmə d ə haqlı olaraq onun bu istəyini təmin etmişdir. Cavabdeh2 mirasqoyan xxxun qızı və vərəsəsi olduğundan bu cür təsbit iddiasını irəli sürmək üçün subyektiv hüququ olmuşdur. Çünki vərəsə kimi əldə etdiyi miras aktivi həcmində miras qoyanın həqiqi kreditorları qarşısında məsuliyyət daşıyır. Bu mənada bu cür mahiyyətcə təsbit iddiası olan qarşılıqlı iddianı irəli sürməsi onun hüquqi marağına və mənafeyinə uyğun olmuşdur. İşdən açıq-aşkar bəlli olur ki, mirasqoyanın digər vərəsələri olan Cavabdeh2 anası və qardaşı hüquqdan pis niyyətlə sui-istifadə edərək vərəsə kimi onun hüquq və mənafeyinə zidd hallara yol verərək qanunla nəzərdə tutulmuş qaydada və həcmdə miras əmlak əldə etməkdən onun məhrum etməyə çalışırlar.

46. Məhz buna görə də “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi”nin arxasında h üquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmamış və onu sonradan bağlamaqla tərəflər (İddiaçı və xxxun adından Cavabdeh1) başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gəlməyəcək. Əksinə, həmin müqaviləni bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi həm birinci, həm də apellyasiya baxışı zamanı açıq-aşkar təsdiq olunmuşdur. İddiaçı xxxun müalicə müəssisəsində olduğu üçün kredit müqaviləsini onun arvadı ilə bağladığını qeyd etsə də bu dəlil inandırıcı və ağlabatan olmamaqla yanaşı, həyatda həmişə baş verən hallara da uyğun gəlməmişdir. Əksinə, Cavabdeh2 göstərdiyi dəlillər işin həqiqi hallarına uyğun olmaqla ilkin iddiaçının, Cavabdeh1 və Cavabdeh3 hüquqdan pis niyyətlə sui-istifadə ed ərək qanunsuz olaraq ona zərər vurmağa çalışdıqlarını təsdiq etmişdir. Belə olmasaydı, onlar iddianı qəsdən etiraf etməzdilər. İddianı bu cür qəbul edirdilərsə “borcu” qaytarmağa da onlara hansısa maneə yox idi.

47. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulamışdır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, ilkin iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda, qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür ilk iddianın rədd, qarşılıqlı iddianın isə qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıqaşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda əhəmiyyətsiz əqdlər, hüquqdan pis niyyətlə sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

48. İlk İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş e tmişdir.

49. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi konstitusion normalara uyğun olaraq öz səlahiyyətlərindən istifadə edərək bütün faktiki halları, mövcud dəlilləri obyektiv, tam və hərtərəfli araşdırmalı, onlara hüquqi qiymət verməli idi. Lakin bunlar edilməmişdir, əksinə, cavabdehin maraqlarının təmin edilməsi barədə qərəzli, qanunsuz, ədalətsiz qətnamə çıxarılmışdır. Məhkəməyə təqdim edilmiş kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən pul vəsaitinin qaytarılmaq şərti ilə borca verilməsi barədə müqavilə bağlanılmış, borc alan da aldığı pulu müqavilə ilə müəyyən olunmuş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin borcalan borcu qaytarmadan vəfat etmiş, qanun üzrə vərəsələrdən biri borcun 15.000 manat hissəsini qaytarmış, 185.000 m anat hissəsi isə qaytarılmamışdır. Qeyd olunan faktlar apellyasiya məhkəməsində cavabdehlərdən ikisi tərəfindən etiraf edilmişdir. Cavabdehlərdən ikisi tərəfindən borcun alındığı və tam qaytarılmadığı faktı məhkəmədə təsdiqini tapsa da, məhkəmə qanunun tələbini pozmuşdur. Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarının tələblərini pozmuş, iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi yazılı sübutlarla təsdiq olunmuş işin hallarını kənara qoyaraq özünün qərəzli, qeyri-obyektiv mülahizələrini əsas götürmüşdür. Apellyasiya m əhkəməsinin qətnaməsi maddi və prossesual normalarının pozulması və düzgün tətbiq edilməməsi, həmçinin qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların kifayət qədər tam və hərtərəfli aydınlaşdırılmaması nəticəsində qəbul edilmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.

2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonr a həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellya siya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

52. Kassasiya şikayətində iddiaçı (qarşılıqlı cavabdeh) apellyasiya məhkəməsinin qətnaməsinin tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

53. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılma sını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Apellyasiya instansiyası məhkəməsi hər iki iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

56. İlk iddia tələbi kredit müqaviləsi üzrə borcun qaytarılması, qarşılıqlı iddia tələbi həmin müqavilənin etibarsızlığı barədədir.

57. İşin məhkəmələr tərəfindən müəyyən e dilən hallarına görə “xx.xx.2021-ci il tarixli kredit müqaviləsi” görünüş üçün bağlanan uydurma əqddir. Çünki kredit müqaviləsi xxxun sağlığında bağlanmayıb, həmin müqavilə məhz qarşılıqlı iddiaçını miras əmlakla bağlı iddiasından çəkindirmək məqsədilə sonradan tərtib edilib.

58. Nəzərə alınsa ki, Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir, belə olan halda, işin müəyyən edilmiş hallarına uyğun olaraq gəlinən nəticə də Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən qanuni və əsaslı olmuşdur.

59. Məhkəmə kollegiyası da öz növbəsində qeyd edir ki, istinad edilən həmin normandan belə nəticə çıxır ki, uydurma əqd, əslində heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gəti rmək niyyəti olmadan, yalnız görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı nəinki arzu etmir, hətta əksinə, belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında əvvəlcədən razılığa gəlmiş olurlar. Yəni, uydurma əqddə, bir qayda olaraq əsas məqsəd üçüncü şəxslərdə əqd münasibətləri ilə bağlı yanlış təsəvvür yaratmaq, onları (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri reallıq kimi göstərməkdir.

60. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatına qiymət vermiş, onların təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu müvafiq prosessual normalara əsasən m üəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

61. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər ilk iddianın və apellyasiya şikayətinin də dəlilləri olmuş və məhz həmin dəlillərə qiymət verməklə, işə mahiyyəti üzrə baxan məhkəmələr ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etmişlər.

62. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4019/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar