Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3416/2019 20.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-3416/2019 Bakı şəhəri 20 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2(103)12921/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 *** və Cavabdeh1 kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ***na və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraci ət edərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 11 avqust 2014-cü il tarixli qətnaməsi ilə iddiasının təmin edilərək ***lərinin həyətə tərəf olan hissəsində inşa edilmiş əlavə tikililərin sökülməklə, habelə həmin həyətdə quraşdırılmış müşahidə kamerasının çıxarılmaqla binanın ümumi həyətinin cavabdehlərin hesabına bərpa edilməsinin qət edildiyini, həmin qətnamənin yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanıldığını, qətnamənin icra olunması üçün icra məmuru tərəfindən cavabdehlərə xəbərdarlıq bildirişinin göndərilərək məlumat verildiyini, lakin cavabdehlərin qətnamənin icrasından yayındıqlarını, məcburiyyət qarşısında qalaraq qətnaməni özünün icra etdiyini və bütün xərcləri də özünün çəkdiyini, bu zaman quraşdırılmış liftin, 76.8 m2 sahənin və qeyri-qanuni tökülmüş betonun söküldüyünü, söküntünü aparmaq üçün aparatları 10 günlük kirayə götürdüyünü, söküntü işlərini fəhlələrin apardığını, onlara yemək-içmək verdiyini, söküntü nəticəsində əmələ gəlmiş zibillərin daşınması ilə əlaqədar maşınlardan istifadə olunduğunu, görülən işlərə görə 2500 manat pul xərclədiyini irəli sürmüş, buna görə də cavabdehlərdən müştərək qaydada 2500 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.Ə.Rzayev) 07 avqust 2018-ci il tarixli, 2(001)-6101/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.M.Həsənov, X.A.Mərdanova və F.F.Babayev) 13.12.2018-ci il tarixli, 2(103)-12921/2018 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 ** * və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi “Cavabdeh2 ***ndan və Cavabdeh1 müştərək qaydada 2500 (iki min beş yüz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmiş, Cavabdeh2 ***ndan və Cavabdeh1 1500 (min beş yüz) manat tutularaq İddiaçı ödənilməsi, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərin özlərinə aid edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 *** və Cavabdeh1 və onların vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh2 *** və Cavabdeh1 və onların vəkili Vəkil iş üzrə B akı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə iclasında cavabdehin iştirakı təmin edilməmişdir. Bundan başqa, məhkəmə qətnamə qəbul edərkən yalnız şahid qismində dindirilmiş X1 izahatına əsaslanmışdır. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 13.12.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətini qismən təmin edib, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsini qismən dəyişdirərkən haqlı olmuş, iddianın təmin edilmiş hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 avqust 2014-cü il tarix li qətnaməsi ilə İddiaçı və digər iddiaçıların iddia ərizəsi təmin edilərək ***lərinin həyətə tərəf olan hissəsində inşa edilmiş əlavə tikililərin sökülməklə, habelə həmin həyətdə quraşdırılmış müşahidə kamerasının çıxarılmaqla binanın ümumi həyətinin cavabdehlərin (Samirə və Cavabdeh2ların) hesabına bərpa edilməsi qət olunmuş, sözügedən qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 25 avqust 2016-cı il tarixli 2(103)-6668/2016 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 aprel 2017-ci il tarixli 2(102)-1330/17 saylı qərarına əsasən). Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11 avqust 2014-cü il tarixli qətnaməsi icraya yönəldilmiş, icra sənədinin icrası ilə əlaqədar icra məmurları d əfələrlə sözügedən ünvana gəlmiş, Cavabdeh2 icra sənədinin icrasına yönəlik müəyyən işləri gördürsə də, əksər hallarda işlərin görülməsi üçün əlavə vaxt istəmiş, İddiaçı isə bir neçə dəfə ona möhlət verməyə razı olmuş və növbəti dəfə icra etmədiyi təqdirdə işləri özünün gördürəcəyini bildirmişdir; həmçinin icra məmurları tərəfindən tərtib edilmiş aktlardan İddiaçı dəvət etdiyi ustaların köməyi ilə 6 saylı evin 8 və 9 saylı mənzillərinin həyətə tərəf olan hissəsində əlavə tikilən divarların üzərinə quraşdırılmış alkapon və divara bərkidilmiş dəmir konstruksiyanın (03.10.2017-ci il tarixli akta əsasən), habelə 8 və 9 saylı mənzillərin həyətə tərəf olan hissəsində inşa edilmiş divarların əksəriyyət hissəsinin söküldüyü, 9 saylı mənzilin qapısının sökülərək texniki pasporta uyğun vəziyyətə g ətirilməklə əvvəlki yerinə bərpa edildiyi (12.10.2017-ci il tarixli akta əsasən) müəyyən edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən şahid qismində dindirilmiş X2 izahatında, ixtisasca prorab olduğunu, iddiaçının onu ***lərinin həyətə tərəf olan hissəsində inşa edilmiş əlavə tikililərin sökülməsi üçün dəvət etdiyini və həmin işlərin görülməsi üçün ona 2300 manat pul verdiyini, həmçinin təxminən 200 manat yemək və taksi üçün xərclər çəkdiyini bildirmişdir. Maddi hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 79.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə...bu Qanunla müəyyən edi lmiş qaydada icra hərəkətlərinin həyata keçirilməsi zamanı dəvət olunmuş tərcüməçilərə, hal şahidlərinə, mütəxəssislərə və digər şəxslərə müvafiq haqqın ödənilməsinə (79.2.2), icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər (79.2.5) aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən isə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəx sin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası yuxarıdakı maddi hüquq normalarına istinad edərək, qanuni qüvvəsini almış qətnamə üzrə çıxarılmış icra sənədinin icrası ilə bağlı tələbkar tərəfin çəkdiyi xərcləri borclu tərəf olan cavabdehlərdən tutulmasına dair düzgün qənaətə gəlmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissəsində ləğvi üçün qanuni əsas deyildir. Belə ki, mülki işin 89-cu vərəqində olan poçt qəbzindən görünür ki, cavabdehlər apellyasiya icraatı haqqında müvafiq qaydada məlumatlandırılsalar da gəlməmişlər və apellyasiya instansiyası məhkəməsi də düzgün olaraq Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmışdır. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət vermək lə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiy ası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh2 *** və Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.12.2018-ci il tarixli, 2(103)-12921/2018 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin Sənan Hacıyev hakimi
Məhkəmə qərarları › İş №2(102)-3416/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3416/2019
20.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver