Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3418/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun qaytarılması tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 03 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 əl yazısı ilə icra etdiyi və imzası ilə təsdiqlədiyi 19 may 2 020-ci il tarixli qəbzə əsasən, İddiaçı 2500 manat borc almış, həmin məbləği 01.07.2020-ci ildə qaytaracağını bildirmişdir. Buna baxmayaraq, cavabdeh borcunu vaxtında qaytarmayaraq öhdəliyin icrasını gecikdirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı 16.07.2020-ci ildə Cavabdeh1 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən borc olaraq almış olduğu 2500 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, cavabdeh 19 may 2020-ci il tarixdə ondan 2500 manat borc pul almışdır. Həmin pulu ona 01 iyul 2020-ci il tarixədək qaytarmalı idi. Hətta cavabdeh bu barədə ona yazılı qəbz də vermişdir. Lakin cavabdeh pulu qaytarmaqdan imtina edir. Dəfələrlə pulunu istəsə də, cavabdeh borc aldığı pulu qaytarmır.
4. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, İddiaçı borc pul almış və ona yazılı qəbz vermişdir. Lakin borcun məbləği 2500 manat yox, 1550 manat olubdur. İddiaçı pulu ona faizlə verdiyindən qəbzdə 2500 manat yazdıırmışdır. Hazırda onun iddiaçıya cəmi 1550 manat borcu var.
5. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 24 avqust 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir.
6. Məhkəmə Mülki Məcəllənin 739-cu maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh izahatında pulun məbləğinin 1550 manat olmasını və pulun faizə verilməsini bildirsə də, buna dair məhkəməyə sübut təqdim etməmişdir. b) Apellyasiya instansiyası məh kəməsindəki icraat
7. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) 03 dekabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tə rəf, Yevlax rayonu ərazisində sələmçiliklə məşğul olan bir şəxsdir. Təkcə Yevlax Rayon Məhkəməsinin icraatında həmin şəxsin iddiaçı olduğu onlarla mülki iş vardır. İddiaçı tərəfin qanunsuz fəaliyyətlə məşğul olmasına dair, hər iki məhkəmə instansiyasında heç bir münasibət bildirilməmişdir. Halbuki, iddiaçı tərəf, qazanc əldə etməklə pul dövriyyəsi ilə məşğuldursa, mütləq vergi ödəyicisi olmalı və dövlətə vergi ödəməlidir. Bütün bu hallara dair, əvvəlki məhkəmə instansiyalarında, cavabdeh tərəfindən təkzib edilməz faktlar məhkəməyə təqdim edilsə də, heç bir hüquqi qiymət verilməmişdir. Bütün bu hallar, əvvəlki məhkəmə instansiyaların işə birtərəfli və səhti yanaşdığını göstərir. İddiaçı birinci instansiya məhkəməsində cavabdehə 1550 manat pul verdiyini etiraf etsə də, məhkəmə iddianı bütövl ükdə təmin etmişdir. İşə baxan əvvəlki hər iki instansiya məhkəmələrində mübahisəyə borc müqaviləsi olaraq hüquqi qiymət verilmişdir. Əslində isə tərəflər arasında heç bir müqavilə yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər bor clu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
14. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
17. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
18. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
20. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
21. Cavabdeh1 tərəfindən əl yazısı ilə icra edilmiş və imzası ilə təsdiq edilmiş 19 may 2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 İddiaçı 2500 manat borc aldığını, həmin borc məbləğini 01.07.2020-ci ildə qaytaracağını bildirmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi iş üzrə belə qənaətə gəl mişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı Cavabdeh1 borc pul vermiş, lakin sonuncu borcunu vaxtında qaytara bilməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 1550 manat borc aldığını, lakin iddiaçının ona pulu faizlə verdiyinindən qəbzdə 2500 manat yazıldığını bildirsə də bu barədə sübut təqdim etməmişdir.
23. Kollegiya hesab edir ki, işin müəyyən edilmiş faktiki halları nəzərə alındıqda iddianın təmin edilməsi barədə məhkəmələrin gəldikləri nəticə MM-in 739.1-ci maddəsinə uyğundur.
24. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə g əlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
25. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin mübahisə ilə bağlı dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir, iddiaçının fəaliyyəti ilə bağlı dəlillər isə mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir.
26. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamə si dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
27. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 03 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.