Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3420/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, itirilmiş məhkəmə icraatının bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 avqust 2024-cü il tarixli, 2(102)5056/2024 nömrəli qərardadından qətnamə ilə hüquq və vəzifələrinə toxunması bildirən X2 və Hüseynova Sevil Bö yükkişi qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yeni-Yasamal-1, 14 saylı evin 135 saylı mənzilə görə istifadə hüquqlarının tanınması və onunla icarə müqaviləsinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2004-cü il tarixli, 2(004)1035/2004 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı Bakı şəhəri, YeniYasamal-1, 14 saylı evin 135 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzil üzrə mənzil icarə müqaviləsinin bağlanmasının Cavabdehnə həvalə edilməsi qət edilmişdir.
3. X2 və Hüseynova Sevil Böyükkişi qızı mülki iş üzrə maraqlarına toxunulan şəxs qismində cəlb edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və qətnamədən apellyasiya şikayəti vermiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(004)-1035/2004 nömrəli qərardadı ilə (hakim F.A.Əlizadə) ərizəçilər X2 və Hüseynova Sevil Böyükkişi qızının İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə maraqlarına toxunulan şəxs qismində cəlb edilməklə, mülki işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 avqust 2024-cü il tarixli, 2(103)-5056/2024 nömrəli qərardadı ilə (hakim G.T.Axundovanın sədrliyi və məruzəsi ilə, haki mlər C.C.Musayevadan və F.F.Babayevdən ibarət tərkibdə) apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maraqlarına toxunulan şəxslər X2 və Hüseynova Sevil Böyükkişi qızı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2004-cü il tarixli, 2(004)-1035/2004 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə baxmayaraq mülki iş mövcud deyildir.
6. Maraqlarına toxunulan şəxslərin nümayəndəsi, Vəkil müraciətinə cavab olaraq Bakı şəhəri Yasamal Məhkəməsi tərəfindən göndərilmiş 01 dekabr 2023-cü il tarixli, 2755/2023 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı olduğu 2-2037/2003 nömrəli mülki iş arxivdə aşkar olunmadığından sorğuya cavab verilməsi mümkün olmamışdır.
7. Apellyasiya kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki işin arxivdə aşkar olunmamasının səbəbləri ilə bağlı hər hansı araşdırma aparılmamışdır.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 saylı Əlavəsinə istinad edən apellyasiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2004-cü il tarixli, 2(004)-1035/2004 nömrəli qətnaməsindən maraqlarına toxunulan şəxslər X2 və Hüseynova Sevil Böyükkişi qızı apellyasiya şikayəti verilmiş, qətnamənin qəbul edildiyi məhkəmə tərəfindən mülki işin hansı səbəbdən məhkəmənin arxivində olmaması araşdırlmamış, icraatın bərpası ilə bağlı hər hansı tədbir görülməmi şdir. Bu səbəbdən, apellyasiya şikayətinin mümkünlüyü üçün əsas yoxdur.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
10. Qətnamə ilə hüquq və vəzifələrinə toxunması bildirən X2 və Hüseynova Sevil Böyükkişi qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2024cü il tarixli, 2(102)-5056/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 1.3, 2.2, 9.1, 9.2, 9.3, 361, 364.1, 364.2-ci maddələrinin tələbləri pozulmuşdur.
12. Belə ki, apellyasiya məhkəməsinin qərardadı ilə tərəfin apellyasiya şikayəti vermək hüququ məhdudlaşdırılmış, ədalət mühakiməsinin çəkişmə prinsipi pozulmuşdur. Apellyasiya kollegiyası öz qərardadını yalnız bir prosessual hüquq norması ilə əsaslandırmışdır. Lakin Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsi imperativ əsas deyildir və verilən apellyasiya şikayətinə tətbiq edilə bilməz. Qətnamə üzrə aparılmış məhkəmə işinin olmaması səbəbindən, apellyasiya şikayətinin mümkünlüyünə mənfi təsir göstərə bilməz. Məhkəmə işləri bütövlüklə uzun illər ərzində, azı 75 il saxlanılmalıdır. Yasamal Rayon Məhkəməsi qətnamənin çıxarılmasından təxmini 10 il keçdikdən sonra nədənsə həmin məhkəmə işi məhv etmişdir.
13. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
14. Kassasiya şikayətinə etiraz verilmə mişdir. Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 416.1-ci maddəsinə əsasən ka ssasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 16. “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Azərbaycan Respublikası Mülki Prosessual Məc əlləsinə 1 nömrəli Əlavənin 1-ci bəndinə əsasən başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. 3-cü bəndinə əsasən məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi səlahiyyətləri çərçivəsində apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən apellyasi yanı qeyri-mümkün hesab etmişdir.
18. Belə ki, mülki prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarına görə işə apellyasiya qaydasında baxılması ilk olaraq işin özünün mövcudluğu ilə şərtləndirilir.
19. Hazırda müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2004cü il tarixli qətnaməsinin qəbulu üçün əsas olmuş İddiaçı olduğu mülki iş arxivdə aşkar edilməmişdir. Bu barədə kassatorun aldığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli arayışı hazırkı materiallara əlavə olunmuşdur. Lakin həmin arayışda işin nömrəsi fərqli olaraq, 2-2037/2003 kimi qeyd olunmuşdur.
20. Belə olan halda, mövcud olmayan mülki iş üzrə hər hansı bir şikayətə apellyasiya icraatı qaydasında baxılması qeyri-mümkünlüyü, apellyasiya şikayətinə baxılması üçün məhkəmə nin arxivinə bir daha sorğu edilərək, qətnamədə göstərilən 2-1035/2004 nömrəli işin tapılacağı və ya bu mümkün olmadıqda, prosessual əsasların itirilmiş (məhv edilmiş) məhkəmə icraatının bərpasından sonra yaranacağı barədə apellyasiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.
21. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiyanın qeyri-mümkünlüyü kassatorun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması və ya çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməməlidir.
22. Belə ki, apellyasiya məhkəməsi şikayət verən şəxsə apellyasiya şikayəti verməklə yanaşı, “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1 nömrəli Əlavəsində müəyyən olunmuş prosedur çərçi vəsində itmiş icraatın bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. Lakin, kassator müvafiq ərizə ilə aidiyyəti birinci instansiya məhkəməsinə müraciət etmək əvəzinə, apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti vermişdir.
23. Kassasiya şikayətinin digər dəlili də qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, işin birinci instansiya məhkəməsinin arxivində aşkar olunmamasının səbəbi hazırkı halda əhəmiyyət kəsb etmir. Hər hansı səbəbə görə, mülki iş mövcud olmadıqda, onun apellyasiya qaydasında yoxlanılması qeyri-mümkündür.
24. Bu səbəbdən, məhkəmə kollegiyası hesab edir ki, X1 və Hüseynova Sevil Böyükkişi qızının apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair apellyasiya məhkəməsinin qərardadı qanuni və əsaslı olmuşdur. Kas sasiya şikayətində göstərilən hallar qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Qətnamə ilə hüquq və vəzifələrinə toxunması bildirən X2 və Hüseynova Sevil Böyükkişi qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 avqust 2024-cü il tarixli, 2(102)-5056/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.