Məhkəmə qərarları › İş №2(102)-3421/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3421/2019

23.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3421/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2016-cı il tarixli 2(103)1179/2016 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə (hakim F.Ə.Məmmədov, iş № 2(011)-6392/2015) İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə ə sas borcun, əsas borca hesablanmış faizlərin tutulması, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh 3903,73 ABŞ dolları əsas, 583,60 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə, cəmi 4787,33 ABŞ dolları ödəniş gününə qüvvədə olan manata məzənnə ilə və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov, S.F.Hacıyev, iş № 2(103)1179/2016) İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.V.Həsənov, V.Ə.Baxışova, N.Ş.Cəfərov, iş № 2(103)-2971/2018) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 09 oktyabr 2015-ci il tarixli qətnaməsi qismən 583,60 ABŞ dolları faiz borcunun tutulmasına aid hissədə ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.İsgəndərov, Ə.A.Əhmədov, İ.K.Dəmirov, iş № 2(102)6489/2018) iddaçı İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məh kəməsi Mülki Kollegiyasının 13 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 noyabr 2018-ci il tarixli qərardadı ilə (hakimlər: E.M.Həsənov, X.A.Mərdanova, F.F.Babayev, iş № 2(103)12041/2018) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilmiş, mükli iş apellyasiya baxışından çıxarılmış, Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüqüquna sahib olması qərara alınmışdır. İşin halları: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.07.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 26 faiz olmaqla 18 ay müddətinə 5300 ABŞ dolları məbləğində kredit verilmişdi r. Kredit müqaviləsinin təminatı olaraq **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil götürülmüş kredit məbləğinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. 2015-ci ilin iyul ayında İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi səbəbindən banka cəmi 9177 ABŞ dolları məbləğində borcun yaranmasını əsas göstərməklə həmin borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına və s. dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh Cavabdeh qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxl anılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, "İddiaçı" ASC-nin 1 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 08.07.2011-ci il tarixli istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 18 ay müddətinə, illik 26 % hesabı ilə 5300 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcluda n vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank, iş üzrə müəyyən olunduğu kimi, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. İşin müəyyən olunmuş hallarına əsasən Cavabdeh yuxarıda göstərilən müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş və bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı ASC-nin 1 saylı filialı ilə Cavabdeh arasında 08 iyul 2011-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank 5300 ABŞ dolları məbləğində kredit verməyi, Cavabdeh isə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmağı üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi cavabdeh mülkiyyətində olan BMW 523 minik markalı, 1997-cu il buraxılışlı, qara metal rəngli, **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş üzrə iddiaçı həmin məbləğdə pulu borcluya verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gə ldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 11 yanvar 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar