Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3422/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və iddiaçının vəkili X3 iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3810/2019 saylı qətnaməsi ilə (hakim C.Məmmədov) İddiaçı Cavabdeh1 Piran oğluna və digərlərinə qarşı etibarnamənin ləğvi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatın, habelə reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın XXX 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən, məruzəçi), G.Tağızadə və T.Quliyev, 2(105)-3309/2019 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(060)-3810/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhəri 1 saylı DNK-da xx xxxxxx 2011-ci il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın və qeydiyyatın ləğv edi lməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcmini artıraraq, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq olunmuş xx.xx.2011-ci il tarixli etibarnamənin ləğv olunması, Sumqayıt şəhəri 1 saylı dövlət notariat kontorunda xx xxxxxx 2011-ci il tarixdə bağlanmış AN-1 ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın və qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Sumqayıt şəhəri, XXX mənzilin ilkin icarədarı valideyinləri olmuşdur. Sonradan analarının vəfat etməsi ilə üç vərəsə olaraq hər birinə 1/3 pay olmaqla mənzil onların mülkiyyətinə keçmişdir. Beləki, mənzil onun, cavabdehlərdən X5 və X1 mülkiyyətinə keçmişdir. Bu barədə xx.xx.2011 -ci il tarixli MA seriyalı № ******* saylı çıxarış alınmışdır. Həmin vaxt o, Azərbaycan Respublikasının ƏN PX-nin 11 saylı CÇM-də cəza çəkirdi. Cavabdehlərdən X2 yanına gələrək vərəsəlik qaydasında əmlakın qəbul edilməsi və ona çıxarış alınması üçün etibarnamə istədi. Etibarnamə 11 saylı CÇM-də tərtib edildi. Rus dilində təhsil aldığından və latın qrafikasını bilmədiyindən həmin vaxt bacısı iş üzrə cavabdeh XXXa inanmışdır. Bir neçə ildən sonra Cəzaçəkmə müəssisəsindən qayıdaraq göstərilən mənzildə yaşamağa başlamışdır. 2018-ci ilin noyabr ayında ona məlum olmuşdur ki, iş üzrə Cavabdeh1 X oğlu onu və digər şəxsləri məhkəməyə verərək onların mülkiyyətçisi olduğu mənzildə istifadə hüququna x itam vermək barədə iddia ərizəsi vermiş və Sumqayıt şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmuşdur. Həmin qətnaməni rəsmi qaydada aldıqdan sonra ondan apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının ƏN PX-nin 11 saylı CÇM-nin rəhbədliyi tərəfindən təsdiq olunmuş xx.xx.2011-ci il tarixli etibarnamə ləğv olunmalıdır. Etibarnamə bir tərəfli əqddir. Etibarnamədən istifadə olunsa da həmin etibarnamədə göstərilmiş səlahiyyətləri rus dilli olduğu və latın qrafikasını bilmədiyim üçün həmin andan mənasını başa düşməmişdir. Belə ki, latın qrafikasını bilmədiyi üçün etibarnaməni oxuya bilməmişdir. Ona görə hesab edir ki, iddiası qanuni və əsaslıdır. Prosessual məsələlər: İddiaçı və iddiaçının vəkili X4 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər X7 və X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Ona görə məhkəmə kollegiyası onların izahatını dinləməmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına ma ne olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilmə məlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İddiaçı xx.xx.2011-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin etibarsızlığı iddiası ilə çıxış edir. doqquz il əvvəl bağlanmış əqdin etibarsızlığını tələb edir. Həmin əqd onun bacıları ilə paylı mülkiyyətlərində olmuş mənzillə bağlı olmuşdur. Həmin vaxt iddiaçı cəzaçəkmə müəssisəsində cəza çəkmiş və onun vermiş olduğu etibarnamə ilə bacısı mənzilin alqı-satqısını həyata keçirmişdir. 11 saylı cəzaçəkmə müəssisəsinin verdiyi 17/29-137 saylı, xx.xx.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Nərimanov küçəsi, 2-ci məhəllədə yerləşən 11/12 saylı evin, 3 saylı mənzilinin alqı-satqı edilməsi və bu mənzilə dair bütün hüquqi hərəkətlərin aparılmasını XXXa etibar etmişdir. xx.xx.2011-ci il t arixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Kəngərli Ramilə Qara qızı, X2, İddiaçı Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən 11/12 saylı evin 3 nömrəli mənzilini Cavabdeh1 X oğluna 55.000 manata satmışdır. RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyester kitabının 155 nömrəli vərəqində ********** nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh1 Piran oğludur. Sumqayıt Şəhər Məhkəməsinin sorğusuna əsasən 11 saylı Cəzaçəkmə müəssisəsinin verdiyi cavab məktubunda göstərilmişdir ki, hər bir məhkum tərəfindən verilən etibarnaməyə razılıq ərizələri fərdi qaydada, istisna olmadan müəssisənin rəisi tərəfindən ətraflı öyrənilir. Məhkumlara mü əssisə rəisinin qəbulunda verəcəyi etibarnamənin məzmununu, etibar edilən şəxsin etibarnamə ilə edə biləcəyi hüquqi hərəkətləri və nəticələri ətraflı şəkildə izah olunduqdan sonra, məhkum etibarnaməni təkrarən vermək arzusunun olmasını bildirdikdə etibarnamələri təsdiq olunur. Bu səbəbdən İddiaçı iddiasını qəbuledilməz hesab edilərək ərizədə göstərildiklərini əsassız hesab edirlər. Məhkəmə kollegiyası iddianın rədd edilməsi ilə bağlı məhkəmələrin gəldiyi nəticə ilə razılaşır. Əvvəla, doqquz il keçdikdən sonra alqı-satqı müqaviləsinin etibarsız hesab olunması mülki dövriyyənin sabitliyini pozmuş olar. Özü də bu elə bir əqd deyil ki, gizlin həyata keçirilmiş olsun, maraqlı şəxslər bundan məlumatsız olsunlar. İşdən görünür ki, iddiaçı və onun bacıları olan iki cavabdeh mənzilin satılması barə də məlumatlı olmuşlar. Bunun əksi məntiqli deyil. Doqquz il ərzində idiaçı və onun bacıları bilməmiş deyildilər ki, mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh1 X oğludur. Hər bir halda doqquz il ərzində onlar mənzilin xidmət haqlarını ödənilməsi ilə bağlı sahə üzrə mənzil istismarı sahəsinə müraciət etmiş olsaydılar, və yaxud ödəmiş olsaydılar bilməliydilər ki, mənzilin mülkiyyətçisi başqa şəxsdir. Bundan başqa, iddiaçının etibarnamənin tərtib olunduğu dili bilməməsi, etibarnamənin məzmununu başa düşə bilməməsi ilə bağdı dedikləri də təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllə nin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Ağlabatan mühakimə əqdlə bağlı iddiaçının vaxtında məlumatlı olmasından başqa fərqli qənaəti istisna edir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). İş materiallarından görünür ki,mübahisəli evin alqı-satqısı İddiaçı verdiyi etibarnamə əsasında bacısı X2 tərəfindən həyata keçirilmişdir. Etibarnamə xx xxxxxx 2011-ci il tarixdə 3 il müddətinə verilmiş, xx xxxxxx 2014-cü il tarixdə etibarnamənin müddəti bitmişdir, yəni müddəti bitmiş etibarnamənin ləğvi tələ bi, habelə alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın və qeydiyyatın ləğv edilməsi tələbi əsasızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən sa
Məhkəmə qərarları › İş №2(102)-3422/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3422/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver