Məhkəmə qərarları › İş №2(102)-3423/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3423/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3423/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-6141/2018 saylı qətnaməsilə (hakim V.Ruvinov) İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmiş, X5, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4 X oğlu və X1 müştərək qaydada İddiaçı QSÇ-nin xeyrinə 7408,29 ABŞ dolları əsas borc, 2323,89 ABŞ dolları faiz borçu, 100 ABŞ dolları çərimə, cəmi 9832,18 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Rəhimov (sədrlik edən, məruzəçi), G.Tağızadə və T.Quliyev, 2(105)1888/2019 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-6141/2018 saylı qətnaməsi qismən, faiz borcunun tutulması hissəsində dəyişdirilərək, qətnamə ilə İddiaçı QSC -nin xeyrinə tutulması qət edilən faiz borcunun məbləği 1.194,41 ABŞ dollar ı həddində müəyyən edilməsi, qətnamənin qalan hissədə Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: «İddiaçı” QSÇ iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5, Cavabdeh2,Cavabdeh3, X2, Cavabdeh4 X oğlu və X1 müştərək qaydada «İddiaçı” QSÇnin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 7408,29 ABŞ dolları məbləğində əsas kredit borçu, 2323,89 ABŞ dolları məbləğində faiz borçu, 3924,35 ABŞ dolları çərimə, çəmi 13656,53 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «İddiaçı” QSÇ ilə X5 arasında bağlanmış xx.xx.2012-çi il tarixli kredit xətti müqaviləsi cərcivəsində bağlanmış xx.xx.2014çü il tarixli kredit razılaşmasına əsasən, çavabdehə 24 ay müddətinə aylıq faiz dərəçəsi 2,25% olmaqla 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. X5 4591,71 ABŞ dolları ödəmiş və onun 7408,29 ABŞ dolları məbləğində ödənilməmiş kredit borçu qalmışdır. Kredit müqaviləsi üzrə X3 öhdəliklərinin içrasını təmin etmək məqsədilə Cavabdeh2,Cavabdeh3, X2, Cavabdeh4 X oğlu və X4 ilə zaminlik müqavilələri bağlanmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Bankın ondan 4493 ABŞ dolları tələb etməsinin heç bir hquqi əsası yoxdur. Beləki qeyd olunan məbləği ödəməyi barədə bankın özü tərəfindən hesabdan çıxarış vardır ki, həmin çıxarış onun banka ödədiyi məbləği açıq aydın göstərir. Bundan başqa o banka ödədiyi 4493 ABŞ dolları məbləği banka etiraf etsə də yerdə məbləğin taleyi bu günə qədər məlum dey il. Bu məsələ Apelyasiya Məhkəməsi tərəfindən araşdırmalı olduğu halda araşdırılmamış və vəsatət verməyinə baxmyaraq ekspertiza keçirilməmişdir. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhk əməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: «İddiaçı” QSC ilə X5 arasında xx.xx.2012-çi il tarixli kredit xətti müqavil əsi çərcivəsində bağlanmış xx.xx.2014-çü il tarixli kredit razılaşmaya əsasən, çavabdehə 24 ay müddətinə aylıq faiz dərəçəsi 2,25 % olmaqla 12000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. Cavabdeh X5 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka kreditə görə xx.xx.2014-çi il tarixli kredit razılaşması üzrə 7408,29 ABŞ dolları məbləğində əsas kredit borcu, 2323,89 ABŞ dolları məbləğində faiz borcu, 3924,35 ABŞ dolları cərimə, çəmi 13656,53 ABŞ dolları borcu yaranmışdır. “İddiaçı» QSÇ ilə X3 öhdəliklərinin içrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh4 X oğlu və X4 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki, zamin kreditor qarşısında borçalanın kredit xətti müqaviləsi üzrə bank qarşısında olan bütün öhdəliklərini yerinə yetirilməsinə öhdəlik götürür. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakcılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakcıya (borc alana) kecirməyi öhdəsinə götürür, digər iştirakcı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borç müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Hə min Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə içra etməsi ücün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən,əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərçlərinin və borçlunun öhdəliyi içra etməməsi və ya lazımınça içra etməməsi nətiçəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həçmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və y a müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək iddianı təmin etmişdir. Cavabdeh borcun məbləğini mübahisələndirir. Lakin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun daha az olması ilə bağlı heç bir sübut təqdim edə bilmir. Bor cun məbləği ekspert rəyinə uyğun olaraq müəyyən edilmiş, işə baxan apellyasiya məhkəməsi faiz hissəsində borcu dəqiqləşdirmişdir. Cavabdeh tərəf həmin məbləğin daha az olduğuna istinad edirsə, bu halı təsdiq edən sübutlar təqdim etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar