Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3425/2020 22.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin vəkili X1, Cavabdeh2, onun və digər Cavabdeh3 vəkili x oğlunun, Cavabdeh1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xnömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların vəkili x oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli x saylı kredit sazişinə əsasən 15.713 (on beş min yeddi yüz on üç) ABŞ dolları 06 (altı) sent məbləğində əsas borc, 4653 (dörd min altı yüz əlli üç) ABŞ dolları 49 (qırx doqquz) sent məbləğində faiz borcu olmaqla, cəmi 20.367 (iyirmi min üç yüz altmış yeddi) ABŞ dolları 45 (qırx beş) sent məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı-nə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin (hakim A.Həsənov) xx xxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Tağızadə (sərlik edən və məruzəçi), L.Məmmədova və A.Abbasov) xx xxxxxx 2020-ci il tarixli, x nömrəli qətnaməsi ilə Şuşa Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onların vəkili x oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia təmin edilərkən 6.000 ABŞ dolları dəyərində dövriyyədəki malın girovu, sığorta girovu, borcun ABŞ dolları ilə tutulması, cavabdehlərin maddi vəziyyətinin çətin olması, əsas borclunun bütün məsuliyyəti öz üzər inə götürməsi nəzərə alınmamış, qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən cvabdeh Cavabdeh2 və vəkili xkassasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Cavabdeh1 məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili xkassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. İşdə iştirak edən Cavabdeh3 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəd ə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. İddiaçıSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2015-ci il tarixli x saylı kredit sazişindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 50 ay müddətinə 18221 ABŞ dolları məbləğində kredit verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması m üqavilənin predmetini təşkil etmişdir. Kredit sazihinə əsasən borclu kreditora kreditdən istifadəyə görə orta illik faiz dərəcəsi illik 24% ödəyir. Kreditin verildiyi tarixdən onun tam qaytarıldığı tarixədək kreditdən istifadə üçün faiz hesablanır. Kredit sazişinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 18221 ABŞ dolları məbləğində almış olduğu krediti xx xxxxx 2015-ci il tarixindən başlayaraq hər ay 579,85 ABŞ dolları, sonuncu ay 586,69 ABŞ dolları ödəniş etməklə xx xxx 2019-cu il tarixinədək ödəməli idi. İddiaçı-nin xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxx 2015-ci il tarixli x saylı kredit sazişi üzrə xx xxxx 2018-ci il tarixinə 15713,63 ABŞ dolları əsas borc və 4653,49 ABŞ dolları faiz borcu hesablanmışdır. Azərbaycan Re spublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 25640 saylı rəyinə əsasən cavabdehin İddiaçı-ə xx xxxx 2015-ci il tarixli x saylı kredit sazişi üzrə xx xxxx 2018-ci il tarixinə əsas borcunun 16.327,74 ABŞ dolları və faiz borcunun 8818,26 ABŞ dolları təşkil etdiyi müəyyənləşdirilmişdir. Apelyasiya instansiyası məhkəməsi işin qeyd edilən faktiki hallarına aşağıdakı hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü ə şyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikası ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. Kollegiya kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, tərəflərin razılaşması ilə hal nəzərdə tutulmayıbsa girovun mövcudluğu, yaxud əsas borclunun bütün məsuliyyəti öz üzərinə götürməsinə dair bəyanı kreditoru zamin(lər)ə qarşı tələb irəli sürmək hüququndan məhrum etmir. Bundan əlavə, cavabdehlərin maddi vəziyyətinin aşağı olması mübahisənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. Odur ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyil və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. xnömrəli
Məhkəmə qərarları › İş №2(102)-3425/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3425/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver