Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3426/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı X3 vəkili Vəkil iştirakı ilə, İddiaçı-nin Cavabdeh, X4, X5 və X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-129/2020 nömrəli qətnaməsindən İddiaçı” ASC-nin vəkili Vəkil kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X 6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 10375,05 ABŞ dolları əsas, 2274,09 ABŞ dolları faiz borcu olmaqla, cəmi 12649,14 ABŞ dollarının və odənilmiş 30 manat dovlət rusumunun tutulmasıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə verərək, borcun zaminlər X4, X5 və X1 da tutulmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-210/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, əsas borc uzrə 10375,05 ABŞ dolları, faiz borcu uzrə 2274,09 ABŞ dolları, cəmi 12649,14 (on iki min altı yuz qırx doqquz) ABŞ dolları məbləğində pulun (tutulduğu gun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına nisbətində muəyyən edilmiş məzənnəsi ekvivalentində) və odənilmiş 30 manat dovlət rusumunun 15 manatının Cavabdeh tutularaq İddiaçı X7nə odənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. (hakim Emin Abdullayev) İddiaçı qətnamənin iddianın zaminlərə qarşı təmin olunmayan, Cavabdeh isə borc məbləği və borcun ABŞ dolları ilə tutulması hissəsindən apelyasiya şikayəti vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-129/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdehinapelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-471/2019 saylı iş üzrəxx xxxxxx 2019-cu il tarixli qətnaməsi əsas borca dair hissədə dəyişdirilərək, Cavabdeh əsas borc uzrə 9902,11 (doqquz min doqquz yuz iki dollar, on bir sent) ABŞ dolları, faiz borcu uzrə 2274,09 (iki min iki yuz yetmiş dord dollar, doqquz sent) ABŞ dolları, cəmi 12176,2 (on iki min yuz yetmiş altı manat, iyirmi sent) ABŞ dolları məbləğində pulun (tutulduğu gun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına nisbətdə muəyyən edilmiş məzənnəsi ekvivalentində ) tutularaq iddiacı İddiaçı X7nə odənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Lətifə Məmmədova(sədrlik edən və məruzəçi) Səyyad Qafari, Fuad Məmmədov) İddiaçı X7(Vəkil) kassasiya şikayəti verərək iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Belə ki, cavabdehlərlə bağlanmış xx xxxxxxx 2014-cü il tarixli “Xidmət şərtləri” müqaviləsinə görə “Xidmət Şərtləri” tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişlərinin ayrılmaz tərkib hissəsi olmaqla onların əsasını təşkil edir. “Xidmət şərtləri” istehlak kreditləri sahəsində tərəflər arasında gələcəkdə bağlanacaq kredit sazişləri üzrə tətbiq ediləcəyindən qeyri-müəyyən müddətdə qüvvədədir. Kredit sazişləri tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və öhdəlik üzrə kredit, faizlər, komisyon haqlar və digər pul tələbləri üzrə öhdəliklər Bankın xeyrinə icra olunduğu andan qüvvədən düşür. Tərəflərin qəbul etdiyi “Xidmət Şərtləri” müqaviləsindən də göründüyü kim i zaminlər “Xidmət Şərtləri” müqaviləsi qüvvədən düşənə qədər, yəni borc tam ödənilənə qədər məsuliyyət daşıyırlar. Bundan əlavə, apelyasiya məhkəməsi ekspert rəyinə əsaslanaraq əsas borc kimi tələb edilən məbləği azaltmışdır. Bank iddia ərizəsində əsas borc kimi 10375,05 ABŞ dolları, faiz borcu kimi isə 2274,09 ABŞ dollarının tutulmasını xahiş etmişdir. Ekspert isə rəydə əsas borcun 9902,11 ABŞ dolları, faiz borcunun isə tələbdən iki dəfə artıq, yəni 7009,60 ABŞ dolları olmasını müəyyən etmişdir. Uyğunsuzluq təşkil edən ekspertiza rəyində faizin bu cür şişirdilmiş göstərilməsi, əsas borcun azaldılması mühasibat hesablama qaydalarına ziddir və şübhə doğuran ekspertiza rəyinə istinad edərək əsas borcun azaldılması düzgün hesab edilə biməz. Məhkəmə kollegiyasının iclasında İddiaçı X7ninVəkil kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsinin qətnaməsini iddianın zaminlərə qarşı təmin edilməyən və əsas borc məbləğinin dəyişdirilməsi hissələrində yalnız iddiaçı mübahisələndirmişdir. Buna gö rə də iddiaçının kassasiya şikayəti üzrə hazırki kassasiya baxışının predmetini iddianın zaminlərə qarşı təmin edilməyən və əsas borc məbləğinin dəyişdirilməsi hissəsi təşkil etdiyi üçün kollegiya qətnaməni bu hissələrdə yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı X7nin(kassator) şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilkin olaraq iddianın zaminlərə qarşı təmin edilməyən hissəsi ilə bağlı kassasiya şikayətinin dəlillərinə qiymət verməyi zəruri hesab edir. İşin məhkəmlər tərəfindən müəyyən edilmiş halına görə Cavabdeh xx xxxxxxx 2014-cü il tarixli kredit sazişinə əsasən iddiaçıdan 36 ay müddətin ə illik 23 faiz olmaqla 12090 ABŞ dolları məbləğində kredit götürmüş, digər üç cavabdeh isə kredit müqaviləsinə zamin durmuşlar. Kredit müqaviləsinin icra müddəti xx.xx.2017-ci il tarixində bitmişdir. İddiaçı isə hazırki iddianı xx.xx.2018-ci il tarixində verməklə zaminlərə münasibətdə 1 illik müddəti ötürmüşdür. Birinci instansiya məhkəməsi məhz müddətin ötürülməsi əsası ilə zaminlərə qarşı iddianı təmin etməmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 477.0.4-cü maddəsi ilə əsaslandırmışdır. Apelyasiya instansiyası da birinci instansiya məhkəməsini gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hissədə apelyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmuşdur. İstinad edilən kredit sazişində (i.v.8) kredit öhdəl iyinin müddəti 36 ay müəyyən edilmiş, zaminliklə bağlı heç bir şərt sazişdə əks edilməmiş, cavabdehlər sazişi yalnız zamin kimi imzalamışlar. Zaminlərlə ayrıca zaminlik müqaviləsi bağlanmamışdır. Nəzərə alınsa ki, kredit sazişi xx xxxxxxx 2014-ci ildə 36 ay müddətinə bağlanıb, belə olan halda, kredit sazişinin başa çatma tarixi, başqa sözlə, kredit sazişi üzrə öhdəliklərin icrasının başa çatmalı olduğu gün xx xxxxxxx 2017-ci ildir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə v ə müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Qeyd edildiyi kimi, zamin olan cavabdehlərlə ayrıca zaminlik müqaviləsi bağlanmamış, həmin şəxslərin zaminliyi yalnız üçtərəfli kredit sazişində göstərilmiş, bununla belə həmin kredit sazişində də zaminliklə bağlı hər hansı şərt, o cümlədən zaminliyin hansı müddətə təyin edilməsi müəyyən edilməmişdir. Bu baxımdan, qeyd edilən kredit sazişində zaminlik, müddəti təyin edilməyən zaminliyə aiddir. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə də zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ər zində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı zaminlərdən öhdəliyin icra edilməsini kredit sazişinin müddəti xx xxxxxxx 2017-cı ildə bitdikdən sonra 1 il müddətində, yəni xx xxxxxxx 2018-ci il tarixinədək tələb edə bilərdi. Bu müddət ərzində Zaminə qarşı belə tələb irəli sürülmədikdə, qanunvericiliyin tələbinə görə zaminliyə xitam verilir. İşin məhkəmələr tərəfindən müəyyən edilən halı da odur ki, iddiaçı bank hazırki iddianı xx.xx.2018-ci il tarixində verməklə 1 illik müddəti ötürmüşdür. Mülki Məcəllənin 477.04-cü maddəsinin tələbləri baxımından zaminlik özüözlüyündə xitam olunmuşdur. Mülki Məcəllənin 424.2-ci maddəsinə görə də müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 527.1-ci maddəsinə görə isə öhdəliyə icra, depo zitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini – “Xidmət Şərtləri”ndə zaminlərin borc tam ödənilənə qədər məsuliyyət daşımalı olması barədə şərtin nəzərdə tutulması, buna görə də kredit müqaviləsi üzrə öhdəlik tam icra edənədək zaminliyin də qüvvədə olması – əsaslı saymır. Belə ki, Kredit sazişində sazişin müddəti 36 ay müəyyən edlilib, “Xidmət Şərtləri”ndə kredit sazişinin öhdəliklərin tam icra olunduğu vaxta qədər qüvvədə olması şərti sazişin müddətini deyil, öhdəliyin icra müddətini nəzərdə tutur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxx 2013-cü il Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi baxımından, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın zaminlərə qarşı təmin edilməyən hissəsində dəyişdirmədən saxlayan apelyasiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Həmçinin qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini əsas borca münasibətdə dəyişib, 9902,11 ABŞ dolları müəyyən edərkən ekspert rəyini əsas götürmüşdür. Apelyasiya instansiyası məhkəməsi ekspert rəyinə formal yanaşmamış, rəyə Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq qiymət vermişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassatorun şikayəti üzrə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud dey il. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı X7nin (kassator) kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-129/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiy
Məhkəmə qərarları › İş №2(102)-3426/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3426/2020
07.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver